159
avtomobil buraxmaq da siyasəti gündəlikdə olubdur. Türkiyənin
İsraillə 2009-cu ilin Davos forumundan hal-hazıra qədər, “kreslo”
böhranı da daxil omaqla, yaşanan siyasi böhranı İran tərəfindən
dəstəklənir. Burada belə bir məntiq ortaya çıxır ki, güclü Türkiyə
İ
rana, Güclü İran isə Türkiyəyə lazımdır. Güclü İran Türkiyəyə
ona görə lazımdır ki, istənilən an Qərb dünyasında soyuq
münasibətlə qarşılanarsa, Türkiyə öz arxasında İran və Rusiyanı
görəcəkdir. Güclü siyasi arxa isə Türkiyənin iki siyasi blok
arasında manevr imkanlarını artırır, dövlətin geosiyasi mövqeyini
gücləndirir. İranın ABŞ-la soyuq münasibətlərinə görə Türkiyə
daima İranı öz arxasında hiss edə biləcəkdir. Türkiyənin
gələcəkdə böyük bir kosmik dövlətə çevriləcəyi və strateji
təyinatlı hücum və müdafiə silahlarına sahib ola biləcək imkanları
da İran üçün böyük bir nailiyyətdir. Belə ki, İran ABŞ tərəfindən
gözlənilə biləcək istənilən böyük təhdidlərin qabağını almaq üçün
Türkiyəni öz önündə və arxasında görəcək. Türkiyə hər zaman
çalışacaq ki, İranı qorusun ki, regionda təklənməsin. Türkiyə eyni
zamanda Ərəb dünyasından İran üçün gözlənilə biləcək hər
hansısa bir təhdidin qarşısını almaqda yardımçı olacaq. Lakin
Türkiyə və İran kimi regional müsəlman dövlətlərinin güclənməsi
həm Rusiya, həm də ABŞ-ı çox narahat edəcəkdir. Bu baxımdan
da istər Rusiya, istərsə də ABŞ yaxın gələcəkdə Türkiyə-İran
siyasi yaxınlaşmasının qarşısını almağa çalışacaqlar. Bu gün
İranın güclənməsi Rusiyaya ona görə lazımdır ki, İran ABŞ-ın
Orta Şərqdə, Mərkəzi Asiyada, Cənubi Qafqazda və Ərəb
dünyasında güclənməsinə mane olan ünsür rolunu oynasın. İran
Rusiyanın cənub istiqamətli strateji maraqlarının transötürücüsü
rolunda çıxış edir. Rusiya İrana Qərb blokunun siyasi
cərəyanlarının Ön Asiyada geniş yayılmasının qarşısını almaq
üçün “dalğaların yayılmasına mane olan aparat, cihaz elementi”
kimi çıxış edir. Türkiyə isə hələlik Qərb siyasi blokundadır. İranın
gələcəkdə böyük güc mərkəzinə çevrilməsi hətta Türkiyənin Qərb
blokundan regional blok yaratmağa transfer etməsinə gətirib
çıxara bilər ki, bu da Rusiya və ABŞ-a sərf etməz. Hər iki dövlət
üçün Yaxın və Orta Şərqdə çətin keçilən siyasi sədd və siyasi
160
blok yarana bilər. Bu da müsəlman dünyasının güclənməsinə
səbəb olar. Bu baxımdan da Türkiyə və İran kimi dövlətlərin
böyük və birgə güc mərkəzlərinə çevrilməsi heç də Qərb siyasi
bloku və Rusiya üçün sərf olunan siyasət deyil. Qeyd edildiyi
kimi, İranın böyük güc mərkəzinə çevrilməsi ümumilikdə
Türkiyəyə sərf edən məsələdir. Türkiyə İran təcrübəsindən və
İranın atom və kosmik sənaye sahəsindəki elmi və texniki
potensialından gələcəkdə istifadə edə bilər və özünün böyük güc
mərkəzinə çevrilməsini təmin edə bilər.
İranın böyük güc mərkəzinə çevrilməsi Azərbaycana həm sərf
edər, həm də yox. Belə ki, İran tərəfindən Azərbaycanın ərazi
bütövlüyünün qəbul edilməməsi və hakimiyyət tərəfindən bu
dövlətdə yaşayan çoxmilyonluq azərbaycanlının hüquqlarının
kobud şəkildə pozulması, onlara öz ana dillərində danışmaq
imkanlarının və hüquqlarının verilməməsi baxımından qeyd
etmək olar ki, İranın güclü bir dövlətə çevrilməsi Şimali
Azərbaycana sərf etməz. Lakin gələcəkdə Türkiyə ilə İran siyasi
blokunun yaranma ehtimalı imkan verə bilər ki, İranın
Azərbaycana qarşı siyasətində dönüş əldə olunsun. İran Şimali
Azərbaycandan ehtiyat etməsin.
Yazılma tarixi 04 fevral 2010-cu il
Güc mərkəzlərinin siyasi idarəçilik sisteminin bəzi
fəaliyyət xüsusiyyətləri
Rusiya – böyük güc mərkəzindən super güc mərkəzinə
doğru. Ukraynada siyasi üstünlük bu siyasətin növbəti
mərhələsidir
Güc mərkəzlərinin siyasi idarəçilik sisteminin bəzi
fəaliyyət xüsusiyyətləri
Tarixən böyük xalqlar geniş ərazilər ələ keçirmək uğrunda
müharibələr aparmış, varlanmağa və böyük potensial əldə etməyə
çalışmış, strateji əhəmiyyətli coğrafi mövqelər və coğrafi
161
məkanları ələ keçirmişlər. Məhz imperiyaların yaranması da
böyük ərazilər və sərvətlər ələ keçirmək niyyətindən irəli
gəlmişdir. Bununla yanaşı, dövlətlərin rəhbərləri də öz hakimiyyət
dairələrini, o cümlədən ərazilərini və obyektlərini genişləndirmək,
daha çox məkanlarda və xalqlar üzərində hökmran olmaq
məqsədilə də müharibələr həyata keçirmişlər. Böyük dövlətlər
ətraf dövlətləri, ətraf məskənləri ələ keçirərək öz ərazilərini
genişləndirmiş, iqtisadi və hərbi potensiallarını artırmışlar. Ətraf
ərazilər və xalqlar hesabına imperiyaların periferiyalar üzrə
(mərkəzdən ətraflara doğru) genişləndirilməsi və gücləndirilməsi
prosesləri baş veribdir. İmperiyalar öz ərazilərini digər
imperiyalardan qorumaq məqsədilə ətraf dövlətlərin əraziləri
hesabına özlərinə “təhlükəsizlik sədləri” təşkil etmişlər. Bir növ
ətraf dövlətləri öz ittifaqlarına cəlb etmişlər. Bu sədlərdə yerləşən
dövlətlərin hakimiyyətinə daima təsir və təzyiqlər göstərərək,
onları özlərinə tərəf çəkmişlər. Böyük dövlətlərin mərkəzdən
ətrafa doğru öz təsir dairələrini, nüfuz dairələrini genişləndirmək
aktları ilə yanaşı, ətraflardan mərkəzə doğru ölkələri dartma,
cəzbetmə və gərgin vəziyyətdə saxlama siyasəti də olubdur.
Böyük dövlətlər öz təhlükəsizlik sədlərində yerləşən orta və kiçik
gücə malik olan dövlətlərin iqtisadi, elmi və texniki
potensiallarından, əhali, etnik və dini amillərindən istifadə
etmişdir. Bu amillərdən həm faydalanmış, həm də lazım olan anda
təzyiq vasitəsi kimi ətraf dövlətlərin özlərinə qarşı tətbiq etmişlər.
İmperiyalar ətraf dövlətlərə özlərinin əyalətləri kimi baxmış və
əyalətlərdən də güc məkanı, həmçinin güc elementi, dayaq
elementi kimi digər məkanlara qarşı təzyiq məqsədilə istifadə
etmişlər. Bir məsələni xüsusi olaraq qeyd etmək lazımdır ki,
imperiyalar öz güclənmə və işğalçılıq maraqlarını ayrı-ayrı
ərazilərdə yaradılmış güc obyektlərinin (bura məkanlar və
dövlətlər daxil edilir) hesabına genişləndirmək siyasəti ilə təmin
etmişlər. Güclərdən ibarət olan genişlənmə sistemi hesabına
imperiyaların gücləri artmışdır. İmperiyalar daima güc obyektləri
və subyektləri yaratmış (məsələn, ətraf dövlətlərə həm obyekt,
həm də subyekt kimi baxmışlar) və bu obyektlərin qarşılıqlı işlək
Dostları ilə paylaş: |