________________________Milli Kitabxana________________________
10
və vəhdəti ona müasirliyin beynəlmiləlçi bir şairi və mütəfəkkiri kimi ittifaq və
dünya şöhrəti qazandırdı.
Ş
übhəsiz ki, o, hər şeydən əvvəl Azərbaycan xalqının öz milli qəhrəmanlıq
keçmişinin və ağrılı, dramatik bu gününün nəğməkarı idi.
Hər şerində Vurğun - eyni vaxtda üç qatda, Azərbaycan, Dünya və Tarix adlı üç
məkanda yaşayan filosofdur. Onu bu və ya digər məhdud zamanın konyunktur,
ibtidai, merkanlilist süzgəcinə salıb, ona orada qiymət vermək ən böyük
məhdudluq olardı. Sözlərin, sətirlərin adi mənası bu obrazın ancaq görünən qatı,
səthi və zahiri tərəfidir.
Səməd Vurğunda nisbi həqiqətlərin hər birindən qlobal həqiqətlər görünür.
Bədii düşüncədə ən vulqar, ehkamçı, unitar dövrün ən sərbəst fəlsəfi sualım
poeziyada Səməd Vurğun verib: "Qalib gələcəkmi cahanda kama!", zorakılıq,
repressiya, "kazarma sosializmi" deyilən dövrün, kamalın - yəni marksizmin qəti
qələbəsi sayılan epoxanın Hamlet sualı, Tolstoy “Hərb və sülh” ü, həm bəşəri, həm
də ilahi komediyası " nsan" faciəsi idi. Zamana Gete və Faust xitabını da yeni
ş
eirdə məhz Vurğunun dilindən eşidirik:
Bu dünyaya neçə dəfə keçib sonradan,
Öz elimlə uzadaydım günün ömrünü.
O, yer kürəsinə sığmırdı, "sovet ideologiyasına" necə sığa bilərdi? Sonsuzluğa,
intəhasızlığa sığmırdı, "bolşevik sxolastikaya" necə sığa bilərdi?
Ş
air cahana sığmayan ruhunu, sərhədsiz düşüncəsini sıxdığı üçün zamana
üsyan edir, faniliyi və müstəqilliyi üçün vaxtın (!) özünü qınayır:
Uzadaq ömrünü hər bir anın da
Yel kimi ötməsin vaxt üstümüzdən!
Yaxud:
Bulud tez keçməsin başımın üstdən,
Çay da yavaş axsın sular boyunca.
Qoy dünya böyüsün, zaman uzansın,
Bir günün ərzində aylarla yansın
Al günəş gözündən nur yağa-yağa.
Ömrün kitabını tamamlamağa
Çox da can atmasın əlimdə qələm.
Bu saat, bu dəm
Heç yana, heç yerə mən tələsmirəm.
________________________Milli Kitabxana________________________
11
Təkcə tələsən vaxtı yox, hətta tələsən fırçanı, qələmi təhdid edir:
Ömrün kitabını tamamlamağa
Çox da tələsməsin əlimdə qələm.
Nəhayət, bütün tələsənləri, dünyaya bütün kəmfürsət və kəmhövsələ baxanları
giley hədəfi edir:
...Qoy uzansın gecə, geciksin səhər,
...Bu saat bu dəm
Heç yerə, heç yana mən tələsmirəm.
Tamlığa, sonsuzluğa o, yalnız ömür adlı zamanda yox, həm də "Azərbaycan"
adlı məkanda, Vətəndə nail olub.
Ə
n mükəmməl "Azərbaycannamə" - 40-60-cı illər şerində hamıdan çox
Vurğunun poeziyasıdır. Könül və can kimi Vurğun və Azərbaycan da bu şeirdə bir
yerdədir: "Ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan". Onu bir (janr, bir
oğul kimi yaradan Azərbaycanı o, şeirdə yenidən yaradır. Milli himn şəklində,
"Muğan" şəklində, "Bakının dastanı", "Aslan qayası" şəklində, hətta "Lökbatan"
şə
klində! Muğanın, Bakının, Lökbatanın ikinci dastanı bu tamlıqda, bu
möhtəşəmliklə daha heç kəsdə yoxdur.
Digər tərəfdən, Azərbaycanın şeir dilini Vurğun yenidən yaradır. Bu tamlıqda,
duruluqda, saflıq və gözəllikdə Azərbaycan türk şeir dili o illər hamıdan çox
Vurğuna xas idi.
Nəhayət, Azərbaycanın qəhrəmanlıq keçmişinin ruh və yaddaş tarixinin şeirdə
ə
n mükəmməl salnaməsini o illər yenə hamıdan kamil məhz Səməd Vurğun
yaradır: Zərdüştün, Hürmüzün, Şirinin, Fərhadın, Vaqifin, Söhbətin, Şahbazın
obrazları səhnədən bizim tarixə məhz Vurğunun dili və sözü ilə daxil olur.
Sovet dövrü ədəbiyyatında həqiqi milli xarakterin, realist zadəgan-kübar
(mülkədar) obrazının ilk tutumlu nümunəsi sayılan Cahandar ağanın da ( smayıl
Ş
ıxlı, "Dəli Kür") daha qədim, ilkin Gəray bəy mənşəyini Səməd Vurğunda tapmaq
olar. Poemada ("Komsomol" poeması) romantik Cəlal şərəfsiz və qəddar
Kəbleyinin qurşun yağmuruna hədəf olur, amma Gəray bəyin özünü Səməd
Vurğun "Komsomol qurşunu" ilə öldürmür; onu Humayın teyfi Kürdə qərq edir.
Bu, Gəray bəyin hətta ölümünə şairin rəğbətinin ifadəsi idi.
________________________Milli Kitabxana________________________
12
* * *
Səməd Vurğunun adı, şaxsiyyəti, milli, poetik "mən"i ilə ən çox bağlı əsər
"Vaqif" dir.
Tarixən Vaqifin həm də dövlət xadimi kimi Azərbaycan ədəbi-ictimai fikrinin
inkişafında görkəmli xidmətləri olmuşdur. Şair Vaqif poeziyada realist xəlqiliyin
milli-etnoqrafik koloritin və xalis dünyəvi nikbinlik fəlsəfəsinin bərqərar
olmasında müstəsna rol oynamışdır. Qarabağ xanlığının vəziri, ayıq va müdrik
dövlət xadimi, alim, Zaqafqaziya xalqlarının doslluğunun carçısı və Avropaya
rəğbətin ilk tərəfdarlarından biri kimi də Vaqifin tarixi siması işıqlı və
cazibədardır. Bütün bu keyfiyyətlər ümumiləşdirilmiş və Səməd Vurğun
Azərbaycan sovet dramaturgiyasında Xəyyamdan sonra ikinci böyük şairin
romantik bədii obrazını yaratmışdır.
Süjetin mərkəzində qüvvətli şəxsiyyətin durmasına baxmayaraq, hadisələr
miqyaslı xalq dramı və sosial dram məcrasında cərəyan edir. Pyes boyu sanki
güclü yeraltı təkanın uğultusu kəsilmir, uzun-uzun illər feodal hakimlərin zülm
etdiyi məzlum təbəqələrin səbr kasasının daşacağı anı tamaşaçı intizarla gözləyir.
Lakin "Vaqif" - həm də şair və onun taleyi barədə dramdır. Pyesdə "şairin taleyi"-
elin taleyinə qaynayıb qarışır. Vurğun Vaqifi xalqa, elə arxalanır, onun qəhrəman,
zəhmətkeş və sənətkar oğullarına qarşı təşkil edilən və planlı şəkildə idarə olunan
hakim zorakılıqla barışmır, təkcə öz mövcudluğu ilə hər cür fiziki və mənəvi
müstəbidliyə müqavimət göstərir. Müstəbid və ziyalı problemi həm Vaqif- brahim
xan, həm də Vaqif Qacar xətlərində qoşa davam etdirilir. Bu xətlərin hər ikisində
tarixi təfərrüatla yanaşı müasir, fərdi-avtobioqrafik məqamlara da aşkar işarələr
var. Nəzərə alsaq ki, "Vaqif" 1937-ci ildə yazılıb və 1938-ci ilin 5 oktyabrında
tamaşaya qoyulub, onda burada təsvir olunan XVIII əsr hadisələrində 1937-ci ilin
"podteksti"ni də tanımaq çətin olmaz.
"Xanlar" (1939) dramında şair artıq yaxın keçmiş - Bakı proletariatını tarixi-
inqilabi mübarizəsi mövzusuna müraciət edir və məşhur inqilabçı Xanlar
Səfərəliyevin surətini yaradır. XVIII əsrin şairi və cəngavəri kimi, XX yüzllliyin
Bakı fəhləsi də əslində, mahiyyatcə geniş xalq kütləsinin milli-mənəvi və ictimai
mənafeyinin təmsilçisi olaraq qalır. Lakin hadisələrin bədii rəsmində, üsyana
qalxan xalqın taleyi və mübarizəsinin bolşeviklər partiyasının inqilabi fəaliyyəti ilə
sıx əlaqədə təsviri, xüsusən Koba surətinin ideya şərhində şəxsiyyətə pərəstiş
kultunun o illərə xas ədəbi stereotipləri də aşkar şəkildə özünü göstərir. "Xanlar" -
tarixi koloritli, obrazlı-fəlsəfi miqyası ilə "Vaqif" səviyyəsinə qalxmasa da, tarixi-
inqilabi mövzunun romantik-epik həlli istiqamətində dövrün axtarışlarnı əks
etdirən orijinal bir nümunə kimi əhəmiyyətini qoruyub saxlayır.
Dostları ilə paylaş: |