Microsoft Word S?M?D vurgun doc



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə40/49
tarix01.07.2018
ölçüsü2,81 Mb.
#52660
1   ...   36   37   38   39   40   41   42   43   ...   49

________________________Milli Kitabxana________________________ 
204 
 
TƏRANƏ 
 
Sevgilim, insanın ömrü gödəkdir,  
Ömür bir quş kimi uçacaq əldən.  
Bizə də belə bir gün gələcəkdir,  
Dünya bu hökmünü vermiş əzəldən. 
 
Gəl duraq yanaşı, xəyala varaq,  
Bizə layla desin suların səsi;  
Dünyadan xoş keçən bir gün aparaq,  
Qazancdır gəncliyin hər xoş nəğməsi. 
 
Atıl cəbhələrdən, keç cəbhələrdən  
Ömrünün bu əziz, bu gənc yaşında.  
Mənim anam kiıni gəl oturma sən  
Gecələr ağlayan beşik başında. 
 
Gözəldır avazın, xoşdur nəfəsin  
Coşub, tribunadan danışanda sən;  
Döyünən ürəyin, gurlayan səsin  
Bizə xəbər versin qərinələrdən... 
 
Sevgilim, könlümdən keçənləra bax:  
Gəl salama çıxaq ellərimizə!  
Dastanlar yaradaq, dastanlar yazaq,  
Gələcək duyğusuz deməsin bizə... 
 
1935, 13 oktyabr 
 
  


________________________Milli Kitabxana________________________ 
205 
 
NATƏVAN 
 
"Varımdı sinədə dərdü qəmi-nəhan, ölürəm  
Fəda olum sənə, gəl eylə imtəhan, ölürəm!"  
 
Xurşudbanu Natəvan 
 
Üzündə son bahar, ağzında yaşmaq,  
Sənin gözəlliyin solğun görünür.  
Gəl yaxın əyləşək, yaxın danışaq,  
Mənalı gözlərin dolğun görünür... 
 
Söylə, şeirlərin can verir nədən?  
Ağlayır dediyin dərdli qəzəllər.  
Bir çiçək qopardı hər gəlib gedən,  
Sənin də payına düşdü xəzəllər... 
 
Baxıb qərənfılin solğun rənginə,  
O şəhla gözlərin incilər tökdü.  
Bir qadın ruhunun dərinliyinə  
Hər axşam yeni bir qaranlıq çökdü. 
 
Ə
zəldən belədir eşqü-məhəbbət,  
Səni de ağladan sevdamı, nədir?  
Dərdin tarixlərin dərdidir, əvət!  
Hicran göz yaşına bir bəhanədir... 
 
Aşanda dağları çarın ordusu,  
ncidin dünyadan, küsdün vətəndən.  
Bir söylə, şairim! Nə sirdir bu – 
Könüllər ayrıla bilməyir səndən. 
 
Həyata ilk dəfə açıldı gözün  
Tarixin doğduğu o qara gündə.  
Oğlunun, qızının dönük ömurü  
Keçdi ayrılıqda, keçdi sürgündə... 
 
Sən söhbət açanda meydən, məzədən  
O murdar ağzını büzdü şəriət...  
Dönüb qövr elədi yaran təzədən,  
Bir zindan kəsildi sənə təbiət. 
 


________________________Milli Kitabxana________________________ 
206 
 
  
O qəlbə, ilhama sığındıqca sən  
Qaldırdın qədrini şerin, sənətin.  
Sən bizim tarixə hədıyyəsisən  
Ə
ziz bir torpağın, bir məmləkətin. 
 
Yırtıldı günəşin qara pərdəsi,  
Qızlar qanad çalır ağ buludlara.  
Gəzir dodaqlarda şerinin səsi,  
Oyan! Saçlarını təzədən dara! 
 
ndi nə örtü var, nə örtünən var,  
Nə həyat insanın belində yükdür.  
Dəyişmiş gördüyün aciz qadınlar,  
Onların şerefi, qədri böyükdür. 
 
Uzündə son bahar, ağzında yaşmaq,  
Sənin gözəlliyin solğun görünür.  
Gəl yaxın əyləşək, yaxın danışaq,  
Mənalı gözlərin dolğun görünür... 
 
1935 


________________________Milli Kitabxana________________________ 
207 
 
LEYLA 
 
lk təyyarəçi qızımız Leylaya 

Bu ad şairlərə çoxdan tanışdır,  
Bu adla çoxları tutulmuş dərdə...  
Bəlkə deyiləcək söz qalmamışdır?  
Doğdu Leylasını bizim günlər də... 
 
Füzuli çataraq sıx qaşlarını,  
Leylinin eşqinə saldı Məcnunu.  
Axıtdı həsrətlə göz yaşlarını,  
Bizə xəbər verir tarixlər bunu. 
 
Sevişən iki qəlb, duyan iki qəlb  
Döyünüb çırpındı daş qəfəslərdə...  
Aşiqin dərdinə "eşq oldu səbəb",  
Asıldı ortadan qara bir pərdə. 
 
Məcnunun bəxtiyar və gənc yaşında  
Axır qərargahi oldu biyaban.  
Quşlar yuva saldı onun başında,  
Leylinin gözündə bulandı ümman. 
 
Sanma əfsanədir bu qəmli dastan!  
Bunda günəş kimi bir həqiqət var...  
Bunda məhəbbətlə ölən bir insan,  
Bir könül, bir xəyal, bir də sənət var. 
 
II 
 
Kamal soyundurdu Leylanı çılpaq,  
Çıxardı sahilə, ay işığına;  
Baxdı dönə-dönə, həzzlər alaraq,  
Açıq bir bədənin yaraşığına. 
 
  


________________________Milli Kitabxana________________________ 
208 
 
Yazıq ki, Leylanı tutan sətəlcəm  
Qızcığın qanına işlədi birdən.  
Həyatı tərk etdi o taleyi kəm,  
Ş
air "ilham" aldı bu faciədən... 
 
Baharın fəslində soldu bir çiçək,  
Gözəl bir insanın boş qaldı yeri.  
"Odalar ağladı inildəyərək"...  
Matəm qaytarmamış öləni geri! 
 
Nə mən Məcnun kimi çöllərdəyə, bil,  
Nə sən Leyli kimi hicran xəstəsi...  
Bizim qismətimiz göz yaşı deyil,  
Bizimdir yaşamaq, gülmək həvəsi. 
 
Sən göylər yolçusu bir azad quşsan,  
Aylı gecələrdə görürəm səni.  
Zöhrə ulduzuna məftun olmuşsan, - 
Sürürsən üstünə öz təyyarəni! 
 
Bəzən bu səfərdə ağır dumanlar,  
Gəlib quldur kimi kəsir yolunu,  
Sənin qüdrətinə inanmayanlar  
Tutur xəyalında qız olduğunu... 
 
Bəzən də boşluğa rast gəlir yolun,  
Narın bir sarılıq çökür rənginə,  
Azacıq qüvvədən düşsə də qolun  
Cəsarət yaşadır həyatı yenə! 
 
Gəlir xəyalına: "Anam hardadır?"  
Deyen bir körpənin dodaq büzməsi...  
Anan yerdə deyil, buludlardadır,  
Ona yetişməyir insanin səsi. 
 
Sən ağ dumanları yarıb biçəndə  
Sevinir elin də gülür oban da;  
Sən bizim dağların üstdən keçəndə  
Dalır düşüncəyə çöldə çoban da. 
 
  


Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə