________________________Milli Kitabxana________________________
199
TORPAĞIN TƏLƏB
Ş
airim! Qələmi götür də dinlə,
Bir yeni dastan yaz öz əllərinlə!
Dünyanın qoca bir şahidiyəm mən,
Örtülü qız kimi qaçıb gizlənən,
Dilsiz əsrləri yarıb keçmişəm,
Günəşdən payımı mən də içmişəm.
* * *
Başım dəfələrlə düşdü qorxuya,
Gözlərim getmədi şirin yuxuya.
Döyüşlər səslənir qulaqlarımda...
Mənim durna gözlü bulaqlarımda,
Qanli süngüsünü yudu çoxları.
Başımın üstündə düşmən oxları,
Fırlana-fırlana sancıldı yerə,
Xələtlər payladım hər cahangirə.
* * *
Yaşıma dolduqca qanlara doydum,
Hər daşın altında bir oğul qoydum.
Ah... o qılıncları, o qalxanları
Sinəmin üstündən axan qanları
Nəsildən-nəsilə verdim yadigar
Üstü zər yazılı bir keçmişim var!
Üstümə hər gələn bac aldı keçdi.
Yaşım döyüşlərdə qocaldı keçdi
Eşitsin nəslimiz məndə nələr var,
Məndə həqiqətlər, əfsanələr var!
1935
________________________Milli Kitabxana________________________
200
K SLOVODSK
Göylər pərisini görmək əməli
Gözümdə qalmışdı çocuqluğumdan...
Tanış olmadığım dağlar gözəli
Pərişan yuxuma girdiyi zaman
Bir gecə, bir yuxu, bir də ikimiz
And içib, söz verdik gələcəyə biz!
Bu torpaq da bilir, bu göy də bilir –
Ə
zəldən aşiqəm mən gözəlliyə.
Saçlarım ağarır, gücüm əskilir
Günlərin boş yerə keçməsin deyə;
Açılsın qarşımda hər dağ, hər dərə,
Qələm çalmalıyam gözəlliklərə!
Ey günəş! Ey bulud! Ey əski dostlar!
Adınız gələndə titrəyir dilim.
Mənim təbiətə bir səfərim var,
Səsimə səs versin doğma sevgilim!
Bu tənha gecənin qoynunda barı
Xəyalım seyr etsin ağ buludları.
Dayanmış yanaşı yaşıl təpələr,
Durur hər qapıda boylu bir çinar;
Günəş yana - yana, yağış səpələr,
Xilqətin nə böyük bir cəlalı var!
Axır qıjıltıyla köpüklü çaylar
Düşür qucağma ulduzlar, aylar.
Başını yastığa qoyanda insan,
Günəş kəhər ata minənə qədər
Axır damarlarda şırıl-şırıl qan;
Ə
tirlər içində oyanır səhər.
Budur mən dediyim dünya gözəli!
Onu bəzəmişdir xilqətin əli.
________________________Milli Kitabxana________________________
201
Böyük bir ölkənin hər bucağından
Tatar da, gürcü də, türk də, çeçen də
Ayrılıb gəlmişdir öz ocağından.
Burda müsafir də, yoldan keçən də,
Durur bu lövhənin qarşısında şən,
Qarışır bir yerə deyib gülüşən.
Budur bax, qarşımda Hava xramı,
Günəşin altında çılpaq omuzlar
*
,
Dağların döşünə sərilmiş hamı,
Söz atır oğlanlar, gülüşür qızlar.
Günəş gizlənməkdə, üfüq qırmızı –
Elə bil donmuşdur buludlarda qan.
Ruha tanış gələn Qaraçay qızı
Ş
ahin vüqarilə keçir yanımdan.
Hörüklü saçları iki qatardır,
Durna baxışları dəniz kimi lal;
Qanımda, qəlbimdə bir axın vardır,
Mənə tanış gəlir üzündəki xal...
Mən "dayan!" deyirəm, o deyir "sürət!"
Dinib danışmayır canlı bir insan;
Bu bəlkə əskidən qalma bir adət,
Bəlkə də qısqanır nişanlısından?
Dağların döşündə cərgələnərək,
Durmuş ordu kimi şam ağacları;
Dumanlar, çiskinlər dağdan enərək
Yürüyür şəhərin üstünə sarı.
Birdən şimşək çaxır, göy guruldayır,
Qışqırır qocalar, ömrü yarılar;
Qayalar dil açıb bərk uğuldayır.
Günlüyün altına dolur qarılar.
*
Çiyin
________________________Milli Kitabxana________________________
202
O yanda bir dağ ki, dörd yanı dərə,
Onun zirvəsində çadır durur tək.
Çıxıram döşlərə moş
*
dərə-dərə,
Çadırı oynadır əlində külək.
Baxıram heyrətlə "Qırmızı daşa",
Üstündə Leninin heykəli vardır.
Könül salam verir yara, yoldaşa,
Duyub yaşayanlar nə bəxtiyardır!
Sakit dərələrə səs sala-sala
Açıq pəncərəli qatarlar gedir.
Müsafir yolçular boylanır yola,
Dağlar gözəlini ziyarət edir.
Hər daşın dibində qaynayır narzan,
Köpürüb ağarır qabarcıqları,
Ə
n uzaq yerlərə xəbər aparsan,
Karvanlar axışar bu yerə sarı.
Unudub bir zaman ellərimizi,
Burda nəfəs alıb dincəlirik biz;
Təbiblər narzanda çimdirir bizi,
Bərkiyir boşalmış sinirlərimiz.
Yarın səfəri var bu insanların,
Baxışlarda həyat, qollarda qüvvət...
Burda təmizləşən qara qanların
Gücilə yaranır həyat və sənət!
Göylər pərisini görmək əməli
Gözümdə qalmışdı çocuqluğumdan...
Tanış olmadığım dağlar gözəli
Pərişan yuxuma girdiyi zaman
Bir gecə, bir yuxu, bir də ikimiz
And içib, söz verdik gələcəyə biz...
*
Meyvə adıdır.
________________________Milli Kitabxana________________________
203
1935, avqust
ALQIŞ
Girib Şah dağının qoynuna sarı
Getdikcə gözlərdən uzaqlaşdınız;
Qartallı Qafqazın mərd oğulları,
O qarlı dağları asan aşdınız.
O boz dumanlarda qanad salır quş,
Soyuqdan od kimi qızarır üzlər.
Deyirlər sizə bir əyləncə olmuş
Yuxusuz gecələr, yorğun gündüzlər.
O dar keçidlərin qucağında siz
Çaldnız ilk dəfə "Budyonnu marşı".
Dildə dastan olan tunc iradəniz
Nələr vəd eylədi düşmənə qarşı?!
Qatır dırnaq salan qayalıqları
Bir yeni qüdrətlə yanb keçdinız.
Ə
ridi hirsindən dağların qarı,
Bulaqlar başında yeyib içdiniz.
Dönüb qaçmadınz borandan, qardan
Var olsun qəhrəman böyüdən ana!
Gelir sorağınız manevralardan,
Alqış ananıza - Azərbaycana!
1935
Dostları ilə paylaş: |