Microsoft Word S?M?D vurgun doc



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə39/49
tarix01.07.2018
ölçüsü2,81 Mb.
#52660
1   ...   35   36   37   38   39   40   41   42   ...   49

________________________Milli Kitabxana________________________ 
199 
 
TORPAĞIN TƏLƏB  
 
Ş
airim! Qələmi götür də dinlə,  
Bir yeni dastan yaz öz əllərinlə!  
Dünyanın qoca bir şahidiyəm mən,  
Örtülü qız kimi qaçıb gizlənən,  
Dilsiz əsrləri yarıb keçmişəm,  
Günəşdən payımı mən də içmişəm. 
 
* * * 
Başım dəfələrlə düşdü qorxuya,  
Gözlərim getmədi şirin yuxuya.  
Döyüşlər səslənir qulaqlarımda...  
Mənim durna gözlü bulaqlarımda,  
Qanli süngüsünü yudu çoxları.  
Başımın üstündə düşmən oxları,  
Fırlana-fırlana sancıldı yerə,  
Xələtlər payladım hər cahangirə. 
 
* * * 
Yaşıma dolduqca qanlara doydum,  
Hər daşın altında bir oğul qoydum.  
Ah... o qılıncları, o qalxanları  
Sinəmin üstündən axan qanları  
Nəsildən-nəsilə verdim yadigar  
Üstü zər yazılı bir keçmişim var!  
Üstümə hər gələn bac aldı keçdi.  
Yaşım döyüşlərdə qocaldı keçdi  
Eşitsin nəslimiz məndə nələr var,  
Məndə həqiqətlər, əfsanələr var! 
 
1935 
 
  


________________________Milli Kitabxana________________________ 
200 
 
K SLOVODSK 
 
Göylər pərisini görmək əməli  
Gözümdə qalmışdı çocuqluğumdan...  
Tanış olmadığım dağlar gözəli  
Pərişan yuxuma girdiyi zaman  
Bir gecə, bir yuxu, bir də ikimiz  
And içib, söz verdik gələcəyə biz! 
 
Bu torpaq da bilir, bu göy də bilir – 
Ə
zəldən aşiqəm mən gözəlliyə.  
Saçlarım ağarır, gücüm əskilir  
Günlərin boş yerə keçməsin deyə;  
Açılsın qarşımda hər dağ, hər dərə,  
Qələm çalmalıyam gözəlliklərə! 
 
Ey günəş! Ey bulud! Ey əski dostlar!  
Adınız gələndə titrəyir dilim.  
Mənim təbiətə bir səfərim var,  
Səsimə səs versin doğma sevgilim!  
Bu tənha gecənin qoynunda barı  
Xəyalım seyr etsin ağ buludları. 
 
Dayanmış yanaşı yaşıl təpələr,  
Durur hər qapıda boylu bir çinar;  
Günəş yana - yana, yağış səpələr,  
Xilqətin nə böyük bir cəlalı var!  
Axır qıjıltıyla köpüklü çaylar  
Düşür qucağma ulduzlar, aylar. 
 
Başını yastığa qoyanda insan,  
Günəş kəhər ata minənə qədər  
Axır damarlarda şırıl-şırıl qan;  
Ə
tirlər içində oyanır səhər.  
Budur mən dediyim dünya gözəli!  
Onu bəzəmişdir xilqətin əli. 
 
  


________________________Milli Kitabxana________________________ 
201 
 
Böyük bir ölkənin hər bucağından  
Tatar da, gürcü də, türk də, çeçen də  
Ayrılıb gəlmişdir öz ocağından.  
Burda müsafir də, yoldan keçən də,  
Durur bu lövhənin qarşısında şən,  
Qarışır bir yerə deyib gülüşən. 
 
Budur bax, qarşımda Hava xramı,  
Günəşin altında çılpaq omuzlar
*
,  
Dağların döşünə sərilmiş hamı,  
Söz atır oğlanlar, gülüşür qızlar. 
 
Günəş gizlənməkdə, üfüq qırmızı – 
Elə bil donmuşdur buludlarda qan.  
Ruha tanış gələn Qaraçay qızı  
Ş
ahin vüqarilə keçir yanımdan. 
 
Hörüklü saçları iki qatardır,  
Durna baxışları dəniz kimi lal;  
Qanımda, qəlbimdə bir axın vardır,  
Mənə tanış gəlir üzündəki xal... 
 
Mən "dayan!" deyirəm, o deyir "sürət!"  
Dinib danışmayır canlı bir insan;  
Bu bəlkə əskidən qalma bir adət,  
Bəlkə də qısqanır nişanlısından? 
 
Dağların döşündə cərgələnərək,  
Durmuş ordu kimi şam ağacları;  
Dumanlar, çiskinlər dağdan enərək  
Yürüyür şəhərin üstünə sarı. 
 
Birdən şimşək çaxır, göy guruldayır,  
Qışqırır qocalar, ömrü yarılar;  
Qayalar dil açıb bərk uğuldayır.  
Günlüyün altına dolur qarılar. 
 
                                                           
*
 
Çiyin 
 
 


________________________Milli Kitabxana________________________ 
202 
 
 
O yanda bir dağ ki, dörd yanı dərə,  
Onun zirvəsində çadır durur tək.  
Çıxıram döşlərə moş
*
 dərə-dərə,  
Çadırı oynadır əlində külək. 
 
Baxıram heyrətlə "Qırmızı daşa",  
Üstündə Leninin heykəli vardır.  
Könül salam verir yara, yoldaşa,  
Duyub yaşayanlar nə bəxtiyardır! 
 
Sakit dərələrə səs sala-sala  
Açıq pəncərəli qatarlar gedir.  
Müsafir yolçular boylanır yola,  
Dağlar gözəlini ziyarət edir. 
 
Hər daşın dibində qaynayır narzan,  
Köpürüb ağarır qabarcıqları,  
Ə
n uzaq yerlərə xəbər aparsan,  
Karvanlar axışar bu yerə sarı. 
 
Unudub bir zaman ellərimizi,  
Burda nəfəs alıb dincəlirik biz;  
Təbiblər narzanda çimdirir bizi,  
Bərkiyir boşalmış sinirlərimiz. 
 
Yarın səfəri var bu insanların,  
Baxışlarda həyat, qollarda qüvvət...  
Burda təmizləşən qara qanların  
Gücilə yaranır həyat və sənət! 
 
Göylər pərisini görmək əməli  
Gözümdə qalmışdı çocuqluğumdan...  
Tanış olmadığım dağlar gözəli  
Pərişan yuxuma girdiyi zaman  
Bir gecə, bir yuxu, bir də ikimiz  
And içib, söz verdik gələcəyə biz... 
 
                                                           
*
Meyvə adıdır. 
 


________________________Milli Kitabxana________________________ 
203 
 
1935, avqust  
 
 
ALQIŞ 
 
Girib Şah dağının qoynuna sarı  
Getdikcə gözlərdən uzaqlaşdınız;  
Qartallı Qafqazın mərd oğulları,  
O qarlı dağları asan aşdınız. 
 
O boz dumanlarda qanad salır quş,  
Soyuqdan od kimi qızarır üzlər.  
Deyirlər sizə bir əyləncə olmuş  
Yuxusuz gecələr, yorğun gündüzlər. 
 
O dar keçidlərin qucağında siz  
Çaldnız ilk dəfə "Budyonnu marşı".  
Dildə dastan olan tunc iradəniz  
Nələr vəd eylədi düşmənə qarşı?! 
 
Qatır dırnaq salan qayalıqları  
Bir yeni qüdrətlə yanb keçdinız.  
Ə
ridi hirsindən dağların qarı,  
Bulaqlar başında yeyib içdiniz. 
 
Dönüb qaçmadınz borandan, qardan  
Var olsun qəhrəman böyüdən ana!  
Gelir sorağınız manevralardan,  
Alqış ananıza - Azərbaycana! 
 
1935 
  


Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə