Microsoft Word S?M?D vurgun doc



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə42/49
tarix01.07.2018
ölçüsü2,81 Mb.
#52660
1   ...   38   39   40   41   42   43   44   45   ...   49

________________________Milli Kitabxana________________________ 
214 
 
 SÖZ BUKET  
 
May şənliyinə 
 
Dinləyın! Dinləyin! Danışır səhər!  
Səhərin yeni bir sözü var bizə;  
Ə
tirlər içində oyanır şəhər,  
Günəş buket verir ellərimizə.  
Rəngin
*
 şəfəqlərə boyanır Xəzər.  
Uçur qağayılar - o nazlı quşlar.  
Axşamdan oynaşan şıllaq ləpələr  
Gecənin sonunda sakit olmuşlar.  
Qayıqlar, gəmilər üzür yanaşı,  
Sallanan bayraqlar əks edir suya;  
Könül salamlayır yarı, yoldaşı,  
Dalğalar yol verir bizim orduya.  
Hər kiçik qayıqda bir qamıon səsi,  
Baxır martılara

, rəqs edir qızlar.  
Ötür Qarabağın zil şikəstəsi,  
Heyrət içindədir açıq ağızlar,  
Ə
l vurub oynayan, çalıb çağıran;  
May günü toy düşür bizim dənizə.  
Bu dolğun baharı duyan hər insan  
Ə
lində zənbili qoşulur bizə.  
Şə
hərdən kənarda ilıqdır hava,  
Orda yolumuzu gözləyir çöllər...  
Oğlan qaça-qaça, qız qova-qova,  
Bir deyib, bir gülür obalar, ellər.  
Hər ağac altında bir ayrı dəstə,  
Hər qaya dibində bir süfrə vardır;  
Bir həyat duyuram hər incə səsdə.  
Bizim gəncliyimiz nə bəxtiyardır! 
 
xtiyar nənəm də çöldədir bu gün,  
O da qarşılayır bizim baharı; 
 
                                                           
*
 Müxtəlif çalarlı 

 Qağayılar
 
 


________________________Milli Kitabxana________________________ 
215 
 
Gözündə kainat başqadır bütün,  
Gəncliyə şadlanır ağbirçək qarı.  
Geyimlər dümağdır başdan-ayağa,  
Döşlərdə ağ çiçək, əllərdə lalə.  
Səsimdən təbiət qalxır ayağa,  
Göydə qaraquş da dalır xəyala.  
Düşüncələr yeni, duyğular yeni,  
Dəyişmiş dünyanın söhbəti, sazı.  
Döşündə Leninin qızıl ordeni  
Oturmuş ixtiyar buruq ustası.  
Nəvəsi tar çalır, qızı oxuyur,  
Süfrədə paxlava, göyərti, qaymaq;  
Təbiət otlardan xalı toxuyur.  
Qaranquş şığıyır qanadlanaraq.  
Vurur qəlbimizdə dünyanın qəlbi,  
Üzlərdə qalmamış sarılıqdan iz.  
çirik günəşi bir badə kimi  
Yaradan ellərin sağlığına biz.  
Günəş yuvarlanır dağlar dalına,  
Qaralır çöllərin gəzinti yeri;  
Baxaraq göylərin seyrək xalına,  
Dolğun nəşələrlə dönərək geri.  
Ə
lvan çıraqlarla Bakı Soveti  
Bizi qarşılayır, sevinir axşam.  
Günəşdən ayrılan bir qüvvət kimi, 
Dünyanın qəlbində süzülüb axsam!.. 
 
1936, 1 may 
  


________________________Milli Kitabxana________________________ 
216 
 
SÜNBÜL 
 
Sünbülüm, sünbülüm, sarı sünbülüm,  
Adına söz qoşum barı sünbülüm.  
Ellər həsrətidir bu əmri verən;  
Ş
irin gecələrdə yuxuma girən  
Yaşıl tarlamızın mənzərəsidir,  
Xırman üstündəki ana səsidir.  
Ə
zəldən ruhuma doğmadır bu səs,  
Bir qüvvə varmıdır bu səsə əvəz? 
Deyirlər dünyadan qocadır yaşın,  
Qüvvətdən quruldu torpağın, daşın.  
 
Deyiliər səndədir xeyir, bərəkət  
Deyirlər səndədir həyat, hərəkət.  
Mən bunu qəlbimlə çoxdan anladım,  
Bəzən gülüşlərə tutuldu adım...  
Dedilər arxamca: "El şairidir,  
Külüng şairidir, bel şairidir,  
Yoxdur sənətində qanadlı sözlər...  
Boyalı dodaqlar, sürməli gözlər.  
Yoxdur söhbətində uçan mələklər,  
Tərif olunmayır göydə fələklər,  
Ş
airin yeridir yalnız buludlar,  
Vurğunda nə könül, nə də xəyal var."  
Gərdim bu sözlərə polad sinəmi,  
Ellərin nəşəsi, ellərin qəmi  
Sinəmin üstündən aşdı sel kimi,  
Tənələr yanımdan keçdi yel kimi.  
Sən gözəl kəndimiz! Sən ilk sevgilim!  
Səni son nəfəsdə deyəcək dilim!  
Sünbülüm, sünbülüm, sarı sünbülüm!  
Könlümün qonağı, yarı sünbülüm!  
Sən ilk bəzəyisən bizim Vətənin,  
Ə
ski kitablarda adın var sənin.  
Qarşıdan al geyib gələndə bahar,  
Bilirəm qəlbində nə işvələr var! 


________________________Milli Kitabxana________________________ 
217 
 
Yanından süzülüb kcçəndə külək,  
Titrəyir səndəki zərif bir ürək.  
Coşub dəniz kimi dalğalanırsan,  
Deyirlər o zaman məni anırsan!  
"Məhəbbət cüt olar" bu, bir məsəldir,  
Dünyanın şöhrəti yaradan əldir...  
pək saçlarını dara sünbülüm!  
Ə
rməğan göndərək yara sünbülüm! 
 
Bu qoca dünyada nələr var, nələr,  
Günəşin altında yanan dəmyələr  
Bizə daş əsrindən bir yadigardır,  
Yerin sinəsində yanğılar vardır...  
Bəzən bahar kimi xoş gələndə qış,  
Azca səpələyib ötəndə yağış,  
Susuz maral kimi yanar dəmayələr,  
Ə
filər oynaşar, ilanlar mələr.  
Düşər sinəsinə kəndlinin başı,  
Axar sərin-sərin gözünün yagı,  
Bükülmüş belində paslı bir oraq...  
"Vay" deyib dizini yumruqlayaraq,  
Evdə uşaqları salır yadına,  
Göylər yetişməyir onun dadına.  
Bu acı günlərin şahidiyəm mən,  
Gözümlə görmüşəm körpəliyimdən.  
Eşit sözlərimi cansız təbiət!  
Vicdansız, duyğusuz, qansiz təbiət!  
Yenə quduz kimi çıxma yolundan,  
Vulkanlar çəkinir insan oğlundan.  
Onun sənəti var, onun gücü var,  
Onun ağıl adlı bir ər gücü var.  
Dilsiz qayalar döşündən dəlir,  
Dağlar qarşısında salama gəlir.  
Dünyadan söz açır, danışır bir-bir,  
Uzaq əsrlərdən xəbərlər verir.  
Ağıl işıq salır gözlərimizə,  
Hər gün yaxınlaşır gələcək bizə... 
 
  


Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə