Microsoft Word S?M?D vurgun doc



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə45/49
tarix01.07.2018
ölçüsü2,81 Mb.
#52660
1   ...   41   42   43   44   45   46   47   48   49

________________________Milli Kitabxana________________________ 
227 
 
II 
 
Mənim də Yusifim səninkilərlə  
Qoşub bir məqsədə, qoşub bir dilə,  
Başında tutacaq bayrağımızı,  
Düşmənlər istərsə torpağımızı,  
Aslan kəsiləcək sular sonası,  
Bunu laylasında deyir anası. 
 
Ş
aiqim! Şairlər içində təksən,  
Təmiz vicdanmla gülsən, ipəksən.  
Dilindən küsməmiş tanış da, yar da,  
Səndən inciməmiş qarıncalar da...  
Keçdi qaranlıqda odlu gəncliyin,  
Xoş olsun indiki qulaq dincliyin. 
 
Günəş bir qüvvədir, yandıqca sönməz  
Tarixin təkəri geriyə dönməz...  
Ə
məlin qurtuluş, varlığın sənət,  
Yaşasın qardaşlıq, bir də məhəbbət!  
ndi "bir günəşin zərrəsiyik biz".  
Var olsun birləşən dost əllərimiz! 
 
1936, 18 avqust 
  


________________________Milli Kitabxana________________________ 
228 
 
BÖYÜK ŞA R N ŞƏRƏF NƏ 
 

 
Axıtdım alnımın inci tərini,  
Yanmadım ömrümün iki ilinə.  
Rusiya şerinin şah əsərini  
Çevirdim ilk dəfə türkün dilinə!  
Bir yeni sənətlə mən də doluyam,  
Ellər dünyasının ellər oğluyam.  
Yuxusuz gecələr çıxdı qarşıma,  
Fəqət tövşümədi bu polad sinəm.  
Artıq qovuşmuşam can sirdaşıma,  
Özümə bəxtiyar bir insan desəm, - 
Bu səs bir şairin vicdan səsidir,  
Düşünən bir qəlbin ifadəsidir. 
 
II 
 
Mən ki, hər gecəmi qatdım gündüzə,  
Üfüqdə sönməsin ulduzum, ayım!  
Sənət vadisində gəlsin üz-üzə  
Sənin Tatyananla mənim Humayım.  
Ey böyük sənətkar, hüzurunda mən  
Bəzən utanmışam səhvlərimdən;  
Neyləyim, qüdrətim zəifdir hələ,  
Görüm təbiətin kor olsun gözü!  
Ş
airim! Anladım bu gündən belə:  
Böyükdür cahanda sənətkar sözü...  
Məncə yaraşmayır çoxuna bu ad,  
Məni bağışlasın sevgilim həyat!.. 
 
III 
 
"Gəlişin ruhuma dərd verir, aman!..  
Məhəbbət dəmidir bahar, ay bahar!  
Qanımda, qəlbimdə nədənsə bu an.  
Məyus və ağlayan bir həyəcan var". 
  


________________________Milli Kitabxana________________________ 
229 
 
Söylə bir, şairim, bahar gələndə  
Neçin pərişanlıq dillənir səndə?  
Neçin gözlərini dumanlar alır,  
Göz yaşın süzülür; gülümsəyərək  
Səninlə birlikdə xəyala dalır  
Göydəki qaraquş, yerdəki ürək...  
Mən də dərdlənmişəm küskün səsindən,  
Bir əsrin o qanlı faciəsindən. 
 
IV 
 
Oyan bir, şairim, oyan, bizə bax  
Qoy öpsün alnını bizim xoş səhər;  
Bu böyük günlərə arxalanaraq,  
Göstər bu meydanda yeni bir hünər;  
Bizim dünyamızda itməz zəhmətin,  
Həyatın qəlbidir şerin, sənətin,  
Bizdə şeir qədər böyükdür hünər,  
Hər kiçik şairin bir hörməti var.  
Hər alın tərilə yazılmış əsər  
Bizim qəlbimizdə qalır yadigar... 
 

 
Mən səni sevmişəm körpəliyimdən,  
Sənsən mehribanım, sənsən ustadım!  
Nə qədər bəxtiyar bir insanam mən  
Ki, sənin tələbən çağrılır adım.  
Mən də bir ölkənin yazan əliyəm.  
Bu bayram günündə bəzənməliyəm.  
Ş
airlər oylağı, ey əziz Vətən!  
Söylə, tanışmıdır sənə Onegin?  
Bilirəm Puşkini çoxdan sevirsən...  
Qizın da, oğlun da əzbərdən desin:  
Bizdə şeir də var, sənət də vardır!  
Ş
airə, sənətə hörmət də vardır!.. 
 
1936, avqust 
 
  


________________________Milli Kitabxana________________________ 
230 
 
Ç NARIN Ş KAYƏT  
 
Dindi yol üstündə qoca bir çinar:  
"Şairim, sənə bir şikayətim var:  
Bu qoca dünyanın şahidiyəm mən...  
Kölgəmdə dincəlir hər gəlib gedən.  
Bağçalar gül açır yaş torpağımda.  
Quşların adı var hər yarpağımda;  
Mən bu yer üzünə gələndən bəri  
Olmuş budaqların hava səngəri.  
Kötüyüm dünyanın sirrilə dolu,  
Dolanmış başıma karvanlar yolu;  
Bağrımı doğramış min bir cahangir.  
mtahan etmişəm onları bir-bir,  
Başımda oynamış yüz boranlı qiş...  
Sanma ki, qüdrətim, gücüm qalmamış,  
Bax, ayrılmamışam öz kötüyümdən!..  
Qəhrəman bir elin timsalıyam mən...  
Bir kəs inciməmiş sakit dilimdən.  
nsana yaxşılıq gəlmiş əlimdən – 
Yayda kölgəliyim dağlardan sərin,  
Yaylağı olmuşam biçinçilərin.  
Silmişəm onların alın tərini,  
Sonra dinləmişəm can dəftərini.  
Ağır səfərlərə çıxan hər nəfər  
Tükənmək bilməyən uzun gecələr  
Sığınmış qoynuma sözü var kimi.  
Örtmüşəm üstünü çadırlar kimi;  
Başına yağmamış nə yağış, nə qar,  
Tarix yaxşılığı yaxşı salamlar!  
Aylı gecələrin buludu lay-lay  
Dağılıb üzünü göstərəndə ay  
ş
ığı sallanır budaqlarımdan,  
Öpür şirin-şirin dodaqlarımdan.  
Bəzən də kükrəyib əsəndə külək  
Coşur varlığımda polad bir ürək. 
 
  


________________________Milli Kitabxana________________________ 
231 
 
Qalın şaxlarımın xışıltısından  
Zövq alır dünyanın şöhrəti insan.  
Bəzən də bir sərin axşama yaxın  
Ə
təkli çöllərdən hey axın-axın  
Qalxan dolaşalar qaqqıldaşaraq,  
Dərələr keçərək, dağlar aşaraq,  
Başımın üstündə dövrələr vurur,  
Bir yerə sıxlaşıb, məclislər qurur.  
Bu doğma quşların simfoniyasından  
Zövq alır dünyanın şöhrəti insan.  
Bəzən də canlanır gündüzün səsi – 
Yığışır kölgəmə uşaq dəstəsi;  
Azad yurdumuzun şərqilərindən  
xtiyar yaşımda zövq alıram mən...  
Sərilir kölgəmə xalı-xalçalar,  
"Bizdən də bəxtiyar bir nəsilmi var?" – 
Deyən uşaqların körpə yaşına,  
Günəşlər yurdunun vətəndaşına  
Baxdıqca böyüyür gözümdə insan,  
Çəkdiyim ağrılar çıxır yadımdan.  
Fəqət deyirlər ki, yoldaş mühəndis  
Məni bir arxasiz, yurdsuz, kimsəsiz  
Zənn edib, plana almışdır ki, mən  
ndi çıxmalıyam öz kötüyümdən...  
Demək qalmayacaq məndən yadigar.  
Ancaq mühəndisə bir sualım var:  
"Ömründə bir şitil, bir budaq belə,  
Mühəndis əkmişmi barı əlilə  
Ki, məni - bu boyda çinarı birdən  
Qoparmaq istəyir durduğu yerdən?"  
Mən bu şikayəti duyduqca dərin,  
Dedim ki, haqlısan, qocaman çinar!  
Bizdə təbiətə zülm edənlərin  
Nə insan duyğusu, nə də haqqı var! 
 
1936, oktyabr 
  


Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə