Microsoft Word S?M?D vurgun doc



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə46/49
tarix01.07.2018
ölçüsü2,81 Mb.
#52660
1   ...   41   42   43   44   45   46   47   48   49

________________________Milli Kitabxana________________________ 
232 
 
SAB R N ŞƏRƏF NƏ 
 
Xəyalım bu gecə varaq-varaqdır.  
Dilsiz əsrləri o yaracaqdır.  
Gözümə bir qara keçmiş görünür,  
Bir qara keçmış ki, bizdən uzaqdır. 
 
O keçmiş – gecədir, buludu lay-lay,  
Yaslı gəlin kimi pərişandır ay;  
Orda təbiət də qara geyinmiş,  
Sonalar dərdlidir, yorğun axır çay. 
 
Orda parçalanır, didilir vətən,  
Tez düşür insanın saçlarına dən...  
Orda haqq bağıran qəhrəmanların  
Bir qılıncla gedir başı bədəndən. 
 
Boy atır sünbülün, gülün möhnəti,  
Sönür baxışların ilk məhəbbəti.  
Hər kiçik laylada "dərdim var" deyir  
Elin şirin dili, şirin söhbəti. 
 
Solğun dodaqları ah, aman gəzir,  
Ölümlər qapını çox yaman gəzir...  
Böyük bir şairin dalğın xəyalı  
Vətən çölrini pərişan gəzir... 
 
Sabir, o günləri gətirmə yada.  
Dünya unutmamış səni dünyada...  
Sinənə çarpdıqca kinli dalğalar  
Bir qoca dağ kimi durdun dəryada. 
 
Sən ey azadlığın səhər ruzgarı,  
Sınmadı qəlbinin tərlan vüqarı.  
Ə
srlər dolaşıq gəlib keçsə də,  
Tarix, unutmayır mərd oğulları. 
  


________________________Milli Kitabxana________________________ 
233 
 
Uzalı getdisə dünyadan əlin,  
Artıq çiçəkləndi arzun, əməlin,  
nsanın haqqını özünə verdik,  
Hər duyan ürəkdə qalxdı heykəlin. 
 
Oyanmış bu günəş, bu yer, bu insan,  
Artıq nə qamçı var, nə qara zindan,  
Nə matəm hıçqırır bülbülün səsi,  
O da ilham alır insan ağzından, 
 
Azaddır ellərin çiçəkli yazı,  
Bu yaz danışdırır Kürü, Arazı;  
Bu böyük günlərə min dastan deyir  
Ş
airin lirası, aşiqin sazı. 
 
Bəzəkli yurdumuz çiçək-çiçəkdir,  
Hər keçən ömrümüz bir gələcəkdir,  
Sənin də varlığın bir günəş kimi  
Ə
srlər boyunca sönməyəcəkdir! 
 
1936, 27 dekabr 
 
  


________________________Milli Kitabxana________________________ 
234 
 
GÖZÜM YOLLARDA QALMIŞDIR 
 
Gözüm yollarda qalmışdır, xəbər yox Kür qırağından,  
Usanmaq bilməyir könlüm yaşılbaşlar sorağından. 
 
O yerlər min xəyal eylər, təbiət şerə layiqdir,  
Öpər bülbül səhər tezdən gülün yaqut dodağından. 
 
Çəmənlər, yasəmənlər göz vurub bir cilvə göstərsə,  
Durar könlüm çıxar seyrə həyatın qəm otağından... 
 
Qarayazı meşəsində Anadil adlı bir quş var,  
Mənim sevdalı qəlbim tək asılmışdır ayağından. 
 
Yolum düşsün Səlahluyə, o qəbrə diz çöküm bir də,  
Anam Məhbubi yad ilə, öpüm solğun yanağından. 
 
Aman tale! Nə möhnətmiş onun dərdi, mənim dərdim...  
Bahar fəslində ayrıldı qızılgül üz budağından. 
 
Keçər aylar, keçər illər, yaz ey Vurğun, ömür azdır,  
Düşər bir gün laçın könlün şeir, sənət marağından. 
 
1936 
 
  


________________________Milli Kitabxana________________________ 
235 
 
LƏNKƏRAN ŞE RLƏR  
 
Taleyimdir ilham almaq,  
Söhbət açıb, qələm çalmaq  
Bizim dünya gözəlindən;  
Şə
rbət içdim öz əlindən  
Bizim yurdun - ana yurdun Şair!  
Sənmi oxuyurdun  
Dünən bizə hicran dərdi?..  
Yeni tarix nə göstərdi?  
Aç gözünü, yaxşı bir bax!  
Bu mən, bu sətı gəl yarışaq  
Ellər bizə "gəlin!" deyir;  
Doğma sənət, doğma şeir  
Göstərəcək ölkəmizi  
Qoy tanısın dünya bizi! 
 
Mən aşiqəm gözəlliyə,  
Muradıma yetəm deyə  
Dolaşıram bu torpağı;  
Hər budağın bir yarpağı  
Hər çiçəyin bir adı var,  
nsan adlı ustadı var  
Gözəlliyin bu dünyada.  
Gah havada, gah dəryada  
Mən sürürəm öz gəmimi,  
Tapıb könül həmdəmimi,  
Durub onunla üz-üzə,  
Dənizlərdə üzə-üzə,  
Nə yorulur, nə doyuram,  
Sahillərə üz qoyuram.  
Lənkəran da sahildədir;  
Gördüyümü deyim bir-bir  
Bu torpağın öz dilində:  
Bizim Xəzər sahilində  
Uzanmış bir gözəl şəhər,  
Yaşıl çalır səhər-səhər. 
  


________________________Milli Kitabxana________________________ 
236 
 
Hər qapıda kiçik bir bağ,  
Evcikləri boydan alçaq,  
Fəqət sadə, fəqət təmiz;  
Yorulmayır gözlərimiz  
Ortüyü ağ pəncərədən;  
Çox sevirəm doğrusu mən,  
Bu naxışlı örtüləri.  
Səhərlərin şehli təri  
Aynalardan töküləndə,  
Ağlayıram baxıb mən də  
Bu yerlərə sevincimdən;  
Bir səs gəlir öz içimdən:  
Yelkənin dəyməsin daşa,  
Sən də yaşa, sən də yaşa! 
 
Ə
tirlidir burda bağlar,  
Güzgü kimi yolları var.  
Xəyallara dalan çinar,  
Sıx kölgələr salan çinar  
Düşündürür burda məni.  
Xəyalırnın ağ yelkəni  
Uzaqlara qanad çalır  
Gah ucalır, gah alçalır,  
Qara qışdan dərs alalı  
Mən də şair tək olalı. 
 
Qoca çinar, qoca çinar!  
Kötüyündə nə sirlər var...  
Gah Turandan, gah  randan  
Gah o yandan, gah bu yandan  
Ordu çəkib gələnlərin  
Bir "dost" kimi gülənlərin  
Üstünə sən kölgə saldın,  
Sonra yazıq günə qaldın.  
Külək vurdu çinarlığı ...  
Ə
sib coşan rus çarlığı  
Üzərinə ordu çəkdi,  
O, başında bostan əkdi... 
 
  


Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə