Microsoft Word S?M?D vurgun doc



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə36/49
tarix01.07.2018
ölçüsü2,81 Mb.
#52660
1   ...   32   33   34   35   36   37   38   39   ...   49

________________________Milli Kitabxana________________________ 
184 
 
nad bəşər yorulmamış,  
Nə yay bilmiş, nə də ki, qış  
Nə soyuqdan, nə istidən,  
Nə alovdan, nə tüstüdən  
Qamaşmışdır gözlərimiz.  
Dəryaların sirrini biz  
Çox aradıq, çox axtardıq,  
Gedər-gəlməzlərə vardıq...  
Bizim cəsur elçilərdən  
Bir parası batıb hərdən  
Girdabları yara-yara  
Yem olmuşdur balıqlara! 
 
Yerin şöhrətidir əzəldən insan,  
nsan yer üzünə tanrı gələli.  
Bir tərəfdə həyat, bir tərəfdə qan,  
Nələr yaratmamış insanın əli! 
 
Bəşər yorulmamış əsrlər boyu  
Açarsız, qapısız əfsanələrdən,  
Könül bir çeşmədir ki, onun suyu  
Yağışlar altında bulanmış hərdən... 
 
Bir yanda şahların qan rəngli tacı,  
Bir yanda zəncirli qullar dünyası.  
Bir yanda bir quru çörək möhtacı,  
Sakit axşamları qərib röyası. 
 
Nəbilər, dahilər, ərlər, ərənlər,  
Həyat meydanında çapmış atını.  
" şıqlı bir günə yol göstərənlər",  
Tapdamış bəşərin xatiratını. 
 
[1935
  


________________________Milli Kitabxana________________________ 
185 
 
FÜZUL N N DƏRD  
 
Şə
bi-hicran yanar canım.  
Tökər qan çeşmi-giryanım.  
Oyadar xəlqi əfqanım.  
Qara bəxtim oyanmazmı?  
 
Füzuli 
 
Sən ey sevdalı sənətkar,  
Səsində min şikayət var.  
Duyanlar hər zaman ağlar,  
Desəm, bir böhtan olmazmı? 
 
Sığındın təbi valaya
*
,  
Vuruldun hüsnü Leylaya.  
Nahaqdan düşmə sevdaya,  
Gözün yaşlarla dolmazmı? 
 
Xəyalə qərq olub hərdən,  
Zəhərləndin küləklərdən...  
O qansız, daş ürəklərdən  
Könül rəncidə

 qalmazmı? 
 
Nə odlar görmüsən bilsən,  
Ə
zəldən aşiq oldun sən,  
Böyük ruhunla bir türksən,  
Muradın şəmi yanmazmı? 
 
Füzuli, incidin yardan,  
Gileyləndin saraylardan...  
Keçirkən karvanın qardan,  
Dedin üz döndərən yazmı? 
 
Səninlə oynadı dövran,  
Doyunca öpmədin yardan,  
Ə
sən sevdalı ruzgardan  
Tənoffüs ruha siğmazmı? 
                                                           
*
 Ali, yüksək  

  ncik 
 


________________________Milli Kitabxana________________________ 
186 
 
 
 
 
Nədir Leyli, nədir Məcnun?  
Nədir aşiq, nədir məftun?  
Gəzirsən daima məhzun
*
.  
Sınıq qəlbin - sınıq sazmı? 
 
Yıxılmış gördüyun dövran,  
Dəyişmiş, başqadır insan,  
Azərbaycan, Azərbaycan,  
Böyük dahilərin azmı? 
 
Sən ey sevdalı sənətkar,  
Səsində min şikayət var.  
Duyanlar hər zaman ağlar  
Desəm, bir böhtan olmazmı? 
 
 
[1935
 
* * * 
Döyür pəncərəmi qışın ruzgarı  
Vaxtsız ölümmüdür üstümə gələn?  
Çəkilsin gecənin qaranlıqları...  
Ömrə son sozümü deməmişəm mən,  
Vaxtsız ölümmüdür üstümə gələn? 
 
1935, 5 yanvar 
 
* * * 
Ruhumda ruhunun parçası vardır,  
Təşəkkür yetirək təbiətə biz.  
Xavərim, ömrümüz nə bəxtiyardır,  
Xalqı küsəndirir səadətimiz. 
 
1935, 12 yanvar 
 
 
                                                           
*
 
Kədərli, qəmli 
 


________________________Milli Kitabxana________________________ 
187 
 
 
Ş
A R N ÖLÜMÜ 
 
ndi xəbər verim oxucuma mən  
Xəyalı küsdürən bir faciədən: 
 
* * * 
Qarabağ... Şuşada zəngin bir saray,  
Açılır qapısı, örtülür lay-lay;  
Onun divarları əl-əlvan naxış,  
Ə
srdən əsrə hədiyyə qalmış...  
Burda göstərilir quşa ox atan,  
Burda göstərilir min bir pəhləvan.  
Qılınclar, nizələr, yumruqlu qollar,  
Döyüşən insanlar, ayrılan yollar  
O qanlı günlərdən bir yadigardır,  
Onun da sirli bir tarixi vardir.  
Sarayda hökm edir ədalı bir xan,  
Qan-qarğış tökülür qaş-qabağından,  
Hər gün at belində... dəliqanlıdır,  
Ürayi fitnəli, əti qanlıdır;  
Onun sarayında hərəmxanalar – 
Salınmış qəfəsə nazlı sonalar...  
Ellər talan olur, vergilər ağır;  
Göylər cavabsızdır, buludlar sağır.  
Yalnız səadətlə gülür bu saray.  
Açılır qapısı, örtülür lay-lay. 
 
* * * 
Burda gün keçirir bir böyük şair,  
Yazır yazdığını həyata dair...  
O şair mədh edir min bir gülzarı,  
Bəlalı aşiqi, sevdalı yarı.  
Baxıb dumaların yaşıl telinə,  
Ə
rməğan göndərir Bağdad elinə.  
Bu sonsuz dərələr, qalın meşələr,  
Boynu bükük duran tər bənəvşələr  
Ş
airin sənəti, ilham ocağı... 
 


________________________Milli Kitabxana________________________ 
188 
 
Ömrünün bəxtiyar, qayğısız çağı.  
Bəzən xatırlayır Kür qırağın,  
Alır kəkliklərin ilic sorağını.  
Ş
airin ilhamı gözəldir deyə  
Ə
zəldən aşiqdir o gözəlliyə;  
Baxır kəlağaylı keçən gəlınə,  
Qarğı qələmini alır əlinə;  
Könlünü bəsləmiş sazlar əlində,  
Deyir türküsünü ana dilində;  
Səsinə səs verir dağda çobanlar...  
Bükür qamətini ağır zamanlar...  
Yazır çəmənlərdə yarın seyrini,  
O böyük şairin hər bir şerini  
Deyir laylasında bizim analar.  
Ölərmi yurdunu sevən sənətkar?!  
Vaqif, ey şerimin könül dastanı,  
De, söhbətin hanı, de, saznı hanı?  
Susdumu nəğmələr oxuyan dilin?  
Yasını tutdumu barı sevgilin? 
 
* * * 
Batdımı xəncəri xanın köksünə?  
Nifrət o alçağa! Nifrət o günə!  
Noldu söylədiyin axar qoşmalar?  
Andımı həsrətlə səni hər nigar?  
Ş
ahidin oldumu üfüqdəki ay?  
Söylə, yıxıldımı o məğrur saray?  
De, sənmi söylərdin son dəfə naçar:  
Bir yandan bağlayan, bir yandan açar.  
Vaqif, ey şerimin könül dastanı,  
De, söhbətin hanı, de, sazın hanı?  
Ey könül yolçusu, gülər sənətkar,  
Qədrini bilmədi sənin saraylar.  
ran ordusunu yeridəndə, sən  
Dedin ki, yadlara keçməsin vətən!  
Dedin: sərçeşmələr, dağlar bizimdir, 
 


Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə