Microsoft Word S?M?D vurgun doc



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə35/49
tarix01.07.2018
ölçüsü2,81 Mb.
#52660
1   ...   31   32   33   34   35   36   37   38   ...   49

________________________Milli Kitabxana________________________ 
179 
 
Bir dön bizım Bakıya bax,  
Sahilləri çıraq-çıraq,  
Buruqları hayqıraraq  
Nərə salır boz çollərə,  
ş
ıqlanır hər dağ, dərə. 
 
Nazlandıqca sərin külək  
Sahillərə sinə gərək,  
Bizim Bakı - bizim ürək!  
ş
ıqdadır qüvvət sözü,  
Səhərlərin ülkər gözü. 
 
Gözəl Vətən! O gün ki, sən  
Al bayraqlı bir səhərdən  
lham aldın...yarandım mən.  
Gülür torpaq, gülür insan  
Qoca Şərqin qapısısan. 
 
El bilir ki, sən mənimsən,  
Yurdum, yuvam, məskənimsən,  
Anam, doğma vətənimsən!  
Ayrilarmı könül candan?  
Azərbaycan, Azərbaycan! 
 
1935 
    
  


________________________Milli Kitabxana________________________ 
180 
 
SƏRGÜZƏŞ
 
Bir tərəfdə düyün, bir tərəfdə yas,  
Böylə keçinmişdir dilsiz əsrlər.  
Ş
airim, könülün dediyini yaz,  
Odur bu dünyada ən böyük əsər. 
 
Deyirlər bu yerin xəyalı şaşqın  
Ağızlarda gəzən sevdası varmış.  
Könüllər havalı, duyğular daşqın  
Sel kimi kükrəyib, coşub axarmış. 
 
Deyirlər suların axar yerində  
Çadırlar qurulub yurd salmamış.  
Dumanlı dağların ətəklərində  
Mal-qara bəslənib, ot çalınarmış. 
 
lxılar qarışıb kişnəyəndə at  
Batarmış göylərin ildırım səsi,  
Burda öz-özünə axarmış həyat,  
Axarmış suların xoş zümzüməsi. 
 
Üstündə qıy vurub tərlan səslənən  
Dağların başını duman alarmış.  
Günəşdə, havada, suda bəslənən,  
nsanlar az ölüb gec qocalarmış. 
 
Axarmış su kimi südü, ayranı,  
Şə
kinin, Şirvanın, Gəncəbasarın.  
Qarışıb bir yerə dağı, aranı,  
Dili tutularmış boranın, qarın. 
 
Qaçanda Qazağın köhlən atları  
Bağrı yarılarmış dəli göylərin.  
Çökərmiş altında yerin qatları,  
Dirəyi titrərmiş ağac evlərin. 
  


________________________Milli Kitabxana________________________ 
181 
 
Qoyunlar, quzular düzdə, bələndə
*
,  
Səs-səsə verişib, mər-mər mələrmiş.  
Qapıya bir əziz qonaq gələndə,  
Xınalı erkəklər qurban gələrmiş. 
 
Deyirlər, qocalar, düşkün qarılar  
Qaranlıq damlara doldurularmış.  
Acından quruyub, ölərmiş onlar  
nsanın nə yaman adəti varmış. 
 
Sonra cəsədləri atıb çöllərə,  
Didib dağıdarmış qurdlar və quşlar.  
Tarix bir karvandır, həyat bir dəvə,  
Bir əfsanə gəlir bizə olmuşlar. 
 
Dillənin, ey sönmüş atəşgədələr!  
Odlara yandımı dağlar gözəli?  
Tarix, de başından keçmişdir nələr?  
Nələr törətməmiş insanın əli? 
 
Ey böyük bəşərin çocuqluq yaşı,  
Nə çirkin, nə gülünc bir keçmişin var!  
Atəşlər aşiqi Zərdüştün başı  
Qalmış əsrlərdən bizə yadigar. 
 
[1935] 
 
 
 
 
 
 
 
                                                           
*
 
Çöldə 
 


________________________Milli Kitabxana________________________ 
182 
 
ZƏRDÜŞTÜN XÜLYALARI 
 
Üç min il keçəcək dönəcək zaman  
Batacaq yaslara xain Əhrimən,  
"Təsliməm" - deyəcək ulu Hürmüzə,  
Qaranlıq gecələr dönüb gündüzə,  
Ə
lvida deyəcək qaranlıqlara...  
Günəş höküm edəcək borana, qara.  
Yerdən çəkiləcək soyuq və azar,  
Hər günün, gecənin bir qanunu var.  
Ə
tirlər saçacaq ətrafa güllər,  
Gecənin qoynunda ötən bülbüllər  
Səs-səsə verişib toy başlanacaq.  
Həyat seviləcək, alqışlanacaq...  
Aşıb-daşacaqdır bağlar, bağatlar  
O vaxt uzanacaq günlər, saatlar,  
Gecənin ömrüsə gödələcəkdir!  
Tarixə böylə bir gün gələcəkdir!  
Düşəcək sulara ulduzlar, aylar.  
Artıq olmayacaq körpüsüz çaylar,  
Ə
riyib axacaq dağların qarı,  
lanlar mələşən çöllərə sarı.  
Yaşıl don geyəcək susuz yamaclar,  
Boysuz olmayacaq otlar, ağaclar.  
Dünyanın şöhrəti olacaq insan,  
Nə azar qalacaq, nə olüm, nə qan.  
nsan oğlu yer üzünə  
Gəldiyindən ta bu günə  
Qapılmışdır xəyallara...  
stərmisən? Get də ara.  
Sirri dərin, fikri dərin  
Daş ürəkli əsrlərin  
Ə
fsanələr ocağını! 
 
Al da onun sorağını  
Divarları uçub qalmış 
 
  


________________________Milli Kitabxana________________________ 
183 
 
Yazısını tozlar almış  
Məbədlərin görüşündən...  
Gəl oxucum! Yaxın gəl sən! 
 
nsan oğlu azad bir quş  
Ə
zəldən o məftun olmuş  
Azadlığın xülyasına.  
Atıldıqca dəryasına,  
Xəyalların, fikirlərin,  
Bəzən dayaz, bəzən dərin  
Dənizlərdə kürək çəkmiş...  
Tarix nələr görəcəkmiş! 
 
O gəzdikcə hər ölkəni  
Dənizlərin ağ yelkəni  
Dalğaları yara-yara,  
Yellənmişdir uzaqlara.  
Dənizlərdə qopan ruzgar  
Qasırğalar, fırtınalar  
Quduz kimi hey qudurmuş  
nsanla üz-üzə durmuş.  
Gəl, ey Zərdüşt! Gəl də dinlə!  
Hesablaşaq biz səninlə  
Tarix uzun bir körpüdür  
Ə
fsanədən həqiqətə...  
Bax insana, təbiətə,  
Bax gecəyə, bax gündüzə,  
Sığındıqca sən Hürmüzə,  
Xəyalların söndü göydə  
Yer başına döndü, göy də.  
Daha bilməm keçdi nələr  
Sən ey sirlər, əfsanələr,  
Dünyasının böyük başı!  
Ulduzların ilk sirdaşı!  
Uzaqdansa dinlə barı  
Səndən sonra olanları! 
  


Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə