Microsoft Word S?M?D vurgun doc



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə33/49
tarix01.07.2018
ölçüsü2,81 Mb.
#52660
1   ...   29   30   31   32   33   34   35   36   ...   49

________________________Milli Kitabxana________________________ 
169 
 
Səninlə ağlayan, səninlə gülən,  
Səninlə yaşayan, səninlə ölən  
Bir xəyal, bir könül, bir həyat, bir qan  
Canlanır gözümdə... Sənsə bir insan,  
Baxırsan tozlanan o ağ yollara.  
çində hər qüvvət çəkilir dara...  
Mənsə bu həsrətin bir son övladı...  
Səni də yandırır sonsuzluq adı...  
Sən ey, isinməmiş ana qucağı!  
Ş
air təbiətli sənət ocağı!  
Gözlərim üstündə sənin yerin var.  
Yolları almasın nə boran, nə qar...  
Budur, bax, ən uzaq bir məsafdən  
Salam göndərirəm hüzuruna mən.  
Salam, təbiətin yaraşığına,  
Salam, gecələrin ay işığına,  
Salam, sevgilimin xoş qılığına,  
Onun dözmədiyim ayrılığına,  
Salam göz yaşımla içdiyim anda,  
O məni sevəcək, məni duyanda!  
Salam, inandığım o əziz günə,  
Eşqin, gözəlliyin böyüklüyünə.  
Salam, hər boyadan, ləkədən uzaq,  
Varlıği, vicdanı günəş kimi ağ  
Sabahkı insanın ilk nəğməsinə...  
Səsini sən də qoş onun səsinə!  
Salam, böyüdüyüm o ana yurda,  
Mən səfər üstündə qonağam burda...  
Süpür qapımızı, sula evmizi,  
ndi birləşdirir ayıran bizi...  
Bu bayram günündə gözlərin aydın!  
nan ki, dünyada sən olmasaydın  
Nə söz yaranardı, nə də ki, sənət,  
Bu haqqı vermişdir sənə təbiət.  
Odur ki, dünyadan istədiyini al, 
 
  


________________________Milli Kitabxana________________________ 
170 
 
Zəhmətin də halal, südün da halal.  
Səninlə fəxr edir şöhrətm, adım,  
Admı ömründə heç unutmadım...  
Anama sadə bir sözüm var ancaq;  
Bir ağac altında bir parça torpaq  
Ayır ki, yurd salım kölgəsində mən,  
Ə
yləşim, söz açaq doğan səhərdən...  
Çəkək kölgəliyə yazı masaını,  
Yazıb pozduğumu oxusun hamı;  
Dinləsin səsimi çiçəklər, otlar,  
Dolansın başıma göydə buludlar!  
Bu sadə istəyim dünyaya dəyər.  
Verdiyim vədədən çəkinsəm əgər,  
Göyün ildırımı başımda sönsün,  
Ahım dağlardək! dumana dönsün! 
 
1934, 16 oktyabr 
  


________________________Milli Kitabxana________________________ 
171 
 
SABAHIN TÜRKÜSÜ 
 
Ey səhər, ey Günəş, ey ulu qüvvət!  
Sən ey şəfəqlərdə çimən təbiət!  
Sonsuz üfüqlərə yol açan sənət!  
Ey bütün bəşərin sabahkı yolu!  
Yaşasın torpağın qəhrəman oğlu! 
 
Sən ey bağçaların, bağların barı!  
Ş
airin ilhamı, sənətin yarı!  
Dünyanın əvvəlki, sonku ilqarı!  
Açıq söyləmirəm sənin adını,  
Bir də buludlara çırp qanadını!.. 
 
Sən ey qaranlığa çöküb qarışan,  
Günəşlə tutuşan, ayla yarışan,  
Gah məndən inciyən, gah da barışan,  
Yurdumun ayaği sayalı qızı!  
Ağzi xeyir sözlü, həyalı qızı! 
 
Siz ey çəmənlərdə gülən çiçəklər!  
Bu sakit ahəngi pozan küləklər!  
Ey təmiz duyğular, təmiz ürəklər!  
Salam gələcəyin böyük adına!  
Salam insanlığın etiqadına! 
 
1934 
  


________________________Milli Kitabxana________________________ 
172 
 
VƏTƏN ORDUSU 
 
Nəğmə 
 
Qorxub çəkilmədik ölümdən, qandan,  
Çıxdıq illər boyu çox imtahandan;  
Bombalar yağsa da bizə hər yandan,  
Dağlara səs salar hücum borusu,  
Haydı, arş irəli, Vətən ordusu! 
 
Pozmaz cərgəmizi nə dərə, nə düz,  
Hazırdır döyüşə qızıl süngümüz.  
Hər gün meşələrdə vurduq yüzə yüz;  
Dağlara səs salır hücum borusu,  
Haydı arş irəli, Vətən ordusu! 
 
Bizik kəc yağının döşündən vuran,  
Azadlıq yolunda keşikçi duran;  
Bizik tarixləri yenidən quran.  
Dağlara səs salır hücum borusu,  
Haydı, arş irəli, Vətən ordusu! 
 
Qüvvəmiz günəşə, aya təməldir,  
Sinifsiz gələcək bizə əməldir,  
Ə
n böyük nəğməmiz Beynəlmiləldir;  
Dağlara səs salır hücum borusıı,  
Haydı, arş irəli, Vətən ordusu! 
 
Yaşa, qızıl əsgər, yaşa, min yaşa!  
Aldığın nişanlar çıxmasın boşa!  
Salam marşalımız Klim yoldaşa!  
Dağlara səs salır hücum borusu,  
Haydı, arş irəli, Vətən ordusu! 
 
1934 
  


________________________Milli Kitabxana________________________ 
173 
 
BÖYÜK REVOLYUS YA 
 
Üç yüz il acımadan, titrəmədən, duymadan,  
Hey diddi köksümüzü çarlığın zülüm quşu.  
Üç yüz il acımadan, yorulmadan, doymadan,  
Hey sordu qanımızı, hey içdi qanımızı,  
Buludlardan şığıyıb gələn bir ölüm quşu. 
 
* * * 
Üç yüz il, hey üç yüz il... ac yalavac dolandıq, 
Zəncir, buxov taxıldı haqqın dodaqlarına. 
Üç yüz il, hey üç yüz il... çox qaynadıq, çox daşdıq. 
Bizi nə göy dinlədi, nə də zərli salonlar, 
Hətta sərildiksə də, çarın ayaqlarına. 
 
* * * 
Üç yüz il, hey üç yüz il sürünərək dinlədik,  
Ağlayan zənglərdəki tanrıların səsini.  
Tanrıların səsini dinlədikcə inlədik,  
Sonra yaxşı bildik ki, lazımdır bizə qırnaq,  
Çarın qanlı tacını, caduların tasını... 
 
* * * 
Döyüşlərdə itəcək nəymiz vardı ki, candan,  
Ağır çəkicdən başqa, paslı zəncirdən başqa.  
Zərbəmizlə yıxıldı bizi alan və satan,  
Sönməz odlarımızla dəbdəbəli saraylar,  
Tanrılar külə döndü gözləri baxa-baxa. 
 
* * * 
Revolyusiya yarandı qanlı vuruşmalardan,  
Mərmilərdən qaynayıb coşdu Neva suları.  
Petroqradın üfqündə qızardı bir yeni dan,  
Qızıl revolyusiya gətirdi ölkəmizə,  
pək damarlarında günəş parıltıları. 
 
 
1934 
 
  


Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə