Microsoft Word S?M?D vurgun doc



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə30/49
tarix01.07.2018
ölçüsü2,81 Mb.
#52660
1   ...   26   27   28   29   30   31   32   33   ...   49

________________________Milli Kitabxana________________________ 
154 
 
Sonra da ardınca baxıb ağlamaq  
Ə
skiklik gətirər hər insana, bil!  
Nə erkək, nə qadın əyləncə deyil.  
Bir parça söyləyim misal üçün mən  
Həyatda gördüyüm bir faciədən:  
Yaşıl təpələrdə izlər buraxan,  
Yel kimi kükrəyib, su kimi axan  
Qeydsiz bir könül, azad bir könül,  
Ə
tirli bir çiçək ətirli bir gül  
Gündə boy atardı günəşə qarşı;  
Onun kaman kimi əyilmiş qaşı,  
Durna baxışları, şirin söhbəti,  
O gözəl xilqətin xoş təbiəti  
Gəzib dolaşırdi ağızda, dildə;  
"Xuraman" dedikcə ağız da, dil də  
Gözəllik dadardı bu adda insan!  
Bir nur tökülərdi baxışlarından.  
Xuraman sevərdi ay işığını,  
Xilqətin o gözəl yaraşığını;  
Baxıb saatlarca mahtaba sarı,  
Uçardı göylərə zil baxışları.  
Bir su kənarında göyərən otlar,  
Göydə məclis qurub duran buludlar  
Bir qaya, bir təpə, bir dağ, bir dərə,  
Xəyalı güldürən bir xoş mənzərə  
Onun diqqətini tutardı həmən.  
"Of...Sənin eşqindən divanəyəm mən"  
Deyən, bir insana uydu zavallı  
O şair könüllü, rəssam xəyallı.  
Xuraman izlədi, öz arzusunu,  
Ondan çəkinmədi illər uzunu;  
O qoşdu şəhərə oxusun deyə,  
Ömrünü sənətə verdi hədiyyə.  
Yazıq! Zəhərlədi o gözəl qızı  
Həyatın pozulmuş bir əxlaqsızı.  
"Mən sənin eşqinlə, əziz Xuraman,  
Xəstə uşaq kimi inlərəm hər an", - 
  


________________________Milli Kitabxana________________________ 
155 
 
Deyən bir alçağa! uydu zavallı,  
O rəssam duyğulu, şair xəyallı,  
O dağlar gözəli Xuramancığaz.  
Birinci görüşdən keçməmiş bir az  
Onlar evləndilər, fəqət faciə  
Bununla qurtarıb bitməyir yenə.  
Xuraman bir axşam evində yalnız,  
Çəkdiyi lövhələr qarşısında qız  
Dalıb düşünərkən yoldaşı birdən:  
"Xuraman, qalmamış o məhəbbətim,  
Getdi etibarım, getdi hörmətim,  
Nə incə sənətin, nə də bədənin,  
Nə də ki, o durna gözlərin sənin  
Artıq güldürməyir, açmayır məni,  
Bağışla, saxladım yolundan səni.  
Xuraman yerində daş kimi donur,  
Xəyalı çırpınıb, dağlara qonur,  
Orda maral kimi boynunu bükür,  
 
Qumral gözlərinə qaranlıq çökür... 
"Əvət, təbiətim hər zaman dönür,  
Könül bir oddur ki, yandıqca sönür...  
Məndə nə irada, nə ixtiyar var;  
Xəyalım ölçüsüz bir dəli ruzgar,  
Köçəri quş kimi hər yerə qoşar,  
Harda axşamlasa, orda da yaşar.  
Onun başqa donlu bir xilqəti var,  
Hər zaman dəyişən təbiəti var.  
Səadət, ailə, sevgi əbəsdir – 
Dünya dedikləri bir quru səsdir..."  
O gündən yaşadı Xuraman yalqız,  
Dünya gözlərində günəşsiz, aysız  
Bir qaranlıq kimi boğurdu onu,  
Yaxşı gətirmədi ömrünün sonu;  
Dağlardan aldığı vüqarı qızın  
Çəkmədi zülmünü bir əxlaqsızın. 
 
  


________________________Milli Kitabxana________________________ 
156 
 
Dəyişdi günbəgün qızcığın halı,  
Pozuldu gördüyüm o gül camalı.  
Pozuldu ömrümün ağ gün dəftəri  
Qızlığı əllərdə gedəndən bəri.  
Bir axşam ah çəkib asdı özünü,  
Həyata, hər şeyə yumdu gözünü  
Deyən sevgilimin sinəsi qalxdı,  
Elə bil üstündə ildırım çaxdı.  
Süzüldü göz yaşı kirpiklərindən,  
Çəkib nəfəsini aldı dərindən.  
Sevgilim yanımda yatır baş-başa,  
Uzanır ortada çənə söhbəti;  
Onun hər zamankı xoş təbiəti  
Deyir: melıriban ol, mehriban yaşa!  
Sevgilim yanımda yatır baş-başa... 
 
1933 
  


________________________Milli Kitabxana________________________ 
157 
 
CƏBHƏDƏ 
 
Toxunub dağlara qayıdır yenə  
Sərhəd boyundakı hücum borusu;  
Soxulmuş gecənin dərinliyinə  
Komandam altında insan ordusu,  
Sərhəd boyundakı hücum borusu. 
 
Atım köpüklənir, atım buğlanır – 
Donmuş qırov kimi sinəsində tər.  
Atımin nalları od tutub yanır;  
O, bəzən altımda uçunub, titrər,  
Donmuş qırov kimi sinəsində tər. 
 
Topçular alayı gəlir arxadan,  
Fırlanır, dolaşır təkər səsləri.  
Bir yeni şey deyil nə ölüm, nə qan...  
Ordumuz yenə də axır irəli,  
Fırlanır, dolaşır təkər səsləri. 
 
Günəş qırpınanda açıldı hava,  
Dayandı ordular, durdu üz-üzə - 
Hər iki cəbhədən başlandı dava,  
Yayıldı atəşlər o geniş düzə,  
Dayandı ordular; durdu üz-üzə. 
 
Qızışdı, getdikcə qarışdı ara,  
Gəldi toqquşmamız süngü-süngüyə;  
Havanın bağrını düz yara-yara  
Ş
aşqalar başını qaldırdı göyə,  
Gəldi toqquşmamız süngü-süngüyə. 
 
Odur bax! Ayrıldı tən yarısından  
Gövdəsi qarşıma çıxan insanın;  
Atından yıxıldı, yəhərində qan...  
Qızardı od kimi içində qanın  
Gövdəsi qarşıma çıxan insanın. 
 
  
Axşamdır, qaralır axşamın yeri,  
Düşməni salmışıq əldən-ayaqdan;  


________________________Milli Kitabxana________________________ 
158 
 
Basılmış ordusu çəkilib geri,  
Kinli baxışlarla baxır uzaqdan,  
Düşməni salmışıq əldən ayaqdan. 
 
Çoyutma
*
 bir güllə gözlənilmədən  
Yapışır alnıma, yıxılıram mən,  
Tutub gözlərimi örtür qızıl qan...  
nsan ölümünü bildiyi zaman  
Nələr keçirirmiş!.. Kainat qara.  
Kainat gözümdə çəkilir dara...  
Dolanır başıma sonsuz yamaclar,  
Yürüyür üstümə otlar, ağaclar,  
Canımda bir qara üşütmə vardır,  
Döyünən köksümün nəfəsi dardır; 
 
Bu dar zamanımda hamıdan əvvəl  
Qaldırır başımı mehriban bir əl,  
Çəkib dizlərinin üstünə alır,  
Bağlayıb yaramı qeydimə qalır  
Və deyir: "Özünü toxtaq tut bir az,  
Düşəndə dar günə insan danlmaz!"  
Duyub bir insanın dost olduğunu,  
Güclə tanıyıram səsindən onu.  
O, cəbhə yoldaşım, öz sevgilimdir,  
O, mənim agzımda şirin dilimdir.  
Silir gözlərimin qanını təmiz:  
"Biryerdə ölsəydik, deyir, ikimiz..." 
 
1933  
 
 
                                                           
*
 
Gözlənilməz 
 


Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə