Microsoft Word S?M?D vurgun doc



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə34/49
tarix01.07.2018
ölçüsü2,81 Mb.
#52660
1   ...   30   31   32   33   34   35   36   37   ...   49

________________________Milli Kitabxana________________________ 
174 
 
A KÖHLƏN ATIM! 
 
Ə
lim tərpənməmiş oyna yerindən,  
Nəzil qamçı kimi səyirdəndə sən.  
Büdrəsən, qalaram yarı yolda mən,  
A köhnə yoldaşım, a köhlən atım!  
Buğlana-buğlana köpüklən, atım! 
 
Aranda, yaylaqda kömək ol elə,  
Yerişin oxşasın əsən ağ yelə;  
Arpanı kəsmərəm ac qalsam belə,  
Yaman günlərimin gərəyi atim,  
nsanın dar gündə köməyi atım. 
 
Qoy vurum belinə gümüş yəhəri,  
Bir yol ayrıcında açaq səhəri...  
Gəzib oymaq-oymaq kəndi, şəhəri,  
Harda var axtaraq düşməni, atım!  
Onları vaxt ikən gör, tam, atim! 
 
Bu bir manevradır indi səninçin...  
Qoy dalğalar kimi döyünsün için;  
Göydən üstümüzə düşən göyərçin  
Düşmənin yerini bildirsin, atım!  
Qoyub dizlərini yerə sin
*
, atım! 
 
Qaranlıq düşəndə qulağını çat,  
Asta get, nalıyın səsıni alçalt!  
Desinlər ustadır mindiyin bu at,  
Candan əziz tutum səni mən, atım!  
Bəzən insan kimi düşünən atım! 
 
Canın poladdandır, qolların dəmir;  
Komandan orduya verəndə əmr,  
Duşmənin başını qoparıb gəmir,  
Ey aslan ürəkli, pəhləvan atım!  
Ə
slində mülayim, mehriban atım! 
 
                                                           
*
 
Ə
yil 
 


________________________Milli Kitabxana________________________ 
175 
 
1934 
 
 
BÖYÜK ƏD B 
 
Döydü qapımızı bir acı ruzgar,  
Durdu insan qəlbi, öldü sənətkar...  
Mənim təbiətə bir sualım var.  
Bumudur insanla onun ilqarı? 
 
Sən, ey bu torpağın əziz insanı,  
De, qələmin hanı? Kağızın hanı?  
Matəmin ağlatdı Azərbaycanı,  
Yasinı saxlayır Qafqaz dağları. 
 
Gülən dodaqların, söylə soldumu,  
Düşünən beyinin torpaq oldumu,  
Sevgilin saçını bir-bir yoldumu,  
Həyata son dəfə baxdınmı barı? 
 
Admı qəlbində hər kim arasa,  
Bilirəm, ağlayıb batacaq yasa;  
Bir xəbər göndərsin Kürə, Araza  
Dumanlı dağların soyuq ruzgarı. 
 
Ömrünün çiçəyi birdən solsa da,  
Ölümün, matəmin vaxtsız olsa da,  
Dünya boşalsa da, dünya dolsa da,  
Tarix yaşadacaq bu sənətkarı!.. 
 
1934, 31 dekabr 
  


________________________Milli Kitabxana________________________ 
176 
 
AZƏRBAYCAN
*
 
 
Çox keçmişəm bu dağlardan,  
Durna gözlü bulaqlardan;  
Eşitmişəm uzaqlardan  
Sakit axan arazları;  
Sınamışam dostu, yarı... 
 
El bilir ki, sən mənimsən,  
Yurdum, yuvam, məskənimsən,  
Anam, doğma vətənimsən!  
Ayrılarmı könül candan?  
Azərbaycan, Azərbaycan! 
 
Mən bir uşaq, sən bir ana,  
Odur ki, bağlıyam sana:  
Hankı somtə, hankı yana  
Hey uçsam da yuvam sənsən,  
Elim, günüm, obam sənsən! 
 
Fəqət səndən gen düşəndə,  
Ayrılıq məndən düşəndə,  
Saçlarıma dən düşəndə  
Boğar aylar, illər məni,  
Qınamasın ellər məni. 
 
Dağlarının başı qardır,  
Ağ örpəyın buludlardır.  
Böyük bir keçmişin vardır;  
Bilinməyir yaşın sənin,  
Nələr çəkmiş başın sənin. 
 
Düşdün uğursuz dillərə,  
Nəhs aylara, nəhs illərə.  
Nəsillərdən nəslərə  
Keçən bir şöhrətin vardır;  
Oğlun, qızın bəxtiyardır... 
 
                                                           
*
Ş
eir əlyazmasi əsasında ilk variantda olduğu kimi verilmişdir. 
  


________________________Milli Kitabxana________________________ 
177 
 
 
 
 
Hey baxıram bu düzlərə,  
Ala gözlü gündüzlərə;  
Qara xallı ağ üzlərə  
Könül istər şeir yaza;  
Gəncləşirəm yaza-yaza... 
 
Bir tərəfin bəhri-Xəzər,  
Yaşılbaş? sonalar gəzər;  
Xəyalım dolanar gəzər  
Gah Muğanı, gah Eldarı,  
Mənzil uzaq, ömür yarı! 
 
Sıra dağlar, gen dərələr,  
Ürək açan mənzərələr...  
Ceyran qaçar, cüyür mələr,  
Nə çoxdur oylağın sənin!  
Aranın, yaylağın sənin. 
 
Keç bu dağdan, bu arandan,  
Astaradan, Lənkərandan.  
Afrikadan, Hindistandan  
Qonaq gəlir bizə quşlar, 
      Zülm əlindən qurtulmuşlar... 
 
Bu yerlərdə limon sarı,  
Ə
yir, salır budaqları;  
Dağlaraının dümağ qarı  
Yaranmışdır qarlı qışdan,  
Bir səngərdir yaranışdan. 
 
Lənkəranın gülü rəng-rəng,  
Yurdumuzun qızları tək.  
Dəmlə çayı, tök ver görək,  
Anamın dilbər gəlini!  
Yadlara açma əlini. 
 


________________________Milli Kitabxana________________________ 
178 
 
Sarı sünbül bizim çörək,  
Pambığımız çiçək-çiçək,  
Hər üzümdən bir şirə çək  
Səhər-səhər acqarına,  
Qüvvət olsun qollarına. 
 
Min Qazaxda köhlən ata,  
Yalmanına yata-yata,  
At qan tərə bata-bata,  
Göy yaylaqlar belinə qalx,  
Kəpəz dağdan Göy gölə bax!.. 
 
Ey azad gün, azad insan,  
Doyunca iç bu bahardan!  
Bizim xalı-xalçalardan  
Sar çinarlar kölgəsinə,  
Alqış günəş ölkəsinə! 
 
Könlüm keçir Qarabağdan,  
Gah bu dağdan, gah o dağdan;  
Axşam üstü qoy uzaqdan  
Havalansın Xanın səsi,  
Qarabağın şikəstəsi. 
 
Gözəl Vətən! Mənan dərin,  
Beşiyisən gözəllərin  
Aşıq deyər sərin-sərin,  
Son günəşin qucağısan  
Ş
eir, sənət ocağısan. 
 
Ölməz könül, ölməz əsər  
Nizamilər, Füzulilər!  
Ə
lin qələm, sinən dəftər,  
De gəlsin hər nəyin vardır,  
Deyilən söz yadigardır. 
 


Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə