95
SƏ R YYƏ N N ÖLÜMÜ
Mən görmədim, söyləyirlər bir gecənin sonunda
Sənə qıyan mərhəmətsiz, soyuq bir əl qudurdu.
Bu gün qurmaq istədiyin yeni həyat yolunda,
Ağ sınənə sağalmayan isti yaralar vurdu.
Dalğalandı bu xəbərdən xəyalımın dənizi,
Uzaq-uzaq keçmişləri xatırladım nifrətlə...
Bu hal mənə düşündürdü hər qulu, hər kənizi,
Ancaq mən öpdüm onları şerimdəki hörmətlə...
Mən görmədim söyləyirlər hənuz körpə yaşında,
Ayrılaraq can evindən altunlara satıldın:
O qaranlıq gecələr ki, gəlib durdu qarşında,
Sevmədiyin bir qocanın qollarına atıldın.
Sən sizi çəkdiyin soyuq ahlar buludlara toxundu,
Baxdım ömür dəftərinə, nə dastanlar oxundu...
O gündən ki, al şəfəqli bir günəşin dalğası,
Buludların arasından sıyrılıb cilvələndi,
O gündən ki, məzlumların safa çıxdı yarası,
Başqa bir göz salmıladı hər şəhəri, hər kəndi.
Artıq sənə ilham verdi, yeni həyat, yeni saz,
Sən də sevinmək istədin, gülmək istədin bir az;
Məbədləri, məscidləri, Məhəmmədin dinini
Ayaqladın şərqə məxsus əfsanələr yurdunu...
Saf havalar udmaq üçün, unutmaqçün dərdini
Sən atıldın klublara, el, oba gördü bunu.
Uzun qara saçlarını parça-parça kəsərək,
"Yetər əyləncə olduğum!" - deyə bir gün bağırdın.
Bu tufanlar əsrində sən yellər kimi əsərək,
Qımıldandm dodaqaltı, xoş mahnılar çağırdın
Və beləcə gündən-günə aşıb-daşdı əməlin,
O səfalət yuxusundan diksinərək oyandın.
Nə yazıq ki, çox sürmədən ən duyğusuz bir əlin,
Dayanılmaz zərbəsilə qızıl qana boyandın.
96
TABUT KEÇ RKƏ N
Sarılıqlar çökmüş kimi buludların rənginə,
Günəşdən yox bir nişan;
Bütün aləm pərişan...
Ağır karvan yürüşilə dalğalanır insanlar,
Həm də qızlar, oğlanlar,
Komsomollar, pionerlər, məktəblilər, qadınlar
Öndə gedən bir tabutun arxasınca addımlar...
Dalğalanırdı Bakı,
Onun qarşısındakı
Salamlanan bu tabut ki, azadlığa verdi can,
Hər gözdə bir həyəcan,
Hər baxışdan kin püskürür o qatil qəlbə qarşı,
Çalınır matəm marşı...
Həzin-həzin bu nəğmədən döyünürdü ürəklər,
Çıldıran bir quduz kimi səslənirdi küləklər...
1930
97
MƏKTUB
Nəşədir yaşamaq nəşədir həyat!
Mikayıl Rəfili
Nə qədər "xoş gəldi" qulaqlarıma
Bir əfsanə qədər dadlı sözlərin...
Duyduqca dərin,
Dərin b r yalan var bu sözdə, yalan!
Çılpaq çiyinləri günəşdə yanan
Zəncirdəki zənci demozdi bunu!
Deməzdi, inan!
Küləkləri zəqqum qoxuyan
qum çöllərinin,
Görmədiyim,
Fəqət tanıdığım şərq ellərinin
qocası və gənci deməzdi bunu!
Fəqət sən,
Sən dedin, ey "şair",
bunu kef üstdən...
Çünki sən.
qızğın qurşunlara sinə gərmədin,
Atlı nəfərlərə yol göstərmədin...
Çünki o yolu,
O yol ki, varlığı üsyanla dolu,
sən görmədin o yolu
Yumşaq və ağ dərin
pəklər içində xumarlandıqca,
Yosma gözəllərə dastanlar dedin,
Nəşələr yedin!
Görmədin meşin jaketli
rus işçisinin qızıl
gülləsini,
O top-tüfəng səsini.
Görmədin sən,
Aclığından dişləri kilidlənən
98
Qatar-qatar
bölük-bölük,
yığın-yığın canları,
fədakar insanları;
Sən görmədin o ili,
Görmədin, Rəfili!
* * *
Rəngi qan,
qəlbi qan,
Göylərin ən qatı qatına qalxan,
Bir günün zərrəsindən,
tufanların səsindən
yaranan bu həyat qanadlandıqca,
Yolçular atlandıqca,
Bu axın səni də aldı qoynuna;
Sənsə "ona könül verdin
Və sarıldın boynuna"...
Dəyişdi adət,
Gəzdi ürəkləri sevinc, səadət.
Al saçaqlı şəfəqlərə bələndin,
Sevindin, nəşələndin...
Gözlərinə
Sarı bir eynək taxdın
Həyata hər şeyə biganə baxdin...
Ancaq eşit
Söyləyirik biz;
Bu gündən sonradır mübarizəmiz.
Yalandır həyatı nəşədə duymaq,
Yalandır həyata nəşədən uymaq!
1930
99
***
Dinlə məni, gozəl bahar!
Qəlbinlə dinlə.
Sənə deyiləcək
sözüm var:
Bilirəm sən,
lk duyğularımın şahidisən!
Unutmadım sizi mən.
Unutmadım
adımı dolaşıq çağıran
suların düyümlü səsini...
Mənə çox görməsin zaman
Çalışıb yaşamaq həvəsini...
1930
100
Ş
A R N SƏS
Mikayıl Müşfiqə
Axşamdan bəridir könlümdə yenə
Hirsli fırtınalar, qasırğalar var.
Çox da uymayıram könlüm deyənə,
Gözlərim hər şeydə bir hikmət arar.
çim dalğalanır sanki bir dəniz,
Mən bu dalğalarla qucaqlaşıram,
Nələr düşünürəm, duya bilsəniz!
Sanki varlığımdan uzaqlaşıram...
Bezən də fikrimin qanadlarını
Küləklər qoparıb, qaldırır göyə.
Sürürəm əsrimin qır atlarını,
"Bu axın başqa bir axındır", - deyə,
Bütün arzularım gülür yarına
Xəyaldan ilhamlar almamaq üçün;
Baxıram Leninin kitablarına
Dəstədən geridə qalmamaq üçün.
1930
101
DÖNÜŞ
Ah, nə zaman ki, duyğularım ac,
Gözlərim səmimi bir şerə möhtac,
Dolanır günlərim;
Duyuram bəzən
Gizli varlığını kölgələr gəzən
Yapma bir gözəllik..
Xəstə bir əməl...
O çağırır məni, söyləyir: gəl, gəl!
Yazıq bilməyir ki, unutdum onu,
O sonsuz gecənin yox imiş sonu.
Haydı get!..
ndi mən uzaqlarda tək
Yaşaram; kimsəsiz yaxamdan əl çək!
Sənin xəyalınla od tutub yanmaq,
O yalan varlığa bir də inanmaq
Nə qədər gülüncdür.
Ş
öhrətinlə sən
Yenidən qəlbimə hökm edə bilsən
Mən bu həqiqətə təslim olmaram.
1930
Dostları ilə paylaş: |