123
Açılır örtülü pərdə...
Ə
gər
etmirəmsə səhv,
Onlar olur
gah "firqəvi",
gah bitərəf;
Hər ikisi birdir,
onlar əlbirdir.
Budur, bax
muxbirin yazdığı kağıza,
Dolaşır ağızdan-ağıza:
Tanıyın Salyanda
Yıxılıb küp dibində yatan
və hökümət atlarını
yarı qiymətinə satan
köhnə çovdar Şirəlini.
Qırmızıları
güllələdiyi zaman
aparmışdı top əlini.
O, Tiflisdə
Qızıl verib sağaltmışdı topalını...
Tanıyın Qazaxda
Gündüzləri
birliyin hesabına yaşayan,
Gecələri
banditlərə
güllə daşıyan
O yöndəmsiz Qulunu;
Pirinə təpik atan
kəndin o yoxsulunu.
Tanıyın Gəncədə
Həftəsi tamam olmamış
kənddən şəhərə qaçan
bir gənc müəlliməni;
heç açmadı bu məni...
Söylə şəhər,
124
neçə nəfər
divarlarının arasında
gizlənənlər var?!
Səsini kəndlərdə qeyb edənlərdən,
Söylə, şəhər,
neçə nəfər?
nanmıram sənə mən!
Edilən cinayətlərin
adını
tut onlardan xəbər al!
Küçələrə məni də sal,
Örtülü düşmən
daha qorxuludur.
1931
125
Ş
E R VƏ XALTURA
"Kəndə, kəndə və kəndə
və yenə də kəndə!"
Belə yazdı bəziləri
Ş
erin başında turp əkəndə.
Sevmədim
Qurama sözlərin
cansız hərəkətini,
və beynimə
zorla
pərçimlənən
bu sözlərin ləzzətini...
Sevmədim
imzasını görünmək üçün atan,
Qəlbi şablon
və şarlatan
ş
airlərin
yerində şıllaq atmasını;
Sevmədim
onların sənət adına
xaltura yaratmasını.
Qoy
oxucu gözlərinə
gözlük taxsın
və bu "şeir" adını daşıyan
sözlərə bir də baxsın:
"Kəndə, kəndə və kəndə
və yenə kəndə!"
Məncə bu "şeir"
açıqca deyir:
çəriyə pəncərələrdən
göz atanların
Görüb yaşamadığı
Həyat səhnəsini
126
Və qəlbini pula satanların
Ə
n aciz səsini...
Daloy
qəlbini proletarın
qəlbi
kimi
duymayan
və şeirdə
ş
erilik izi qoymayan
bu qafiyəli dəllallar!
Sənətin bazarına sürülməsin
bu saxta mallar!
1931
* * *
Keçdi günlər ki, sənin hüsnünə pərvanə kimi
Gərərək köksümü yandım uca eşqimlə həmən;
ndi sənsiz gəzirəm çölləri divanə kimi,
Çıxıram böyləcə bəzən o xəyal dağına mən.
Baxıram, keçdiyimiz yollara bir-bir baxıram,
O keçənlər hələ sövq etmədə röyaya məni...
Mən, zarafat deyil, ey sevdiciyim, can yakıram...
Sənsən, əlbət, düşürən bu qara sevdaya məni.
127
** *
Sən o deyilsən, ah!.. Dəyişdin, döndün,
Buludlar qoynunda parladın, söndün?!
Söndün mənim ruhum, amalım kimi,
Artiq, xəyal olan xəyalım kimi.
Nerdə, bir söylə, ah, nerdə o camal?
Nə tez xarab oldun? Söylə, bu nə hal?
Yararmı nazənin, incə bir çiçək
Böylə iyrənc olsun...Yaramaz gerçək!
Yaramaz şu boya, şu qırmızı rəng,
ş
tə dodaqların nə diyər mələk?
Nədir o sünilik, nədir ah, aman!
Mən buna vicdanən ağladım, inan!
Bir zaman dağlarda vəhşi lalə tək,
Nə qədər gözəldin...Gülümsəyərək;
O zaman mənim bu şikəstə ruhum,
Bu darğın xəyalım, qəlbi-məcruhum
Və bütün varlığım bir kölgə kimi
Qoşardı arxanca yorulmadan,ah!..
Həyat amansızdır...səndə nə günah?!
Uydun böyüklərə, şana, şöhrətə,
Uydun hər keçici eyşü-işrətə.
Unutdun hər zövqü, qəlbi, vicdanı,
Aradın bir şöhrətpərəst insanı.
Sonra min rəng aldın və sürtdün boya,
Kəndini sevdirmək istədin ona...
Heyhat! Səni görcək iyrəndim bəlkə,
Nədir üzündəki o çirkin ləkə?
Sil! Sil onu, artıq görməyim bir də,
Mən dözə bilmərəm bu sonsuz dərdə,
ş
tə bax, nədənsə...nədənsə bilməm
Mən yazmaq istərkən, qırıldi qələm...
1931
128
ROT FRONT
Gözlərim sancılarkən bu bayrağın rənginə,
çimdə dalğalardan gurultu qopdu yenə...
Bu bayraq ki, üfüqsüz dənizlərdən keçərək
Tutuldu güllələrə qızıl qanlar içərək;
Ş
rapnellər ötürkən sağından və solundan,
Bir çox döyüşdən çıxdı, qayıtmadı yolundan.
O dolaşdı Berlinin sokaklarında
*
bəzən,
Havasında bir ölüm, bir də ayrılıq gəzən
Gecələrin qoynunda dalğalandı bu bayraq.
Ş
erim inandırmasa, gəl onun rənginə bax!
O bayraq ki, rəngi qan, varlğı, qəlbi qandır,
Milyonların əlində bir yenilməz qalxandır.
Mənsəb dalınca deyil, haqq axtarır dünyada,
Ağ saçlı keçmişləri salsan bir az da yada
Haq verərsən sözümə;
Ki yer üzü,
Sözün düzü,
ki düşmən cəbhədən görünmədə gözümə,
Haq veriniz sözümə.
Bu bayraqdan oxudum sahildəki qanları,
Sayıb sona yetmədim günahsız qurbanları.
Bu bayraqda canlanır bir son aclıq dünyası,
Qızlığmda dul qalan insanların röyası.
Fahişəlik, yazıqlıq, sonra bilməm ki, nələr...
Yol üstündə titrəyən ağ saqqallı çənələr;
" nsaf edin! Əl açın! Mən işsizəm" sözləri,
Ağlamaqdan kor olan bir ananın gözləri;
Cəbhələrdən qayıtmış, tək qollu qəhrəmanlar,
Kitablara düşməmiş qanlı, qorxunc zamanlar,
Hisli, nəmli, qaranlıq podvallarda yaşayan,
Ömrün ağırlığını öz çiynində daşıyan,
ş
çilərin adından bir elçidir bu bayraq,
Ş
erim inandırmasa, gəl onun rənginə bax!
*
Küçələrində
Dostları ilə paylaş: |