8
vəsaitin köçürülməli olan yeni hesab banka bildirilmədikdə, həmin vəsait müvafiq müştəri
kateqoriyasının bağlanmış hesablarının uçotu aparılan hesaba köçürülür, Bankın Tarif dərəcələrinə
(tariflərinə) əsasən bağlanmış hesabların əməliyyat sistemində saxlanmasına görə müvafiq xidmət
haqqı tutulur.
4. KREDİT
4.1. Bank hazırkı Standart şərtlərə uyğun olaraq Müştəriyə şəxsi istehlak məqsədli, qaytarılmaq,
müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq şərti ilə və yaxud təminatsız Xüsusi şərtlərdə
müəyyən edilmiş məbləğdə kredit verə bilər, kredit xətti ayıra bilər. Kredit verildiyi halda, Müştəri
aldığı krediti və kredit üzrə hesablanacaq faizləri Müqavilə ilə (Xüsusi şərtlərlə) müəyyən edilmiş
müddətdə və qaydada Banka qaytarmağı öhdəsinə götürür.
4.2. Kreditin növü, məbləği, valyutası, keditin qaytarılması müddəti, ödəniş qrafiki, təminat şərtləri
(əgər olarsa), kreditdən istifadəyə görə illik faiz dərəcəsi, komisyon haqq, ödəniş qaydası və dövriliyi
Xüsusi şərtlər ilə müəyyən edilir.
4.3. Müddət kreditin faktiki verildiyi tarixdən hesablanır. Kredit üzrə faizlər ildə 360, ayda 30
təqvim günü götürülməklə kreditin Müştəriyə verildiyi gündən faktiki qaytarıldığı günədək, kreditdən
istifadə edilmiş günlərin faktiki sayına görə əsas borcun qalıq məbləğinə hesablanır.
4.4. Kredit təminatla verildiyi halda, kredit məbləği təminat rəsmiləşdirildikdən sonra Müştəriyə
verilir (onun Bankda olan müvafiq hesabına köçürülür).
4.5. Müştəri onun kredit borclarının üçüncü şəxslər tərəfindən ödənilməsinə və bu məqsədlə onun
barəsində (Müştəri barəsində) məlumatların həmin üçüncü şəxslərə verilməsinə etiraz etmir.
4.5. ATM (Bankomat) vasitəsilə kredit limiti
4.5.1. Müştəri hazırkı Standart şərtlərə əsasən Bank tərəfindən təklif edildiyi halda, Bankın ATM-i
(Bankomatı) vasitəsilə kredit limiti götürə bilər. Kredit limiti götürüldüyü halda, Bank bu kredit
limiti üzrə borcların (komisyon haqq, faizlər) qaytarılmasını tələb edir və Bankın həmin borcları
Müştərinin Bankda olan istənilən hesabından silmək (tutmaq) hüququ vardır.
4.5.2. ATM (Bankomat) vasitəsilə kredit limiti üzrə borcların ödənilməsi qaydası, faizlər, komisyon
haqq və digər məsələlər hazırkı Standart şərtlərin 4.5.3-cü yarımbəndində nəzərdə tutulmuş qaydada
rəsmiləşdirilən Əlavə ilə müəyyən edilir.
4.5.3. ATM vasitəsilə kredit limitinin götürülməsi ilə bağlı müvafiq Əlavə ATM vasitəsilə bağlanılır
(rəsmiləşdirilir). Kredit limitinin verilməsi və Əlavənin rəsmiləşdirilməsi üçün SMS vasitəsilə
Müştəriyə müvafiq kod göndərilir. Müştəri və Bank təsdiq edir ki, SMS vasitəsilə göndərilmiş kodun
Müştəri tərəfindən ATM vasitəsilə daxil edilməsi şəxsi imzanın analoqu kimi qiymətləndirilir və
şəxsi imza ilə eyni hüquqi qüvvəlidir.
4.5.4. Kredit limitini həm nağdlaşdırmaq mümkündür, həm də ayrılan limit məbləği ilə nağdsız
əməliyyatlar aparıla bilər.
4.5.6 Bank tərəfindən hesab ediləcəkdir ki, Müştəri tərəfindən daxil edilən telefon nömrəsi Müştəriyə
aiddir. Müştəri təsdiq edir ki, nömrənin digər şəxs tərəfindən daxil edilməsinə görə Bank məsuliyyət
daşımır və bütün məsuliyyət Müştərinin üzərindədir.
5. ƏMANƏT
Hazırkı hissə Müştəri ilə Bank arasında əmanətin qoyulması, əmanət məbləğinin Müştəriyə
qaytarılması, onun üçün faizlərin ödənilməsi ilə bağlı münasibətləri tənzimləyir.
5.1. Əmanətə dair ümumi şərtlər
5.1.1. Müştəri Xüsusi şərtlərdə nəzərdə tutulmuş məbləğdə pul vəsaitini (əmanəti) depozitə qoyur,
“Bank” isə Müştəridən daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək Xüsusi şərtlərdə nəzərdə
tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini Müştəriyə qaytarmağı və onun üçün faizlər ödəməyi
öhdəsinə götürür.
9
5.1.2. Qoyulan əmanətlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada
sığortalanır.
5.1.3. Əmanətin müddəti, illik faiz dərəcəsi, faizlərin ödənilməsi qaydası, əmanətlərin artırılması və
azaldılması şərtləri, habelə əmanətin qoyulmasını təsdiq edən sənəd, əmanətin daxil olduğu məhsul
növü və əmanətə dair digər şərtlər Xüsusi şərtlərlə müəyyən olunur.
5.1.4. Hazırkı Standart şərtlər və Xüsusi şərtlər üzrə qəbul edilmiş pul vəsaitləri Müştərinin Bankda
olan müvafiq bank hesabına köçürülür.
5.1.5. Əmanətə dair rəsmiləşdirilmiş Xüsusi şərtlər əmanət məbləğinin Müştərinin depozit (əmanət)
hesabına daxil olduğu andan qüvvəyə minir.
5.1.6. Müştəri üçüncü şəxslər tərəfindən əmanət məbləğinin artırılmasına etiraz etmir.
5.2. Bankın hüquq və vəzifələri aşağıdakılardır:
5.2.1. Xüsusi şərtlər qüvvədə olduğu müddət ərzində əmanət məbləğinə dair öz mülahizəsinə əsasən
sərəncam vermək, o cümlədən həmin məbləğdən kredit resursu kimi istifadə etmək.
5.2.2. Müştərinin Bankda olan müvafiq hesabları üzrə əməliyyatların aparılmasına görə Bankın Tarif
dərəcələrinə (tariflərinə) uyğun xidmət haqqını tutmaq;
5.2.3. Hazırkı Standart şərtlər və Xüsusi şərtlərə uyğun olaraq əmanətə faizlər hesablamaq və
ödəmək;
5.2.4. Əmanət Xüsusi şərtlərdə nəzərdə tutulan əmanət müddəti başa çatmazdan əvvəl tələb
olunduqda depoziti artıq ödənilmiş faizlər və tutulmamış Tariflər çıxılmaqla Xüsusi şərtlərlə müəyyən
edilmiş şərtlər və qaydalara uyğun olaraq Müştəriyə qaytarmaq;
5.2.5. Əmanət hesabındakı vəsaitin qalığı barədə bank arayışı verilməsi üçün Müştəridən Bankın
qüvvədə olan tariflərinə əsasən komissiyon tələb etmək.
5.2.6. Depozit üzrə hesablanmış faizlərdən Azərbaycan Respublikasının vergi qanunvericiliyində
nəzərdə tutulduğu halda vergi tutmaq.
5.3. Müştərinin hüquq və vəzifələri:
5.3.1. Hazırkı Standart şərtlərə və Xüsusi şərtlərə uyğun olaraq əmanət üzrə faizləri və əmanət
qoyulmuş pul məbləğini almaq, digər hesablara köçürmək;
5.3.2. Bankdan hazırkı Standart şərtlərə və Xüsusi şərtlərə əsasən üzərinə götürdüyü vəzifələri
lazımınca yerinə yetirməyi tələb etmək;
5.3.3. “196” Müştəri Xidməti və ya ölkə xaricindən (+994 12) 598 12 95 telefon nömrəsi vasitəsilə
Bankla əlaqə saxlamaq.
5.4. Əmanətin qaytarılması.
5.4.1. Bank Müştərinin ilk tələbi ilə əmanət məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan
hissəsini isə ən geci beş bank günü müddətində verir.
5.4.2. Müştəri əmanət məbləğini Xüsusi şərtlərdə qeyd edilən əmanət müddətindən tez tələb edə bilər.
Bu halda faizlər Xüsusi şərtlər ilə müəyyən edilmiş qaydada ödəniləcəkdir.
5.4.3. Bank Müştərini 1 ay qabaqcadan xəbərdar etməklə əmanət məbləğini vaxtından əvvəl
Müştəriyə qaytara və müqaviləni birtərəfli qaydada ləğv edə bilər. Bu halda Bank depozitin
Müştəriyə qaytarılmasından əvvəlki günədək Xüsusi şərtlərin Əmanətin faiz dərəcəsi adlanan
hissəsinə əsasən müəyyən edilmiş faiz dərəcəsi ilə hesablanmış faizləri Müştəriyə ödəyir.
5.4.4. Əmanət və ona hesablanmış faizlər nağd və ya köçürmə yolu Müştəriyə verilir.
5.4.5. Əmanətin qaytarılması Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən Əmanətlərin
Sığortalanması Fondu tərəfindən sığortalanır. Əmanətlərin Sığortalanması Fondu tərəfindən
sığortalanmayan əmanət məbləği Bank tərəfindən sığortalana bilər (bu, Bankın hüququdur).
5.5. Əmanət üzrə faizlər
5.5.1. Əmanətin məbləğinə (o cümlədən onun artırılan hissəsinə) faizlər həmin məbləğin Banka daxil
olduğu günün ertəsi günündən məbləğin Müştəriyə qaytarılmasından və ya başqa əsaslarla
Müştərinin hesabından silinməsindən əvvəlki günədək hesablanır (ildə 360 gün hesabı ilə);