Microsoft Word standart sertler (TC) 11 noyabr 2016



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə4/7
tarix17.09.2018
ölçüsü0,52 Mb.
#68975
1   2   3   4   5   6   7

8

vəsaitin  köçürülməli  olan  yeni  hesab  banka  bildirilmədikdə,  həmin  vəsait  müvafiq  müştəri 

kateqoriyasının  bağlanmış  hesablarının  uçotu  aparılan  hesaba  köçürülür,  Bankın  Tarif  dərəcələrinə 

(tariflərinə)  əsasən  bağlanmış  hesabların  əməliyyat  sistemində  saxlanmasına  görə  müvafiq  xidmət 

haqqı tutulur. 

4. KREDİT 

4.1.  Bank  hazırkı  Standart  şərtlərə  uyğun  olaraq  Müştəriyə  şəxsi  istehlak  məqsədli,  qaytarılmaq, 

müəyyən  müddətə,  faizlər  ödənilmək  və  təminatlılıq  şərti  ilə  və  yaxud  təminatsız  Xüsusi  şərtlərdə 

müəyyən edilmiş məbləğdə  kredit  verə bilər, kredit xətti ayıra bilər. Kredit verildiyi halda, Müştəri 

aldığı  krediti  və  kredit  üzrə  hesablanacaq  faizləri  Müqavilə  ilə  (Xüsusi  şərtlərlə)  müəyyən  edilmiş 

müddətdə və qaydada Banka qaytarmağı öhdəsinə götürür. 

4.2. Kreditin növü, məbləği, valyutası, keditin qaytarılması müddəti, ödəniş qrafiki, təminat şərtləri 

(əgər olarsa), kreditdən istifadəyə görə illik faiz dərəcəsi, komisyon haqq, ödəniş qaydası və dövriliyi 

Xüsusi şərtlər ilə müəyyən edilir. 

4.3.  Müddət  kreditin  faktiki  verildiyi  tarixdən  hesablanır.  Kredit  üzrə  faizlər  ildə  360,  ayda    30  

təqvim günü götürülməklə kreditin Müştəriyə verildiyi gündən faktiki qaytarıldığı günədək, kreditdən 

istifadə edilmiş günlərin faktiki sayına görə əsas borcun qalıq məbləğinə hesablanır. 

4.4.  Kredit  təminatla  verildiyi    halda,  kredit  məbləği  təminat  rəsmiləşdirildikdən  sonra  Müştəriyə  

verilir (onun Bankda olan müvafiq hesabına köçürülür).   

4.5.  Müştəri  onun  kredit  borclarının  üçüncü  şəxslər  tərəfindən  ödənilməsinə  və  bu  məqsədlə  onun 

barəsində (Müştəri barəsində) məlumatların həmin üçüncü şəxslərə verilməsinə etiraz etmir. 

4.5. ATM (Bankomat) vasitəsilə kredit limiti 

4.5.1.  Müştəri  hazırkı  Standart  şərtlərə  əsasən  Bank  tərəfindən  təklif  edildiyi  halda,  Bankın  ATM-i 

(Bankomatı)  vasitəsilə  kredit  limiti  götürə  bilər.  Kredit  limiti  götürüldüyü  halda,    Bank  bu  kredit 

limiti  üzrə  borcların  (komisyon  haqq,  faizlər)  qaytarılmasını  tələb  edir  və  Bankın  həmin  borcları 

Müştərinin Bankda olan istənilən hesabından silmək (tutmaq)  hüququ vardır.  

4.5.2. ATM (Bankomat) vasitəsilə kredit limiti üzrə borcların ödənilməsi qaydası, faizlər, komisyon 

haqq və digər məsələlər hazırkı Standart şərtlərin 4.5.3-cü yarımbəndində nəzərdə tutulmuş qaydada 

rəsmiləşdirilən Əlavə ilə müəyyən edilir.  

4.5.3. ATM vasitəsilə kredit limitinin götürülməsi ilə bağlı müvafiq Əlavə ATM vasitəsilə bağlanılır 

(rəsmiləşdirilir).  Kredit  limitinin  verilməsi  və  Əlavənin  rəsmiləşdirilməsi  üçün  SMS  vasitəsilə 

Müştəriyə müvafiq kod göndərilir. Müştəri və Bank təsdiq edir ki,  SMS vasitəsilə göndərilmiş kodun 

Müştəri  tərəfindən  ATM  vasitəsilə  daxil  edilməsi  şəxsi  imzanın  analoqu  kimi  qiymətləndirilir  və 

şəxsi imza ilə eyni hüquqi qüvvəlidir.  

4.5.4.  Kredit  limitini  həm  nağdlaşdırmaq  mümkündür,  həm  də    ayrılan  limit  məbləği  ilə  nağdsız 

əməliyyatlar aparıla bilər.  

4.5.6 Bank tərəfindən hesab ediləcəkdir ki, Müştəri tərəfindən daxil edilən telefon nömrəsi Müştəriyə 

aiddir. Müştəri təsdiq edir ki, nömrənin digər şəxs tərəfindən daxil edilməsinə görə Bank məsuliyyət 

daşımır və bütün məsuliyyət Müştərinin üzərindədir. 



5. ƏMANƏT  

Hazırkı  hissə  Müştəri  ilə  Bank  arasında  əmanətin  qoyulması,  əmanət  məbləğinin  Müştəriyə 

qaytarılması, onun üçün faizlərin ödənilməsi ilə bağlı münasibətləri tənzimləyir.  

5.1. Əmanətə dair ümumi şərtlər 

5.1.1. Müştəri  Xüsusi  şərtlərdə  nəzərdə  tutulmuş  məbləğdə  pul  vəsaitini  (əmanəti)  depozitə  qoyur, 

“Bank” isə  Müştəridən daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək Xüsusi şərtlərdə nəzərdə 

tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini Müştəriyə qaytarmağı və onun üçün faizlər ödəməyi 

öhdəsinə götürür.   



9

5.1.2. Qoyulan əmanətlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada 

sığortalanır. 

5.1.3. Əmanətin müddəti, illik faiz dərəcəsi, faizlərin ödənilməsi qaydası, əmanətlərin artırılması və 

azaldılması şərtləri, habelə əmanətin qoyulmasını təsdiq edən sənəd, əmanətin daxil olduğu məhsul 

növü və əmanətə dair digər şərtlər Xüsusi şərtlərlə müəyyən olunur.   

5.1.4. Hazırkı Standart şərtlər və Xüsusi şərtlər üzrə qəbul edilmiş pul vəsaitləri Müştərinin Bankda 

olan müvafiq bank hesabına köçürülür.  

5.1.5. Əmanətə dair rəsmiləşdirilmiş Xüsusi şərtlər əmanət məbləğinin Müştərinin depozit (əmanət) 

hesabına daxil olduğu andan qüvvəyə minir. 

5.1.6. Müştəri üçüncü şəxslər tərəfindən əmanət məbləğinin artırılmasına etiraz etmir.  

5.2. Bankın hüquq və vəzifələri aşağıdakılardır: 

5.2.1. Xüsusi şərtlər qüvvədə olduğu müddət ərzində əmanət məbləğinə dair öz mülahizəsinə əsasən 

sərəncam vermək, o cümlədən  həmin məbləğdən kredit resursu kimi istifadə etmək. 

5.2.2. Müştərinin Bankda olan müvafiq hesabları üzrə əməliyyatların aparılmasına görə Bankın Tarif 

dərəcələrinə (tariflərinə) uyğun xidmət haqqını tutmaq; 

5.2.3.  Hazırkı  Standart  şərtlər  və  Xüsusi  şərtlərə  uyğun  olaraq  əmanətə  faizlər  hesablamaq  və 

ödəmək; 

5.2.4.  Əmanət  Xüsusi  şərtlərdə  nəzərdə  tutulan  əmanət  müddəti  başa  çatmazdan  əvvəl  tələb 

olunduqda depoziti artıq ödənilmiş faizlər və tutulmamış Tariflər çıxılmaqla Xüsusi şərtlərlə müəyyən 

edilmiş şərtlər və qaydalara uyğun olaraq Müştəriyə qaytarmaq; 

5.2.5.  Əmanət  hesabındakı  vəsaitin  qalığı  barədə  bank  arayışı  verilməsi  üçün  Müştəridən  Bankın 

qüvvədə olan tariflərinə əsasən komissiyon  tələb etmək. 

5.2.6.  Depozit  üzrə  hesablanmış  faizlərdən  Azərbaycan  Respublikasının  vergi  qanunvericiliyində 

nəzərdə tutulduğu halda vergi tutmaq. 



5.3. Müştərinin hüquq və vəzifələri: 

5.3.1.  Hazırkı  Standart  şərtlərə  və  Xüsusi  şərtlərə  uyğun  olaraq  əmanət  üzrə  faizləri  və  əmanət 

qoyulmuş pul  məbləğini almaq, digər hesablara köçürmək; 

5.3.2.  Bankdan  hazırkı  Standart  şərtlərə  və  Xüsusi  şərtlərə  əsasən  üzərinə  götürdüyü  vəzifələri  

lazımınca yerinə yetirməyi tələb etmək; 

5.3.3. “196” Müştəri Xidməti və ya ölkə xaricindən (+994 12) 598 12 95 telefon nömrəsi vasitəsilə 

Bankla əlaqə saxlamaq. 

5.4. Əmanətin qaytarılması. 

5.4.1. Bank  Müştərinin  ilk  tələbi  ilə  əmanət  məbləğinin  ən  azı  dörddə  bir  hissəsini  dərhal,  qalan 

hissəsini isə ən geci beş bank günü müddətində verir. 

5.4.2. Müştəri əmanət məbləğini Xüsusi şərtlərdə qeyd edilən əmanət müddətindən tez tələb edə bilər. 

Bu halda faizlər Xüsusi şərtlər ilə müəyyən edilmiş qaydada ödəniləcəkdir.  

5.4.3.  Bank  Müştərini  1  ay  qabaqcadan  xəbərdar  etməklə  əmanət  məbləğini  vaxtından  əvvəl 

Müştəriyə  qaytara  və  müqaviləni  birtərəfli  qaydada  ləğv  edə  bilər.  Bu  halda  Bank  depozitin 

Müştəriyə  qaytarılmasından  əvvəlki  günədək  Xüsusi  şərtlərin  Əmanətin  faiz  dərəcəsi adlanan

hissəsinə əsasən müəyyən edilmiş faiz dərəcəsi ilə hesablanmış faizləri Müştəriyə ödəyir.  

5.4.4. Əmanət və ona hesablanmış faizlər nağd və ya köçürmə yolu Müştəriyə verilir. 

5.4.5.  Əmanətin  qaytarılması  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  əsasən  Əmanətlərin 

Sığortalanması  Fondu  tərəfindən  sığortalanır.  Əmanətlərin  Sığortalanması  Fondu  tərəfindən 

sığortalanmayan əmanət məbləği Bank tərəfindən sığortalana bilər (bu, Bankın hüququdur).  

5.5. Əmanət üzrə faizlər 

5.5.1. Əmanətin məbləğinə (o cümlədən onun artırılan hissəsinə) faizlər həmin məbləğin Banka daxil 

olduğu  günün  ertəsi  günündən  məbləğin  Müştəriyə  qaytarılmasından    və  ya  başqa  əsaslarla 

Müştərinin hesabından silinməsindən əvvəlki günədək hesablanır (ildə 360 gün hesabı ilə); 




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə