Microsoft Word standart sertler (TC) 11 noyabr 2016



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə5/7
tarix17.09.2018
ölçüsü0,52 Mb.
#68975
1   2   3   4   5   6   7

10

5.5.2. Əmanət üzrə faizlər Xüsusi Şərtlərlə müəyyən edilmiş qaydada (aylıq və ya müddətin sonunda) 

ödənilir; 

5.5.3. Əmanət üzrə fazilərə faiz hesablanmır. 

5.5.4.  Depozit  hansı  valyutada  qoyulursa,  həmin  valyutada  da  hesablanmış  faizləri  ilə  birlikdə 

Müştəriyə qaytarılır.   



5.6. Əmanətin müddəti 

5.6.1. Əmanətin müddəti Xüsusi şərtlərlə müəyyən edilir. Əmanətin müddəti bitdiyi tarixdə Müştəri 

əmanətin qaytarılmasını tələb etmədikdə, müddətin bitmə tarixinin sonrakı günündən başlayaraq 12 

ay  müddətinə  qədər  yerləşdirilmiş  əmanətlər  6  ay,  12  ay  və  daha  uzun  müddətə  yerləşdirilmiş 

əmanətlər  isə    eyni  müddətə,  Bankın  tərəfindən  birtərəfli  qaydada  müəyyən  olunmuş  şərtlərlə 

uzadılmış hesab edilir. Xüsusi şərtlərlə müəyyən edilən Əmanət növü üzrə Bankın məhsulu əmanətin 

müddəti  bitdiyi  tarixdə  mövcud  olmadığı  halda,  Bankın  əmanətin  müddətini  uzatmamaq  hüququ 

vardır.  



6. ÖDƏNİŞ KARTI 

6.1.  Bu  hissə  Bank  tərəfindən  emissiya  edilən,  Azərbaycan  Respublikası  ərazisində  və  Azərbaycan 

Respublikasının  hüdudlarından  kənarda  istifadə  edilə  bilən  ödəniş  kartının  (bundan  sonra  “Kart” 

adlanacaq) verilməsi və onun istifadəsi, ona bağlı Fərdi kart hesabının (bundan sonra “ Kart hesab” 

adlanacaq) Bankda açılması  ilə bağlı Müştəri və Bank arasındakı münasibətləri tənzimləyir, tərəflərin 

hüquq və vəzifələrini müəyyən edir. 



6.2. Bankın öhdəlikləri : 

6.2.1. Müştərinin ərizəsi əsasında ona Kart vermək və Kart hesabı açmaq; 

6.2.2.  Müştərinin  ərizəsi  əsasında  ona  və  onun  müəyyən  etdiyi  şəxslərə  Kart  hesabına  bağlı  əlavə 

kartlar hazırlamaq və Müştəriyə təqdim etmək; 

6.2.3.  Hazırkı  Standart  şərtlərin  və  Xüsusi  şərtlərin  digər  bəndləri  ilə  və  qanunvericiliklə  nəzərdə 

tutulmuş öhdəliklər.



6.3. Bankın  hüquqları : 

6.3.1.  Texniki  overdraft  nəticəsində,  habelə  müxtəlif  səbəblərdən  Müştərinin  Kart  hesabına  artıq 

köçürülmüş məbləğləri, Müştərinin razılığını almadan onun hesab(lar)ından silmək; 

6.3.2.Qanunvericiliklə, habelə hazırkı Standart şərtlərin və Xüsusi şərtlərin digər bəndləri ilə nəzərdə 

tutulmuş hüquqları həyata keçirmək.

6.4. Müştərinin öhdəlikləri: 

6.4.1. Kartın alınması və Kart hesabının açılması üçün bank qaydaları ilə nəzərdə tutulmuş sənədləri 

təqdim etmək; 

6.4.2.  Bankın  Yerli  struktur  bölməsindən  şəxsiyyətini  təsdiq  edən  sənədi  təqdim  etməklə  müvafiq 

sənədləri imzalayıb sifariş olunmuş Kartı (Əlavə kartı), FİN kodu və ya İstifadəçi adını  təhvil almaq; 

6.4.3.  Kartdan  onun  istifadə  etmə  müddəti  ərzində  Azərbaycan  Respublikasının  qanunvericiliyinə, 

ödəniş  sistemlərinin  qaydalarına,  hazırkı  Standart  şərtlərdə  və  Xüsusi  şərtlərdə  nəzərdə  tutulanlara, 

Bankın müəyyən etdiyi və gələcəkdə müəyyən edəcəyi qaydalarına əsasən istifadə etmək; 

6.4.4. Kartdan və Kart hesabından istifadə üçün nəzərdə tutulmuş xidmət haqqı, bank komissiyası və 

bank xidmətləri üçün nəzərdə tutulmuş digər haqları ödəmək; 

6.4.5.  Kartın  hesabına  bağlı  əsas  və  əlavə  kartlara  görə  hazırkı  Standart  şərtlər  çərçivəsində  eyni 

dərəcədə məsuliyyət daşımaq; 

6.4.6. Texniki overdraft nəticəsində, habelə müxtəlif səbəblərdən Kart hesabına artıq gəlmiş, mədaxil 

olunmuş məbləğlərdən istifadə etməmək, istifadə etdiyi təqdirdə  Bank tərəfindən tələb irəli sürülən 

kimi,  dərhal  bu  məbləğləri  geri  qaytarmaq  və  ya  hesabdan  silinməsinə  etiraz  etməmək.  Həmçinin, 

səhvən hesaba mədaxil edilmiş məbləğ aşkar etdikdə dərhal Bankı məlumatlandırmaq; 




11

6.4.7.  Hazırkı  Standart  şərtlərin  və  Xüsusi  şərtlərin  digər  bəndləri  və  qanunvericiliklə  nəzərdə 

tutulmuş öhdəliklər.

6.5. Müştəri  hüquqları : 

6.5.1. Bir  Kart  hesabına  bağlı  yalnız  bir  aktiv  əsas  Kart  və  istənilən  sayda  Əlavə  kartlar  sifariş 

vermək; 

6.5.2. Bankın Yerli struktur bölməsinə müraciət edərək hesabdan çıxarışlar almaq; 

6.5.3. Hazırkı  Standart  şərtlər  və  Xüsusi  şərtlər  ilə  müəyyən  olunmuş  və  qanunvericilikdə  qadağan 

olunmamış məqsədlərlə kartdan istifadə etmək.



6.6. Kartın mülkiyyəti 

6.6.1. Kart  Bankın  mülkiyyəti  hesab  olunur.  Bank,  hazırkı  Standart  şərtlərin  və  Xüsusi  şərtlərin 

müddəaları  ilə  ziddiyyət  təşkil  edən  halları  aşkarlayarsa,  Kartı  geri  ala  bilər,  vaxtı  bitmiş  Kartları 

yenisi ilə əvəz etməyə bilər və ya istifadəsini dayandıra bilər. Müştəri, Kartın itməsi, oğurlanması və 

ya üzərində təhriflərin edilməsinə görə məsuliyyət daşıyır. Kart itdikdə və ya oğurlandıqda, Müştəri 

tərəfindən  Bankın  “196”  Müştəri  Xidmətinə  və  ya  ölkə  xaricindən  (99412) 598 44 60 telefon

nömrəsinə təcili xəbər verilməlidir. Müştəri bu xəbərdən sonra Kartın etibarsız sayılacağını qəbul edir 

və Bank tərəfindən yeni Kartın verilməsi ilə əlaqədar bütün xərclərin ödənilməsini öhdəsinə götürür. 

Əgər Bank tərəfindən Müştəriyə  yeni Kartın verilməsindən imtina edilərsə və  ya Müştəri  yeni Kart 

almaqdan  imtina  edərsə,  Müştəri  hesabındakı  məbləği  əldə  etmək  üçün  şəxsiyyətini  təsdiq  edən 

sənədlə  birgə  Kart  hesabının  açıldığı  Yerli  struktur  bölməyə  ərizə  ilə  müraciət  etməlidir.  Bundan 

sonra  Müştərinin  ərizəsi  Bankın  işçisi  tərəfindən  qəbul  edilir,  Kart  sistemdə  bağlanılır  və  kassadan 

nağd vəsaitin verilməsi təmin edilir.

6.7. Kartın istifadə müddəti 

6.7.1. Kart  heç  bir  şəkildə  üzərində  qeyd  edilən  son  istifadə  tarixindən  sonra  istifadə  edilə  bilməz. 

Üzərində  son  istifadə  günü  qeyd  edilməyən,  yalnız  ay  və  il  qeyd  edilən  Kartlar  həmin  ayın  son 

gününə  kimi  aktivdir.  İstifadə  müddəti  bitən  əsas  Karta  bağlı  bütün  Əlavə  kartların  istifadəsi 

müvəqqəti  olaraq  dayandırılır.  Kart  hesabındakı  pul  vəsaitinin  qalığı  Müştəri  tərəfindən  geri 

alınmalıdır və ya vəsaitin köçürülməli olduğu yeni hesab Banka bildirilmədir.  

6.7.2. Kartın  müddətinin  başa  çatdığı  gündən  еtibarən  1  (bir)  il  ərzində  Kart  hesabı  üzrə  heç  bir 

əməliyyat  aparılmazsa,  həmin  hesab  sistеmdə  bağlanılır  və  hesabdakı  pul  vəsaitinin  qalığı  Müştəri 

tərəfindən  geri  alınmadıqda  və  ya  vəsaitin  köçürülməli  olduğu  yeni  hesab  Banka  bildirilmədikdə, 

həmin vəsait müvafiq müştəri kateqoriyasının bağlanmış hesabların uçotu aparılan hesaba köçürülür 

və Bankın tariflərinə  əsasən bağlanmış hesabların əməliyyat sistemində saxlanmasına görə müvafiq 

xidmət haqqı tutulur.



6.8. Kart üzrə gündəlik istifadə limitləri 

6.8.1.  Ödəniş  kartı  ilə  aparılan  əməliyyatlar  üzrə  limitlər  baş  verə  biləcək  əməliyyat  riskinin 

azaldılması, Kart itirildikdə potensial itkilərin azaldılması məqsədilə Bank tərəfindən müəyyən edilir 

və Bank hər bir limiti birtərəfli şəkildə dəyişdirmək səlahiyyətinə malikdir. Bununla yanaşı, Müştəri 

“İnternet/Mobile  Banking”  xidməti  vasitəsilə, xidmət  olunduğu  Bankın  Yerli  struktur  bölməsinə  və 

ya  “196”  Müştəri  Xidmətinə  (ölkə  xaricindən    Tel:  (99412)  598  44  60)  müraciət  etməklə,  şəxsi 

tələblərinə uyğun olaraq ATM-lərdən nağd vəsaitin çıxarılması,  İnternet  və POS-terminal vasitəsilə 

ödənişlərin  aparılmasına  dair  limitlərini  dəyişdirə  bilər.  Müştəri  Bankın  təyin  etdiyi  limiti  qəbul 

edəcəyini  və  həmin  limitdən  məlumatının  olmaması  bəhanəsi  ilə  etiraz  etməyəcəyini  öz  öhdəsinə 

götürür.


6.9. ATM vasitəsi ilə Kart hesabına dair sərəncam verilməsi 

6.9.1.  Müştəri  hazırkı  Standart  şərtlərə  əsasən  açılan  Kart  hesablarına  dair  sərəncam  vermək 

hüququnun  həyata  keçirilməsi  və  digər  bank  əməliyyatları,  o  cümlədən  kreditin  verilməsi  ilə  bağlı 

müqavilələri ATM vasitəsilə razılığını bildirirərək bağlaya bilər. Bu halda, Kart istifadəçisinin ATM 

vasitəsilə  təklif  olunan  şərtlərlə  razılaşaraq  müvafiq  kodu  daxil  etməsi  onun  şəxsi  imzasının  başqa 



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə