Microsoft Word standart sertler (TC) 11 noyabr 2016



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə6/7
tarix17.09.2018
ölçüsü0,52 Mb.
#68975
1   2   3   4   5   6   7

12

analoqu  kimi  qiymətləndiriləcəkdir.  ATM  vasitəsilə  kreditin  götürülməsinə  dair  şərtlər  hazırkı 

Standart şərtlərnin 4-cü hissəsi ilə müəyyən edilir.

6.10. Kart vasitəsi ilə mal və xidmətlərin ödənilməsi 

6.10.1. Müştəri Kartdan istifadə etməklə POS-terminal quraşdırılan müəssisələrdən mal və ya xidmət 

almaq  hüququna  malikdir.  Müəssisədən  mal  alınması  və  ya  xidmətlərlə  əlaqədar  tərtib  edilən  satış 

sənədi  Müştəri  tərəfindən  müvafiq  qaydada  imzalanır  və  ya  əməliyyat  zamanı  FİN-kodun  daxil 

edilməsi  imzalanmanın  analoqu  hesab  olunur  və  satış  sənədində  FİN-kod  daxil  edilib/yoxlanılıb 

yazısı əks olunur. Müəssisənin məsul şəxsi Müştəridən onun şəxsiyyətini təsdiq edən sənəd tələb edə 

bilər. Müştəri satış sənədini imzaladıqdan sonra, sənəd üzərindəki qeydlərə görə etiraz etməyəcəyini 

öhdəsinə götürür. Müştəri hesabın surətini özündə saxlamalıdır. Bank, Müştərinin müəssisədən satın 

aldığı  mal  və  xidmətlərin  növü,  mahiyyəti,  məzmunu,  keyfiyyəti  və  miqdarına  görə  məsuliyyət 

daşımır.  Müştəri  ödəniş  kartı  ilə  aparılan  əməliyyatların  məbləğinin  hesabından  silinəcəyini  və 

hesabında  kifayət  qədər  vəsait  olmadığı  təqdirdə  çatışmayan  borc  qədər  texniki  overdraft-ın 

yaranacağını qəbul edir. 



6.11. Ödəniş kartından nağd vəsaitin çıxarılması 

6.11.1. Müştəri  Bank  tərəfindən  xüsusi  zərfdə  verilmiş  FİN  koddan  istifadə  etməklə  Kart  vasitəsilə 

Bankın və Ödəniş sistemlərinə üzv olan digər  müvəkkil bankların  ATM-lərindən,  Kart hesabındakı 

qalıq  və  nağd  vəsaitin  çıxarılması  üzrə  limitlər  daxilində,  nağd  vəsait  çıxara  bilər.  Müştəri  Kart 

vasitəsilə  POS-terminal  quraşdırılan  məntəqələrdən  nağd  pul  alarkən  onlar  tərəfindən  tərtib  edilən 

satış  sənədini  imzalayır  və  sənəd  üzərindəki  qeydlərə  görə  etiraz  etməyəcəyini  öhdəsinə  götürür. 

Məntəqənin  məsul  şəxsi  tələb  edərsə  Müştəri  şəxsiyyətini  təsdiq  edən  sənəd  göstərməlidir.  Kart 

vasitəsilə  ATM-lərdən  nağd  pul  alma  əməliyyatında,  nağd  ödəmə  sənədi  tərtib  edilmədiyi  üçün, 

Müştəri Bankın bu əməliyyatlar barədə qeydlərinin  dəlil olduğunu qəbul edir. 

6.12. Telefon, internet və faks vasitəsilə sifariş 

6.12.1.  Müştəri  müəssisə  ilə  üz-üzə  gəlmədən,  telefon,  internet  və  ya  faks  vasitəsilə  aparılan 

əməliyyatların dəyərinin avtomatik olaraq hesabından silinəcəyini və bu növ əməliyyatlar zamanı heç 

bir satış qəbzinin tərtib edilməyəcəyini qəbul edir. 



6.13. Kart vasitəsi ilə Kredit sənədinin tərtib edilməsi 

6.13.1.  Kart  vasitəsi  ilə  alınmış  bir  malın  qaytarılması,  xidmətin  dayandırılması  və  ya  artıq  alınan 

pulun  geri  qaytarılması  üçün  müəssisə  Kredit  Sənədi  tərtib  edir.  Lakin  Kredit  Sənədinin  tərtib 

edilməsi,  Müştərinin  mal  və  xidmət  üçün  əvvəllər  imzaladığı  satış  sənədinə  görə  yaranan  borc  və 

öhdəliklərini ləğv etmir. Bank Kredit Sənədini müəssisədən alanadək, Müştəri bu barədə heç bir iddia 

və tələb irəli sürə bilməz. Müştəri, malın qaytarılması və ya xidmətin dayandırılması ilə əlaqədar, özü 

ilə  müəssisə  arasında  yarana  biləcək  mübahisələr  və  bu  mübahisələrdən  irəli  gələn  nəticələrə  görə 

Bankın məsuliyyət daşımadığını qəbul edir. 



6.14. Hesabdan çıxarışın tərtib edilməsi 

6.14.1. Kartın ölkə daxilində və ya ölkə hüdudlarından kənarda istifadəsi nəticəsində yaranmış bütün 

borc və öhdəliklər haqqında qeydlər hesabdan çıxarışda öz əksini tapır. Hesabdan çıxarışı almaq üçün 

Müştəri  Banka  müraciət  etməlidir.  Hesabdan  çıxarış  borc  və  ödəmələri  əhatə  edən  mühüm 

sənədlərdən biridir. 

6.15. Xidmət haqqı 

6.15.1. Müştəri  hər  Kart  üçün  Bank  tərəfindən  onun  Tarif  dərəcələrinə  əsasən  müəyyən  edilmiş 

miqdarda  xidmət  haqqını  ödəməyi  əvvəlcədən  qəbul  edir.  Müştəri  Kartı  dəyişmək  barədə  Banka 

müraciət etdikdə xidmət haqqı nağd şəkildə qəbul edilir və ya Müştərinin hesabından silinir.  



6.16. Faiz, komisyon haqqı və digər ödəmələr 

6.16.1. Müştəri Kartdan  və Kart hesabından istifadə ilə bağlı  yaranan borcu, həmçinin Kartlar üzrə 

Bankın  Tariflərdə  göstərilmiş  faiz,  komisyon  haqqı  və  digər  ödəmələri  Banka  ödəməyi  öhdəsinə 

götürür. Bank xarici valyutanın konvertasiyası üçün əlavə komisyon haqqı almaq hüququna malikdir.   




13

6.17. Borcların ödənilməsi 

6.17.1.  Müştəri  yaranmış  borcu  Banka  ödəməlidir.  Ödəmələr  hesabın  valyutasına  müvafiq  olaraq 

qəbul edilir. Ödəmələrdə Bank tərəfindən müəyyən edilən valyuta məzənnələri Bank tərəfindən əsas 

kimi götürülür. Müştəri Kart hesabında texniki overdraft-ın (valyuta məzənnəsinin dəyişməsi, təkrar 

silinmə  və  s.),  yaranacağı  təqdirdə  Kartın  istifadəsinin  dayandırılacağını,  bütün  borc  və  öhdəlikləri 

təcili yerinə yetirəcəyini və bununla əlaqədar hesablanacaq cərimə haqqını ödəməyi öhdəsinə götürür. 



6.18. Kartların fəaliyyətinin dayandırılması və ləğvi 

6.18.1. Müştəri tərəfindən limitin aşılması və  yaranmış borc müəyyən edilmiş qaydada və müddətə 

ödənilmədikdə və ya Bankla bağladığı müqavilənin(lərin) müəyyən bir müddəasına əməl edilməməsi 

səbəbi ilə və yaxud heç bir səbəb göstərmədən Bank Kartın istifadəsini dayandıra bilər. Bundan əlavə, 

Müştərinin müflisləşməsi və onun başqa şəxsin qəyyumluğuna, himayəçiliyinə, tabeçiliyinə keçməsi 

ilə əlaqədar olaraq Bank hazırkı Standart şərtləri birtərəfli qaydada ləğv etmək və Müştəridən alacağı 

məbləği  tələb  etmək  hüququna  malikdir.  Müştəri  vəfat  etdikdə,  kartın  fəaliyyəti  dayandırılır  və 

yaranmış  borcların  təcili  ödənilməsi  qüvvədə  olan  Azərbaycan  Respublikasının  qanunvericiliyinə 

uyğun  olaraq  onun  vərəsələrinin  üzərinə  düşür.  Bundan  əlavə,  Bank  heç  bir  səbəb  göstərmədən 

Müştəridən  Kartın  geri  qaytarılmasını  tələb  edə  bilər  və  ya  istifadə  müddəti  başa  çatmış  Kartın 

dəyişdirilməsindən  imtina  edə  bilər.  Bank  tərəfindən  Kartın  fəaliyyətinin  dayandırıldığı  və  Kartın 

dəyişdirilməsindən  imtina  edildiyi  halda,  Müştəri  Bank  qarşısında  olan  borc  və  öhdəliklərini 

bütövlüklə  yerinə  yetirənə  qədər,  bu  şərtlərin  müddəalarının  qüvvədə  olduğunu  qəbul  edir.  Müştəri 

kartın  fəaliyyətini  dayandırılmasına  baxmayaraq  ondan  istifadə  etdiyi  halda  yaranacaq  borc  və 

cərimələrin ödənilməsini öhdəsinə götürür. Bu hallarda, Müştəri bütün borclarını dərhal ödəyəcəyini 

qeyd-şərtsiz  qəbul  edir.  Müştəri,  əsas  Kartın  fəaliyətinin  dayandırılması  halında  ona  bağlı  bütün 

Əlavə  kartların  da  fəaliyyətinin  dayandırılacağını  qəbul  edir.  Əgər  Kart  Xüsusi  şərtlər  imzalandığı 

tarixdən  etibarən  90  təqvim  günü  ərzində  Müştəri  tərəfindən  alınmazsa,  Bank  tərəfindən  ləğv  edilə 

bilər.  

6.19. Müştərinin məsuliyyəti 

6.19.1.  Müştəri,  Kart  və  FİN  kodu  heç  kimə  verməyəcəyini,  bunların  üçüncü  şəxslərin  əlinə 

keçməsinin  qarşısını  almaq  məqsədilə  lazımi  tədbirləri  görəcəyini,  hər  hansı  səbəbə  görə  Kartın 

üçüncü şəxslər tərəfindən istifadə edilməsinə görə məsuliyyət daşıdığını, bu barədə Banka şikayət və 

etiraz etməyəcəyini, belə hallarda Bankın çəkəcəyi ziyanı ödəyəcəyini qəbul edir və öhdəsinə götürür. 

Müştəri  Kartın  itirilməsindən,  oğurlanmasından  sonra  üçüncü  şəxslərin  gizli  şifrədən  və  həmçinin 

skimminq yolu ilə düzəldilən saxta kartlardan istifadə edərək, apardıqları əməliyyatlar üçün Bankın 

məsuliyyət daşımayacağını və bu səbəbə görə Bank qarşısında heç bir tələb irəli sürməyəcəyini qəbul 

edir və öhdəsinə götürür. Müştəri Kart vasitəsilə heç bir qanunsuz əməliyyat aparmamağı və eləcə də 

Ödəniş  sistemlərinin,  habelə  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  zidd  olan  hər  hansı  bir 

mal və xidmətin alınmasında istifadə edilməməsini qəbul edir.

6.20. Müştərinin əməliyyatlara etiraz etmə hüququ 

6.20.1. Müştərinin Kart hesabından çıxarış ilə bildirilən borc və ödənişləri haqqında qeydlərinə dair 

etiraz etmək hüququ vardır. Müştəri öz etirazlarını hesabından silinmə tarixindən 45 (qırx beş) təqvim 

günü  ərzində  yazılı  şəkildə  Banka  bildirəcəyini,  əks  təqdirdə  həmin  əməliyyatları  qəbul  edəcəyini 

öhdəsinə  götürür.  Bundan  əlavə,  Müştəri  etiraz  və  Kartla  bağlı  olaraq  meydana  çıxacaq  bütün 

anlaşılmazlıqlarda Bankın sənədlərinin və kompüter məlumatlarının qəti dəlil olacağını, onlara etiraz 

etməyəcəyini qəbul edir və öhdəsinə götürür. 

6.21. Müştəri haqqında məlumatlar 

6.21.1. Müştəri adı, ünvanı, imzası və s. məlumatların dəyişməsi barədə Banka yazılı şəkildə məlumat 

verməyi  öhdəsinə  götürür.  Müştərinin  Xüsusi  şərtlərdə  yaşayış  yeri  kimi  göstərdiyi  ünvana 

göndəriləcək  məlumatlar  ona  göndərilmiş  kimi  sayılacaq.  Müştəri  ünvan  dəyişikliyini  Banka 




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə