Microsoft Word Suleyman Rustam -3 cild doc



Yüklə 2,71 Kb.
Pdf görüntüsü
səhifə21/60
tarix04.02.2018
ölçüsü2,71 Kb.
#23898
1   ...   17   18   19   20   21   22   23   24   ...   60

_____________Milli Kitabxana________________ 
110 
 
N ə b i 
 
Qardaş, nə deyim artıq.  
Sonra ehtiyatla çəkildik geri,  
Tez keçdik Arazı o taydan bəri,  
Mən bu son vuruşda üç yara aldım.  
Bir günün içində on il qocaldım. 
 
M u s a 
 
Nəbi, göz dəyməsin, dəmir kimisən,  
Ürək dərdimizin baş həkimisən.  
Vətənin oğlusan, millətin gözü.  
Qopdu gəlişinlə yaramın közü. 
 
N ə b i 
 
Gəlişim əziyyət versə də sizə,  
Pənah gətirmişəm ana Təbrizə. 
 
M u s a 
 
Bu nə sözdür, Nəbi? Öz evindəsən.  
Ən əziz qonaqsan bu Təbrizdə sən. 
 
N ə b i 
 
Unutmaq olarmı bu haqqı-sayı.  
Arazın o tayı, istər bu tayı  
Bir duyan, bir vuran saf bir ürəkdir,  
Onun hər dərdinə dərman gərəkdir. 
 
(Nəbi oxuyur.) 
 
Araz, hər yaz çəmən birdir o sahildə, bu sahildə,  
Qərənfil, yasəmən birdir o sahildə, bu sahildə.  
Bilirsən ki, suya xəncər, qılınc vursan da ayrılmaz,  
Ürək birdir, bədən birdir, o sahildə, bu sahildə. 
  
 
 


_____________Milli Kitabxana________________ 
111 
 
Əzəldən ayrılıq dərdi, vüsal dərdi, vətən dərdi,  
İnandım bir də mən, birdir o sahildə, bu sahildə.  
Ürək telli müqəddəs saz, şerdən incə xoş bir dil  
Araz, bildinmi sən, birdir o sahildə, bu sahildə?!  
Haray saldım uzun illər, bütün aləm eşitsin ki,  
Əziz, doğma vətən birdir o sahildə, bu sahildə. 
 
M u s a 
 
Bu dərd həm sənindir, həm də mənimdir,  
O sahil, bu sahil öz vətənimdir. 
 
N ə b i 
 
Ah, bağı, bağçası, ətir qoxuyan,  
Bu yer ürəyimin bir parçasıdır. 
 
M u s a 
 
Hər kənddə ulayır bir bayquş, bir xan,  
Düşmənin toyudur, elin yasıdır.  
Gəzir qarış-qarış Azərbaycanı  
Yükü dağdan ağır bir qəm karvanı. 
 
N ə b i 
 
Belə getməyəcək bu qanlı dövran,  
Olacaq zülm evi yer ilə yeksan. 
 
M u s a 
 
Bu mənim üst-başım, bııda ki, evim,  
Belə güzəranı mən necə sevim?  
Vəfasız dünyada quru canım var,  
Bir də ki, ağlayan bir kamanım var.  
Adam sayılmayır kim ki, yoxsuldur.  
Bu yerdə vicdan da, namus da puldur! 
 
 
 
 


_____________Milli Kitabxana________________ 
112 
 
 
N ə b i 
 
Musa, Qasım dayı gecikdi yaman... 
 
M u s a 
 
Qorxma, gəlib çıxar, qalma nigaran.  
 
Uzaqda mahnı oxunur. 
 
Dərdlilər yollardan gözünü çəkməz,  
Haray, bu hicranın əlindən haray!  
Ürəyi yanmayan göz yaşı tökməz,  
Haray, bu dövranın əlindən haray!  
Sirdaş yaranmısan, ey Araz mənə.  
Bir dünya dərdim var, qulaq as mənə,  
Pərişan görünür bahar-yaz mənə,  
Vəfasız dünyanın əlindən haray! 
 
H ə c ə r 
 
Bala, əziz bala, hardasan, harda?!  
Bu bədbəxt ananı qoymusan darda. 
 
G ü l l ü  x a l a 
 
Sənə dağ çəkənin qurusun əli!  
 
H ə c ə r 
 
Özümdə deyiləm balam öləli.  
Verərək baş-başa dərdi-sərimlə  
Mən od götürürəm kirpiklərimlə. 
 
Qapı döyülür. Həcər və Gullü xala yan otağa keçir.  
Qasım dayı kiçik səbətdə Nəbiyə Üzüm gətirir. 
 
N ə b i 
 
Aha, Qasım dayı, xoş gördük səni.  


_____________Milli Kitabxana________________ 
113 
 
 
Q a s ı m 
 
Vəfasız düşünmə o qədər məni. 
 
M u s a 
 
Qasım, nə xəbərlə gəlmisən? 
 
Q a s ı m 
 
İş var... 
Düşmənlər Nəbiyə quyu qazırlar. 
 
M u s a 
 
Bəs niyə gecikdin?  
 
Q a s ı m 
 
Bir səbəb oldu. 
 
N ə b i 
 
Tez danış, ürəyim şübhəylə doldu.  
 
Q a s ı m 
 
Qoy deyim birbəbir öyrəndiyimi,  
Təbriz hakiminə Tiflis hakimi  
Haqqında yazıbdır belə bir fərman:  
"Gərək təslim etsin Nəbini İran".  
Burda Səlim bəyin bir dostu vardır,  
Adı Paşa bəydir, qart canavardır.  
Ona da yazıbdır sizin Səlim bəy,  
"Nəbini tutmaqçın mənə et kömək".  
Odur ki, bu saat Paşa bəy, divan  
Səni axtarırlar, səni, Nəbi can... 
 
 
 


_____________Milli Kitabxana________________ 
114 
 
N ə b i 
 
Deyirsən, burdan da çəkilək geri! 
 
Q a s ı m 
 
Deyəsən duyublar olduğun yeri. 
 
N ə b i 
 
Kim verdi sənə bu qara xəbəri? 
 
Q a s ı m 
 
Haman Paşa bəyin qoca nökəri.  
 
M u s a 
 
Nəbi, biz onunla qohumuq bir az,  
O, bizim adamdır, yalan danışmaz. 
 
Q a s ı m 
 
(Xatirinə salaraq) 
 
He... bir də deyir ki, dəstəndən kimsə  
Bu işə qol qoyub... 
 
N ə b i 
 
(Həyəcanla) 
 
Necə? 
 
Q a s ı m 
 
Nə isə 
Bir az ehtiyatlı olsan nə olar? 
Göz-qulaq olmağın zərərimi var? 
 
 


_____________Milli Kitabxana________________ 
115 
 
 
N ə b i 
 
Çətindir, çətindir buna inanmaq,  
Dəstəmdən Kərimdir Təbrizdə ancaq.  
Vuruşda sağ əlim, dostum, qardaşım,  
Mənim dar günümdə ürək sirdaşım. 
 
(Fikirləşir.) 
 
İnsandır... Bəlkə də, dilim qurusun.  
Mən nə danışıram?.. Öz yurdumzun  
Vəfalı oğlundan şübhə yaramaz  
Yəqin yalan qatıb doğruya bir az. 
 
Q a s ı m 
 
O, yalan danışmaz, ayıq ol, Nəbi!  
Hər tərəf casusdur, sayıq ol, Nəbi!  
Uymasın ürəyin hər şirin dilə,  
Dostu yaman gündə imtahan elə. 
 
Qapı üç dəfə döyülür. Qurd Kərim gəlir, həyəcanlıdır. 
 
Q u r d  K ə r i m 
 
(Nəbiyə) 
 
Qardaşım, necəsən?  
 
N ə b i 
 
Yaxşıyam bir az. 
 
Q u r d  K ə r i m 
 
Mənə bıçaq vursan heç qanım çıxmaz.  
Hər yana baxırsan xarabazardır.  
Dolub dilənçiylə küçə və meydan,  
İlan oynadanla, meymun oynadan  
Bütün camaatı yığır başına... 


Yüklə 2,71 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə