Microsoft Word Suleyman Rustam -3 cild doc



Yüklə 2,71 Kb.
Pdf görüntüsü
səhifə29/60
tarix04.02.2018
ölçüsü2,71 Kb.
#23898
1   ...   25   26   27   28   29   30   31   32   ...   60

_____________Milli Kitabxana________________ 
161 
 
 
Yum murdar ağzını, buna bax, buna!  
  
S ə l i m  b ə y 
Batırma əlini nahaqdan qana.  
Sənə neyləmişəm? 
 
N ə b i 
(İstehza ilə) 
 
Heç bir şey... Qorxaq! 
Yanır bütün aləm, ətrafına bax. 
Mənəm, mənəm deyib söz başında sən, 
Boğdun yoxsulları göz yaşında sən. 
Nə dövlətdən doydun, nə qandan doydun, 
Dərdli anaların canına qıydın. 
Çevirdin zindana vətən mülkünü, 
Boyadın al qana vətən mülkünü. 
Mən ellər adından almasam qisas 
Nakam ölənlərin ruhu şad olmaz! 
 
Səlim bəy lapdan xəncərə əl atmaq istərkən 
 Nəbi onu vurur. Qaçaqlar səhnəyə doluşur. 
 
A l ı 
 
Bu dərdli torpağın çörəyi sənə  
Halal olsun, bala! 
 
H ə c ə r 
 
(Gəlir.) 
Düşməndən yenə  
Xeyli əsir aldıq. 
 
(Onu bağrına basır.) 
 
A l ı 
Qəhrəman qızım, 
Gəl, öpüm alnından, mehriban qızım! 
 


_____________Milli Kitabxana________________ 
162 
 
V a s i l i 
 
Heyif ki, polkovnik çıxdı aradan,  
Onu parça-parça elərdim, inan. 
 
Mürsəl tüfənginin başına Koxanın papağını keçirib  
oynaya-oynaya gəlir. 
 
V ə l i 
 
Söylə, Mürsəl kişi, bu nə oyundur?  
Kimin papağıdır bu papaq 
 
M ü r s ə l 
 
Gen dur! 
Əclaflıq, məclaflıq çanağıdır bu, 
Gorbagor Koxanın papağıdır bu! 
 
(Papağı yerə çırpıb təpikləyir.) 
 
N ə b i 
 
Qaçaqlar, qəhrəmanlar, düşmən basıldı, ancaq,  
Dava qurtarmamışdır, unutmasın hər qaçaq.  
Dostlarım, arxayınlıq osla yaraşmaz bizə,  
Düşmən qüvvə toplayıb gələcək üstümüzə.  
Ən dəhşətli, ən ağır döyüşlər qabaqdadır!  
Ağ günümüz, baxtımız bu ana torpaqdadır! 
 
"Koroğlunun dəliləri" mahnısı altında qaçaqlar hərəkət edirlər. 
 
A l ı 
 
Get, oğlum, get, mənim dağlar qartalım,  
Vuruş aslan kimi, qadanı alım.  
Get, sənə desinlər, ay Qaçaq Nəbi!  
Dostları özündən ay qoçaq Nəbi! 
 
P Ə R D Ə 
  


_____________Milli Kitabxana________________ 
163 
 
 
 
D U R N A 
 
Uç pərdəli musiqili komediya 
 
İŞTİRAK  EDƏNLƏR 
 
M u r a d 
            - briqadir (aşıq) 
D u r n a 
            - kolxozçu (briqadir) 
K ə r i m  d a y ı         - Durnanın atası 
N i s ə 
            - Durnanın anası 
Q ə m ə r 
            - kolxozçu 
H i l a l 
            - kolxozçu 
D u r s u n 
            - kolxozçu (tənbəl) 
N ə c ə f 
            - Dursunun atası 
Ş ə r ə f 
            - Dursunun anası 
L a l ə 
            - kolxozçu 
K o l x o z ç u l a r 
 
 
BİRİNCİ PƏRDƏ 
 
Dağ ətəyi. Çay kolluqları görünür. Bir ağac altında çayxana. Bir tərəfdə 
qapan var. Qızlar səbətlərda çay yarpaqları gətirib təhvil verirlər. 
Durna gəlir. Uzaqdan gələn aşıq Muradın səsinə qulaq asır. 
 
D u r n a. Odur... O çaldıqca ürəyim yerindən oynayır. Elə bil bu 
dağlar, bu çəmənlər, güllər, çiçəklər mənim ürəyimlə birgə gülür. 
(Oxuyur.) 
 
Yar çalır, qəlbimin teli oynayır,  
Hər teldə aşığın əli oynayır.  
Baharın çiçəyi, gülü oynayır,  
Çal aşıq, sənin o, sazına qurban,  
Gəl cavan ömrünün yazına qurban. 
 
 
 
 
 


_____________Milli Kitabxana________________ 
164 
 
 
 
Hər tərəf, lalədir, tər bənövşədir,  
Toxunma qırılar, qəlbim şüşədir.  
Yara qurban demək yara peşədir,  
Gəl cavan ömrümün yazına qurban. 
 
Aha oğlanlar, qızlar onu dövrəyə alıblar. (Baxdığı tərəfə gedir.  
Lalə gəlir.) 
 
L a l ə 
 
Adım Lalə, özüm lalə,  
Sənə vardır, sözüm lalə  
Gözəllikdə tayım hanı  
Bir bəladır gözüm, lalə. 
 
Qərib gəzib yer axtarar,  
Yaman adam şər axtarar!  
Mənim kimi ağıllı qız  
Ozünə tay ər axtarar. 
 
Vay, yoruldum a... Bu haramzadə görəsən hansı cəhənnəmdə qaldı?! 
Hey deyir sevirəm səni, amma heç toydan-filandan sohbət salmır. Bu 
gün-sabah toy eləməsə üzümün həyasını töküb zorla gedib girəcəyəm 
xarabalarına.  (Əlindəki aynaya baxıb saçlarını düzəldərkən orda 
Dursunun  əksini görür.) Aha, yaxşı  əlimə düşmüsən.  (Dursun qaçmaq 
istəyir.) Dayan, hara qaçırsan, ay birinci haramzadə! 
D u r s u n. Ora... 
L a l ə. Hara? 
D u r s u n. Nahara... (Əyilir.) Hörmət və ehtiram. 
L a l ə. Qarnına şiş batsın elə! Tez ol, gəl otur yanımda, yoxsa... 
D u r s u n (kənara). İşə düşmədik? Dilim-dilim olasan, dilim! (Gəlib 
Lalənin yanında oturur, dinmirlər.) 
L a l ə. Dillənsənə...  Lal deyilsən ki...  Ayrı vaxtda mininə eşqnamə 
oxuyursan. 
D u r s u n (uzanır). Vay nə ləzzət eləyir. 
L a l ə. Utanmaz! Adam da sevgilisinin yanında tir çəkib uzanar, qalx 
ayağa! 
  
 


_____________Milli Kitabxana________________ 
165 
 
 
 
D u r s u n. Mən ölüm, nəşəmi pozma. Ləzzət çəkirəm özümçün.  
Qoy bir az yaşayaq da. 
L a 1 ə. Mən istəmirəm ki, adın həmişə pisliyə  çəkilsin, sənə  tənbəl 
Dursun desinlər. 
D u r s u n. Atan oldu rəhmətlik! Məni sənin tənbəlliyin basıb ey... 
L a 1 ə. Boş-boş danışma. Yaxşı, sabah toyumuzdan sonra da belə 
işləsən, onda necə dolanacağıq, necə? 
D u r s u n. Ay, hay danışdı da... Atama, anama nə gəlib, ay qız, nəinki 
mən və  sən, nəvə-nəticələrimiz də  işləməsə  dədəm Nəcəfin, nənəm 
Şərəfin onları saxlamağa gücü çatar. 
L a l ə. Danışdı da... Odur, bax gör Muradın briqadası nələr eləyir. 
D u r s u n. Əlbəttə! Mənim də briqadamda Durna kimi gözəl-göyçək 
bir qız olsaydı, bax bu qadasın aldığım Talış dağlarını saman çöpü kimi 
qaldırıb qoyardım, o Qarabağ dağlarının kəlləsinə. 
L a 1 ə. Olmaz ki, qoyasan öz kəllənə, bəlkə ağlın başına gələ? 
D u r s u n. Ay qız, mən ancaq gözəllik barədə deyirdim ey... 
L a 1 ə. Necə? Yəni demək istəyirsən ki, mən kifirəm? 
D u r s u n (qorxur). Yox ay qız, sənin gözəlliyinə şübhə eləyən hanı? 
(Kənara) Dilim-dilim olasan dilim! 
L a l ə. Heç bilirsən Kərim dayı səndən necə gileylənir. 
D u r s u n. Nə deyir axı? 
L a l ə. Deyir ki, mənim briqadam Dursun kimilərin ucundan belə 
geriləyir. 
D u r s u n. Qoy o getsin öz qızı Durnanın dərdinə qalsın ki, Muradın 
briqadasına qoşulub bir-birinə eşqnamə oxuyurlar. 
L a l ə. Sənə nə?! 
D u r s u n. Əlbəttə, mənə nə, əlbəttə, bizə nə. Amma o gün atamgil 
Durnanı yaman tərifləyirdilər. Səndən söz düşəndə dodaq büzdülər... 
L a l ə  (acıqlı). Necə? Yaxşı, yaxşı, toy gecəmizdən sonra onlara 
divan tutmaq mənə borc olsun. 
D u r s u n (kənara). Dilim-dilim olasan dilim. (Laləyə) Özündən 
çıxma, zarafat eləyirəm ey. Yaxşı, ey mənim biriminci məhəbbətim, daha 
nə sözün var? 
L a I ə. Sözüm odur ki, iki günə kimi məni apar xarabanıza. 
D u r s u n. Danışdı da... Ay qız, bilmirsən ki, vur-tut bircə otağımız 
var. Görmürsən dədəm, nənəm, mənimçün xüsusi imarət tikdirir. Qoy 
xarabanı tikib qurtarsınlar, sonra. 
 
 


Yüklə 2,71 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə