Microsoft Word Suleyman Rustam -3 cild doc



Yüklə 2,71 Kb.
Pdf görüntüsü
səhifə27/60
tarix04.02.2018
ölçüsü2,71 Kb.
#23898
1   ...   23   24   25   26   27   28   29   30   ...   60

_____________Milli Kitabxana________________ 
149 
 
 
N ə b i 
 
Qıydılar canına, ana, can ana!  
Qardaşlar, siz deyin, kim dözər buna?! 
 
M e h d i 
 
Ana, yazıq ana, bağışla məni,  
Qoruya bilmədim yağıdan səni.  
Yanında olsaydım dönüb aslana  
Sənin cəlladını boyardım qana. 
 
N ə b i 
 
Ana dərdi, vətən dərdi, el dərdi  
Yaralı bağrımı qana döndərdi. 
 
A l ı 
 
Gəl, basım bağrıma, balacan, səni,  
Xilaskar doğubdur bu dövran səni.  
Çox bəlalar çəkdin cavan yaşında,  
Əlin titrəməsin haqq savaşında! 
 
H ə c ə r 
 
Nəbican, başını dağ kimi dik tut.  
Gözünün yaşını kininlə qurut! 
 
N ə b i 
 
Ana, and içirəm ruhuna bir də,  
Mən sənin qanını qoymaram yerdə! 
 
İşıq sönür və yanır. Hamı yatmış. Nəbi sıldırım qayanın başında 
dayanıb ətrafı seyrə dalmışdır. Həcər ağır addmılarla gəlir. 
Nəbi xəyal aləmindən ayılır. 
 
  
 


_____________Milli Kitabxana________________ 
150 
 
 
H ə c ə r 
 
 Nəbi, yatmamısan?  
 
N ə b i 
 
Bu vaxtda yatmaq!  
Kim bilir, sabaha kim sağ çıxacaq,  
Başımız üstündə tutmuşdur qərar  
Yenə qan-qan deyən qara buludlar.  
Onu yox etməsək qan bahasına  
Bir xitam verilməz elin yasına. 
 
H ə c ə r 
 
Yox, boyun əymərik versək də qurban!  
İgid üstünlüyü qazanmır asan. 
 
N ə b i 
 
Hər qurban verdikcə alışır sinəm,  
Dolanır başıma bütün bu aləm. 
 
H ə c ə r 
 
Nəbi, qadan alım, bu sınaq günü  
Qara fikirlərlə yorma özünü. 
 
N ə b i 
 
Düşünüb bayaqdan tökmüşəm tədbir,  
Gərək sinə gərək düşmənə əlbir!  
Azadlıq yolunda şərəfdir gerçək  
Min dəfə dirilib, min dəfə ölmək! 
 
H ə c ə r 
 
Gəl basım bağrıma, Nəbican, səni,  
Təzədən dünyaya gətirdin məni.  
Gəl, bir qədər dincəl. 


_____________Milli Kitabxana________________ 
151 
 
 
N ə b i 
 
Yox, Həcərciyim, 
Ömrümün bəzəyi, gülüm, çiçəyim...  
Baxtımın ulduzu, ellər gözəli,  
Bir ağ gün görmədin mənə gələli.  
Nə gərdənlik taxdm, nə üzük taxdın,  
Min kərə ölümün gözünə baxdın.  
Ellərin yasında bağlayıb qara,  
Özünü vətənçin atdın odlara.  
Ulduzlar şahiddir, demirəm yalan,  
Gözümsən, özümsən, can sirdaşımsan.  
Yenə bardaş qurub ürəyimdə qəm,  
Mən sənin yanında xəcalətliyəm. 
 
H ə c ə r 
 
Nəbi, nə deyirsən? Ağıllı danış!  
Məgər ürəyimlə deyilsən tanış?  
Çıxmışam bu yola öz xoşumla mən,  
Durmuşam yanaşı sirdaşımla mən.  
Gəl qara günləri gətirmə yada.  
Bu ucsuz, bucaqsız dərdli dünyada  
Ağlayaraq birgə, gülərik birgə.  
Yaşayarıq birgə, ölərik birgə... 
 
N ə b i 
 
Elədir, gözəlim, canım, ciyərim,  
Ürəyi qar kimi ləkəsiz pərim.  
Seyr edib vətəni, deyirəm artıq 
Günəşli günlərin qarşısındayıq! 
 
V a s i l i 
 
(Tələsik gəlir.) 
 
Nəbi, Nəbi! 
 
 


_____________Milli Kitabxana________________ 
152 
 
 
N ə b i 
 
Nəvar? 
 
V a s i l i 
 
Gəldim xəbəro. 
Qaynayır qazantək yeno dağ, dərə,  
Yolların üstünü alıb tozanaq,  
Çapır üstiimüzə bir sürü qazaq, 
 
Qəhrəman 
 
(Gəlir.) 
 
A Nobİ, qazaqlar yaxınlaşdılar,  
Sel kimi, yei kimi dağı aşdılar. 
 
Nəbi 
 
Eşidin əmrimi, yatm səngorə,  
Gülləni atmaytn boş, nahaq yerə! 
 
Voli 
 
Düşmən üç tərəfdən eləyir hücum.  
 
Nobi 
 
Həcəritn, yubanma, sol səngərə cum!  
Sonə tapşınbr, Vəli, sağ tərof,  
Dostlar, haraınıza bəüidir hədəf.  
Əwəl başçıları alın nişana,  
Döndərin onlarııı bağrını qana! 
 
Mehdi 
 
İgidlər, irəli dalımca gəlin!  
Yağmın bağnnı xəlbir tək dəlin! 
 


_____________Milli Kitabxana________________ 
153 
 
 
 
Atışma başlanır. Mehdi vurulur.  
  
Aman, Nəbi, ata...  
 
                      Alı 
 
(Onun başını dizi üstə alır.) 
 
Kim vurdu səni? 
 
M e h d i 
 
Anamın yanında basdırın məni.  
 
A l ı 
 
Ey fələk, gülmədim sayəndə bir an,  
Qubarım dağlardan böyükdür mənim.  
Dərdimin üstünə dərd qoydu zaman,  
Belimi sındıran bu yükdür mənim! 
 
N ə b i 
 
(Siyirməqılınc özünü qardaşının üstünə atır.) 
 
Qırıldı Nəbinin qolu, qanadı,  
Aman, ürəyimin başı qanadı.  
Sən ki, qartalıydın bizim dağların,  
Nə üçün yumuldu göz qapaqların?! 
 
V a s i l i 
 
Düşmən zor söstərir dörd bir tərəfdən... 
 
N ə b i 
 
Gəlirəm, gəlirəm, ölməmişəm mən! 
 
P Ə R D Ə 


_____________Milli Kitabxana________________ 
154 
 
  
ON BİRİNCİ ŞƏKİL 
 
Dağlarda düşmən qərargahı. Polkovnik Slavçinski, Səlim bəy,  
Mahmud bəy, Koxa və qeyriləri. Ətrafda vuruşma gedir. 
 
M a h m u d  b ə y 
 
Yaman zor göstərir qaçaqlar yenə,  
Qurbanlar istəyir bu dağlar yenə. 
 
N a ç a l n i k 
 
Gəl mənə bu qədər tökmə dil, ağız,  
Bir ovuc mujiklə bacarmırsınız!  
Yox, belə bilməzdim Mahmud bəy səni,  
Yetər, çıxartmayın özümdən məni! 
 
M a h m u d  b ə y 
 
Doğru sözə, nə söz, güclüdür düşmən,  
Polkovnik, başımı itirmişəm mən.  
Doğrusu, halımız yamandır, yaman. 
 
N a ç a l n i k 
 
Səndən gözləməzdim, sözündən utan!  
Mahmud bəy, özünə ürək ver, ürək!.. 
 
M a h m u d  b ə y 
 
Vallah, məhv olarıq gəlməsə kömək.  
 
N a ç a l n i k 
 
Mahmud bəy, nə kömək? İgidlərə bax!  
Bəylərə batarmı yüz motalpapaq?  
Bu haqda bir qədər düşünün dərin,  
Kəsin qabağını o asilərin  
Dəmirdən, poladdan bir hasar kimi,  
Bəli, bu sıldırm qayalar kimi! 


Yüklə 2,71 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə