_____________Milli Kitabxana________________
166
L a l ə. Bir otaq olanda nə olar ki... Qocalar hələlik mətbəxdə yatsalar
qiyamət qopmaz ki...
D u r s u n. Qorxuram axırda deyəsən ki, həyətdə yatsınlar. Sözünü
bil, danış. Bir az da gözlə, vəssalam. Hörmət və ehtiram.
L a l ə (pərt). Daha mən yazıq evə gedə bilməyəcəyəm.
D u r s u n. Niyə, yolu tanımırsan?
L a 1 ə. Analığım deyir ki, Dursundan da bir şey çıxmasa səni evden
qovacağam.
D u r s u n. Qələt eləyir. İxtiyarı yoxdur.
L a l ə. Burabax, sözünü bil, danış!
D u r s u n. Yox ey, deyirəm ki, çox oyan-buyan eləsə verərsən,
padsud.
L a 1 ə. Danışdığından belə çıxır ki, sən məni sevmirsən.
D u r s u n. Səhvin var. Ay qız, bütün cümlə-cahan qızları bir yana,
sən bir yana. Mən ölüm, bir qulaq as!
Ürəyimi yar qadasın aldığım,
Sənə sözüm var, qadasın aldığım.
Yanaqları nar, qadasın aldığım
Gözəllərin gözəlindən gözəlsən.
L a l ə
Üzümdə var xal, gözünə döndüyüm,
Yoxdur, məndə hal gözünə döndüyüm.
Tez ol, məni al gözünə döndüyüm.
Ürəyimi yar qadasın aldığım,
Sənə sözüm var qadasın aldığım.
L a l ə və D u r s u n (birlikdə)
Bu dünyada dərdə salma başını
At bir yana ağlamağın daşını
Ürəyimi yar qadasın aldığım,
Sənə sözüm var qadasın aldığım.
Oxuya-oxuya oynayırlar.
_____________Milli Kitabxana________________
167
K ə r i m (Dursunu göstərir). Buyur, təhvil al!... Buda bizim
briqadanın canı. (Dursuna) Adə, bu gün niyə işə çıxmamışdın, hə?
D u r s u n. Salam-əleyküm, Kərim dayı! Üzüm ayağının altında,
ağ ciyərim ağrıyır. Dərdim böyükdür ey!
K ə r i m. Nə dərd? Səni görüm lənətə gələsən! O Laləni də yoldan
eləyən sənsən, sən! Üzümüz el yanında qaradır, qara. Bir vaxt hər yerdə
Kərim dayının iş metodu deyə danışardilar. İndi...
D u r s u n. Lal-zad deyilik ki, yenə danışaq da.
K ə r i m. Onda keçici bayrağı biz almışdıq.
D u r s u n. Burda nə çətin iş var ki, yenə alaq da.
K ə r i m. Qəzetlərdə tez-tez şəkillərimiz çıxardı.
D u r s u n. Göndərin, yenə çıxsın da.
K ə r i m. Çərənləmə!.. Səni görüm lənətə gələsən, lənətə. Adə,
havaxt adam olacaqsan?!
D u r s u n. Kərim dayı, gərək bu dəfəlik bağışlayasan.
K ə r i m. Bağışlayasan, bağışlayasan. Tənbəlliyi, avaralığı da adama
bağışlarlar. Mənim bir səhvim də odur ki, atan Nəcəfin sözünə qulaq asıb,
səni bu vaxta kimi briqadamızda saxlamışam.
D u r s u n. Kərim dayı, mənim də ən böyük səhvim odur ki, zəhmət
çəkib bu dünyaya gəlmişəm. Gərək gəlməyəydim.
K ə r i m (gülür). Ətin tökülsün elə. Nə vaxt adam olacaqsan, adə?
D u r s u n. Lap elə bu dəqiqə! Ancaq bir şərtlə.
K ə r i m. Nə şərtlə?
D u r s u n. Bura zəhmət çək! Qulağını bərk tut. (Kərimin qulağına nə
isə pıçıldayır.) Özüm ölüm!
K ə r i m. Kəs səsini! O sənin tayındır, axmaq?
D u r s u n. Bəs necə? Deyirsən Muradın tayıdır. Bir qız ki, öz atasının
briqadasını qoyub özgə, naməhrəm bir briqadada işləyə... Onda...
K ə r i m (əsəbi). Yum ağzını!.. Artıq bizim briqadamızda sənə yer
yoxdur. Sabah kolxozçuların iclasında sənin məsələni müzakirə
eləyəcəyik.
D u r s u n. Gücün mənə çatır, sən get öz qızını müzakirəyə qoy...
Belə Durna sənin də, mənim də adımızı yerə vurur ey...
K ə r i m (əsəbi). İtil, gözüm bir də səni görməsin!
D u r s u n. Nə deyirəm ki, hörmət və ehtiram. Ancaq, hünərin varsa
bu sözləri get o aşıq Murada de. Gücün mənə çatır.
K ə r i m. İtil dedim sənə!
_____________Milli Kitabxana________________
168
D u r s u n. İtilək də... (Gedir.)
H i l a l. Sen düz deyirsən, Kərim. Bu işi belə qoymaq olmaz.
K ə r i m. Eh!.. Mən Durnaya nə deyim? Hilal, daha buna dözmək
olmaz. Bu saat gedib briqadamızın üzvlərinə çatdır ki, axşam kluba
yığılsınlar. Onlarla vacib söhbətim olacaq.
H i l a l. Baş üstə!
K ə r i m. Nə olar ki?.. Qoy o aşıq Murad olsun, mən də Kərim. Əsil
yarış hələ qabaqdadır. Gedək.
Gedirlər. Qızlar çay yarpaqları gətirib qapanda çəkdirirlər.
Tənffüs zəngi vurulur.
Q ə m ə r. Aha, gördünüz kim kimi keçdi. Baxın görün nə qədər
yığmışam. (Onlara dəftərçəsini göstərir.)
I Q ı z.Yığmağına bizdə yığmışıq. İşin dalısına baxarıq.
Q ə m ə r. Baxarıq, baxarıq.
Durna gəlir. Qızlar pıçıldaşıb gülüşürlər
D u r n a. Qızlar, nə var, yenə baş-başa veribsiniz? Bilirəm, məndən
danışırsınız.
Q ə m ə r. Hardan bilirsən?
D u r n a. Mənim gözlərimin də qulağı var, axı.
Q ə m ə r. Düz tapmısan, Durna, səndən danışırdıq. Qızlar bilmək
istəyir, bu xeyir iş, havaxt olacaq?
D u r n a. Hansı iş, nə xeyir iş?
Q ə m ə r. O xeyir iş, biz deyən xeyir iş. (Saza işarə ilə) Onu deyirik
də.
D u r n a. Qızlar sizi şeytan da aldada bilməz . (Qəmərə yavaşca). Mən
onu sevirəm, Qəmər!
Q ə m ə r. Onu çoxdan bilirik.
D u r n a (oxuyur.)
Eşqim qanadlanır, sənin adınla,
Dəryadan dərindir ala gözlərin.
Döyünən qəlbimi vermişəm sənə
Nədəndir gəlməyir yola gözlərin?
Ala gözlərin, ala gözlərin.
Nədəndir gəlməyir yola gözlərin?
_____________Milli Kitabxana________________
169
Təbiət özü də vurğundur sənə,
Sənsən o həyatı sevdirən mənə,
Baxıram hüsnünə doymuram yenə.
Az qalır canımı ala gözlərin.
Qızlar son bəndi təkrar edir və oynayırlar.
D u r n a
Məndən gözəlsiniz, qızlar, a qızlar!
Sizə aşiq olan sızlar, ha qızlar!
Gənclər yolunuza səpər çiçəklər
Hər gün əlinizdən öpər çiçəklər.
Bu ana vətəni bəzər adınız,
Günəştək dünyanı gəzər adınız.
Məndən gözölsiniz, qızlar, a qızlar!
Eşqə təməlsiniz, qızlar, a qızlar!
Eh, qızlar görəsən dünyada sevib-sevilməkdən, xoşbəxtlikdən də şirin
şey varmı?!
Q ə m ə r. Onu sən yaxşı bilərsən, Durnacan!
D u r n a. Niyə bilmirəm ki?
Q ə m ə r (gülür). Onda sağ əlin başımıza... Gedək, qızlar...Deyəsən
gələn odur...
D u r n a. Kim?
Q ə m ə r (saza işarə ilə). Oda...
D u r n a. Getməyin qızlar.
Q ə m ə r. Dilin getmə deyir, ürəyin get. Ürəyə qulaq asmaq yaxşıdır.
Gedək, qızlar!
Gülüşərək gedirlər.
D u r n a. Qızlar, qızlar! (Ağacın altında oturur Dursun gəlib arxadan
onun gözlərini əllərilə tutur.) Burax, Murad, burax.
D u r s u n (kənara). Yenə Murad? Bir dəlı şeytan deyir, əlini çəkmə
qoy qiyamətəcən gözləri dünya işığına həsrət qalsın.
Dostları ilə paylaş: |