_____________Milli Kitabxana________________
197
Nə gözəldir ilk bahar
Dodağında gülüş var.
Düzülüb qatar-qatar
Durnalar gölə gəldi.
Sevin, sevin ey könül,
Başında rəngbərəng tül
Əlində bir dəstə gül
Yar gülə-gülə gəldi.
Sevincim həddən aşdı
Güldüm gözləri yaşlı.
Birdən dilim dolaşdı,
Mənimki belə gəldi.
L a 1 ə. Var olsun, butün yazan da, yazdıran da!
Q ə m ə r. Yazan, Muraddır. Bəs yazdıran kimdir?
L a l ə. Yazdıran bax, bu bəxtəvərdir! (Durnanı göstərir.)
D u r n a. Buy, gör kağız nə vaxt yazılıb? İndi gərək özü burda olaydı
ki...
L a 1 ə. Ürəyin suya dönməsin gəlib çıxar. Durna, daha nə yazır?
D u r n a. Heç nə.
L a l ə. Gizlətmə, hamısını oxu! Yaxşı indi ki, özün oxumursan, ver
mən oxuyum. (Məktubu Durnanın əlindən qapır. Durna məktubu geri
almağa çalışır.)
L a 1 ə (məktubu oxuyur.)
Mən gələndə yenə səni
Üzü gülər görüm, Durna.
O gün olsun saçlarını
Öz əlimlə hörüm, Durna!
Qoy ürəyim səndə qalsın,
Məhəbbətin məndə qalsın.
Hicran bizdən gendə qalsın,
Qurban sənə ömrüm, Durna!
(Məktubu Durnaya qaytarır.)
D u r n a və Q ə m ə r. Sağol, Lalə!
_____________Milli Kitabxana________________
198
D u r n a (məktubun gerisini oxuyur). "Kənd təsərrüfatı sərgisində
kolxozumuz birinci yeri tutan qabaqcıl kolxozlar cərgəsindədir. Mənə
qızıl medal veriblər".
Q ə m ə r. Gözümüz aydın! Mən getdim Muradgilə muştuluğa.
Qəmər gedir. Kərim və Nisə gəlir.
K ə r i m (Durnaya qəzeti göstərir). Hə, qızım, oxumusan?
D u r n a. Xeyr, ata!
K ə r i m. Deyirəm, gözün aydın! Moskvada ondan yazırlar.
Kolxozumuzun üzünü ağardıb. (Qəzeti Durnaya verir.) Bu da onun şəkli.
Utanma, bas bağrına.
D u r n a (utanır). Ata!
K ə r i m. Deyirəm, qoy bir qayıtsın onunla haqq-hesabı çürüdək.
Hə, qızım necə oldu? Kim deyən oldu? İudi kim qabaqdadır. Siz,
yoxsa biz?
D u r n a. Hələlik siz! Amma dediyiniz kimi bu günün sabahı da var.
Yarış davam eləyir.
K ə r i m. Kimi qorxudursan, eləsin də.
D u r n a. Ata, görürsənmi, nəcəfləri, dursunları özündən uzaqlaşdıran
kimi işlərini yenidən qura bildin.
K ə r i m. Mənə dərs vermə! Mən özüm öz səhvimi düzəltdim.
D u r n a. Atacan, bu inadından, mənəm, mənəm deməyindən əl
çəkəsən! (Əlindəki məktub yerə düşür.)
K ə r i m. O nədir? (Qaldırmaq istəyir. Durna ondan tez tərpənir.)
D u r n a. Heç.
K ə r i m. Necə yəni heç. Daha niyə gizlədirsən? Ondan kağiz
almısan?
D u r n a. Bəli, ata almışam.
K ə r i m. Nə olar almısan, alda. Yaxşı nə yazır? Yoxsa yenə atana
gülür?
D u r n a. Xeyr. O qızıl medal alıb.
K ə r i m. Oxumuşam. Alsın, nə eybi var ki. Bizim briqada isə Keçici
Qızıl Bayraq alıb. Ay Nisə, həyəti başdan-başa çilçıraqban eləyək ki,
bir azdan hamı bura tökülüşəcək. Heyf... gərək o da gəlib bizim bu cah-
cəlalı görəydi. Qızım, de görüm, daha nə yazır? (Yavaşdan zarafatla).
Orda evlənib eləməyib ki?
_____________Milli Kitabxana________________
199
D u r n a. Ata...
K ə r i m. Bir sözdür, dedim də. Daha nə yazır?
D u r n a. Anama salam yazır.
N i s ə (sevincək, Kərimə acıq verir). Mənə salam göndərən sağ olsun!
Kişi, mən elə əvvəl gündən sənə deyirdim ki, Murad canlara dəyən
oğlandır. Sən deyirdin yox. Min yaşasın mənə moskovski salam
göndərən!
K ə r i m. Mənə necə, salam yazır?
Nisə Durnaya işarəylə bildirir ki, yox desin.
D u r n a. Xeyr, yox, yazmır.
K ə r i m. Necə, necə?!. Yazmır, yazmasın. Görünür, kağızdakı başqa
əhvalatlar mənə salam yazmağa mane olub. Yəqin kağızda yer olmayıb...
heç eybi yoxdur. Gəlib görər ki, Kərimgil burda nə möcüzələr yaradıb.
N i s ə. Qızım, ona mənim dilimdən yaz ki, ondan ötəri mən də, sən
də, atan da yaman darıxırıq.
K ə r i m. Arvad, gəl sən mənim dilimdən vəkillik eləmə! Bəlkə,
mən darıxmıram.
N i s ə. Darıxma kişi, darıxma... Qızım, bir söz yaz ki, bütün
kolxozçular onunçün darıxır.
D u r n a. Ata, bəs sizdən nə yazım?
K ə r i m. Məndən heç nə. (Durna otağa tərəf gedərkən onu saxlayır.)
Yox, dayan, qızım... Ona yaz ki, mənə də salam yazsın.
D u r n a (gülərək). Ata, sən ki, onu sevmirsən.
K ə r i m. Ailəmizdən biri sevir, kifayətdir də!
D u r n a. Ata!.. (Utanaraq evə gedir.)
N i s ə. Vallah, bu kişinin işindən heç başım çıxmır. Gah deyirsən,
düşmənim Muraddır, gah da, deyirsən ki, öz qohum-qardaşım. Sənin
felindən heç kəs baş çıxartmaz, heç kəs!
K ə r i m. Yaxşı, yaxşı, baş aparma. Nisə bir məsələ məni yaman
çaşbaş eləyib, axı. Sən sandıqda, mən şkafda olanda...
N i s ə (gülür). Yox, a kişi, mən şkafda, sən sandıqda olanda.
K ə r i m. Hə,hə... hərəmiz birində olanda Durnaya eşq dərsi verən
Muraddı, yoxsa o Dursun?
N i s ə. Əlbəttə Dursun! Onda biz Dursunu kötəkləmədik?
K ə r i m. Döyməyinə Dursunu döydük. Ancaq əvvəlcə mənim
gözümə Murada oxşayan bir şey dəydi, axı.
_____________Milli Kitabxana________________
200
N i s ə. Dursundu, a kişi, Dursun! Murad qızıl kimi oğlandır.
K ə r i m. Mənə Muraddan məruzə eləmə. Onu səndən yaxşı mən
tanıyıram. Atası yerində dünya görmüş kişiyəm. Böyük-kiçik saymayıb
mənimlə kəll-kəlləyə gəlir. Nə olar? Mən o dikbaşa kim olduğumu
bildirərəm!
N i s ə. Səhvin var. O dikbaş deyil, mərddir, mərd. Sən istəyirsən ki,
Murad da, qohumun Nəcəf və ona oxşayan bir para adamlar kimi sənə
yaltaqlansın? Qabağında ikiqat olsun?
K ə r i m. Mən elə demirəm.
N i s a. Bəs necə deyirsən?! Onu da bil ki, düz adam, təmiz adam
dünyasında heç kimin, padşahın da, Allahın da qabağında boyun əyməz.
Muradı mən bu sayaq tanıyıram.
K ə r i m. Afərin Nisə, afərin!.. Sözlərində həqiqət var. Düz sözə nə
deyəsən?
N i s ə. Sözün qısası, qızı Murada veririk, ya yox?
K ə r i m (gülərək). Yoxsa Moskvadan gələn bürüştə salam saqqızını
oğurladı. Qız köçürmək dəm-dəm halvasıdır, məgər? Qoy bir papağımızı
qabağımıza qoyub baş sındıraq, görək nə olur.
Nisə Kərimin papağını başından qapıb miz üstə qoyur.
N i s ə. Buyur, papağını qabağında... Sındır başını görək!
Kərim hirslənib cəld ayağa qalxır.
N i s ə
Utan kişi, heç olmazsa yaşından,
Boş-boş sözlər çıxartma öz başından.
Bir qızım var, bu ellərin gözəli,
Dəyməyibdir əlinə bir yad əli.
K ə r i m
Deyirsən ki, qızı verək Murada
Sən yaxşı ol, mən pis olum arada?
Sonra gülüb deməzsən ki, aldatdım,
Öz fikrimdən çəkilmərəm bir addım.
Dostları ilə paylaş: |