_____________Milli Kitabxana________________
193
D u r n a. Bilirəm.
K ə r i m (sandıqdan). Nisə, eşidirsən, sabah pay-piyada Moskvaya
yola düşürlər.
N i s ə (şkafdan). Necə, necə? Qızımızı götürüb qaçır?
K ə r i m. Moskovacan pay-piyada.
M u r a d. Bütün respublikaların çalıb oxuyanları, gözəl oynayanları
ora yığılacaq. Birincilik qazananlara mükafat veriləcək.
D u r n a. Burda birincisən. Orda da birinci olmasan, qayıtma, orda
qal.
M u r a d ( zarafatla). Çalışaram birinciliyi qazanmayıb orda qalım.
D u r n a. Yox, yox, zarafat eliyirəm. Eh, Murad, heç bilmirəm, bu
ayrılığa necə dözəcəyəm?
M u r a d. Bir ay nədir ki?! (Oxuyur.)
Arzum budur gündüzlərin
Heç görməsin gecə, Durna!
Sən güləndə bütün qəmlər
Dönsün görüm heçə, Durna!
Gəzərəm eşqin yolunda,
Cananımın sağ, solunda.
Doğru aşiq yar yolunda
Gərək candan keçə, Durna!
K ə r i m və Nisə qeyri-ixtiyari əl çalırlar.
M u r a d. Durnacan, mənə bir xatirə olaraq nə verirsən?
Durna sandığı açmaq istəyir. Sonra fikrindan daşınır.
D u r n a. Eşqinlə döyünən qəlbimi!
K ə r i m (sandıqdan). Barakallah Xasay müəllim! Üzün qara olsun,
ay Nisə!
D u r n a. Murad, de görüm, Moskvada nə oxuyacaqsan?
M u r a d. İstəyirəm, əvvəlcə o sandığa girsəm neylərsən havasını
oxuyum.
K ə r i m (sandıqdan). Arvad, dinmə, bizim havamızı oxuyacaqlar.
N i s ə (şkafdan). Bizim niyə? Sənin havanı oxuyacaqlar.
D u r n a. Çox yaxşı olar. Ancaq o havanı əvvəlcə burda mənə
oxumalısan.
_____________Milli Kitabxana________________
194
M u r a d. Bir şərtlə. Sən də mənə kömək eləməlisən. (Sazı alır.)
Sən bir dəli ceyran olsan,
Düzlərə qaçacaq olsan,
Mən bir mahir ovçu olub
Səni ovlasam neylərsən?
D u r n a
Sən bir mahir ovçu olsan
Məni ovlayacaq olsan,
Mən bir gözəl alma olub
Sandığa girsəm, neylərsən?
M u r a d
Sən bir gözəl alma olub
Sandığa girəcək olsan,
Mən bir paslı açar olub
Sandığı açsam, neylərsən?
D u r n a
Sən bir paslı açar olub
Sandığı açacaq olsan,
Mən bir gözəl gəlin olub
Sandıqdan çıxsam neylərsən?
M u r a d
Sən bir gözəl gəlin olub
Sandıqdan çıxacaq olsan.
Mən bir gözəl oğlan olub
Səni almasam, neylərsən?
K ə r i m. İndi görərsən neylərəm, haramzadə!
_____________Milli Kitabxana________________
195
Kərim sandıqdan, Nisə şkafdan çıxır. Murad va Durna qaçırlar.
Kərim Muradın dalınca bayıra cumur. Bu dəmdə eyni Murad paltarda,
Görkəmdə Dursun əlində saz içəri girir. Nisə onu görən kimi şkafa girir.
Dursun onu Durna bilir, Çalıb oxuyur.
D u r s u n
Aşiq mənəm, ay Durna!
Yoxdur sənə tay, Durna!
Düşsün bədbəxt Dursuna,
Eşqindən bir pay, Durna!
(Dursun şkafı açıb Nisəni görür. Özünü itirir.)
Kərim də həyətdən qayıdıb Dursunu görüb təəccüblənir.
Dursun qaçmaq istərkən Kərim sazını alıb, onu kötəkləyir.
K ə r i m. Get indi görüm Moskova pay-piyada necə gedirsən!
P Ə R D Ə
ÜÇÜNCÜ PƏRDƏ
Kərmin həyəti. Ağaclıq, güllük, çiçəklik.
Durna ilə Lalə söhbət edə-edə gəlirlər.
D u r n a. Lalə, niyə çəkinə-çəkinə gəlirsən?
L a 1 ə. Vallah, xəcalət çəkirəm, Durnacan, mən hər bu qapıdan içəri
girəndə özümü bir sayaq hiss eləyirəm. Deyirəm, Kərim dayı, Nisə xala
buna nə deyərlər axı.
D u r n a. Çox nahaq! Heç onlardan utanma. Sən mənim kiçik
bacımsan. Artıq sən mənim briqadamdasan, özü də alnının açıq, üzün ağ.
Bu ev sənin öz evindir. Daha səni gözümdən irağa qoymayacağam.
Cavan, gözəl-göyçək qızsan. Niyə bədbəxt olasan axı!
L a l ə. Sağol. Durna bacı! Heç bilmirəm, bu yaxşılığının əvəzini
nəylə, necə çıxım.
D u r n a. Heç necə. Sənin xoşbəxtliyin hər şeydən vacibdir.
Görmürsənmi, indi hamı səndən danışır. Sən öz səadətini öz əlinin
zəhmətilə qazanırsan.
_____________Milli Kitabxana________________
196
L a l ə. O öz yerində, sən birbacı kimi əlimdən tutmasaydn, bəlkə mən
indi belə olmazdım. Deyirəm, keç mənim təqsirimdən, səni çox
incitmişəm.
D u r n a. Eh... məni yox... Sən özünü incitmisən.
L a l ə (qəmgin). On il əvvəl anam ölməsəydi... atam da gedib məni
gözüm çıxdıya salan başqa bir arvad almasaydı, mən heç vaxt bu həyat
yollarında büdrəməzdim. İkinci anam hər gün heçin, puçun üstündə
saçlarımdan tutub məni bərk-bərk döyərdi. İki il əvvəl atadan da yetim
qaldım. Analığım məni hər kimə olursa olsun ərə vermək istəyirdi.
Qonşumuzun o başı batmış oğlu Dursunu da mənimçin analığım gözaltı
eləmişdi. Qalanını sən özün məndən yaxşı bilirsən.
D u r n a. Sən həyata təzədən gəlirsən, Lalə, keçmişi fikrindən,
xəyalından çıxart getsin. Uzaq görən gözlərinlə sabaha, gələcəyə bax,
sənin bəxtin ordadır, orda. Vaxtı ilə səni bədbəxtliyə, uçuruma sürükləyən
o nadanın adını bir daha dilinə gətirmə.
L a 1 ə. Qızıl kimi sözlər deyirsən, Durna! Ancaq bir də o alçağa rast
gəlsəm, onu bu əllərimlə salacağam ayaqlarımın altına... Nə yemisən,
turşulu aş.
D u r n a. Onu həyat özü döyüb, sənin döyməyinə ehtiyac yoxdur.
Qəmər tələsik gəlir.
Q ə m ə r. Durnacan, muştuluğumu ver! (Ona məktub verir.)
D u r n a. Məktubdur.
L a l ə. Adamındandır.
Q ə m ə r. Xeyr, Muraddandır.
L a 1 ə. Nə təfavütü, adamındır da.
D u r n a. Sənin canınçn, Lalə... O mənim istəklimdir. Görək nə
yazır? (Oxuyur.) "Çıxışım çox gözəl keçdi. Görünür, bu günlərdə bizi
Kremilə qonaq çağıracaqlar. Moskvada bu qoşmam çox bəyənildi".
Q ə m ə r. Hansı qoşma?
D u r n a (oxuyur.)
İlk bahar görününcə
Könüllər dilə gəldi.
Pərvanələr işığa,
Bülbüllər gülə gəldi.
Dostları ilə paylaş: |