_____________Milli Kitabxana________________
201
N i s ə
Qız mənimsə mən razıyam ürəkdən,
Əl çək, kişi, mənəm, mənəm deməkdən.
K ə r i m və N i s ə
Biz nəçiyik sevişirsə könüllər,
Xoşbəxt olsun qoy bu azad nəsillər!
Hilal və bir neçə kolxozçu həyətə gəlir.
Onlar da Nisəyə və Kərimə qoşulub oynayırlar.
H i l a l. Salam, Kərim kişi, arvadla həyətdə yaman meydan açmısan
ha.
K ə r i m. Salam, Hilal!.. Belə bir gündə oynamayıb bəs havaxt
oynayacağıq.
H i 1 a 1. Yaxşı, qonaqları qəbul eləməyə hazırsan? Kolxozçular səni
təbrikə gələcəklər.
K ə r i m. Gəlsinlər, gəlsinlər.
H i l a l. Eşitdiyimə görə rayon mərkəzindən və qonşu kolxozlardan da
gələnlər olacaq.
K ə r i m. Ay arvad, sən get işini, gör!
H i l a l. Doğrudur. Bir də gördün, aləm axışıb töküldü bura... sonra...
N i s ə. Göz üstə, buyurub gəlsinlər... Bir də, ay Hilal, kimi
qorxudursunuz... Bütün el-oba yığışıb gəlsə yenə də süfrəmizdə hamıya
duz-çörək tapılar.
K ə r i m. Sağ ol, ay arvad!
H i 1 a 1. Deyirlər, Murad da bir az əvvəl gəlib çıxıb.
N i s ə (şevincək). Nə yaxşı oldu? Lap yerinə düşdü.
K ə r i m. Yaxşı, yaxşı, baş aparma. Get işlə məşğul ol! Hilal, buyurun
içəri, bir çay içək!
H i 1 a 1. Yox, yaxşısı budur. Biz də gedək kəndin kənarında
qonaqları pişvaz eləyək.
Kolxozçular gedirlər. Kərim və Nisə evə keçirlər.
Dursun əlində saz oxuya-oxuya həyətə girir.
_____________Milli Kitabxana________________
202
D u r s u n
Sən haralısan haralı, Lalə!?
Uca dağların maralı, Lalə!
Dursun əlindən yaralı, Lalə!
Yaralı, maralı, haralı Lalə!
Lalə səsə çıxır. Dursunu görüb əsəbiləşir.
L a 1 ə. Yenə həyəti nə götürmüsən başına?
D u r s u n. Hava alıram özümçün.
L a l ə. Havanı xalqın həyətində niyə alırsan?
D u r s u n. Buranın havası döşümə düşür, onunçun.
L a 1 ə. Boş-boş danışma, çıx get! Kərim dayı da evdədir.
D u r s u n. Lalə, qadası, məni qovursan?
L a 1 ə. De görüm, kimi istəyirsən, kimi?
D u r s u n (sazı kökləyib çalır və oxuyur).
Laləni, Laləni,
Nazlı, mazlı baləni,
Ürəyımı çaləni,
Məni dərdə saləni.
Buy, buy, buy
Buy,buy,buy....
L a l ə. Ulamağın öz başına düşsün. Sənə rədd olub, get dedim.
D u r s u n. Birminci məhəbbətini qovursan?.. Ay qız, imarət tamam-
kamal tikilib qurtarıb ey!
L a l ə. İmarətin görüm başına uçulsun! (Səs eşidilir.) Dursun, evin
doğrudan da yıxıldı. Dədən, nənən gəlir.
Lalə otağa kcçir.
D u r s u n. Paho, bu heç yaxşı olmadı ki... Yəqin mənimçin elçiliyə
gəliblər. Xəlvəti qulaq asaq, görək nə deyirlər, axı? Harda gizlənim,
harda? (Çaşbaş olur. Nəhayət, otağın altındakı toyuq hininə girir.)
_____________Milli Kitabxana________________
203
Nəcəflə Şərəf gəlir. Şərəfin qoltuqları hədiyyə ilə doludur:
qucağında qarpız, başında böyük bir zənbil var. Onların hay-küyünə
Kərim və Nisə həyətə çıxır.
K ə r i m. Aha, sizsiniz!
N ə c ə f. Əlbəttə, salam-əleyküm, əmioğlu!.. Həmişə şadlıqda
olasınız!
K ə r i m (könülsüz). Salam!
N i s a. Salam, ay Şərəf xala!
Ş ə r ə f (qəhqəhə çəkir). Ayıbdır səninçin. Qızın yerindəyəm, mənə
xala deyirsən.
N i s ə. Necə, mən sənin qızın yerindəyəm?
Ş ə r ə f. Bəs necə, bərkə çəkərsən, deyərəm lap nəvən yerindəyəm.
Mənciyəz Nəcəfə adaxlı olanda, sənciyəz iki qarın doğub o biri dünyaya
göndərmişdin. Halal süd əmmiş şahidlərim var.
N i s ə. Boy, başıma xeyir! Barı bu kişilərdən utan!
Gedib hinin yanındakı ağac altında otururlar.
N ə c ə f. Ay əmioğlu, qohum-qardaş, can-cigər, aramızda niyə kin-
küdurət olsun, axı!
K ə r i m. Nə kın-küdurət?! Başa düşmürəm.
N ə c ə f. Dursun barədə deyirəm də. Onu sənin, mənim
düşmənlərimiz gözdən salır. Canınçün canlara dəyən oğlandır. Ağıllı,
kamallı.
Ş ə r ə f. Bu barədə mənə çəkib. Kiş-kişlər olsun, atasına çəksəydi,
heyvərənin biri olacaqdı.
N ə c ə f. Arvad, yum!
Ş ə r ə f. Deyirsən, deyirəm. Demə, deməyim, desən deyəcəyəm.
N ə c ə f. Düzdür! Sənə çəkməsəydi, canım-ciyərim Kərimlə onun
üstündə üz-göz olmazdıq.
Ş ə r ə f. Başın batsın, belə oğul! Mən Şərəf hara, qapı-qapı təvəqqeyə
getdi hara!
Dursun hinin gözündən sazın ucuyla Şərəfi vurur.
Şərəf qorxudan yerə sərilir.
Ş ə r ə f. Vaxsey, məni cin vurdu!
N ə c ə f (Şərəfin yanına cumur). Sənə nə oldu, ay arvad?!
_____________Milli Kitabxana________________
204
Ş ə r ə f. Vay... məni cin vurdu!
K ə r i m. Cini də cin vurar! Bu saat!
Kərim hinin ağzını açır. Dursunu bayıra dartır.
Dursunun üst-başı toyuq tüküylə doludur.
D u r s u n (bir ağız xoruz kimi banlayır). Boğulmuşdum ki.
N ə c ə f. Dursun, ay səni öküz vursun! Şərəf, Özünə gəl, səni vuran,
cin deyil, oğlundur.
K ə r i m. Ay zatı qırıq! Sən bu hinə haçan, hardan gəlib girdin ki, biz
görmədik.
D u r s u n. Yeraltı gəlmişəm, Kərim dayı!
Ş ə r ə f. Səni görüm hinə yox, qara yerə girəsən belə oğul.
D u r s u n. Çox oğul-oğul deyib lovğalanma. Sən imanın, adamı bu
sifətdə doğarlar.
N ə c ə f. Xamuş!
D u r s u n. Nə? Camış?
Ş ə r ə f (Nisəyə). Kişi ki, camış dedi, yadima düşdü. Söz vaxtina
çəkər, Nəcəfcanı, bir gün elə bax, bu vaxtlar naxır çöldən qayıdanda
heyvancigəzim yapışır camışın quyruğundan dart, ha dart! (Nisənin
qolunu dartır.) Camış da eləmə tənbəllik bir buynuz ilişdirir balamın
ombasına. (Bir yumruq Nisəyə vurur.) Biz dedik uşaq öldü.
D u r s u n. Heyf deyiləm.
Ş ə r ə f. Sən demə, allahın nəzəri üstündəymiş. Hə, sonra nəzir-niyaz,
pir, çıldaq, nə başınızı ağrdım, balamın yeddi canı varmış, ölmədi.
D u r s u n. Sən nə danışırsan, itəm, pişiyəm ki, yeddi canım olsun.
K ə r i m. Ölsəydi, böyük itki olardı.
N ə c ə f. Əlbəttə!
N i s ə (istehza ilə). Heç birinizo göz dəyməsin, heyfsiniz, heyf.
Ş ə r ə f (hirsli ayağa qalxır). Akişi, düş qabağıma gedək! Görmürsən
ki, öz qohumunuz evində yad qızı bizi adam yerinə qoymur.
N i s ə. Xeyr, mən elə demədim.
K ə r i m. Bir sakit olun, görək Nəcəf nə istəyir?
N ə c ə f. Onu deyirəm ki, qohumluq, dostluq xatirinə Dursunu bağışla
getsin. Bilirəm, özünü bir qədər yaxşı aparmayıb, neyləyəsən,
uşaqdır da.
K ə r im. Uşaqdır?
Dostları ilə paylaş: |