_____________Milli Kitabxana________________
219
M ü ş t ə r i q a d ı n. Mənə xala deyirsiniz! Heç eybi yoxdur...
Ərimin qeyrəti olsa, gəlib öz arvadının fiqurasını müdafiə elər. (Hirslə
gedir)
Telefon zəng vurur, Qorxmazov telefon dəstəyini götürür.
Q o r x m a z o v. Allo, guya biz fiqura-zad görməmişik. (Telefona)
Necə? Bağışlayın, əşi... səninlə deyiləm? Necə, necə, mən yatmışam?
Dünən Nadirlə Gülaranın nişanı olub? Sən də ordaydın. Adə mən onların
direktor müdiri ola-ola mənim bu dəm-dəsgahdan xbərim olmasın? Bəli,
bəli, burda olacağam. Sənə nə növbə axı... Əla parçadır. Arvad-uşağa da?
O da bu gözlərim üstə... Dediyim o orden əhvalatını bir yoxla görək, sağ
ol! (Dəstəyi asır.)
Nadir əlində eskizlər gəlir.
N a d i r. Salam, yoldaş Qorxmazov!
Q o r x m a z o v. Yoldaş, rəssam yenə padpolnı işləyirsiniz ha...
Rəssam olanda nə olar ki, adam öz rəhbərini saymaz?
N a d i r. Nə deyim, elə birdən oldu. Yanınızda xəcalətliyəm.
Q o r x m a z o v. Heç bılirsən sənin üstündə başıma nələr gəldi?
Deyirlər ki, ştatda belə bir vəzifə yoxdur. Dilavərə poladdan keçən bir
əmr verib keçirtdim səni öz ştatıma. İndi sən də gərək elə paltar
nümunələri düzəldəsən ki, görənlərin gözləri dəvə gözü kimi açılsın.
N a d i r. Buyurun, çəkmişəm, (Eskizləri göstərir.)
Q o r x m a z o v (diqqətlə baxır). Bax bu yaxşı, bu yaramaz. Bu
yaramaz. Bu da yaramaz. Məni qana salma... Əl çək bu köhnə əks inqilabi
modalardan, canım... Deyirsən ki, butulka balaq şalvarı Nikolay vaxtı
burjuylar da geysin, inqilabdan sonra bu gün bizim adamlar da?.. Yox,
yox, yenilik lazımdır, yenilik! Qoy bizim şalvarların balağı ürəyimiz kimi
şiroki olsun. Qoy başqa atelye modalar da bizdən ibrat götürsünlər. Çalış
cavan oğlan, özünü göstər!
N a d i r. Çalışarıq.
Q o r x m a z o v. İndi keçək məsələnin əsasına. Onu bilirsənki, ayın
13-də parkda atelye modaların böyük sərgisi olacaq?
N a d i r. Bilirəm.
Q o r x m a z o v. Onu da bilirsən ki, ya orda mənim də çıxışım var.
Dalı da karnaval, dəm-dəsgahı!
N a d i r. Bilirəm.
_____________Milli Kitabxana________________
220
Q o r x m a z o v. Tikdiyimiz kostyumların, paltarların göz
çıxaracağına min faiz əminəm. Əsil mətləb orasındadır ki, sənə
tapşırdığım bəzək şəkillərini vaxtında qurtarasan.
N a d i r. Çoxdan qurtarmışam.
Q o r x m a z o v. Afərin, bəs o biri işimiz necə olsun? Onu yarımçıq
qoydun axı...
N a d i r. Şəklinizmi?
Q o r x m a z o v. Əlbəttə.
N a d i r. Ancaq, indi bir vacib işim var.
Q o r x m a z o v. Adə, bundan da vacib iş olar. Bu gün-sabah anadan
olan günümdür axı. (Qorxmazov ayna qabağında özünü düzəldib, sonra
oturur, Barmağını gicgahına qoyub ciddi vəziyyət alır.)
N a d i r (üzü divara söykənmiş şəkli çevirir. Fırçanı rəngə batırıb işə
başlayır.) Yoldaş Qorxmazov, sizi təkrar bir məsələdən xəbərdar
etməliyəm ki, mən janr etibarilə karikaturistəm.
Q o r x m a z o v. Necə-necə, qarğaturist?.. İstəyir lap çalağanturist
ol... ancaq...
N a d i r. Nə qarğaturist, nə də çalağanturist. Karikaturist.
Q o r x m a z o v. O nə deyən sözdür?
N a d i r. Peşəmin janrı, xüsusiyyəti belədir, gülməlidir.
Q o r x m a z o v. Lap mənim adamımsan... Balam, ağlamalı kimə
gərəkdir. Bir də canım... bu naz-mazını burax... Mənim üçün o xudojnik
Əzimov deyilsən ki, tələbə babasan. Çək şəklimi, al maaşını.
N a d i r. Dinməyin, çəkirəm.
Q o r x m a z o v. Yoldaş Nadir, bir mənə de görüm... Belə otursam...
(Barmağın çənəsinə qoyur.) İnsan bəşəriyyətinin xoşuna gələr, yoxsa bu
sayaq?! (Barmağını gicgahına qoyur.)
N a d i r. Hər ikisi mənalıdır.
Q o r x m a z o v. Heç xəbərin var ki, ya bu şəkli çəkməklə sən özünü
tarixə salırsan?
N a d i r. Xeyr.
Q o r x m a z o v. Sən hələ məni yaxşı tanımırsan. Eh, hardan
tanıyasan ki, sən hələ detski malçiksən.
N a d i r. Nəyəm?
Q o r x m a z o v. Detski malçik, yəni uşaq-muşaq. (Döşünə döyür.)
Gözümün qanlısıdır özündən danışan adam. Əclafdır döşünə döyən. İnsan
gərək həmişə partirot olsun.
_____________Milli Kitabxana________________
221
N a d i r. Portret?
Q o r x m a z o v. Xeyr, partirot, yəni vətənbaz! Mən bir vətənbaz
kimi deyirəmki...
N a d i r. Sakit... çəkirəm...
Q o r x m a z o v. Onda bir dəqiqə... Icazənizlə bir başımı düzəldim.
(Cibindən bir yekə, iri diş daraq çıxarıb tüksüz başını darayır.)
N a d i r (zarafatla). Yoldaş Qorxmazov, bərk basmayın, dişləri sinar.
Q o r x m a z o v. Gülmə, evlənərsən sonra sənində saçlarına baxarıq.
N a d i r. Bir dəqiqə mənalı baxın ki, gözlərinizi çəkirəm.
Q o r x m a z o v. Adə bu süpürgəni nə tez-tez soxursan gözlərimə,
yoxsa qəsdin məni kor eləməkdir?!
N a d i r. Qəsdim ağlınızı gözlərinizdə əks etdirməkdir.
Q o r x m a z o v. Balam, bu qədər ağlı (alnına vurur) bu fındıq boyda
gözlərə necə yerləşdirəcəksən?
N a d i r. Bu, sənətin sirridir.
Q o r x m a z o v. Mözücədir, möcüzə! (Qorxmazovun burnuna milçək
qonur. Burnunun hərəkətilə milçəyi qovmağa çalışır.)
N a d i r. Tamam hərəkətsiz!
Qorxmazov zəngi basır. Dəmirov gəlir.
D ə m i r o v (Qorxmazovun əlini tutur). Salam.
N a d i r. Tərpənməyin.
Q o r x m a z o v (dili topuq çala-çala). Adə, Dəmirov, sənin ala
gözünə aşiq olmamışam ki, havayı maaş aldın bəsdir, tez burnumdakı
milçəyi qov getsin.
D ə m i r o v (əlilə milçəyi qovur). Rədd ol! (Milçək yenidən onun
burnuna qonur, yenə hərəkətlə göstərir.)
Q o r x m a z o v. Adə, bu şoğəribi kabinetimdən qovsana getsin!
N a d i r. Səssiz, hərəkətsiz!
D ə m i r o v. Bu dəqiqə. (Kepkasilə Qorxmazovun burnuna çəkir və
otaqdan guya milçəyi qovub, pəncərədən dışarı çıxarır.) Qırğom...
(Qorğmazova) Atası yandı.
Q o r x m a z o v. Onun yox, mənim atam yandı... Axmaq...
D ə m i r o v. O adam... sizin şey, gəlib deyirki...
Q o r x m a z o v. Get, məşğulam. Mən iş vaxtı, vəzifə başında atamı
da tanımıram. Hər kimsə rədd elə ge t sin.
Dostları ilə paylaş: |