- 7 -
Ziyalı mühiti! 1994-cü ildə Azərbaycan Uni-
versiteti nəzdində yaradılmış Şərq-Qərb Tədqiqat
Mərkəzi əslində məhz bu missiyanı yerinə yetirirdi.
Yaxşı yadımdadır, bir dəfə akademiklərdən biri çı-
xış edib Azərbaycan Universitetinin rəhbərliyinə,
“şəxsən mənə” belə bir mənəvi-intellektual mühitin,
yaradıcı düşüncə mərkəzinin təşkili üçün minnətdar-
lığını bildirirdi. Mən isə cavabında dedim ki, əslində
mən sizə minnətdar olmalıyam, çünki bu mühitə ha-
mıdan çox mənim ehtiyacım var. Mən olsa-olsa bu
görüşlərin baş tutması üçün maddi şərait yaradıram.
Amma onun hərəkətverici qüvvəsi, intellektual
mühitin real daşıyıcıları sizsiniz...
Ziyalı mühiti olmasa, ayrı-ayrı şəxsiyyətlər nə
qədər böyük düha sahibi olsalar da, nə qədər böyük
əzm göstərsələr də cəmiyyətin ideya sükanını yön-
ləndirə bilməzlər.
- 8 -
İntellektual ünsiyyətin dostluq
məqamı
“Dostu dar gündə sınayarlar”, – deyib ataları-
mız. Amma dost dediyin nədir, sınağa çəkdiyin nə?
Yaxud əvvəl gərək dostun ola ki, çətin işə gedəndə
məhz onu seçəsən. Bütün paradoks bundan ibarətdir
ki, dar gündə sınamaq artıq gec olur.
Şərqdə necə ki, məhəbbət reallığın fövqünə
qaldırılaraq ancaq onun ifrat, birtərəfli təzahürü ki-
mi tərənnüm olunur, eləcə də dostluğun şərtləri həd-
dindən artıq ağırlaşdırılır və reallığın fövqünə qaldı-
rılır. Əslində isə dostluq da, məhəbbət də iki kənar
hal, qütb arasında olduqca müxtəlif rənglər qamma-
sını, bütöv spektri əhatə edən konkret təzahürlərdir.
İnsanın mənəvi aləmi ağıl və ehtirası bir kom-
ponent kimi ehtiva edir. Müxtəlif insanlarda onların
səviyyəsi müxtəlif olduğu kimi, nisbəti də müxtə-
lifdir. Bir adamın başqasına münasibətində də ağıl
və ya hissin ön plana keçməsi fərdi məsələdir. Am-
ma Şərqin məhəbbət konsepsiyalarında ağıl kompo-
nenti sıfıra endirilir və insan ancaq müəyyən bir his-
sin əsirinə çevrilir.
Dostluq da ünsiyyətdən, yoldaşlıqdan, iş birli-
yindən, simpatiyadan, qarşılıqlı hörmətdən, fikirlə-
- 9 -
rin, zövqlərin, əqidənin və s. uyğunluğundan ayrıla-
raq nə isə mütləq bir şey kimi dəyərləndirilir. Bir
insanın digər insana mütləq inamı, etibarı, mütləq
simpatiyası, mütləq sədaqəti, mütləq qayğısı, müt-
ləq səxavəti; bir sözlə, başqasını özündən əziz,
özündən uca tutmaq, özündən öncə onu düşünmək,
onun yolunda canından keçmək və s.və s. keyfiy-
yətlər hamısı reallığın özündən daha çox, onun ifrat
vəziyyətidir.
Bəs reallıq necədir? Mütləqə yaxın təzahürlər
tək-tək hallarda rast gəlinir və bunlar tarixdə, hafi-
zələrdə məhz xüsusi, əlahiddə bir hal kimi qalır. Biz
isə reallıq dedikdə daha çox dərəcədə əksəriyyəti,
orta statistik insanı nəzərdə tuturuq.
İnsan tək yaşaya bilməz. O, cəmiyyətin bir
üzvüdür. Oxumaq, təhsil almaq üçün, müəyyən bir
iş görmək üçün başqaları ilə birlikdə fəaliyyət gös-
- 10 -
tərir. Bu başqalarının kimliyi adətən təsadüfi olur.
Hələ lap uşaqlıqdan baxçada kimlərlə birlikdə ol-
maq, məktəbdə hansı sinfə düşmək və kimlərlə bir
sinifdə oxumaq, universitetdə tələbə yoldaşları, ya-
şadığı məhəllədə qonşular, işlədiyi yerdə iş yoldaş-
ları və s.-lə ünsiyyət ictimai həyatın zəruri şərtlə-
ridir. Amma bu böyük kollektivlər içərisində kim-
lərlə isə daha yaxın iş birliyi yaranır ki, bu da yenə
çox vaxt bizim seçimimizdən asılı olmayıb, daha
çox şəraitin, situasiyanın bizə təlqin etdiyi əlaqələr-
dir. Məsələn, tələbə yoldaşları içərisində kiminlə isə
həm də qonşu olmaq və ya valideynlərin tanışlığı,
nəqliyyat marşrutunun üst-üstə düşməsi – bütün
bunlar təsadüflərdir. Amma məhz bu sıx əlaqələr ya
rəqabət, ya da dostluq üçün əsas olur. Yoxsa kim isə
özünün müəyyənləşdirdiyi meyarlar əsasında qapı-
qapı düşüb özünə dost axtarmır.
Mühitin, şəraitin təlqin etdiyi yoldaşlıq o
adamlarda dostluğa çevrilir ki, onların dostluq haq-
qındakı təsəvvürləri insani ləyaqətin tərkib hissəsi
kimi, düşünülmüş surətdə bu yoldaşlığın üzərinə gə-
lir. Yəni sədaqət, etibar və s. keyfiyyətlərin insanın
öz təbiətində öncədən olması bu keyfiyyətlərin kimə
isə münasibətdə də təzahür etməsinə səbəb olur. Bir
insan başqasını özünə dost hesab etməyə başlayır və
onu heç düz-əməlli tanımadan, sınaqdan çıxarma-
dan, onunla “bir pud duz yemədən” öz rəftarını və
münasibətini məhz bu prinsiplər üzərində qurur.
Psixologiyada buna “köklənmə” (установка) deyir-
- 11 -
lər. Qarşı tərəf də özünə olan diqqəti, etibarı və qay-
ğını hiss edərək, əgər öncədən həmin keyfiyyətlərə
malikdirsə, adekvat addımlar atır. Lakin çox az hal-
larda hər iki adamın dostluq haqqında təsəvvürləri
və şəxsi əxlaqi keyfiyyətləri yüksək mənəvi tələbat
səviyyəsində olur. Əksər hallarda tərəflərdən biri
öncədən dostluğa köklənməklə, özünü bu dostluğa
inandırmaqla birtərəfli qaydada addımlar atır. Qarşı
tərəf buna ancaq öz səviyyəsinə uyğun şəkildə ca-
vab verə bilir.
Kant deyəndə ki, dostluq – ideyadır, tamamilə
haqlıdır. Sadəcə olaraq, heç bir real dostluq
“dostluq” ideyasına tam mütabiq deyil. Kant dost-
luğu özünə sevgi ilə başqasına sevginin dialek-
tikasından hasil edir. Kanta görə, dostluq mü-
nasibətlərində “özünə sevgi qarşılıqlı sevgi ideya-
Dostları ilə paylaş: |