Microsoft Word Tam hazir metn doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə65/79
tarix24.12.2017
ölçüsü2,86 Kb.
#17909
1   ...   61   62   63   64   65   66   67   68   ...   79

 Hüseyn 
Abbaszadə      - xalq yazıçısı 
 Arif 
Rəhimov - yazıçı 
 2. 
Azərbaycan Respublikasıınn Nazirlər Kabineti bu 
Sərəncamdan irəli gələn məsələləri həll etsin. 
 
 
 
 
Azərbaycan Respublikasının Prezidenti 
HEYDƏR ƏLİYEV 
 
Bakı şəhəri, 11 mart 2000-ci il  
 
2001 
 
 
N. Ə. Həsənzadənin "Şöhrət" ordeni ilə təltif edilməsi 
haqqında 
 
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 
FƏRMANI 
 
 Azərbaycan  ədəbiyyatının inkişafındakı xidmətlərinə görə 
Nəriman  Əliməmməd oğlu Həsənzadə  "Şöhrət" ordeni ilə  təltif 
edilsin. 
 
 
 
 
Azərbaycan Respublikasının Prezidenti    
HEYDƏR ƏLİYEV 
 
Bakı şəhəri, 3 dekabr 2001-ci il  
№ 600 


Y. M. Məmmədovun "Şöhrət" ordeni ilə təltif edilməsi 
haqqında 
 
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 
FƏRMANI 
 
 Azərbaycan musıqi mədəniyyətinin inkişafındakı 
xidmətlərinə görə Yaqub Məmməd oğlu Məmmədov "Şöhrət" 
ordeni ilə təltif edilsin. 
 
 
 
 
Azərbaycan Respublikasının Prezidenti   
HEYDƏR ƏLİYEV 
 
Bakı şəhəri, 3 dekabr 2001-ci il  
№ 601 
 
Ə. C. Qasımovun "Şöhrət" ordeni ilə təltif edilməsi 
haqqında 
 
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 
FƏRMANI 
 
 Azərbaycanda iqtisad elminin inkişaf etdirilməsindəki 
xidmətlərinə görə Əbülfəz Cəbrayıl oğlu Qasımov "Şöhrət" ordeni 
ilə təltif edilsin. 
 
  
Azərbaycan Respublikasının Prezidenti    
HEYDƏR ƏLİYEV 
 
Bakı şəhəri, 19 dekabr 2001-ci il  
 № 602 


Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm 
Nazirliyinin yaradılması haqqında 
 
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 
FƏRMANI 
 
 Dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədi ilə 
və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsini 
rəhbər tutaraq qərara alıram: 
 1.  Azərbaycan Respublikasının Nazirlər Kabineti 
yanında Xarici Turizm Şurası ləğv edilsin. 
 2.  Azərbaycan Respublikasının Gənclər və  İdman 
Nazirliyi Azərbaycan Respublikasının Gənclər, İdman və  
Turizm Nazirliyinə çevrilsin. 
 3.  Azərbaycan Respublikasının Nazirlər Kabineti bir 
aymüddətində: 
Azərbaycan Respublikasının Gənclər,  İdman və Turizm 
Nazirliyinin  Əsasnaməsinin layihəsini hazırlayıb təsdiq olunmaq 
üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 
 Azərbaycan Respublikası  Gənclər,  İdman və Turizm 
Nazirliyi aparatının işçilərinin say həddini təsdiq etsin; 
 bu 
Fərmandan irəli gələn digər məsələləri həll etsin. 
 4.  Bu 
Fərman imzalandığı gündən qüvvəyə minir. 
 
 
 
 
Azərbaycan Respublikasının Prezidenti   
HEYDƏR ƏLİYEV 
 
Bakı şəhəri, 18 aprel 2001-ci il  
№ 464 


Əbülfəz Mürsəl oğlu Qarayevin Azərbaycan 
Respublikasının gənclər, idman və turizm naziri təyin edilməsi 
haqqında 
 
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 
FƏRMANI 
 
 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu 
maddəsini rəhbər tutaraq qərara alıram: 
 
Əbülfəz Mürsəl oğlu Qarayev Azərbaycan Respublikasının 
gənclər, idman və turizm naziri təyin edilsin. 
 
 
 
 
Azərbaycan Respublikasının Prezidenti   
HEYDƏR ƏLİYEV 
 
Bakı şəhəri, 18 aprel 2001-ci il  
№ 465 
 
Əbülfəz Mürsəl oğlu Qarayevin Azərbaycan 
Respublikasının gənclər və idman naziri vəzifəsindən azad 
edilməsi haqqında 
 
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 
FƏRMANI 
 
 Azərbaycan Respublikası Konstitusiyasıınn 109-cu 
maddesini rəhbər tutaraq qərara alıram: 
 
Əbülfəz Mürsəl oğlu Qarayev Azərbaycan Respublikasının 
gənclər və idman naziri vəzifəsindən azad edilsin. 
 
 
 
 
 
Azərbaycan Respublikasının Prezidenti   
HEYDƏR ƏLİYEV 
 
Bakı şəhəri, 18 aprel 2001-ci il  
№ 466 


 
№ 4 30 aprel.- 2001. 
 
Mirzə Əjdər oğlu İbrahimovun 90 illik yubileyi haqqında 
 
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 
SƏRƏNCAMI 
 
 
İctimai xadim, Azərbaycan ədəbiyyatı və elminin görkəmli 
nümayəndəsi, xalq yazıçısı Mirzə Əjdər oğlu İbrahimovun 90 illik 
yubileyi ilə əlaqədar qərara alıram: 
 Azərbaycan Respublikasının Təhsil Nazirliyinə  və Milli 
Elmlər Akademiyasına tapşırılsın ki, Yazıçılar Birliyi ilə birlikdə 
Mirzə  İbrahimovun 90 illik yubileyi ilə bağlı lazımi tədbirləri 
hazırlayıb həyata keçirsin. 
 
 
 
 
 
Azərbaycan Respublikasının 
Prezidenti   HEYDƏR ƏLİYEV 
 
Bakı şəhəri, 27 oktyabr 2001-ci il  
№ 822 
 
R.H.Mustafayevin "Şöhrət" ordeni ilə  təltif edilməsi 
haqqında 
 
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 
FƏRMANI 
 
 Azərbaycan musiqi sənətinin inkişafindakı xidmətlərinə görə 
Ramiz Hacı oğlu Mustafayev "Şöhrət" ordeni ilə təltif edilsin. 
 
 
 
 
Azərbaycan Respublikasının Prezidenti   
HEYDƏR ƏLİYEV 
Bakı şəhəri, 15 oktyabr 2001-ci il  
№ 588 


Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis 
edilməsi haqqında 
 
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 
FƏRMANI 
 
 
Qədim və  zəngin mədəniyyətə malik olan Azərbaycan 
xalqı dünya sivilizasiyasına bir çox dəyərli töhfələr vermişdir. 
Onların ilk nümunələri bəşər tarixinin böyük kəşfı olan yazı 
vasitəsi ilə Qobustan və  Gəmiqaya təsvirləri, həmçinin epiqrafık 
abidələr şəklində daşların yaddaşına həkk olunaraq günümüzədək 
yaşamışdır. Tarixi faktlar sübut edir ki, bu qiymətli  əsərləri 
yaradarkən Azərbaycan xalqı müxtəlif  əlifbalardan istifadə 
etmişdir. 
 
İslamın qəbuluna qədər olan dövrün yazıları ilə yaradılan 
bu qiymətli xəzinənin böyük bir qismi məhv edilmiş, zaman 
keçdikcə  həmin abidələrin qələmə alındığı yazı  şəkilləri 
unudulmuş və ya ərəb qrafıkasına keçirilmişdir. İslamın yayıldığı 
dövrlərdən isə xalqımız  ərəb  əlifbasından istifadə yolu ilə min 
ildən artıq bir zaman ərzində tariximizin ən yeni mərhələsinədək 
zəngin mədəni irs yaratmışdır.  Ərəb  əlifbası yüzillər boyu geniş 
məkanda Müsəlman  Şərqi xalqlarının ümumi yazı sistemi kimi 
formalaşmışdır. Böyük Azərbaycan 
ədibləri, alimləri, 
mütəfəkkirləri,  İslam mədəniyyətinin təşəkkül tapıb inkişaf 
etməsində mühüm rol oynayaraq bəşər sivilizasiyasını 
zənginləşdirmişlər. Lakin əsrlərlə müxtəlif xalqların mədəni 
əlaqəsinə xidmət edən  ərəb qrafıkasının dilimizin səs sistemini 
bütün dolğunluğu ilə  əks etdirə bilməməsi, onun quruluşu və 
xarakteri haqqında tam aydın təsəvvür yaratmaması XIX əsrin 
ikinci yarısından etibarən Mirzə  Fətəli Axundov başda olmaqla 
dövrün mütərəqqi maarifçi ziyalılarını  əlifba islahatı problemi 
üzərində düşünməyə vadar etmişdir. Bu, Azərbaycan xalqının 
həmin dövrdə yaşadığı tarixi şəraitdən doğan zərurət idi. Öz 
qaynağını Avropadan alan yeni dövrün maarifçilik hərəkatı 
Azərbaycan mədəniyyətinin inkişaf istiqamətini 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə