D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
332
coğrafi məkan, adət-ənənə və ətraf mühit də mühüm rol oynamışdır.
Məs: C.Barbaronun qələmində “caviari” formasını alan və müasir italyan
dilində “caviale” şəklində leksik fonda daxil olan türk mənşəli “havyar”
sözü italyan dilində “h” aspiratının olmaması (səslənməməsi) nəticəsində
“c” samiti ilə əvəz olunaraq türk dilindəki səslənmə formasına yaxın
“caviaro”- [kaviaro] şəklini almışdır. Qara dəniz və Xəzər dənizinin ən
qiymətli məhsulu kimi tanınan nərə balığı və onun kürüsü hələ orta
əsrlərdə venesiyalılar arasında qiymətli və ən çox tələb olunan qida
məhsulu kimi tanınırdı. Belə ki, öz səyahətlərindən bəhs edərkən
Venesiya elçisi C.Barbaro yazırdı: “..ritrovai li pescatori li quali disseno
haver pescato la invernata, et haver salate molte morene et caviari..” -
“..oradakı balıqçılar qış boyu balıq tutduqlarını və çoxlu nərə balığı və
kürü duza qoyduqlarını dedilər..” [yenə orada].
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, türk-ərəb mənşəli
alınmaların böyük əksəriyyəti həm də ərzaq və qida ənənələri ilə sıx
bağlıdır. Bu baxımdan tədqiqat obyekti olan mənbədə rast gəlinən bir sıra
mənimsəmələrə digər mənbələrdə rast gəlinməməsi də maraq doğurur.
Belə ki, “Səyahətnamə”də “bossa” kimi qeyd olunan və müvafiq qeydlə
əsərin sonunda izah olunan səs təqlidi mənimsəmənin fars və türk
dillərində “pivə” içkisini ifadə etmək üçün istifadə olunan “būza”
sözündən olduğu bildirilir [6, s.147]. Maraqlıdır ki, XIV əsrin
əvvəllərində İbn Battuta adlı ərəb səyyahının adını çəkdiyi bu içki
növünün oxşar nominasiyasına dövrün digər italyan mənbələrində rast
gəlmədik. İtalyan dilinin öz leksik inventarında yer alan və oxşar tərkibə
malik “birra”-nın mövcudluğu, görünür, bu spesifik içki növünün
adlanmasının daimi status qazanmasına mane olmuşdur. Oxşar halı digər
“müvəqqəti” leksik mənimsəməyə də aid etmək olar. Belə ki, “Mi rispose
esser messa per hibuth peres, zoè per i idolatri.” – “Cavab verdi ki,
“hibuth peres”, yəni bütpərəstlər üçün qoyulub” [6, səh. 81]. Belə ki, fars
mənşəli “bütpərəst” sözünün təhrif olunmuş variantı olan “hibuth peres”
eyni mənbədə həm də “burpares” kimi qeydə alınır: “Et io li dissi che era
figura de qualchuna de le dee antique che adoravano i burpares, cioè li
idolatri” – “Cavab verdim ki, o, burpares-lərin
yəni bütpərəstlərin sitayiş
etdiyi hansısa qədim ilahələrdən biridir” [6, səh.126]. İtalyan dilində
“idolatra” mənasını verən “but parast” anlayışını, görünür, C.Barbaro
dəqiqliklə xatırlamadığından əsərin müxtəlif hissələrində bu nominasiya
vahidini fərqli şəkildə qeyd etmişdir.
M.Viallonun qeyd etdiyi kimi, ərəb qrafik qaydalarına tabe olan
türk dillərinin ifadə və anlayışlarının mənimsənilməsində çox vaxt