Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə106/114
tarix23.10.2017
ölçüsü5,01 Kb.
#6392
1   ...   102   103   104   105   106   107   108   109   ...   114

Qeyd  etmək  Iazımdır  ki,  xüsusi  istifadə  hüququna  xitam  verilməsi  xüsusi 
icazənin  ləğv  edilməsi  yolu  ilə  həyata  keçirilir  və  bu  zaman  dəymiş  ziyanın 
ödənilməsi üçün götürülmüş öhdəçilik öz qüvvəsində qalır. 
Heyvanlar aləminin obyektləri üzərində mülkiyyət hüququna isə qanunvericiliyə 
görə aşağıdakı hallarda xitam verilir: 
-
 vəhşi heyvanlarla vəhşicəsinə rəftar edildikdə; 
-
 ayn-ayrı  heyvanlar  aləmi  obyektlərinin  xüsusi  mülkiyyətdə  olmasına 
qanunvericilik aktları ilə qadağan qoyulduqda və digər hallarda. 
Ölkəmizin  ərazisində  təbii  şəraitdə  yaşayan,  nadir  və  nəsli  kəsilmək  təhlükəsi 
qarşısında  olan  heyvan  növləri  xüsusi  mühafizə  edilir  və  onlar  Azərbaycan 
Respublikasının  «Qırmızı  kitabı»na daxil  edilmişdir.  Odur  ki,  bu heyvan  növlərinin 
mühafizəsi,  törəyib  artması  və  istifadəsi  qaydaları  və  tələbləri  Azərbaycan 
Respublikasının «Qırmızı kitabı haqqında Əsasnamə» ilə müəyyən edilir. 
Hazırda  nadir  və  nəsli  kəsilmək  təhlükəsi  qarşısında  olan  heyvanların  genetik 
fondunun qorunub saxlanılmasını təmin etmək məqsədilə elmi idarələr və təşkilatlar 
müvafıq icra hakimiyyəti orqanlarının icazəsi ilə heyvanların süni çoxaldılması üçün 
tədqiqatlar apanr, genetik materialların qorunub saxlamlması üçün xüsusi mərkəzlər 
və genobanklar yaradır. 
Heyvanlar  aləminin  mühafızəsini  təmin  etmək  və  ondan  səmərəli  istifadəni 
təşkil  etmək  üçün  heyvanlar  aləminin  obyektləri  və  onların  əldə  edilməsinin  həcmi 
dövlət uçotuna ahnır, habelə heyvanlar aləmi obyektlərinin dövlət kadastrı apanlır. 
Heyvanlar  aləmi  obyektlərinin  yayılmasına,  sayına,  fıziki  vəziyyətinə,  onların 
yaşayış mühitinin strukturuna, keyfıyyətinə və sahəsinə müntəzəm müşahidə sistemi 
olan  heyvanlar  aləmi  obyektlərinin dövlət  monitorinqi,  göstərilən  parametrlərdə  baş 
veron  dəyişikliklərin  vaxtında  aşkara  çıxanlması  və  qiymətləndirilməsi,  həmin 
dəyişikliklərin inkişafının proqnozlaşdırılması və zərərli təsirinin qarşısının alınması, 
heyvanlar  aləmi  obyektlərinin  vəziyyətinin  sabitliyini  və  onlardan  istifadəni  elmi 
ə
saslarla təmin etmək üçün aparılır. 
«Heyvanlar  aləmi  haqqında»  Qanunun  16-cı  maddəsində  su  hövzələrində 
balıqların  sənaye,  idman  və  həvəskar  ovu,  habelə  elmi-tədqiqat,  nəzarət  və  təbii 
mühitə  uyğunlaşdırılması  üçün  ovlanması  və  əmtəə  məqsədi  ilə  yetişdirilməsi  balıq 
eh-tiyatlarından istifadə hesab edilir. 
«Balıqçıhq  haqqında»  Azərbaycan  Respublikası  Qanununda  balıqçıhq  dedikdə 
su  hövzələrində  balıqların,  digər  su  heyvanları  və  bitkilərinin  artırılması,  bərpası, 
yetişdirilməsi,  istifadəsi,  mühafizəsi  və  faydah  əlamətlərinin  yaxşılaşdırılmasına 
yönəldilmiş bioloji, biotexniki, texnoloji və təşkilati tədbirlər sistemi başa düşülür. 
Bahq ehtiyatları - su hövzələrində məskunlaşan, istifadə olunan və ya istifadə 
oluna  bilən  bütün  yaş  hədlərindən  olan  balıq  növlərinin,  digər  su  heyvanları  və 
bitkiləıinin mütləq kütləsi kimi anlaşıhr. 


Ölkəmizdə  olan  bütün  balıq  ehtiyatları  Azərbaycan  Respublikasına  mənsubdur 
və dövlətin mülkiyyətidir. 
Ə
rzaq və xammal kimi istifadə edilən balıqlar, digər su heyvanları və bitkiləri, 
onların xüsusi, sürfələri və digər məhsulları balıqçılıq fəaliyyətinin obyektləridir. Bu 
fəaliyyətin  subyektləri  isə  qanunvericilikdə  nəzərdə  mtulmuş  qaydada  balıq 
ehtiyatlarının  artırılması,  yetişdirilməsi,  istifadəsi,  mühafızəsi,  habelə  balıq 
məhsullarının istehsalı və saxlanması ilə məşğul olan hüquqi və fıziki şəxslərdir. 
Balıqçılıq fəaliyyəti subyektləri aşağıdakı hüquqlara malikdir: 
-
 sahibkarhq fəaliyyətini müstəqil qurmaq; 
-
 qanunvericilikdə  nəzərdə  tutulmuş  qaydada  ovlanmış  və  istehsal  edilmiş 
məhsullara sahiblik, istifadə və sərəncam hüquqlannı sərbəst həyata keçirmək; 
-
 əmtəə  məqsədi  ilə  yetişdirmək  üçün  bahq  tingliyi  müəssisəlorindən  körpə 
balıqlar almaq; 
-
 balıq  mühafızə  orqanlarından  balıq  ovu  üçün  bahqçılıq  bileti  və  icazə 
vərəqələri tələb etmək; 
-
 balıqçılıq  əhəmiyyətli  su  obyektlərinin  sahili  boyu  quru  zolaqlardan  istifadə 
etmək və onlara təhkim edilmiş vətəgə sahələrində balıq ovu alətləri texniki vasitələri 
saxlamaq, quraşdırmaq, müvəqqəti yaşayış və istehsalat təyinatlı binalar tikmək; 
-
 mülkiyyətlərində  və  ya  istifadələrində  olan  torpaqlarda  yerləşən  nohurlardan, 
axmazlardan, gölməçələrdən balıq yetişdirilməsi və ovlanması üçün istifadə etmək; 
-
 balıqçılıq  sahəsində  keçirilən  konfranslarda,  simpoziumlarda,  sərgilərdə  və 
hərraclarda  iştirak  etmək  və  müvafıq  orqanlardan  müəyyən  olunmuş  qaydada  elmi, 
texnoloji, statistik və digər məlumatlar almaq; 
-
 qanunvericilikdə  nəzərdə  tutulmuş  digər  hüquqları  həyata  keçirmək  (maddə 
15), 
Qanunvericiliyə görə aşağıdakı hallarda balıqçılıq fəaliyyəti subyektlərinin balıq 
ehtiyatlarından istifadə hüquqları dayandırıhr: 
-
 bahq ehtiyatlarının istifadəsindən könüllü imtina edildikdə; 
-
 balıqçılıq üzrə sahibkarlıq fəaliyyəti dayandırıldıqda; 
-
 balıq ehtiyatlarından istifadə hüququ başa çatdıqda; 
-
 bahq ehtiyatlarından istifadəyə görə ödəmələr verilmədıkdə; 
-
 təhkim  edilmiş  vətəgə  sahələrində  təbiəti  mühafizə  və  başqa  sanitariya 
qaydaları pozulduqda və su obyektləıindən başqa məqsədlər üçün istifadə edildikdə; 
-
 təhkim  edilmiş  vətəgə  sahələri  üzrə  müqavilə  şərtləri  pozulduqda  və  ya  bu 
sahələr qeyri-qanuni olaraq başqa şəxslə-rin istifadəsinə verildikdə; 
-
 balıqçıhq  haqqında  Azərbaycan  Respublikasının  qanunvericiliyi  mütəmadi 
olaraq pozulduqda. 
Bahq  ehtiyatlarından  istifadə  hüquqlarının  dayandınlması  müvafıq  hallarda 
məhkəmənin və müvafıq icra hakimiyyəti orqanının qərarı əsasmda həyata keçirilir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə