Qeyd etmək Iazımdır ki, xüsusi istifadə hüququna xitam verilməsi xüsusi
icazənin ləğv edilməsi yolu ilə həyata keçirilir və bu zaman dəymiş ziyanın
ödənilməsi üçün götürülmüş öhdəçilik öz qüvvəsində qalır.
Heyvanlar aləminin obyektləri üzərində mülkiyyət hüququna isə qanunvericiliyə
görə aşağıdakı hallarda xitam verilir:
-
vəhşi heyvanlarla vəhşicəsinə rəftar edildikdə;
-
ayn-ayrı heyvanlar aləmi obyektlərinin xüsusi mülkiyyətdə olmasına
qanunvericilik aktları ilə qadağan qoyulduqda və digər hallarda.
Ölkəmizin ərazisində təbii şəraitdə yaşayan, nadir və nəsli kəsilmək təhlükəsi
qarşısında olan heyvan növləri xüsusi mühafizə edilir və onlar Azərbaycan
Respublikasının «Qırmızı kitabı»na daxil edilmişdir. Odur ki, bu heyvan növlərinin
mühafizəsi, törəyib artması və istifadəsi qaydaları və tələbləri Azərbaycan
Respublikasının «Qırmızı kitabı haqqında Əsasnamə» ilə müəyyən edilir.
Hazırda nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvanların genetik
fondunun qorunub saxlanılmasını təmin etmək məqsədilə elmi idarələr və təşkilatlar
müvafıq icra hakimiyyəti orqanlarının icazəsi ilə heyvanların süni çoxaldılması üçün
tədqiqatlar apanr, genetik materialların qorunub saxlamlması üçün xüsusi mərkəzlər
və genobanklar yaradır.
Heyvanlar aləminin mühafızəsini təmin etmək və ondan səmərəli istifadəni
təşkil etmək üçün heyvanlar aləminin obyektləri və onların əldə edilməsinin həcmi
dövlət uçotuna ahnır, habelə heyvanlar aləmi obyektlərinin dövlət kadastrı apanlır.
Heyvanlar aləmi obyektlərinin yayılmasına, sayına, fıziki vəziyyətinə, onların
yaşayış mühitinin strukturuna, keyfıyyətinə və sahəsinə müntəzəm müşahidə sistemi
olan heyvanlar aləmi obyektlərinin dövlət monitorinqi, göstərilən parametrlərdə baş
veron dəyişikliklərin vaxtında aşkara çıxanlması və qiymətləndirilməsi, həmin
dəyişikliklərin inkişafının proqnozlaşdırılması və zərərli təsirinin qarşısının alınması,
heyvanlar aləmi obyektlərinin vəziyyətinin sabitliyini və onlardan istifadəni elmi
ə
saslarla təmin etmək üçün aparılır.
«Heyvanlar aləmi haqqında» Qanunun 16-cı maddəsində su hövzələrində
balıqların sənaye, idman və həvəskar ovu, habelə elmi-tədqiqat, nəzarət və təbii
mühitə uyğunlaşdırılması üçün ovlanması və əmtəə məqsədi ilə yetişdirilməsi balıq
eh-tiyatlarından istifadə hesab edilir.
«Balıqçıhq haqqında» Azərbaycan Respublikası Qanununda balıqçıhq dedikdə
su hövzələrində balıqların, digər su heyvanları və bitkilərinin artırılması, bərpası,
yetişdirilməsi, istifadəsi, mühafizəsi və faydah əlamətlərinin yaxşılaşdırılmasına
yönəldilmiş bioloji, biotexniki, texnoloji və təşkilati tədbirlər sistemi başa düşülür.
Bahq ehtiyatları - su hövzələrində məskunlaşan, istifadə olunan və ya istifadə
oluna bilən bütün yaş hədlərindən olan balıq növlərinin, digər su heyvanları və
bitkiləıinin mütləq kütləsi kimi anlaşıhr.
Ölkəmizdə olan bütün balıq ehtiyatları Azərbaycan Respublikasına mənsubdur
və dövlətin mülkiyyətidir.
Ə
rzaq və xammal kimi istifadə edilən balıqlar, digər su heyvanları və bitkiləri,
onların xüsusi, sürfələri və digər məhsulları balıqçılıq fəaliyyətinin obyektləridir. Bu
fəaliyyətin subyektləri isə qanunvericilikdə nəzərdə mtulmuş qaydada balıq
ehtiyatlarının artırılması, yetişdirilməsi, istifadəsi, mühafızəsi, habelə balıq
məhsullarının istehsalı və saxlanması ilə məşğul olan hüquqi və fıziki şəxslərdir.
Balıqçılıq fəaliyyəti subyektləri aşağıdakı hüquqlara malikdir:
-
sahibkarhq fəaliyyətini müstəqil qurmaq;
-
qanunvericilikdə nəzərdə tutulmuş qaydada ovlanmış və istehsal edilmiş
məhsullara sahiblik, istifadə və sərəncam hüquqlannı sərbəst həyata keçirmək;
-
əmtəə məqsədi ilə yetişdirmək üçün bahq tingliyi müəssisəlorindən körpə
balıqlar almaq;
-
balıq mühafızə orqanlarından balıq ovu üçün bahqçılıq bileti və icazə
vərəqələri tələb etmək;
-
balıqçılıq əhəmiyyətli su obyektlərinin sahili boyu quru zolaqlardan istifadə
etmək və onlara təhkim edilmiş vətəgə sahələrində balıq ovu alətləri texniki vasitələri
saxlamaq, quraşdırmaq, müvəqqəti yaşayış və istehsalat təyinatlı binalar tikmək;
-
mülkiyyətlərində və ya istifadələrində olan torpaqlarda yerləşən nohurlardan,
axmazlardan, gölməçələrdən balıq yetişdirilməsi və ovlanması üçün istifadə etmək;
-
balıqçılıq sahəsində keçirilən konfranslarda, simpoziumlarda, sərgilərdə və
hərraclarda iştirak etmək və müvafıq orqanlardan müəyyən olunmuş qaydada elmi,
texnoloji, statistik və digər məlumatlar almaq;
-
qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək (maddə
15),
Qanunvericiliyə görə aşağıdakı hallarda balıqçılıq fəaliyyəti subyektlərinin balıq
ehtiyatlarından istifadə hüquqları dayandırıhr:
-
bahq ehtiyatlarının istifadəsindən könüllü imtina edildikdə;
-
balıqçılıq üzrə sahibkarlıq fəaliyyəti dayandırıldıqda;
-
balıq ehtiyatlarından istifadə hüququ başa çatdıqda;
-
bahq ehtiyatlarından istifadəyə görə ödəmələr verilmədıkdə;
-
təhkim edilmiş vətəgə sahələrində təbiəti mühafizə və başqa sanitariya
qaydaları pozulduqda və su obyektləıindən başqa məqsədlər üçün istifadə edildikdə;
-
təhkim edilmiş vətəgə sahələri üzrə müqavilə şərtləri pozulduqda və ya bu
sahələr qeyri-qanuni olaraq başqa şəxslə-rin istifadəsinə verildikdə;
-
balıqçıhq haqqında Azərbaycan Respublikasının qanunvericiliyi mütəmadi
olaraq pozulduqda.
Bahq ehtiyatlarından istifadə hüquqlarının dayandınlması müvafıq hallarda
məhkəmənin və müvafıq icra hakimiyyəti orqanının qərarı əsasmda həyata keçirilir.
Dostları ilə paylaş: |