mlokosiewiczi), qırmızıdimdik (Pyrrho-corax pyrrhocorax), sarıdimdik dolaşa
(Purrhacorax graculus), dağ qabanaldadanı (Anthus spinoletta), qırmızıqarın
işıldaquyruq (Phoenicurus erythrogaster), saqqallı quzuqapan kərkəz (Gypaetus
barbatus), qara kərkəz (Aegypius monachus), sürünənlərdən qaya kərtənkələsi
(Lacerta saxicola) yayılmışdır. Suda-quaıda yaşayanlara nadir hallarda təsadüf
olunur.
V. Xəzər dənizi və Kür çayı. Xəzər dənizində məməlilərin yalnız bir növünə -
Xəzər suitisinə (Phoca caspica) rast gəlinir. O, Abşeron yanmadasının adalarında
mart-aprel, həmçinin oktyabr-noyabr aylarında görünür. Quşlardan qağayı, qızılqaz
(Phoenicopterus roseus), çəhrayı və qıvrımlələk qutan (Pelecanus onacrotalus,
P.crispus), qu quşu və s. müşahidə edilir. Xəzərdə sürünənlərdən su koramalı və
Xəzər tısbağası daha çox rast gəlinir.
Xəzər dənizi müxtəlif bahq növləri ilə zəngindir. Qiymətli bahq növlərindən
bölgə (Huso huso), nərə (Acepenser guldenstadti), uzunburun (Acipenser stellatus),
qızıl balıq (Sal-ma caspius), Xəzər siyənəyi (Caspialasa), kütüm, xəşəm
(As-piusaspius) və həmçinin Xəzər ilanbalığı (Caspiomyron wag-neri), iynə balığı
(Syngnathus) və s. geniş yayılmışdır. Kür çayının bir qrup balıq növləri Xəzər
dənizinin balıq növləri ilə eynilik təşkil etsə də Kür çayında təqribən 30 balıq növü
var ki, bu da çay üçün spesifıkdir.
Heyvanlar aləmindən istifadə və mühafızə hüququ
Azərbaycan Respublikasının bütün ərazisində, o cümlədən Xəzər dənizinin
(gölünün) Azorbaycan Rcspublikasına mənsub olan bölməsində, quruda, suda,
torpaqda və havada təbii olaraq sərbəst, yanmsərbəst və qeyri-sərbəst şəraitdə daimi,
müvəqqəti vıə köçəri yaşayan vəhşi heyvan növlərinın kəmiyyət məcmusu
qanunvericilikdə heyvanlar aləmi kimi təsbit edilmişdir.
Kənd təsərrüfatı və ev heyvanlannın, başqa əhliləşdirilmiş heyvanların
mühafızəsi və istifadəsi qaydaları, bu heyvanlar mülki hüququn obyekti olduğu üçün,
Azərbaycan Respublikasının müvafıq qanunvericilik aktları ilə tənzimlənir.
Odur ki, heyvanlar aləmi haqqında qanunvericiliyin məqsədi ölkə ərazisində
təbii sərbəstlik, yarımsərbost və qeyri-sərbəst şəraitdə daimi, müvəqqəti və köçəri
yaşayan bütün vəhşi heyvan növlərinin, onlann yaşayış yerlərinin nəsil verməsinin
populyasiyalarının, cinsiyyət hiiceyrələrinin, rüşeymlərinin və heyvanlar aləminin
digər obyektlərinin qorunub saxlamlmasını və səmərəli istifadəsini təmin etməkdən
ibarətdir.
Heyvanlar aləmindən istifadə dedikdə insanların maddi və mənəvi tələbatının
ödənilməsi məqsədi ilo hcyvanlar aləmi obyektlərinin təbii mühitdən aynlmaqla və ya
aynlmamaqla öyrənilməsi, yetişdirilməsi, artırılması, ovlanması və digər fəaliyyət
növləri başa düşülür.
Heyvanlar aləminin istifadəçiləri isə qanunvericilikdə müəyyən olunmuş
qaydada heyvanlar aləmi obyektlərindən istifadə edən fıziki və hüquqi şəxslərdir.
«Heyvanlar aləmi haqqında» Azərbaycan Respublikasının Qanununda (8
sentyabr 1999-cu il) heyvanlar aləminin mühafızəsinin və istifadəsinin hüquqi
ə
sasları müəyyən edilmiş və heyvanlar aləminin obyektləri və subyektləri təyin
edilmişdir. Heyvanlar aləminin obyektləri aşağıdakılardır:
- ibtidai orqanizmlər, bağırsaqboşluqlular, qurdlar, buğum-ayaqlılar,
molyuskalar, dəyirmiağızhlar, balıqlar, suda-quruda ya-şayanlar, sürünənlər, quşlar
və məməlilər (vəhşi heyvanlar);
-
vəhşi heyvanların populyasiyaları, cinsiyyət hüceyrələri, rüşeymləri,
mayalanmış kürüləri, sürfələri və generativ orqanlan;
-
vohşi hcyvanların dorilori, dori örtüklori, buynuzları, sümükləri və heyvan
orqanizmlərinin digər hissələri;
-
vəhşi heyvanların həyat fəaliyyətinin məhsuüarı (ilan, əqrəb, arı və digər
heyvan zəhəri, arı balı, propolis, mum, hormonlar və s.);
-
heyvanların paleontoloji qalıqlan;
- vəhşi heyvanların yuvaları, sığınacaqlan, səsləşmə, tüləmə, balalama,
kürütökmə, daimi və müvəqqəti yığışma və digər məskunlaşma yerləri.
Azərbaycan Respublikasmın qanunvericiliyində nəzərdə tutulmuş qaydada
heyvanlar aləmi obyektlərinin mühafizəsi, istifadəsi, habelə vəhşi heyvanlarm
elmi-tədqiqat, təbabət, təlim-tərbiyə, təsərrüfatçılıq, estetik, tamaşa və digər
məqsədlər üçün yetişdirilməsi artırılması və saxlanması ilə məşğul olan fıziki və
hüquqi şəxslər heyvanlar aləminin subyektləridir (maddə 4).
Ölkəmizin ərazisində heyvanlar aləmi dövlətə mənsubdur və onun
mülkiyyətidir. Xüsusi mühafızə olunan təbiət ərazilərində və obyektlərində, Xəzər
dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində, digər su
obyektlərində, ov yerlərində və meşə fondu sahələrində təbii sərbəstlik şəraitində olan
heyvanlar aləminin obyektləri qanunvericiliyə görə dövlət əhəmiyyətli təbii sərvətlərə
aid edilirlər.
Qeyd etmək lazımdır ki, təbii sərbəstlik şəraitində və ya təbii mühitdən ayrıhb,
yarımsərbəst və qeyri-sərbəst şəraitdə yetişdirilmiş (alınmış), yaxud qanunvericiliklə
icazə verilən digər yollarla əldə edilmiş vəhşi heyvanlar və heyvanlar aləminin digər
obyektləri bələdiyyə mülkiyyətində və ya xüsusi mülkiyyətdə ola bilərlər. Bunun
üçün, yəni xüsusi mülkiyyət hüququnun əldə edilməsinin (ümumi istifadə qaydasında
ə
ldə edilməsindən başqa) qanuniliyi müvafıq sənədlərlə rəsmiləşdirilməlidir. Lakin
bu hüquqlar qanunvericilik qaydasmda heyvanlar aləminin mühafızəsinin xeyrinə
məhdudlaşdınla bilərlər.
Xüsusi təbiəti mühafızə, elmi və estetik dəyərli heyvanlar aləminin obyektləri,
habelə Azərbaycan Respublıkasının «Qırmızı kitab»ına daxil edilmiş heyvan növləri
(qeyri-sərbəst şəraitdə yetişdirilmiş (ahnmış) və ya Azərbaycan Respublikasının
Dostları ilə paylaş: |