me-şələrin bərpasını, davamhğı və yüksək məhsuldarhqh ağacların yetişdirilməsini,
onlann qoruyucu funksiyalarını tənzimləmək üçün qoruq meşələri istisna olunmaqla,
meşələrdə bitmə şəraitindən, sahənin relyefındən, mailliyindən, vəziyyətindən,
doluluğundan, cins tərkibindən, yaşından, bonitetindən və digər əlamətlərindən asılı
olaraq aşağıdakı qırma növləri tətbiq olunur: meşəbərpa qırmaları və aralıq istifadə
üçün qırmalar.
Meşəbərpa qırmaları - yetişmiş və yaşı ötmüş meşələrdə meşələrin doluluğunu
05-06-dan aşağı salmaq və ümumi ehtiyatı 30%-dən çox qırmaq şərti ilə (təbii
borpaya şərait yaratmaq məqsədilə), qrupaqırma, könüllü qırma və tədrici seç-mə
üsulu ilə aparılır. Mailliyi 30%-dən artıq olan sahələrdə meşəbərpa qırmalarmın
aparılması qadağandır. Meşəbərpa qırmaları aparılan sahələrdə azad ağacı, ayı fıstığı,
alma, ardıc, armud, cökə, dağdağan, dəmirağac, Eldar şamı, güləbrişin, yabanı gilas,
qaraçöhrə, qarmaqlı şam, qoz, quş armudu, saqqız, şümşad, şabalıd, şabalıdyarpaqlı
palıd, şərq palıdı, şərq çinan, tut, ürəkvariyarpaqlı qızılağac, yalanqoz cinslərinin
kəsilməsi qadağan olunur.
Aralıq istifadə üçün qırmalar - meşələrin cins tərkibini yaxşılaşdırmaq,
onların məhsuldarlığını, keyfıyyətini və davamlılığını artırmaq, mühitqoruyucu
rolunu saxlamaq və gücləndirmək, vahid meşə sahəsindən istifadə olunacaq
oduncağın miqdarını artırmaq, onun texniki-cəhətdən yetişməsini sürətləndirmək
məqsədilə aparılır. Bu cür qırmalar zamanı aşağıdakı şərtlərə əməl olunmalıdır:
-
qırma üçün seçilən sahələrdə ağacların bioloji təsnifatının aparılması;
-
sağlam, düzgövdəli, toxumdan əmələ gəlmiş dolğun və digər müsbət ağacların
saxlanılması;
-
zədələnmiş, xəstə, davamhlığını və texniki oduncaq keyfıyyətini itirmiş, yaşı
ötmüş, gələcəyi gözlənilən qiymətli cinslərin inkişafına mane olan ağac və kolların
qırıntıya təyin edilməsi;
-
ilk növbədə yuxarı bonitetli (məhsuldar) meşələrdə qurmaların aparılması;
-
qarışıq və bircinsli meşələrdə qiymətli yerli cinslərin sahədə saxlanılması,
davamlılığının artırılması və gələcəyi gözlənilən müsbət ağacların inkişafına əlverişli
şə
rait yaradılması, ağachğın doluluğunun (hər qırmadan sonra 0,6-dan, yamaclarda
isə 0,7-dən) aşağı salınmaması, onların sutənzime-dici, torpaqqoruyucu
funksiyalarının gücləndirilməsi.
Aralıq istifadə üçün qırmaların növləri və məqsədi bunlardır:
-
işıqlandırma qırması - 10 yaşına qədər cavan ağaclığın tərkibini
formalaşdırmaq, sıxhğını nizama salmaq və qiymətli cinslərin inkişafını
yaxşılaşdırmaq;
-
tənzimləmə qurması - 11-20 yaşa qədər meşə sahələrindəki əsas cinslərin
yayılmasını nizama salmaq, onların cins tərkibini formalaşdırmaq;
-
seyrəltmə qurmaları - 21-40 yaşınqadək ağaclarm gövdələrinin və çətirlərinin
düzgün formalaşmasma nail olmaq;
-
keçid qırması - 41 yaşdan yetişmə yaşına qədər ağachğın illik orta artımına
ə
lverişli şərait yaratmaq;
-
yenidənəkmə (rekonstruksiya) qırmaları - düzən və dağətəyi meşələrdə
azqiymətli, alçaqboylu, pozulmuş ağac və kol cinslərinin məhsuldarlığını artırmaq,
cins torkibini yaxşılaşdırmaq.
Qeyd etmək lazımdır ki, düzən meşələrdə (suvarılan meşələrdə) aralıq istifadə
üçün qırmalar dağ meşələrinə nisbətən daha tez-tez apanlır. Lakin bütün hallarda
meşənin qoruyucu funksiyalarını zəiflətmək üçün ağaclığın doluluığu normal
saxlanmalıdır. Eyni zamanda gövdələrində quş və vəhşi heyvan yuvaları olan ağaclar
qırıntıya təyin edilmir.
Meşəqırma qaydalanna görə qırmalar ilk növbədə kifayət qədər gələcəyi
gözlənilən yeniyetmələr, sahələrdə saxlanılmış tək-tək toxumluq və yaşı ötmüş
ağaclar, ıkinci dərəcəli ağac və kol cinsləri olan yüksok bonitetli meşoloıdo aparılır.
Sıxlığı 0,9-dan yuxarı olan cavan ağachq sahələrində inkişafdan geri qalmış,
ə
yrigövdəli, çətiri pis olan vo digər yararsız ağaclar qırıntıya təyin olunur.
Qırmalar aparılarkən aşağıdakı ardıcıllıq təmin olunmalıdır:
-
mədəni meşə əkinlərində və əvvəlki illərdə qınntı yerlərində qalmış əsas cinsin
yeniyetmələri (əgər ikinci dərəcəli ağac cinsləri sürətlə inkişaf edərsə) olan sahəiərdə;
-
qiymətli cinslərin yeniyetmələrinin ikinci dərəcəli ağacların çətirləri altında
qalmaq qorxusu olan qanşıq cinsli az qiymətli meşələrdə;
-
eyni hündürlükdə olan əsas və ikinci dərəcəli cinslərdən ibarət qarışıq
meşələrdə;
-
yüksək sıxlığı və doluluğu (0,8-1,0) olan qiymətli cinsli meşələr, toxumadan və
pöhrədən əmələ gəlmiş ağaclıqlarda.
Göstərilən sahələrdə ağachğın yaşından asıh olaraq işıqlandırma, təmizləmə və
seyrəltmə qırmaları aparılır. Yetişmə yaşına qədər olan eynicinsli və qarışıq
meşolərdə osasən keçid qurmaları aparıhr.
Qırmalann başlanması və qurtarması vaxtı meşəbitmə şəraiti, ağac cinslərinin
bioloji xüsusiyyətləri və ərazinin iqtisadiyyatı nəzərə alınmaqla müəyyən edilir.
Qurmaların miqdarı qırıntının başlanması vo qurtarması vaxtından, qırmanm
in-tensivliyindən, təkrarolunma müddətindən, meşə tiplərindən, inkişafından,
doluluğundan, vəziyyətindən və ərazisinin ekoloji şəraitindən asılıdır.
Qurmalann intensivlik dərəcəsi ağaclığın hansı məqsəd üçün yetişdirilməsindən,
meşənin tipindən, tərkibindən, yaşından, bonitet sinifindən, quruluşundan, ağaclığın
vəziyyətindən, qırmanın növündən, maillikdən, relyefdən və digər amillərdən asılı
olaraq müəyyən edilir. Bu zaman intensivlik dərəcələri: 3-15% zəif; 16-25% orta;
26%-dən yuxarı güclü hesab olunur.
Ortayaşlı və yetişməkdə olan ağaclıqda qırmalar zəif, cavan ağaclıqda isə daha
Dostları ilə paylaş: |