Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə104/114
tarix23.10.2017
ölçüsü5,01 Kb.
#6392
1   ...   100   101   102   103   104   105   106   107   ...   114

hüdudlarından  kənarda  qanunvericilikdə  nəzərdə  tutulmuş  qaydada  bələdiyyə 
mülkiyyəti və ya xüsusi mülkiyyət üçün əldə edilmiş heyvanlardan başqa) bələdıyyə 
mülkiyyətinə və ya xüsusi mülkiyyətə aid edilə bilməzlər. 
Heyvanlar  aləmi  haqqında  qanunvericiliyin  vəzifələri  heyvanlar  aləminin 
mühafızəsinin və istifadosinin təşkilinə, idarə edilməsinə və dövlət tənzimlənməsinə 
hüquqi  baza  yaratmaqdan  ibarət  olub,  bu  sahədə  idarəetmənin  aşağıdakı  əsas 
prinsiplərinə əsaslanır: 
-
 heyvanlar  aləminin  mühafızəsi,  artırılması  və  istifadəsi  üzərində  dövlət 
nəzarətinin zəruriliyi; 
-
 vəhşi  heyvanların  yaşayış  mühitinin,  miqrasiya  yollarınm,  qışlama  yerlərinin 
nəsilartırma və çoxalma şəraitinin mühafizəsi; 
-
 heyvanlar  aləmindən  istifadənin  humanist  prinsiplərə  uyğun  olaraq  həyata 
keçirilməsi; 
-
 heyvanlar  aləmindən  istifadə  hüququnun  su  obyektlərindən,  meşələrdən  və 
digər təbii sərvətlərdən istifadə hüququndan ayrılması; 
-
 heyvanlar  aləminin  və  onların  yaşayış  mühitinin  mühafızəsi  istiqamətində 
fəaliyyət növlərinə dövlət hımayəsi; 
-
 heyvanlar aləmindən istifadənin ödənişli olması və limitləşdirilməsi; 
-
 heyvanlar  aləminin  mühafızəsi  və  istifadəsi  üzərində  nəzarət  funksiyaları  ilə 
istifadə fəaliyyəti funksiyalarının ayrılması; 
-
 əhalinin  sağlamlığına,  təbiətə  və  iqtisadiyyata  ziyan  vurulmasının  qarşısının 
vaxtında alınması məqsədilə heyvanların sayının tənzimlənməsi; 
-
 heyvanlar  aləminin  və  onların  yaşayış  mühitinin  vəziyyətinə  zərərli  təsir 
göstərə bilən müəssisə və obyektlərin ekoloji ekspertizasınm aparılması (maddə 7). 
Qanunvericilikdə heyvanlar aləminin mühafızəsi vo istifadəsi sahəsində dövlətın 
vəzifələri belə göstərilmışdır: 
-
 heyvanlar aləminin mühafızəsi və istifadəsi sahəsində dövlət siyasətini həyata 
keçirmək və müvafıq normativ hüquqi aktlar qəbul etmək; 
-
 heyvanlar aləminin mühafızəsi və istifadəsi üzərində dövlət nəzarətini həyata 
keçirmək; 
-
 heyvanlar  aləmi  obyektlərinin  mühafızəsi,  səmərəli  istifadəsi,  artırılması  və 
bərpası qaydalarını və normalarını müəyyən etmək; 
-
 ayrı-ayrı  heyvanlar  aləmi  obyektlərinin  Azərbaycan  Respublikasının 
hüdudlarından kənara aparılmasını və respublikaya gətirilməsini qadağan etmək və ya 
məhdudlaşdırmaq; 
-
 heyvanların  areahnın  genişlənməsi,  törəyib  artması  və  qorunub  saxlanması 
məqsədilə,  qoruqlar,  yasaqlıqlar,  zooloji  parklar,  xüsusi  mühafızə  olunan  təbiət 
ə
raziləri yaratmaq; 


-
 heyvanlar aləminin dövlət üçotu, kadastrı və monitorin-qi sistemini yaratmaq, 
Azərbaycan Respublikasının «Qırmızı kitabı»nın aparılmasını təşkil etmək; 
-
 Azərbaycan Respublikasının «Qırmızı kitabı»na daxil edilmiş, habelə qiymətli, 
nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvan növlərinin xüsusi mühafizə 
rejimini  müəyyən  etmək,  onların  qeyri-sərbəst  şəraitdə  artırılmasını  təşkil  etmək, 
genctik materialların saxlanması üçün seleksiya mərkəzləri və genobanklar yaratmaq; 
-
 heyvanlar  aləmindən  istifadə  limitlərini,  istifadəyə  görə  ödəmə  növlərini  və 
dərəcələrini müəyyən etmək, ovçuluq işlərinin tənzimlənməsini həyata keçirmək; 
-
 hcyvanlar  aləminin  və  onların  yaşayış  mühitinin  vəziyyətinə  zərərli  təsir  edə 
bilən  müəssisələrin,  texniki  qurğuların,  digər  obyektlərin  tikintisi,  quraşdırılması  və 
yenidən  qurul-ması  layihələrinin  dövlət  ekoloji  ekspertizasınm  keçirilməsini  təşkil 
etmək; 
-
 təbii  fəlakət  və  digər  səbəblər  nəticəsində  dağılmış  və  ya  məhv  olmuş 
heyvanlar aləmi obyektlərinin bərpasını təşkil etmək; 
- heyvanlar  aləminin  öyrənilməsini,  səmərəli  istifadəsinin  və  mühafizəsinin 
vacibliyıni geniş təbliğ etmək; 
-
 fıziki  və  hüquqi  şəxslərin  heyvanlar  aləmi  üzərində  mülkiyyət  və  istifadə 
hüquqlarının mühafızəsini təmin etmək; 
-
 heyvanlar  aləminin  mühafizəsinə,  somərəli  istifadəsinə  və  artınlmasına 
yönəldilmiş fəaliyyəti stimullaşdırmaq; 
-
 heyvanlar  aləminin  mühafızəsi  və  istifadəsi  sahəsində  Azərbaycan 
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək 
(maddə 9). 
Heyvanlar aləmindən istifadənin vo mühafizəsinin həyata keçirilməsi sahəsində 
bələdiyyələrin,  fıziki  və  hüquqi  şəxslərin  səlahiyyətləri,  hüquq  və  vəzifələri  də 
qanunvericilik qaydasında müəyyən edilmişdir. 
Heyvanlar aləmindən istifadənin formalanna gəldikdə isə bu mülkiyyət, ümumi 
və  xüsusi  istifadə  hüquqlan  əsasında,  ümumi  istifadə,  idman  və  həvəskar  bahq  ovu 
istisna  olmaqla,  vəhşi  heyvanları  təbii  mühitdən  ayırmadan  insanlann  həyati  vacib 
tələbatlarını  (estetik,  sağlamlıq,  istirahət  (rekreasiya)  və  s.)  təmin  etmək  məqsədilə 
ödənişsiz  həyata  keçirilir.  Heyvanlar  aləmindən  ümumi  istifadə  zamam,  əgər  vəhşi 
heyvanlann  məhv  edilməsi,  onlann  yaşayış  mühitinə  və  nəsilartırma  yerlərinə  ziyan 
vurulması  qadağan  edilirsə,  xüsusi  istıfadədə  vəhşi  heyvanlan  təbii  mühitdən 
ayırmaqla  həyata  keçirilən  bütün  istifadə  növləri  ödənişli  şərtlərlə  qanunvericilk 
qaydasında  yerinə  yetirilir.  Sonuncu  xüsusi  icazə  sənədləri  əsasında  baş  verir.  Bu 
tələblər  su  obyektlərinin,  torpaq  və  meşə  mülkiyyətçilərinin  və  istfıadəçilərinin 
ə
razilərində məskunlaşan heyvanlar aləminin obyektlərinə də şamil edilir. 
Heyvanlar aləmindən istifadənin növləri kimi aşağıdakılar həyata keçirilməlidir: 
-
 ovçuluq; 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə