Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə114/114
tarix23.10.2017
ölçüsü5,01 Kb.
#6392
1   ...   106   107   108   109   110   111   112   113   114

ə
sasən,  insanların  həyat  və  sağlamlığı  üçün  təhlükə  törədən  faktları  ve  halları 
gizlədən  vəzifəli  şəxslər  qanun  əsasmda  məsuliyyətə  cəlb  edilirlər.  Bununla  yanaşı, 
hər  bir  şəxsin  ətraf  mühitin  əsl  vəziyyəti  haqqında  məlumat  toplamaq  və  ekoloji 
hüquqpozma  ilə  əlaqədar  onun  sağlamlığına  və  əmlakına  vurulmuş  zərərin  əvəzini 
almaq hüququna da təminat verilir. «Ətraf mühitin mühafızəsi haqqında» Azərbaycan 
Respublikasının  Qanununa  görə  ölkə  vətəndaşlarının  ətraf  mühitin  zərərli 
təsirlərindən mühafizə edilməsi, oniara bir sıra mühüm hüquqların verilməsi nəzərdə 
tutulmuşdur: 
-hər bir vətəndaşın həyatı və sağlamhğı üçün əlverişli ətraf mühitin olması, onun 
vəziyyəti və vəziyyətinin yaxşılaşdırılması barədə tədbirlər haqqmda dəqiq məlumat 
almaq hüququ; 
-qanunvericiliyin  pozulması  nəticəsində  onların  sağlamIığına  və  əmlakına 
vurulan zərərə görə ödənc almaq hüququ; 
-
 qanunvericilikdə  müəyyən  edilmiş  qaydada  ətraf  mühitin  mühafızəsinə  aid 
yığmcaqlarda,  mitinqlərdə,  piketlərdə,  yürüşlərdə  və  nümayişlərdə,  referendumlarda 
iştirak etmək hüququ; 
-
 insan həyatına və ətraf mühitə mənfı təsir göstərən müəssisələrin, qurğuların və 
başqa  ekoloji  zərərli  obyektlərin  yerləşdirihnəsi,  tikintisi,  yenidən  qurulması  və 
istismara  verilməsi  haqqmda  qərarların  inzibati  və  ya  məhkəmə  qaydasında  ləğv 
edilməsini və həmçinin fıziki və hüquqi şəxslərin fəaliyyətinin məhdudlaşdırılmasını, 
müvəqqəti dayandırdmasını və hüquqi şəxslərin ləğv edilməsini tələb etmək hüququ; 
-
 ətraf  mühitin  mühafızəsi  haqqında  qanunvericiliyin  pozulması  nəticəsində 
təqsirkar  təşkilatlarm,  vəzifəli  şəxslərin  və  vətəndaşlann  məsuliyyətə  cəlb  edilməsi 
barədə müvafıq orqanlar və məhkəmələr qarşısında iddialar qaldırmaq hüququ. 
Ə
traf  mühitin  mühafizəsi  sahəsində  vətəndaşlanmızın  hüquqları  bir  sıra  digər 
hazırda  qüvvədə  olan  qanunvericilik  aktlarmda  da  öz  əksini  tapmışdır  ki,  onlardan 
biri  də  «Sanitariya-epidemioloji  salamatlıq  haqqında»  Azərbaycan  Respublikasının 
Qanunudur. Qanuna əsasən vətəndaşlar: 
-
 indiki  və  gələcək  nəsillərin  səhhətinə  mənfı  təsir  göstərməyən  və  onların 
sanitariya-epidemioloji  salamatlığını  təmin  edən  əlverişli  ətraf  mühitdə  yaşamaq 
hüququna; 
-
 xəstələnmə  dərəcəsi,  epidemioloji  vəziyyət  və  radiasiya  şəraiti,  ətraf  mühitin 
vəziyyəti  və  bunların  insan  sağlamlığma  təsiri,  aparılmış  gigiyena  ekspertizalarının, 
digər xüsusi ekspertizaların nəticələri, dövlət orqanlarmın və yəzifəli şəxslərin qəbul 
etdiyi,  həyata  keçirilməsi  əhalinin  sağlamlığına  və  ətraf  mühitə  təsirlə  bağlı  olan 
qərarlar haqqında tam, düzgün və pulsuz məlumat almaq hüququna; 
-
 həyata keçirilməsi əhalinin sağlamhğına və ətraf mühitə təsirlə bağlı qərarların 
hazırlanmasında və icrasma nəzarətdə iştirak etmək hüququna; 
-
 ətraf  mühitin  kimyəvi,  fıziki,  bioloji  və  digər  amillərinin,  habelə  qida 


məhsullarının  təsiri  nəticəsində  dəyən  zərərin  əvəzinin  ödənilməsi  hüququna  və  s. 
malikdirlər (maddə 5-8). 
Azərbaycan  Respublikası  vətəndaşlarının,  əcnəbilərin  və  vətəndaşlığı  olmayan 
şə
xslərin  radiasiya  təhlükəsizliyi  hüququ  «Əhalinin  radiasiya  təhlükəsizliyi 
haqqında» Azərbaycan Respublikasının Qanununda təsbit olunmuşdur. 
Ə
hali  və  ictimai  birliklər  ionlaşdırıcı  şüa  mənbələrindən  istifadə  ilə  əlaqədar 
fəaliyyət  göstərən  müəssisə  və  təşkilatlardan  onların  səlahiyyətləri  çərçivəsində 
radiasiya şəraiti və radiasiya təhlükəsizliyinin təmin olunması üçün görülən tədbirlər 
haqqında  obyektiv  məlumat  almaq  hüququna  malikdirlər.  Qanunvericilikdə  nəzərdə 
tutulmuş  qaydalar  və  şərtlər  daxilində  ictimai  birliklərin  nümayəndələri  ionlaşdırıcı 
ş
üa  mənbələrindən  istifadə  ilə  əlaqədar  fəaliyyət  göstərən  müəssisə  və  təşkilatların 
ə
razisinə  daxil  ola  bilərlər.  onlaşdırıcı  şüalanmanın  təsiri  və  radiasiya  qəzası  ilə 
ə
laqədar əhalinin həyatına, sağlamlığına və əmlakına dəymiş zərərə görə onlar maddi 
ödəniş almaq hüququna malikdir (maddə 23, 24, 25 və 27). 
Konstitusiyamızın  39-cu  maddəsində  təsbit  olunmuş  sağ-lam  ətraf  mühitdə 
yaşamaq  hüququ  -  mahiyyətcə  müstəqil,  lakin  bir-biri  ilə  sıx  əlaqədə  olan  3  əsas 
ekoloji hüququ müəyyən edir: 
-
 əlverişli ətraf mühitdə yaşamaq hüququ; 
-
 ətraf mühitin vəziyyətinə dair dəqiq məlumat almaq hüququ; 
-
 ekoloji hüquq pozuntusu nəticəsində sağlamlığa və ya əmlaka vurulan zərərin 
ə
vəzinin ödənilməsi hüququ. 
Azərbaycan  Respublikasının  qanunvericiliyində  əlverişli  ətraf  mühit  anlayışma 
ayrıca  tərif  verilməsə  də,  bu  anlayışın  hüquqi  əhəmiyyətli  əlamətləri  öz  əksini 
tapmışdır. 
«Ətraf  mühitin  mühafızəsi  haqqında»  Azərbaycan  Respublikasının  Qanununda 
ə
traf  mühitin  vəziyyətinin  qiymətlənüırılməsı  baxımından  ətraf  mühitin  ekoloji 
tarazlığının nizamlanmasını (maddə 30); ətraf mühitin keyfiyyət normativlərinin əsas 
göstəricilərini  (maddə  31);  əhalinin  sağlamhğının,  bitki  və  heyvanlar  aləminin 
mühafızəsi, onların genetik fondunun qorunması məqsədi ilə atmosferi, suyu, torpağı 
və  yerin  təkini  çirkləndirən  potensial  təhlükəli  kimyəvi  və  bioloji  maddələrin  yol 
verilə  bilən  miqdannı  və  əhalinin  sağlamhğının,  əmək  qabiliyyətinin  mühafızəsini 
bitki  və  heyvanlar  aləmi  üçün  əlverişli  olan  ətraf  mühitin  qorunması  məqsədi  ilə 
səs-küyün,  silkələnmənin,  elektromaqnit  sahələrinin  səviyyəsinin,  radioaktiv 
ş
üalanmanın  və  digər  zərərli  fıziki  təsirlərin  yol  verilə  bilən  son  hədlərinin 
normativlərini  (maddə  32),  sanitariya-mühafizə  və  digər  mühafızə  zonaları  və 
onlardan istifadə qaydalannı müəyyən edən maddələr nəzərdə tutulmuşdur. 
«Ətraf  mühitə  dair  informasiya  almaq  haqqında»  Azərbaycan  Respublikasının 
Qanununa  əsasən,  vətəndaşlar  ətraf  mühitin  vəziyyətinə  və  təbii  ehtiyatlardan 
istifadəyə  dair  dövlət,  bələdiyyə  orqanlarından,  həmçinin  məsul  şəxslərdən  tam, 


dəqiq və vaxtında informasiya almaq hüququna malikdirlər. 
Qanunvericiliyə  görə  ətraf  mühitə  dair  ınformasiya  dedikdə,  torpağın,  suyun, 
yerin  təkinin,  atmosferin  və  canlı  orqanizmlərin  vəziyyəti,  ətraf  mühitə,  insanların 
sağlamlığına  təsir  edən  və  ya  edə  biləcək  fəaliyyət  nəticəsində  ətraf  mühitin 
komponentlərində  baş  verən  və  baş  verə  biləcək  dəyişikliklər,  onların 
qiymətləndirilməsi,  ətraf  mühitin  mühafızəsi  və  səmərəli  istifadəsinə  yönəldilmiş 
tədbirlər və məsrəflər barədə məlumatlar başa düşülür. 
Ə
halinin sağlamhğı və ətraf mühitin mühafizəsi, onlara nəzarət, torpağın, suyun, 
yerin təkinin, atmosferin, meşələrin, heyvanlar və bitkilər aləminin qorunması, təbii 
ehtiyatlardan,  habelə  təkrar  xammaldan  istifadə,  bu  sahədə  qayda  və  standartları 
müəyyənləşdirmək,  həmçinin  ətraf  mühitin  vəziyyətinə  təsir  göstərə  bilən  qərarlar 
qəbul etmək səlahiyyəti olan dövlət hakimiyyəti və bələdiyyə orqanları, onların sahə 
strukturları,  digər  ixtisaslaşdırılmış  fəaliyyət  növləri  ilə  məşğul  olan  qurumlar  ətraf 
mühitə dair informasiya obyektləri sayılırlar. 
Ə
traf  mühitə  dair  informasiyanın  iki  növü  var:  əldə  edilməsi  qaydalarına  görə 
alınması məhdudlaşdırılan və açıq informasiya. 
Ə
traf  mühitə  dair  informasiyanın  alınmasma  təminat  -  informasiyanın 
axtarılmasına  şərait  yaratmaq,  sənədlərlə  tanış  olmaq,  onların  surətini  əldə  etmək, 
vəzifəli  şəxslərdən  müsahibələr  götürmək,  mətbuat  konfranslarında  və  digər 
tədbirlərdə iştirak etmək, yazılı sorğulara rəsmi cavablar almaq hüququnun dövlət və 
yerli  özünüidarəetmə  orqanları,  habelə  məsul  şəxslər  tərəfındən  təmin  edilməsidir 
(maddə 5.). 
Ekoloji  hüquq  pozuntusu  nəticəsində  sağlamlığa  və  əmlaka  vurulan  zərərin 
ə
vəzinin  ödənilməsi  hüququ  vətəndaşlarm  konstitution  hüquqlarından  biri 
olduğundan,  onun  araşdırılması  üçün  ekoloji  məsuliyyəti  başa  düşmək  lazımdu. 
Ekoloji  məsuliyyət  -  çoxsahəli  sosial-iqtisadi  və  hüquqi  institutdur.  Ekoloji 
məsuliyyətin əsasında ekoloji pozuntular durur. Həmin pozuntular özünü cəmiyyətin 
inkişaf prosesində iqtisadi və ekoloji vəhdəti elmi əsaslarla qoruyan normalara əməl 
etməməkdə  və  onları  yerinə  yetirməməkdə  büruzə  verir.  Öz  iqtisadi  tələbatmı 
ödəmək  istəyən  insanm  təbiətə  göstərdiyi  təsir  ekoloji  münasibətlərin  yaranması  ilə 
nəticələnir  ki,  bu  da  «cəmiyyət-təbiət»  qarşıdurması  deməkdir.  Bu  münasibətlərin 
hüquqi tənzimlən-məsi üçün ekoloji məsuliyyət mexanizmi fəaliyyət göstərir. 
Ekoloji  hüquqpozmada,  qanunvericilikdə  təsbit  olunmuş  insan  sağlamlığına 
dəymiş  ziyan,  insanın  ayrıca  fərd  şəklində  deyil  (məsələn,  bədən  xəsarəti  və  s. 
qəsdlər), təbiət və cəmiyyətin qarşıhqlı fəaliyyətinin nəticəsində ətraf mühitə dəymiş 
zərər, ümumilikdə insanların sağlamhğına dəymiş ziyan kimi başa düşülməlidir. Ətraf 
mühitə  dəymiş  ziyan  təbiəti  kəmiyyət  (təbii  ehtiyatlann  miqdarmın  azalması)  və 
keyfıyyət  (ətraf  mühitin  çirklənməsi,  eroziya  və  s.)  cəhətdən  mənfi  istiqamətdə 
dəyişdirir  ki,  bu  da  bütövlükdə  insan  həyatma  və  sağlamlığına  təhlükə  yaradır, 


vəziyyət  dəyişkənliyi  prosesi  güclənir,  əhalinin  işgörmə  qabiliyyəti  aşağı  düşür.  Bu 
isə  öz  növbəsində  iqtisadi  və  təsərrüfat  cəhətdən  əlverişsiz  şəraitin  yaranmasma 
sə-bəb olur. 
Təbiətə  dəymiş  ziyana  görə  ekoloji  cinayətlər,  bu  mənada,  özünü  iki  formada 
göstərir: iqtisadi və ekoloji. 
qtisadi  ziyan  dedikdə  təbiət  istifadəçiləri,  onların  əmlakma  və  gəlirlərinə 
dəymiş  ziyan  başa  düşülür.  Ekoloji  ziyan  isə  ətraf  mühitin  çirklənməsi,  təbii 
ehtiyatların  dağıddması  və  tükənməsi,  təbii  obyektlərə  və  bütünlükdə  ekosistemləro 
dəy-miş ziyandır. 
Qanunvericiliyə  görə  ətraf  mühitə  vurulmuş  zərər  dedikdə,  ətraf  mühitin  qəza 
nəticəsində  çirklənməsi  zamanı  müvafıq  ərazi  üçün  yol  verilən  həddən  artıq 
çirklənmiş  torpaq  sahələrinin  və  su  obyektlərinin  bərpasma  tələb  olunan  vəsait, 
habelə  atmosfer  havasmm  çirklənməsi,  heyvanlar  və  bitkilər  aləminin  məhv  olması 
ilə bağlı zərər başa düşülür. 
Ekologiyanın  əsas  qanunu  hesab  olunan  «Ətraf  mühitin  mühafızəsi  haqqında» 
Azərbaycan  Respublikası  Qanununun  79-cu  maddəsində  qeyd  olunur  ki, 
vətəndaşların həyatına və əmlakına vurulmuş zərər, zərərçəkənin əmək qabiliyyətinin 
itirilməsi dərəcəsi, onun müalicəsi və sağlamlığının bərpası üçün tələb olunan xərclər 
və  itkilər  nəzərə  alınmaqla  tam  həcmdə  ödənilməlidir.  Eyni  zamanda  göstəriiir  ki, 
ə
traf  mühitə  təhlükəli  təsir  edən  fəaliyyətlə  məşğul  olan  hüquqi  və  fıziki  şəxslər, 
oniarın  təqsiri  müəyyən  edildikdə,  məhkəmənin  qərarı  əsasında,  ətraf  mühitin 
pozulmuş  vəziyyətinin  bərpasına  lazım  olan  faktiki  xərclər  həcmində  zərər  çəkmiş 
hüquqi və ya fiziki şəxsin hesabma köçürülür. 
nsan  sağlamlığınm  pozulmasına,  əmək  qabiiiyyətinin  tam  və  ya  qismən 
itirilməsinə, psixi çatışmazlıqlara və digər məsələlərə görə ətraf mühitin çirklənməsi 
nəticəsində  dəymiş  zərər  Azərbaycan  Respublikasmm  Mülki  Məcəlləsində  nəzərdə 
tutulmuş qaydada ödənilir. Bu zaman ümumi qaydalara görə aşağıdakı xərclər mütləq 
nəzərə alınmalıdır: 
-
 müalicə və sağlamlığın bərpası üçün çəkilən xərclər (ekoloji ziyan); 
-
 əmək  qabiliyyətinin  itirilməsi  ilə  bağlı  dəymiş  maddi  zərərin  ödənilməsi 
xərcləri (iqtisadi ziyan); 
-
 digər  xərclər  (vaxtından  əvvəl  təqaüdə  çıxmağa  görə,  peşəkarlıqla  əlaqədar 
buraxdmış imkanlar və s.). 
Qanunvcriciliyə  görə  ətraf  mühitin  çirklənməsi  nəticəsində  insan  sağlamlığına 
dəymiş ziyanın əvəzinin ödənilməsi, ziyana görə obyektiv hüquqi məsuliyyətdir. Bu 
zaman  hansısa  ekoloji  normativin  pozulması  deyil,  dəymiş  ziyan  faktı  və  ya  onun 
nəticəlorinin  real  təhlükəsi  əsas  götürülür.  «Əhalinin  sağ-lamlığmm  qorunması 
haqqında» Azərbaycan Respublikasmm Qanunu (Tibbi-sosial ekspertiza) orqanizmin 
funksiyalarmm 
davamlı 
pozulmaları 
nəticəsində 
həyat 
fəaliyyətinin 


məhdudlaşdırılmasının  qiymətləndirilməsi  əsasmda  vətəndaşm  sosial  müdafıə 
tədbirlərinə olan ehtiyaclarmı müəyyən edir (maddə 43). 
Hazırda  qüvvədə  olan  başqa  bir  qanuna  -  «Əhalinin  ra-diasiya  təhlükəsizliyi 
haqqında»  Azərbaycan  Respublikası  Qa-nununa  (1998)  əsasən,  əhalinin  qanunla 
müəyyən  olunmuş  dozadan  artıq  şüalanma,  həmçinin,  radiasiya  qəzası  ilə  əlaqədar 
onların  sağlamlığma,  əmlakma  və  həyatma  dəyən  zərərə  görə  maddi  ödəniş  almaq 
hüququ  vardır  (maddə  27).  Qanunvericilikdə  daha  sonra  radiasiya  təhlükəsizliyinin 
təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası vətəndaşlarmın, əcnəbilərin ve 
vətəndaşlığı olmayan şəxslərin vəzifələri göstərilmişdir. Bunlar aşağıdakılardır: 
-
 radiasiya təzlükəsizliyinin təmin olunması tələblərinə əməl etmək; 
-
 radiasiya  təhlükəsizliyinin  təmin  edilməsi  sahəsində  tədbirlərin  yerinə 
yetirilməsində iştirak etmək. 
Ümumiyyətlə,  insanm  sağlamlığına  dəymiş  ziyan  özünü  fızioloji,  iqtisadi, 
mənəvi və genetik formada göstərir. 
Dəymiş  ziyanm  ödənilməsi  kompensasiya  mexanizmi  vasitəsi  ilə  həyata 
keçirilir.  Kompensasiya  məsuliyyətinin  üç  n ö v ü   vardır:  mülki  məsuliyyət;  maddi 
məsuliyyət; ekoloji-iqt i s ad i   məsuliyyət. 
Ekoloji-hüquqi  münasibətlərdə  «qanunla  qadağan  olunmayan  hər  şeyi  etmək 
olar» prinsipinin tətbiqi yolverilməzdir (Nuriyev və başqaları, 2005). Əvvəla, Mülki 
Məcəllədə  öz  ək-sini  tapmış  hüquqi  normalarda  göstərilir  ki,  xüsusi  qanunlarda 
göstərilməsə də belə, hər cür ziyanlı hərəkət yolverilməzdir. 
Ikincisi, təbiətdən istifadə haqqında qanunvericilikdə tobiəti mühafizə sahəsində 
icazə verilən və yaxud lisenziya (xüsusi razdıq) sisteminə görə, təbii mühitə olunacaq 
hər  hansı  bir  mü-daxilə  səlahiyyətli  orqanların  razılığı  ilə  olmalıdır  (torpağın 
götürülməsi, meşənin qırılması, meliorasiya və s.). 
Hüquqazidd  hərəkətlər  ekoloji  hüquqpozmaların  obyektiv  tərəfı  sayılan  bir 
elementdir.  Digər  element  isə  təbiətə  vurulmuş  ziyandır.  Təbiətə  vurulmuş  ziyan  - 
hüquqazidd hərəkətlərin obyektiv nəticələridir. 
Ziyan  -  ətraf  mühitə  və  insan  sağlamlığına  mənfı  proseslər  üzündən  baş  verən 
dəyişiklikdir. Bununla bərabər ziyan həm də hüquqazidd davranışın neqativ nəticəsi 
hesab olunur. 
nsan  sağlamlığma  dəymiş  ziyan  dedikdə,  onun  əlverişsiz  ətraf  mühitin  təsiri 
nəticəsində müvəqqəti olaraq həyat qabiliyyətini itirməsi və orqanizmin bəzi bioloji 
fuknsiyaları  yerinə  yetirə  bilməməsi  başa  düşülməlidir.  Ekoloji  və  iqtisadi  ziyan 
nəticəsində ətraf mühitə dəymiş ziyan daha çox antropogen mənşəlidir. 
qtisadi  və  ekoloji  olaraq  dəymiş  ziyan  iki  qrupa  ayrılır:  iqtisadi  ziyan  təbii 
ehtiyatların iqtisadi qiymətləndirilməsindən (kadastr) yaranır.  qtisadi ziyan təbiətdən 
istifadəçilərin  (mülkiyyətçi,  sahibkar,  istifadəçi,  icarəçi  və  s.)  maraqlarına  dəymiş 
zərərdir.  Bu  ziyan  özünü  təbii  sərvətlərin  itkisində  (balıq  ehtiyatlarının,  faydalı 


qazıntıların  və  s.  azalması),  maddi  dəyərlərin  itirilməsində  (məhsuldarhq,  kənd 
təsərrüfatı heyvanlarımn azalması və s.) və əldə olunmamış xərclərdə göstərir. 
stehsalat, təsərrüfat və sosial məişət şəraitində insan sağlamlığına dəymiş ziyan 
ekoloji ziyan sayılmır. 
Ə
traf  mühitin  çirklənməsi  nəticəsində  vətəndaşlıran  sağlamlığına dəymiş  ziyan 
həmin  ziyanı  vuran  fıziki  və  hüquqi  şəxslər  tərəfmdən  ödənilməlidir.  («Əhalinin 
sağlamlığının qo-runması haqqında» Qanun, maddə 57). 
nsanın sağlamhğma əlverişsiz ətraf mühitin vurduğu ziyan da iki formada olur: 
-
 təbii hadisələr; 
-
 antropogen amillər. 
Təbii  hadisələr  təbiətdə  baş  verən  proseslərin  obyektiv  nəticəsi  olub,  bir  çox 
hallarda  təbii  fəlakət  də  adlanır.  Bu  cür  fəlakətlər  lokal  şəraitdə  insan  fəaliyyəti 
nəticəsində də baş verə bilər. 
Antropogen amillər insan sağlamlığına dəymiş ziyanın əsas səbəbi sayılmalıdır. 
Ə
sasən bu,  insanın təsərrüfat, istehsalat, istirahət və digər  fəaliyyəti  nəticəsində baş 
verir.  Qeyd  et-mək  lazımdır  ki,  əlverişsiz  ətraf  mühit dedikdə,  antropogen  fəaliyyət 
nəticəsində  ətraf  mühitin  kimyəvi  və  radiasiya  çirklənməsi,  səs-küy,  vibrasiya, 
maqnit sahələrinin təsiri və digər fıziki, bioloji və başqa zərərli təsirlər başa düşülür. 
Hazırda  qüvvədə  olan  Azərbaycan  Respublikasının  ekoloji  qanunvericiliyi 
müasir beynəlxalq tələblərə və ya vətəndaşların ekoloji hüquqlarının təminatma dair 
təsəvvürlərə  nə  dərəcədə  uyğun  gəldiyini  cavablandırmaq  üçün  ölkə 
qanunve-riciliyində  olan  müddəaları  beynəlxalq  hüquqi  sənədlərin  müddəaları  ilə 
müqayisə etmək lazımdır. Belə ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 
tərəfmdən  1948-ci  ildə  qəbul  edilmiş  Ümumdünya  nsan  Hüquqları  Bəyannaməsi 
insanların əlverişli ətraf mühitə olan hüququnu bilavasitə tanıyrr. Bəyannamənin 3-cü 
maddəsində təsbit olunan bu hüquq insanın yaşamaq hüququ vasitəsi ilə ifadə edilib. 
Bəyannamədə  eyni  zamanda  insanın  özünün  və  ailəsinin  sağlamlığının  və  rifahının 
qorunub  saxlanılması  üçün  zəruri  olan  həyat  səviyyəsinə  malik  olması  hüququ  da 
təsbit olunmuşdur (maddə 25). 
Həmin müddəalar öz inkişafmı BMT-nin Baş Assambleyası tərəfındən 1966-cı 
ildə qəbul edilmiş Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktda tapmışdır. 
Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 6-cı maddəsinə uyğun olaraq 
yaşamaq  hüququ  hər  bir  insanın  alınmaz  hüququdur.  Bu  hüquq  qunanla  müdafıə 
olunur.  qtisadi,  Sosial  və  Mədəni  Hüquqlar  haqqında  Beynəlxalq  Paktın  11-ci 
maddəsi hər bir şəxsin özünün və ailəsinin həyat şəraitüıin daimi yaxşılaşmasını əhatə 
edən münasib həyat səviyyəsi hüququnun tanınmasını müəyyən edir. 
Insanların əlverişli ətraf mühitdə yaşamaq hüququ müstəqil bir problem kimi ilk 
dəfə  olaraq  beynəlxalq  səviyyədə  BMT-nin  1972-ci  ildə  keçirilmiş  Stokholm 
Konfransında  müzakirə  edilmişdir.  Orada  qəbul  edilmiş  Stokholm  Bəyannaməsinin 


1-ci  maddəsində  deyilir:  « nsanın  azadhq,  bərabərlik  və  əlverişli  ətraf  mühitdə 
yaşamaq  hüququ  vardır,  bu  hüquq  insana  layiqli  və  firavan  həyat  sürməyə  imkan 
verir,  indiki  və  gələcək  nəsillərin  rifahı  üçün  isə  ətraf  mühitin  mühafizəsi  və 
inkişafına görə mühüm əhəmiyyət kəsb edir. 
1992-ci ilin iyununda Stokholm Konfransından 20 il son-ra Braziliyanın Rio-de 
Jeneyro  şəhərində  keçirilmiş  ətraf  mühit  və  inkişaf  üzrə  BMT-nin  Konfransı  öz 
Bəyannaməsini  birinci  prinsip  kimi  elan  etdi:  «Daimi  inkişafın  diqqət  mərkəzində 
insanlar  durur.  Onlarm  təbiətlə  uyğunlaşaraq  sağlam  ətraf  mühitdə  yaşamaq 
hüquqları vardır». 
Ölkəmizin  Avropa  Şurasına  qəbul  edilməsi  ilə  əlaqədar  həmin  təşkilatın  insan 
hüquqlarına  dair  beynəlxalq  sənədlərinə  müraciət  etmək  imkanınm  yaranması 
xüsusilə  çox  vacibdir.  Bu  sənədlərdən  -  nsan  Hüquqlannın  və  Əsas  Azadlıqlann 
Müdafıəsi haqqında Konvensiyanı, Avropa Sosial Xartiyasını göstərmək olar. Burada 
bir  şeyi  qeyd  etmək  lazımdır  ki,  bu  sənədlərdə  vətəndaşlann  hüquqlarının  təsbit 
edilməsi  ilə  yanaşı,  onların  beynəlxalq  hüquqi  müdafiəsi  mexanizmləri  də  nəzərdə 
tutulmuşdur. 
nsan  Hüquqlarımn  və  Əsas  Azadlıqlarının  Müdafıəsi  haqqında  Konvensiyada 
da  ətraf  mühitin  mühafızəsi  sahəsində vətəndaşların  hüquqları subyektiv hüquqların 
müstəqil növü kimi tanınmır. Belə ki, ekoloji hüquqlar və maraqlar insan sağlamlığı 
ilə  bağlı  olan  yaşamaq  hüququ  ilə  əhatə  edilir.  Konvensiyada  deyilir:  «Hər  kəsin 
yaşamaq hüququ qanunla qorunur. Milli qanunvericilik üçün isə bu insanın həyatının 
və sağlamlığınm müdafıəsi üçün ətraf mühitin zərərli təsirlərindən mühafızəsi hüququ 
da daxil olmaqla hüquqi mexanizmlərin yaradılmasını təmin etmək vəzifəsidir». 
Beləliklə,  Azərbaycan  Respublikası  vətəndaşlarının  Konstitusiya  ilə  nəzərdə 
turulmuş  ekoloji  hüquqlarının  həcmi  və  məzmunu  beynəlxalq  konvensiyaların  və 
digər beynəlxalq hüquqi sənədlərdə təsbit olunmuş hüquqların bu növünün həc-minə 
çox yaxındır. 
Azərbaycan  Respublikası  vətəndaşlarının  beynəlxalq  sənədlərdə  nəzərdə 
tutulmuş ekoloji hüquqları və onların müdafıəsi mexanizmləri barədə biliklərə malik 
olması mühüm praktiki əhəmiyyətə malikdir. Belə ki, əvvəla Konstitusiyamızm 12-ci 
maddəsində  nəzərdə  tutulmuş  insan  hüquqları  və  azadlıqlarının  təmin  edilməsi 
hüququ ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq tətbiq edilir. 
Sonra isə, artıq respublikamız Avropa Şurasma üzv olan dövlətlərdən biri kimi  nsan 
Hüquqlarının  və  Əsas  Azadlıqlarm  müdafıəsi  haqqında  Konvensiyanı  2002-ci  ilin 
dekabr  aymda  ratifıkasiya  etmiş  və  bununla  da  öz  üzərinə  bir  sıra  öhdəliklər 
götürmüşdür. 
Həmin 
Konvensiyanın 
iştirakçıları 
olan 
dövlətlərin 
qanunvericiliklərindəki bütün konkret normalar isə Konvensiyadakı prinsiplərə uyğun 
olaraq  hazırlanır.  Bu  prinsiplər  eyni  zamanda  həmin  normaların  qanunvericiliyinin 
meyarı kimi çıxış edir (A. sgəndərova, K.Abbasov, 2002). 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə