Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə110/114
tarix23.10.2017
ölçüsü5,01 Kb.
#6392
1   ...   106   107   108   109   110   111   112   113   114

sahil-dən 12 millik məsafə ölçüsündə müəyyən edildi. 
Yer  kürəsinin  beşinci  qitəsi  olan  Antraktidanı  haqlı  olaraq  sülh  və  əməkdaşhq 
materiki adlanduırlar. 
ABŞ,  Böyük  Britaniya,  Fransa,  Argentina,  keçmiş  SSR   və  başqa  ölkələrin 
Antraktidaya  dair  1959-cu  ildə  imzaladıqları  müqaviləyə  əsasən,  bu  qitədən  yalmz 
sülh məqsədləri, elmi-tədqiqat işləri aparmaq azadlığı bəyan edildi və Antraktidanın 
beynəlxalq hüquqi rejimi müəyyənləşdirildi. 
Antraktidada heyvanlar və bitki aləmini qorumaq, tullantıları uzaqlaşdırmaq və 
çirklənmənin  qarşısını  ala  bilən  yeni  və  daha  sərt  tədbirlər  Antraktidamn 
mənimsənilməsində əmək-daşhğa dair 1991-ci ildə Madriddə imzalanmış protokolda 
müəyyən edildi. 
Ə
vvəllər  qeyd  etdiyimiz  kimi,  atmosfer  havası  da  ətraf  mühitin  qorunmasının 
beynəlxalq  obyektlərindən  biri  hesab  edilir.  Dünya  birliyi  son  vaxtlarda  öz  gücünü 
atmosfer  havasınm  çirkləndirilməsinin  transsərhəd  hərəkətinin  qarşısmı  almağa  və 
ozon  qatmın  dağılmaqdan  qorunmasına  yönəltmişdir.  Bu  mə-sələ  ilə  əlaqədar 
beynəlxalq münasibətlər 1987-ci ildə Monereal və 1985-ci il Vyana Konvensiyalarına 
ə
sasən tənzimlənir. 
Hava hövzəsinin qorunmasma dair qəbul edilmiş konvensiyalar və razılaşmalar 
arasında  Moskva  (1963-cü  il)  müqa-viləsi  xüsusi  yer  tutur.  Bu  müqaviləyə  əsasən, 
atmosferdə,  açıq  kosmosda  və  suyun  altmda  nüvə  silahlarınm  sınaqdan  keçirilməsi 
qadağan  olundu.  1996-cı  ildə  isə  nüvə  silahlarını  tamamilə  qadağan  edən  müqavilə 
BMT üzvü olan dövlətlərin çoxu tərəfindən imzalandı. 
Ə
traf  mühitin  mühafızəsi  sahəsinde  beynəlxalq  əməkdaşlıq  və  onun  əsas 
prinsipləri 
Ə
traf  mühitin  çirklənməsi  yerli,  regional  və  qlobal  miqyasda  baş  verə  bilər. 
Təbii  və  ekoloji  proseslər  nə  milli,  nə  də  inzibati  sərhədlərlə  məhdudlaşmır.  Yer 
kürəsinin  bir  nöqtəsin-də  ətraf  mühitin  çirklənməsi  tədricən  genişləndikcə  regional 
ekoloji  problemlərdən  qlobal  problemə  çevrilir.  Göstərilənlərlə  əlaqədar  bəzi  qonşu 
dövlətlər (hətta bir srra dövlətlər) hamı üçün təhlükəli olan ekoloji təhlükələri aradan 
birgə qaldırmaq məqsədilə öz səylərini birləşdirməli olurlar. Baltik, Xəzər və Aralıq 
dənizlərinin,  Kür,  Reyn,  Dunay  və  Tisa  çaylarmm  qorunması  məqsədilə  aidiyyəti 
olan  ölkələrin  birgə  əməkdaşlığını  təmin  edən  beynelxalq  təşkilatların  yaranması 
deyilənlərə  əyani  misal  ola  bilər.  Məsələn,  Xəzərətrafı  dövlətlərin  (Rusiya,  ran, 
Azərbaycan,  Qazaxıstan  və  Türkmənistan)  yaratdığı  beynəlxalq  birlik  Xəzər 
dənizinin  flora  və  faunasmın  qorunması,  çirklənməsinin  qarşısının  alınması  və 
dənizin  dibinin  sərvətlərindən  istifadə  etmək  sahəsində  vahid  proqram  qəbul 
etmişdilər.  Regional  xarakter  daşıyan  belə  beynəlxalq  müqavilələr  və  qərarlar 
göstərilən  təbii  məkanda  ətraf  mühitin  pisləşməsinin  qarşısının  almmasına  yönəlsə 
də, öz məzmununa görə beynəlxalq xarakter daşıyır. 


Təbii proseslər Hövlət sərhədlərinin hüdudlarına sığışmadığına görə bir ölkədə 
ekosistemin  pozulması  qonşu  ərazilərin  ekologiyasına  da  mənfı  təsir  göstərir. 
Məsələn, Almaniyada və ya Böyük Britaniyada yerləşən müəssisələrin icazə verilən 
normadan  artıq  atmosferə  buraxdıqları  zəhərli  qaz  qonşu  Avropa  dövlətlərinin  də 
(Norveç,  sveç, Danimarka və s.) ərazisində atmosfer havasmm çirklənməsinə səbəb 
olur. 
Beynəlxalq  miqyasda  ekoloji  amillərin  prioritetliyinin  müntəzəm  artması 
biosferin sirsilə şəklində artması ilə bağlıdır. Ekoloji böhranm bütün tərkib hissələri 
(istixana effekti, ozon qatınm nazilməsi, torpağm deqradasiyası, radiasiya təhlü-kəsi, 
yerin  təkinin  enerji və  başqa  ehtiyatlarının  tükənməsi və s.)  çox güclü  artan  ekoloji 
təhlükəyə çevrilir və bu, vəziyyətdən çıxmağm yeni qaydalannı və yollarını tapmağı 
tələb  edir.  Bu  yol  hansı  yoldur?  Günü-gündən  artan  ekoloji  fəlakətlərdən  necə 
qurtarmaq olar? Ekologiya sahəsində tanınmış mütəxəssis M.Stronenin fıkrincə, «Biz 
birgə  yaşamağa  məcburuq,  əks  təqdirdə  heç  kim  yaşaya  bilməz»  (Ətraf  mühit  və 
inkişaf»  üzrə  1992-ci  ildə  BMT-nin  Rio-de-Jeneyrada  təşkil  etdiyi  konfransda 
çıxışından). 
Alimlərin  fıkrincə,  dünya  birliyinin  beynəlxalq  ekoloji  böhrandan  çıxış 
yollarından  biri  beynəlxalq  ekoloji  münasibətlərin  ahəngdarlaşdınlmasıdır.  Artıq 
hamı  tərəfındən  qəbul  edilmişdir  ki,  belə  böhran  vəziyyətindən  ancaq  bütün 
dövlətlə-rin  təbiəti  qorumaq  sahəsində  səylərini  birləşdirməklə  və  vahid  strateji 
proqram  üzrə  hərəkət  etməklə  çıxmaq  mümkündür.  Məhz  elə  ona  görə  də,  belə 
strategiyanı həyata keçirmək məqsədi ilə ətraf mühitin qlobal miqyasda qorunmasına 
nail  ola  biləcək  səlahiyyetlərə  malik  orqanlarm  yaradılmasının  zəruriliyi  haqqmda 
çoxsayh təkliflər irəli sürülmüşdür. 
BMT-nin ətraf mühitin qorunması sahəsində fəaliyyəti 40-cı illərin sonlanndan 
başlamışdır.  1949-cu  ildə  ABŞ-ın  Leyk-Saksees  şəhərində  təbiətin  qorunması  üzrə 
Beynəlxalq  elmi-texniki  konfrans  keçirildi.  Bu  illərdə,  əsasən,  vəhşi  heyvanların  və 
kökü kəsilməkdə olan bitki növlərinin qorunması, milli qoruqların və parkların təşkili 
və sairəyə aid beynəlxalq əməkdaşlıq məsələləri hələ yeni-yeni formalaşırdı. 
Ə
traf mühitin qorunması məsələsi BMT səviyyəsində ilk dəfə kompleks şəkildə 
1968-ci  ildə  Parisdə  keçirilən  biosfer  problemlərinə  həsr  olunmuş  beynəlxalq 
konfransda  müzakirə  olundu.  YUNESKO-nun  təşəbbüsü  ilə  təşkil  olunmuş  bu 
kon-fransda « nsan və biosfer» adlı ekoloji tədqiqatlar proqrammı işlənib hazırlandı. 
Bu  proqramın  vəzifəsi  bütövlükdə  biosistem  ehtiyatlarının  və  ayrı-ayrı  ekosistem 
tiplərində (dağlıq, tropik, səhra və s.) onların səmərəli istifadəsi və qorunmasımn elmi 
ə
saslarını hazırlamaq idi. 
Ə
traf  mühitin  qorunması  sahəsində  beynəlxalq  əməkdaşlıq,  əsasında  hamı 
tərəfındən  tanınmış  prinsiplər  və  normalar  duran,  beynəlxalq  ekoloji  hüquqa  əsasən 
tənzimlənir.  Bu  prin-siplərin  yaranmasında  BMT-nin  1972-ci  ildə  Stokholmda 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə