Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə111/114
tarix23.10.2017
ölçüsü5,01 Kb.
#6392
1   ...   106   107   108   109   110   111   112   113   114

keçi-rilmiş  ətraf  mühitin  problemlərinə  həsr  edilmiş  konfransının,  BMT  Baş 
Assambleyasınm  1982-ci  ildə  (12  oktyabr)  qəbul  etdiyi  təbiətin  qorunması  üzrə 
ümumdünya  xartiyası  (TQÜX)  və  ətraf  mühitin  qorunmasına  və  inkişafa  dair 
BMT-nin  1992-ci  ildə  Rio-de-Jeneyroda  təşkil  etdiyi  beynəlxalq  konfranslarm 
ro-lunu xüsusilə qeyd etmək lazımdır. Stokholm konfransı dövlətlərin və beynəlxalq 
birliyin  ekoloji  siyasətinin  hazırlanmasmda  mühüm  mərhələ  hesab  edilir.  Bu 
konfransda  qəbul  edilmiş  Bəyannamədə  ətraf  mühitin  qorunması  sahəsində  dünya 
birliyinin strateji məqsədi və hərəkət istiqamətləri müəyən edilmişdir. 
BMT  Baş  Asambleyası  tərəfındən  1982-ci  ildə  qəbul  edilmiş  «Təbiətin 
Beynəlxalq Xartiyası (TBX) beynəlxalq birliyin gələcək dövrdə ekoloji fəaliyyətinin 
üstün  istiqamətlərini  müəyyən  etdi.  Bu  istiqamətlər  dövlətlərin  ekoloji  siyasətinin 
hazulanması üçün hüquqi baza oldu. Xartiyada aşağıdakı əsas prinsiplər bəyan edildi: 
1.
  Bəşəriyyət  təbiətin  tərkib  hissəsi  olduğunu  dərk  edir.  Buna  görə  də  təbiətə 
hörmətlə yanaşdmalı və onun əsas prinsipləri pozulmamalıdu. 
2.
  Yer üzərində həyatın genetik əsasları təhlükəyə məruz qalmamahdır. Həyatm 
hər bir formasının (əhilləşdirilmiş və vəhşi) populyasiyası üçün lazım olan təbii mühit 
saxlanıl-malıdır. 
3.
  Yerin  bütün  regionları  (quruda  və  suda)  bu  sahənin  qorunması  tələblərinə 
tabe edilməlidir. 
4.
  Təbii  sərvətlərin  (ehtiyatların)  istifadəsi  zamanı  israfçılığa  yol 
verilməməlidir. 
BMT-nin ətraf mühitə və inkişafa dair 1992-ci ildə (3-14 iyun) Rio-de-Jeneyro 
şə
hərində  keçirdiyi  konfransda  114  dövlət  başçısı  və  1600  qeyri-hökumət 
təşkilatlarınm  nümayəndəli-yi  görüşdülər.  Bu  görüş  XX  əsrdə  ekologiya  üzrə  ən 
böyük fo-rum (toplantı) idi. Konfransın ən böyük nailiyyəti aşağıdakı amilləri bəyan 
etməsi oldu: 
1.
  «Ətraf  mühit  və  iqtisadi  inkişaf  problemləri  ayrdıqda  nəzərdən  keçirilə 
bilməz» (4-cü prinsip); 
2.
  Dövlətlər yerdəki ekosistemləri saxlamaq, qorumaq, bərpa etmək məqsədilə 
hərtərəfii tərəfı-müqabillik rühünda əməkdaşlıq etməlidir (7-ci prinsip); 
3.
  Sülh,  inkişaf  və  ətraf  mühitin  qorunması  məsələləri  bir-biri  ilə  əlaqəli  və 
bölünməzdir (25-ci prinsip). 
Konfransa yekun vuran təşkilat komitəsinin Baş Katibi M.Stront (Kanada) belə 
toplantılann miqyasının və mahiyyətinin əvəzsiz olmasım qeyd edərək «..konfransdan 
sonra  dünyanm  başqa  olacağına,  diplomatiyanın  və  BMT-nin  beynəlxalq 
münasibətlərinin,  habelə  öz  üzərinə  sabit  inkişafa  doğru  hərəkət  etmək  öhdəçiliyi 
götürmüş hökumətlərin də başqa olacaqlar»ma əminliyini bildirdi. 
Stokholmda  1972-ci  ilin  5-16  avqustunda  keçirilmiş  konfrans  ətraf  mühitin 
qorunması  sahəsində  BMT-nin  fəaliyyətində  əsas  mərhələ  oldu.  Bu  konfransda  bir 


sıra  mühüm  məsələlərdə  onun  iştirakçıları  arasmda  ciddi  fikir  ayrüığı  olduğu 
ya-randı. Ümumi ekoloji vəziyyət və iştirakçı dövlətlərin öz üzərlərinə götürəcəkləri 
öhdəliklər sahəsində ABŞ-la «Ümumi bazar» ölkələri arasında yaranmış fıkir ayrdığı 
deyilənlərə nümunə ola bilər. Lakin belə fıkir ayrdıqlarına baxmayaraq, ətraf mühitə 
dair  Bəyannamənin  qəbul  olunması  böyük  nailiyyət  idi.  Bu  sənəd  bütün  dünyada 
ə
traf  mühitin  qorunması  sahəsində  prinsipləri,  vəzifələri  və  həyata  keçiriləcək  əsas 
tədbirləri,  habelə  bu  sahədə  beynəlxalq  problemlərin  həllinin  hüquqi  əsas-larım 
müəyyən etdi. 
Stokholm  konfransının  acddığı  gün  ətraf  mühitin  qorunmasmın  ümumdünya 
günü elan ediidi. 
Stokholm  konfransının  qərarlarını  yerinə  yetirmək  üçün  BMT  sistemində  ətraf 
mühit  üzrə  proqram  (YUNEP)  yaradıldı.  Onun  əsas  vəzifəsi  BMT  sistemində  ətraf 
mühitin  problemləri  ilə  əlaqədar  qərarlar  tədbirləri  hazırlamaqdan,  onları  həyata 
ke-çirməkdən, habelə belə tədbirləri əlaqələndirməkdən ibarət idi. 
Bu proqramda əməkdaşlığın aşağıdakı istiqamətləri nə-zərdə tutulurdu: 
1.
  nsanların məskunlaşması, sağlamlığı, yaşadığı mühit və rifahı. 
2.
  Torpaq, su və səhralaşmanın yaydması. 
3.
  Ticarət, iqtisadiyyat, texnologiya və texnologiyanm başqasına verilməsi. 
4.
  Okeanlar. 
5.
  Təbiətin, vəhşi heyvanlann və genetik ehtiyatların qorunması. 
6.
  Enerji. 
YUNEP  proqramınm  irəlidə  göstərilən  istiqamətlərinə  daxil  olan  məsələlərin 
çoxu  onları  həyata  keçirmək  üçün  yaraddmış  köməkçi  və  ümumdünya  beynəlxalq 
orqanlarda  müzakirə  edildi.  YUNEP-in  fəaliyyətində  mühüm  mərhələlərdən  biri 
qlobal  miqyasda  ətraf  mühitin  vəziyyətinə  Monitorinqin  (mü-şahidənin) 
yaraddmasında iştirakı hesab edilir. Qlobal monito-rinqin yaradılması ideyası 1971-ci 
ildə Beynəlxalq bioloji proqrama həsr edilmiş III Baş Asambleyada irəli sürülmüşdür. 
BMT  çərçivəsində  təbiətqoruyucu  fəaliyyətlə  əlaqəli  olan  başqa  təşkilatlar  da 
vardır. Məsələn, 70-ci illərin əvvəlində Avropa  qtisadi Komissiyasında (A K) «Ətraf 
mühitin  problemləri  ilə  məşğul  olan  ölkələrin  baş  müşavirləri»  adh  xüsusi  təşkilat 
yaradddı. Bu orqan tərəfmdən havanın çirklənmədən qorunması problemlərinə, təbii 
ehtiyatlardan  səmərəli  istifadə  edilməsinə,  iqtisadi  inkişafın  planlaşdınlmasının 
ekoloji aspektlərinə, ətraf mühitə atılan toksik tullantıların atılmasına nəzarət, suyun 
keyfıyyəti  üzrə  standartların  hazırlanmasına,  tullantılann  uzaqlaşdırılması  və 
zərərsizləşdirilməsinə dair və başqa proqramlar hazırlanmışdır. 
Ə
traf 
mühitin 
qorunması 
sahəsində 
beynəlxalq 
ə
məkdaşlığm 
möhkəmləndirilməsində  Avropada  təhlükəsizlik  və  əməkdaşlıq  məsələlərinə  həsr 
edilmiş  müşavirənin  (Helsinki,  1975-ci  il)  rolu  böyükdür.  Bu  müşavirədə  qəbul 
edilmiş  yekun  aktına  əsasən,  müşavirə  iştirakçısı  olan  ölkələrdə  təbiətin  qorunması 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə