Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə112/114
tarix23.10.2017
ölçüsü5,01 Kb.
#6392
1   ...   106   107   108   109   110   111   112   113   114

siyasəti aşağıdakı istiqamətlərdə apanlmalıdır: 
1.
  ətraf mühitin mühafizəsi və yaxşılaşdırılması; 
2.
  təbiətin qorunması; 
3.
  təbii  ehtiyatlardan  səmərəli  istifadə  etmək.  Beynəlxalq  əməkdaşlıq 
prinsiplərinə uyğun olaraq hər 
bir dövlət öhdəsinə götürdü ki,  onun  ərazisində  yerləşən  müəssisələrin  istehsal 
fəaliyyəti nəticəsində qonşu ölkənin təbiətinə zərər vurulmasm. 
Helsinki müşavirəsinin yekun aktına əsasən, ətraf mühitin qorunması sahəsində 
beynəlxalq əməkdaşhğın havamn çirklənməsi uğrunda mübarizə, suyun çirklənmədən 
qorunması  və  şirin  su  ehtiyatlarından  istifadə,  dəniz  mühitinin  qorunması,  torpağm 
qorunması  və  istifadəsi,  təbiətin  və  qoruqların  sabitliyinin  qorunması,  yaşayış 
məntəqələrində  ətraf  mühitin  vəziyyətinin  yaxşılaşduılması,  ətraf  mühitin 
dəyişməsinin fundamental tədqiqi, müşahidəsi və proqnozlaşdırılması, ətraf mü-hitin 
qorunması  üzrə  hüquqi  və  inzibati  tədbirlər  istiqamətində  aparüması  tövsiyə 
olunurdu. 
Ə
traf  mühitin  qorunması  sahəsində  beynəlxalq  əməkdaşlığın  ən  mühüm 
istiqamətlərindən  biri  qlobal  monitorinqin,  başqa  sözlə  ətraf  mühitin  vəziyyətinə 
beynəlxalq müşahidə sisteminin yaradlıması, insan fəaliyyəti nəticəsində təbiətdə baş 
verən  dəyişiklikləri  və  bu  dəyişikliklərin  nəticəsini  qeydə  almaq  və  təhlil  etməkdən 
ibarətdir. 
Qlobal monitorinqin fiziki, kimyəvi və bioloji alt sistemlərini fərqləndirirlər. 
Fiziki  monitorinq  dedikdə  biosferin  çoğrafı  vəziyyəti  və  ətraf  mühitin  ümumi 
vəziyyətinin qiymətləndirilməsi məsələləri nəzərdə tutulur. Buraya qazaoxşar, maye 
və  bərk  tullantılann  ətraf  mühitə  atılmasını  qeydə  almaq,  ərazisində  tikinti  işlərinin 
apanlması  və  onların  təsərrüfat  baxımından  istifadəsinin  parametrləri,  bərpa  olunan 
və  bərpa  olunmayan  ehtiyatlar  haqqmda,  habelə  meşələrin  vəziyyəti,  torpaq  örtüyü, 
urbanizasiya dərəcəsi və s. haqqında informasiya toplamaq aiddir. 
Kimyəvi monitorinq insanın təbiətə geokimyəvi təsirinin miqyası və intensivliyi, 
təbii  sistemlərə  antropogen  mənşəli  kimyəvi  maddələrin  daxil  olmaları,  yerdəyişmə 
və akkumulyasiya haqqında suala cavab verməli, əsas kimyəvi elementlərin (karbon, 
oksigen, azot, fosfor və s.) lokal və qlobal dövranı haqqında təsəwür yaratmalıdır. 
Bioloji  monitorinq,  irəlidə  göstərilən  iki  monitorinq  növü  ilə  sıx  əlaqədə 
olmaqla,  bioloji  sistemlər  və  landşaftm  qiymətləndirilməsinə,  onlann  sabitliyini 
müəyyən  etməyə,  ekosistemlərin  və  təbii  komplekslərin  texnogen  təsirlərə 
reaksiyasma  yönəldilir.  Belə  halda  əsas  məqsəd  antropogen  yüklənmə  şəraitində 
təbiətin inkişafını proqnozlaşdırmaqdan ibarət olur. 
Qlobal  və  milli  monitorinqlərin  keçirilməsi  üçün  ən  ilkin  şərtlərdən  biri  belə 
müşahidələrin aparılması,  məlumatların toplanması və işlənməsini təmin edən geniş 
göstəricilər  siste-minin  hazırlanmasıdır.  Belə  göstəricilər  sistemi  ətraf  mühitin 


qorunması statistikası tərəfmdən hazırlanır. (Məmmədov R., Məmmədli V., 2003). 
Ə
traf  mühitin  mühafızəsi  ilə  BMT-nin  xüsusi  idarə  və  təşkilatları, 
hökumətlərarası  təşkilatlar,  universal  tipli  beynəl-xalq  qeyri-hökumət  təşkilatlan, 
regional və subregional orqan-lar məşğul olur. 
Ə
hatə  etdiyi  ekoloji  problemlərə  görə  bütün  beynəlxalq  teşkilatlar  3  qrupa 
bölünür: 
1)
 təbiətqoruyucu istiqamətində olanlar (YUNEP, ÜMT); 
2)
 xüsusi təbiətqoruyucu profilli (TAO, UST, BDT); 
3)
 xüsusi  təbiətqoruyucu  profilli  (köçeri  quşların  müha-fızəsi,  balıq 
ehtiyatlarınm qorunması, ümumdünya əhəmiyyətli çayların mühafızəsi və s.). 
Beynəlxalq  Ekoloji  Əməkdaşlıq  sahəsində  önəmli  yeri  Birləşmiş  Millətlər 
Təşkilatı  (BMT)  və  onun  xüsusüəşdirilmiş  idarələri  tutur.  Ətraf  mühitin  mühafızəsi 
bilavasitə  BMT-nin  nizamnaməsindən  irəli  gəlir.  Onun  məqsəd  və  vəzifəsi  -  insan 
hüquqlarının  qorunması,  əhalinin  yaşayış  səviyyəsinin  yüksəldilməsi,  sağlamlığın 
mühafızəsi,  sosial  və  iqtisadi  həyatdakı  problemlərin  həll  edilməsinə  yardım 
göstərməkdir. 
BMT-nin Baş Assambleyası ətraf mühitin qorunması sahəsində ölkələrin iki və 
çoxtərəfii  əməkdaşlığının  inkişaf  etdirilməsinə  şərait  yaradır,  yeni  təbiətqoruyucu 
orqanlar  yaradır,  ətraf  mühitin  mühafızəsi  haqqında  təkliflər  və  beynəlxalq 
kon-vensiyaların  layihələrini  hazırlayır,  ətraf  mühitin  problemlərinin  müzakirə 
edilməsi  üçün  BMT-nin  beynəlxalq  konfranslarınm  keçirilməsi  barədə  qərar  qəbul 
edir. O, həmçinin, ətraf mühitin qorunması sahəsində ölkələrin qarşdıqlı əlaqələrinin 
prinsiplərini  hazırlayır  və  ümumdünya  birliyinin  ekoloji  siyasətinin  əsas 
istiqamətlərini müəyyən edir. 
BMT  təbiətqoruyucu  fəaliyyətini  bilavasitə  ya  əsas,  ya  da  köməkçi  idarələr 
vasitəsilə həyata keçirir. BMT-nin əsas orqanı Iqtisadi və Sosial Şuradır ki, onun da 
nəzdində funksional komissiya və komitələr fəaliyyət göstərir. 
BMT-nin  ətraf  mühit  üzrə  proqramı  (YUNEP)  BMT-nin  Baş  Assambleyasının 
Stokholm  konfransının  (1972)  təklifinə  əsasən,  15  dekabr  1972-ci  ildə  qəbul 
edilmişdir. YUNEP-də dövlətlərin nümayəndələrinin daxil olduğu Direktorlar Şurası, 
ə
traf  mühitin  mühafizəsi  üzrə  Koordinasiya  Şurası  və  təbiəti  mühafızə  fondu 
fəaliyyət göstərir. 
BMT-nin elm, təhsil və mədəniyyət idarəsi (YUNESKO) 1948-ci ildə yaranmış 
və qərargahı Parisdədir. Təbiətin müha-fızəsi sahəsində bir neçə istiqamətdə fəaliyyət 
göstərir: 
1)  yüzdən çox dövlətin məşğul olduğu ekoloji proqrama rəhbərlik edir. Ordarın 
arasında  uzunmüddətli,  hökumətlərarası  və  fənlərarası  (« nsan  və  biosfer») 
proqramlar,  ətraf  mühitin  mühafizəsi  barədə  Ümumdünya  təhsil  proqramı, 
Beynəlxalq hidroloji proqram və s. vardır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə