isə həm fıziki (yerlərdə natura kimi), həm də hüquqi (müvafıq hüquqi sənədlərin
qanuniləşdirilməsi yolu ilə) cəhətdən ayrılmış təbii ehtiyatlarm müəyyən hissəsidir.
Təbiətdən istifadə hüququ bir neçə əsas növlərə görə təsnifləşdirilir: istifadə
qaydaları və şərtlərinə görə ümumi və xüsusi; obyektinə görə torpaqdan, meşədən,
yerin təkindən, sudan və s. istifadə müddətinə görə müddətsiz (daimi) və müddətli
(müvəqqəti) müəyyən edilir. Bu da öz növbəsində uzun və qısa müddətli ola bilər.
Təbiətdən istifadə hüququnun ümumi və xüsusi bölgüsü mühüm əhəmiyyətə
malikdir. Təbiətdən ümumi istifadə hüququ bütün vətəndaşlar üçün təbii mühitdən
sərbəst və pulsuz istifadənin zəmanətli qanuni imkanı olub, hər bir insanın həyatmın
yeri, şəraiti və vasitəsi kimi təbiətdən istifadəni nəzərdə tutur. O, bilavasitə
Azərbaycan Respublikasmm Konstitusiyasından irəli gəlir və hazırkı qanunvericiliyin
(torpaq, meşə, su və s.) normalannda konkretləşdirilir.
Təbiətdən xüsusi istifadə hüququ xüsusi hüquqi sənəd (lisenziya, icarə
müqaviləsi, dövlət aktı və s.) əsasında həyata keçirilir, cəmiyyətin təsərrüfat və digər
maraqlarının ödənil-məsi prosesində onların məqsədli fəaliyyətinə uyğun olaraq təbii
ehtiyatların müəyyən hissəsinin qanunla təsdiq olunmuş qaydada istifadəsi imkanmı
göstərir. O, adətən, pullu olur.
Beləliklə, təbiətdən ümumi və xüsusi istifadə hüququ bir-birindən bir neçə
ə
lamətinə görə fərqlənir: subyektinə görə, həyata keçirilməsinin məqsəd və qaydasına
görə, meydana çıxmasınm əsasına görə.
Təbiətdən xüsusi istifadə hüququnun xitam edilməsinə əsas təbii ehtiyatların
müvafıq növlərinə uyğun olan, konkret adları torpaq, meşə, su və s.
qanunvericiliyində müəyyən edilmiş hüquqi faktlardır.
Bununla yanaşı, bütün təbii ehtiyatların ümumi sayına aid olan, məsələn, istifadə
müddətinin qurtarması, hüquqi şəxsin təbiətdən istifadəsinin ləğv edilməsi, dövlət və
ictimai ehtiyatlar üçün təbii obyektlərin istifadədən götürülməsi, təbii obyektlərin
mühafizəsi və ya məqsədli istifadə qaydalarının pozulmasım təbiətdən istifadə
hüququna xitam edilməsinin bir neçə əsası kimi ayırmaq olar.
«Ekoloji təhlükəsizlik haqqında» Azərbaycan Respublikası Qanununa (1999)
görə, ekoloji təhlükəsizliyin tələblərinə riayət edilməsi təbii ehtiyatlara mülkiyyət,
sahiblik və onlardan istifadə hüquqlarının həyata keçirilməsinin məcbııri şərtidir
(maddə 4.3).
Təbiətdən istifadənin idarə edilməsinin dövlət orqanları sistemi
Qarşıya qoyulmuş nəticələrə, məqsədlərə aparan proses kimi idarəetmə,
idarəçilik sisteminin strukturları arasında qarşılıqh əlaqələrin təşkili üzrə
məqsədyönlü bir fəaliyyətdir. Təbiətdən istifadənin idarə edilməsi ətraf mühitdə baş
verən proseslərin axınını dəyişməyə məcbur edən və cəmiyyətin xeyrinə
istiqamətləndirən əməli hərəkətlər sistemi kimi qəbul edilmişdir. Müasir dövrdə
təbiətdən istifadənin idarə edilməsi, ilk öncə, təbiəti bərpa və mühafizə ilə həyata
keçirilməlidir.
Təbiotdən istifadənin idarə edilməsi təbiət istifadəçilərinin fəaliyyəti vasitəsilə
və ətraf mühit obyektlərinin bilavasitə idarə edilməsi ilə həyata keçirilə bilər. Bu iş
cəmiyyətin təbii ehtiyatlara və ətraf mühitin keyfiyyətinə tələbatı ödəmək üçün
həyata kecirilir. Eyni zamanda, bu ekoloji-iqtisadi qanunauyğunluqlann, gələcəkdə
iqtisadiyyatın sabit inkişafinı təmin etməklə dərk edilməsi və istifadəsi əsasmda
həyata keçirilməli-dir. Təbiətdən istifadənin dövlət idarəetməsi səlahiyyətli dövlət
orqanlannın təbiətdən səmərəli istifadə və təbiəti mühafizə üzrə təşkilati əməli
fəaliyyəti deməkdir. Bu idarəetmənin sub-yektləri dövlət orqanlarıdu. Onlar
büdcədən maliyyələşir və zəruri dərəcədə hakimiyyət səlahiyyətlərinə mahkdirlər.
Obyekti isə təbiətdən istifadə sahəsindəki insanlarm fəaliyyətidir. Təbiətdən istifadə
hüquqi tənzimləmə əsasmda idarə edilir. Dövlət idarəetməsinin formaları idarəetmə
aktlarından (normativ-hüquqi, direktiv, fərdi), inzibati sazişlərdən (razılaşmalar-dan)
və maddi-texniki vasitələrdən ibarətdir.
Dövlət idarəetməsi təbiətdən istifadə sahəsində özündə 3 növ fəaliyyəti
birləşdirir: sosial-iqtisadi, inzibati-siyasi, sosial-mədəni. Lakin bu sahədə təbiəti
bərpa işləri çox zəif həyata keçirilir. Təbiətdən istifadənin idarə edilməsi əsasən
inzibati (məcburi), iqtisadi, ideoloji və tərbiyəvi üsullarla yanaşı bu və ya digər
məsələlərin həlli ilə də həyata keçirilə bilər.
darəetmə metodları daimi, bilavasitə və operativ olaraq bütün məsələləri həll
etməyə və idarəetmənin məqsodlorinə nail olmağa imkan yaradır. Təbiətdən
istifadənin idarə edilməsində aşağıdakı metodlardan istifadə edilir: qadağa,
müvəqqəti dayandırma, məhrumetmə (istifadə hüququna xitam verilməsi),
razılaşdırma və icazə (lisenziya verilməsi, təbiətdən kompleks istifadə müqaviləsi və
s.).
Təbiətdən istifadənin dövlət idarəetməsi qanunvericilikdə təsbit edilmiş ümumi
prinsiplər əsasında həyata keçirilir. Bura: qanunilik, ərazi və sahə idarəetməsinin
birləşməsi aiddir. Qanunvericiliklə təbiəti mühafızənin həmçinin spesifık prinsipləri
müəyyən edilmişdir: komplekslik, ümumilik, planauyğunluq, elmi-texniki tərəqqinin
imkanlarından istifadə və beynəlxalq əməkdaşlıq.
Son məqsədi ətraf mühitin keyfıyyətinin optimal vəziyyətinə nail olmaqdan,
təbii ehtiyatların səmərəli istifadə edil-məsindən ibaret olan təbiətdən istifadənin
idarə edilməsinə birdən-birə nail olmaq mümkün deyildir. Ona görə də aralıq
məqsədlər müəyyən edilir və hər bir mərhələdə konkret ətraf mühiti mühafizə
tədbirləri göstərilir. Təbiətdən istifadənin idarə edilməsi - dövlət orqanları sisteminin
qarşıhqlı əlaqələri şəraitində hakimiyyət - tabeçilik elementlərindən ibarət vahid bir
orqanizmdir. Dövlət idarəetmə orqanlarının ekoloji sahədəki vəzifələri 3 qrupda
birləşmişdir:
1)
idarəetmə - təşkil etmə, ümumi rəhbərlik, operativ sərəncamçıhq,
normativ-hüquqi aktların nəşri və onların vaxta-şırı təkmilləşdirilməsi;
2)
planlaşdırma, proqnozlaşdırma və əlaqələndirmə;
3)
uçot, nəzarət və yoxlama.
«Ətraf mühitin mühafizəsi haqqmda» Azərbaycan Respublikasmın Qanununa
görə (08.06.1999) ətraf mühitin mühafızəsi və təbiətdən istifadə sahəsində dövlət
idarəetmə orqanları müəyyən edilmişdir. Həmin dövlət orqanları öz səlahiyyətlərinə
görə iki yerə ayrılır:
1)
ümumi səlahiyyətli dövlət orqanları;
2)
xüsusi səlahiyyətli dövlət orqanları;
Ümumi səlahiyyətli dövlət orqanlanna Prezident və onun cra Aparatı, Nazirlər
Kabineti, yerli icra hakimiyyəti orqanları, bələdiyyələr daxildir. Bu dövlət orqanlan
Dostları ilə paylaş: |