ona görə ümumi səlahiyyətli sayılırlar ki, onların səlahiyyətinə digər məsələlər də
(dövlətin idarə olunması ilə əlaqədar) daxildir. Həmin qanuna görə Ekologiya və
Təbii Sərvətlər Nazirliyi Azərbaycan Respublikası Prezidentinə tabedir (maddə 7).
Xüsusi səlahiyyətli dövlət orqanları isə qanunvericiliyə uyğun olaraq təbiətin
qorunması funksiyalarını yerinə yetirən dövlət orqanlarıdır. Təbiəti qorumaq
funksiyaları isə bu sahəyə aid qəbul olunmuş qanunların qüvvəyə minməsi barədə
verilən Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə müəyyən olunur. Xüsusi
səlahiyyətin həcminə və xarakterinə görə dövlət orqanlan 3 növə bölünür: kompleks,
sahəvi və funksional.
Kompleks orqanlar bütün təbiətqoruyucu tapşırıqları yerinə yetirirlər. Sahəvi
orqanlar konkret təbii obyektlərin, sahənin mühafızəsini və onlardan düzgün
istifadəni tənzimləyirlər. Funksional orqanlar isə bir və ya bir neçə qohum (yaxın)
funksiyalan yerinə yetirirlər.
Ümumilikdə, Azərbaycan Respublikasınm ekologiya ilə məşğul olan dövlət
orqanlan aşağıdakılardır:
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Standartlardurna və Metrologiya
Mərkəzi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi,
Azərbaycan Respublikasmm Fövqəladə Hallar Nazirliyinin Sənayedə şlərin
Təhlükə-siz Görülməsi və Dağ-Mədən Nəzarəti Agentliyi, Dövlət Gömrük Komitəsi,
Fövqəladə Hallar Nazirliyi, Daxili şlər Nazirliyi.
Yuxarıda sadalanan dövlət orqanlarının səlahiyyətləri (o cümlədən Naxçıvan
Muxtar Respublikasının müvaiiq orqanları) təbiəti mühafizə haqqında Əsas Qanunun
II fəslində (4-5-ci maddələr) öz əksini tapmışdır.
Bu maddələrdə mərkəzi dövlət orqanları və onların muxtar respublikadakı
qurumlan arasında, habelə yerli icra hakimiyyəti və bələdiyyə orqanlan
(bələdiyyələrin statusuna aid qəbul olunmuş qanunlar əsasında) arasındakı
solahiyyətlərin sərhəddi müəyyənləşdirilmişdir.
Bu orqanlann səlahiyyətlərinə daxil olan təbiəti mühafızə və təbii sərvətlərdən
səmərəli istifadə məsələlərini aşağıdakı şəkildə qruplaşdırmaq olar:
1)
ekoloji siyasətin əsas istiqamətlərinin müəyyənləşdirilməsi, ekoloji
proqramların təsdiqi, ekoloji təhlükəsizliyin təminatı və ətraf mühitin mühafizəsinin
tənzimlənməsinin iqtisadi və hüquqi əsaslarının yaradılması;
2)
ekoloji proqramların planlaşdırılması, maliyyələşdirilməsi və maddi-texniki
təminatlann həyata keçirilməsi, təbiəti mühafızə fəaliyyətinin koordinasiyası;
3)
təbii sərvətlərin uçotu və qiymətləndirilməsi, ətraf mühitin vəziyyətinin
proqnozlaşdırılması, təbii ehtiyatların kadastrının və ətraf mühitin monitorinqinin
aparılması;
4)
zərərli təsirlərin normativlərinin müəyyənləşdirilməsi, vurulmuş zərərə görə
ödənişlərin alınması və təbii sərvətlərdən istifadə üçün razılığuı verilməsi;
5)
ekoloji nəzarət və ekoloji ekspertizanın həyata keçirilməsi, ekoloji cəhətdən
zərərli istehsal və xidmət göstərənlərin fəaliyyətlərinin dayandırılması və ya
məhdudlaşdırılması, inzibati cəzalaruı verilməsi, məhkəmələr qarşısında iddia
qal-dırılması;
6)
qoruq və yasaqlıqlann təşkili, təbiət abidələrinin qorunması, «Qırmızı
kitab»-ın aparılması, ekoloji təhsil və tərbiyənin həyata keçirilməsi;
7) beynəlxalq əməkdaşlığm aparılması.
Sadalanan səlahiyyətlər, demək olar ki, mövcud bütün dövlət idarəetmə
orqanlarına şamil olunur. Məhdudiyyət isə əsasən iki əlamətə görədir: əraz və
sərvətlərə görə.
Ə
raziyə görə məhdudiyyət əsas dövlət icra orqanlarının fəaliyyət sahəsi bütün
Azərbaycan ərazisindədir. Yerli icra hakimiyyəti və bələdiyyə orqanlarının fəaliyyət
sahəsi isə ərazi-nin inzibati sərhədləri daxilindədir.
Ə
gər təbii sərvətlərin miqdarı ölkə miqyasında iqtisadi əhəmiyyətə malikdirsə
və onda yerli icra hakimiyyəti və bələdiyyə orqanlan tərəfındən idarə olunur.
Azərbaycan Respublikasının Konstitusiyası əsasında aparılan hakimiyyət
bölgüsü prinsipi təbiəti mühafızə sahəsində də eyni cürdür.
Təbiəti mühafızə və təbii ehtiyatlardan istifadə üzrə əsas dövlət idarəetmə orqanı
Ekologiya və Təbii Sərvətlər Nazirliyidir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin funksiyaları aşağıdakılardır:
-
ekoloji təhlükəsizlik və təbii sərvətlərin mühafızəsi sahəsində ümumi tədbirləri
və əsas istiqamətlərin müəyyən edilməsi;
-
qanunvericiliklə müəyyən edilmiş fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya)
verilməsi;
-
ekoloji təhlükəsizliyin təmin edilməsi, təbii ekoloji sistemlərə təsərrüfat və
digər fəaliyyət nəticəsində dəyə biləcək zərərin qarşısımn almması;
-
öz səlahiyyətləri daxilində mineral xammal bazasmdan və yer təkindən
səmərəli istifadə ediiməsinə nəzarət edilməsi;
-
ölkənin daxili sularının və Xəzər dənizinin (gölünün) Azərbaycan
Respublikasına mənsub olan bölməsində suların bioloji məhsuldarlığmm
artırılmasma dair kompleks tədbirlər hazırlanması və sularm bioloji sərvətlərindən
səmərəli istifadə olunması və onların bioloji müxtəlifliyinin qorunmasına nəzarət
edilməsi;
-
ölkənin faunasının və suyun bioloji sərvətlərinin istifadə edilməsi sahəsində
sosial-iqtisadi və elmi-texniki inkişafın əlaqələndirilməsi, kompleks təhlilin
aparılması və əsas istiqamətləri üzrə müəyyən edilmiş qaydada qısa müddətli və uzun
müddətli proqnozların işlənməsinin təmin edilməsi;
-
ölkənin fauna və suyunun bioloji ehtiyatlarının mühafızəsi, bərpası və
artırılması sahəsində fəaliyyəti təşkili və buna nəzarət edilməsi;
-
ətraf mühit üzrə informasiya fondunu, o cümlədən Dövlət Geoloji
nformasiya Fondunun genişləndirilməsi, geoloji və digər materialların mühafızəsinə
və məqsədyönlü istifadəsinə təminat yaratmaq;
-
öz səlahiyyətləri daxilində dövlət sifarişçisi funksiyasını yerinə yetirilməsi və
dövlət ehtiyaclan ilə bağlı işlərin həyata keçirilməsi;
-
təbii sərvətlərdən istifadə, təbiəti mühafizə, ekoloji təhlükəsizlik məsələləri
ilə bağlı Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf proqramlarına daxil
edilən layihələri hazırlamaq;
-
ekoloji təhlükəsizliyin təmin olunması, ətraf mühitin mühafızəsi və təbii
ehtiyatlardan səmərəli istifadə olunması üçün investisiyalar cəlb edilməsi sahəsində
öz səlahiyyətləri daxilində məqsədyönlü tədbirlər görmək və investisiyaların təyinatı
üzrə istifadə olunmasına nəzarəti həyata keçimək;
Dostları ilə paylaş: |