hüdudlarından kənarda qanunvericilikdə nəzərdə tutulmuş qaydada bələdiyyə
mülkiyyəti və ya xüsusi mülkiyyət üçün əldə edilmiş heyvanlardan başqa) bələdıyyə
mülkiyyətinə və ya xüsusi mülkiyyətə aid edilə bilməzlər.
Heyvanlar aləmi haqqında qanunvericiliyin vəzifələri heyvanlar aləminin
mühafızəsinin və istifadosinin təşkilinə, idarə edilməsinə və dövlət tənzimlənməsinə
hüquqi baza yaratmaqdan ibarət olub, bu sahədə idarəetmənin aşağıdakı əsas
prinsiplərinə əsaslanır:
-
heyvanlar aləminin mühafızəsi, artırılması və istifadəsi üzərində dövlət
nəzarətinin zəruriliyi;
-
vəhşi heyvanların yaşayış mühitinin, miqrasiya yollarınm, qışlama yerlərinin
nəsilartırma və çoxalma şəraitinin mühafizəsi;
-
heyvanlar aləmindən istifadənin humanist prinsiplərə uyğun olaraq həyata
keçirilməsi;
-
heyvanlar aləmindən istifadə hüququnun su obyektlərindən, meşələrdən və
digər təbii sərvətlərdən istifadə hüququndan ayrılması;
-
heyvanlar aləminin və onların yaşayış mühitinin mühafızəsi istiqamətində
fəaliyyət növlərinə dövlət hımayəsi;
-
heyvanlar aləmindən istifadənin ödənişli olması və limitləşdirilməsi;
-
heyvanlar aləminin mühafızəsi və istifadəsi üzərində nəzarət funksiyaları ilə
istifadə fəaliyyəti funksiyalarının ayrılması;
-
əhalinin sağlamlığına, təbiətə və iqtisadiyyata ziyan vurulmasının qarşısının
vaxtında alınması məqsədilə heyvanların sayının tənzimlənməsi;
-
heyvanlar aləminin və onların yaşayış mühitinin vəziyyətinə zərərli təsir
göstərə bilən müəssisə və obyektlərin ekoloji ekspertizasınm aparılması (maddə 7).
Qanunvericilikdə heyvanlar aləminin mühafızəsi vo istifadəsi sahəsində dövlətın
vəzifələri belə göstərilmışdır:
-
heyvanlar aləminin mühafızəsi və istifadəsi sahəsində dövlət siyasətini həyata
keçirmək və müvafıq normativ hüquqi aktlar qəbul etmək;
-
heyvanlar aləminin mühafızəsi və istifadəsi üzərində dövlət nəzarətini həyata
keçirmək;
-
heyvanlar aləmi obyektlərinin mühafızəsi, səmərəli istifadəsi, artırılması və
bərpası qaydalarını və normalarını müəyyən etmək;
-
ayrı-ayrı heyvanlar aləmi obyektlərinin Azərbaycan Respublikasının
hüdudlarından kənara aparılmasını və respublikaya gətirilməsini qadağan etmək və ya
məhdudlaşdırmaq;
-
heyvanların areahnın genişlənməsi, törəyib artması və qorunub saxlanması
məqsədilə, qoruqlar, yasaqlıqlar, zooloji parklar, xüsusi mühafızə olunan təbiət
ə
raziləri yaratmaq;
-
heyvanlar aləminin dövlət üçotu, kadastrı və monitorin-qi sistemini yaratmaq,
Azərbaycan Respublikasının «Qırmızı kitabı»nın aparılmasını təşkil etmək;
-
Azərbaycan Respublikasının «Qırmızı kitabı»na daxil edilmiş, habelə qiymətli,
nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvan növlərinin xüsusi mühafizə
rejimini müəyyən etmək, onların qeyri-sərbəst şəraitdə artırılmasını təşkil etmək,
genctik materialların saxlanması üçün seleksiya mərkəzləri və genobanklar yaratmaq;
-
heyvanlar aləmindən istifadə limitlərini, istifadəyə görə ödəmə növlərini və
dərəcələrini müəyyən etmək, ovçuluq işlərinin tənzimlənməsini həyata keçirmək;
-
hcyvanlar aləminin və onların yaşayış mühitinin vəziyyətinə zərərli təsir edə
bilən müəssisələrin, texniki qurğuların, digər obyektlərin tikintisi, quraşdırılması və
yenidən qurul-ması layihələrinin dövlət ekoloji ekspertizasınm keçirilməsini təşkil
etmək;
-
təbii fəlakət və digər səbəblər nəticəsində dağılmış və ya məhv olmuş
heyvanlar aləmi obyektlərinin bərpasını təşkil etmək;
- heyvanlar aləminin öyrənilməsini, səmərəli istifadəsinin və mühafizəsinin
vacibliyıni geniş təbliğ etmək;
-
fıziki və hüquqi şəxslərin heyvanlar aləmi üzərində mülkiyyət və istifadə
hüquqlarının mühafızəsini təmin etmək;
-
heyvanlar aləminin mühafizəsinə, somərəli istifadəsinə və artınlmasına
yönəldilmiş fəaliyyəti stimullaşdırmaq;
-
heyvanlar aləminin mühafızəsi və istifadəsi sahəsində Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək
(maddə 9).
Heyvanlar aləmindən istifadənin vo mühafizəsinin həyata keçirilməsi sahəsində
bələdiyyələrin, fıziki və hüquqi şəxslərin səlahiyyətləri, hüquq və vəzifələri də
qanunvericilik qaydasında müəyyən edilmişdir.
Heyvanlar aləmindən istifadənin formalanna gəldikdə isə bu mülkiyyət, ümumi
və xüsusi istifadə hüquqlan əsasında, ümumi istifadə, idman və həvəskar bahq ovu
istisna olmaqla, vəhşi heyvanları təbii mühitdən ayırmadan insanlann həyati vacib
tələbatlarını (estetik, sağlamlıq, istirahət (rekreasiya) və s.) təmin etmək məqsədilə
ödənişsiz həyata keçirilir. Heyvanlar aləmindən ümumi istifadə zamam, əgər vəhşi
heyvanlann məhv edilməsi, onlann yaşayış mühitinə və nəsilartırma yerlərinə ziyan
vurulması qadağan edilirsə, xüsusi istıfadədə vəhşi heyvanlan təbii mühitdən
ayırmaqla həyata keçirilən bütün istifadə növləri ödənişli şərtlərlə qanunvericilk
qaydasında yerinə yetirilir. Sonuncu xüsusi icazə sənədləri əsasında baş verir. Bu
tələblər su obyektlərinin, torpaq və meşə mülkiyyətçilərinin və istfıadəçilərinin
ə
razilərində məskunlaşan heyvanlar aləminin obyektlərinə də şamil edilir.
Heyvanlar aləmindən istifadənin növləri kimi aşağıdakılar həyata keçirilməlidir:
-
ovçuluq;
Dostları ilə paylaş: |