-
meşəbərpa qırması qaydası ilə - kurort meşələri, xüsusi qiymətli meşə
massivləri, şəhərlərin və digər yaşayış məntə-qələri ətrafındakı yaşıllıq zonalarının
meşələri və dövlət meşə zolaqları istisna olmaqla, digər meşələrdə bərpa məqsədi ilə
aparılan qırmalar;
-
aralıq istifadə qırması ilə - meşələrdə qulluq, sanitariya və az qiymətli
meşəliklərin rekonstruksiyası (yenidən əkmə qırmaları) ilə əlaqədar aparılan
qırmalar;
-
başqa qırmaları ilə - başdanbaşa sanitariya qırmaları (su qovşaqlarının, boru
kəmərlərinin, yolların, rabitə elektrik xətlərinin tikintisi və digər işlərlə əlaqədar,
meşə sahələrinin müəyyən olunmuş qaydada qeyri-meşə sahələrino keçirildiyi
zaman), həmçinin yanğmdan mühafızə keçidlərinin açılması və digər belə məqsədlər
üçün aparılan qırmalar.
Bu qırmalar təsdiq olunmuş layihələr və aparılan işlərin texniki şərtlərinə uyğun
olaraq yalnız meşəqırma bileti və or-der əsasında aparılır.
Aşağıdakı hallarda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin razılığı ilə köküstü oduncaq buraxılışı rəsmiləşmədən aparıla bilər və bir
ay müddətində bu əməliyyata meşəqırma bileti və order yazılır:
-
ağacların rabitə və elektrik xətlərinin üstünə düşmək təhlükəsi olduqda və
yaxud həmin xətlərdə qəzanın aradan götürülməsi vacibliyi yarandıqda;
-
meşə yanğınlarının söndürülməsi və qəza-xilasetmə tədbirləri həyata
keçirildikdə.
Meşə istifadəçiləri köküstü oduncaq buraxıhşı haqqında yerli meşə təsərrüfatı
müəssisələrinə ərizə ilə müraciət etməli, bir ay müddətində qırma sahəsinin aynlması
haqqında rəsmi cavab almalıdırlar. Qırma sahəsinin ayrılmasından imtina olun-duqda
da səbəbi rəsmi olaraq izah edilməlidir.
Meşə istifadəçiləri ayrılmış sahəyə texnoloji xəritəni hazırlayır, onu meşə
təsərrüfatı müəssisəsi ilə razılaşdınr və köküstü oduncaq buraxılışına meşəqırma
bileti, order alır. Meşəqırma sahələri meşə istifadəçisinə verildiyi gündən onun
mühafızəsində sayılır və həmin gündən Qaydalarda nəzərdə tutulmuş bütün
öhdəliklər meşə istifadəçilərinə həvalə edilir.
Meşə istifadəçiləri qurmalara başlamazdan əvvəl aşağıdakı hazırhq işlərini
apanrlar:
-
oduncağın doğranması və ilkin emalı üçün qurğulann quraşdırılması;
-
müxtəliftipli müvəqqəti yaşayış və təsərrüfat tikililəri-nin quraşdırılması;
-
meşə anbarları üçün sahənin təmizlənməsi və onların yerləşdirilməsi;
-
meşədaşıma yollarının çəkilməsi;
-
işin təhlükosizliyinə mane olan ağaclann götürülmosi və hazırhq ilə əlaqədar
digər ışlər.
Meşə istifadəsiçi qurma sahələrində bütün işlər (qurma, tədarük, daşıma) başa
çatdıqdan sonra 6 ay ərzində sahədəki qurğuları, müvəqqəti tikililəri götürməlidir.
Meşə təsərrüfatı müəssisəsi tərəfındən köküstü oduncaq buraxılışı aşağıdakı
hallarda dayandırıla bilər:
-
meşə istifadəçisinin rəsmi ərizəsi əsasında;
-
meşədən istifadənin müddəti başa çatdıqda;
- idarə, təşkilat, müəssisə ləğv olunduqda, müəyyən olunmuş qaydada onun
varisi elan olunmuş fıziki və ya hüquqi şəxsin ərizəsi əsasında;
-
dövlət ehtiyaclan üçün meşə torpaqları geri alındıqda;
-
mcşodon istifadə meşəqırma biletində və orderdə göstərilən məqsədlərə və
tələblərə uyğun gəlmədikdə;
-
mcşəqırma bileti, order yazılarkən qanunvericilikdə nəzərdə tutulmuş tələblər
və qaydalar pozulduqda;
-
qırma sahələri meşə təsərrüfatı müəssisələri tərəfındən dəyişdirildikdə.
Meşə istifadəçiləri köküstü oduncaq buraxılışı zamanı aşağıdakı tələblərə əməl
etməlidirlər:
-
meşəqurma biletində və orderdə müəyyən olunmuş qurma sahələrindən tam və
səmərəli istifadə etmək;
-
tədarük və daşınmanın müddəti başa çatdıqdan sonra, qırıntı yerlərində və
meşədə hazır oduncağın, habelə qırıntıya təyin edilmiş ağacların köküstü
saxlanılmasına yol verməmək;
-
torpağın eroziyaya uğramasına yol verməyen, meşənin vəziyyətinə və təkrar
istehsalına (bərpasına), həmçinin suları və təbii guşələrə mənfı təsir göstərməyən,
meşə istifadəsini məhdudlaşdırmayan və ya istisna etməyən üsullan tətbiq etmək;
-
işlək oduncaqdan təyinatı üzrə istifadə etmək, həmçinin oduncaq itkisinə, işlək
oduncağın oduna çevrilməsinə yol verməmək;
-
qırma sahələrini qırıntı qalıqlarından təmizləmək və strukturu pozulmuş torpaq
sahələrini öz hesabına təyinatı üzrə istifadə etmək üçün yararh vəziyyətə gətirmək;
- oduncaq tədarükü zamanı alınan tullantının istifadəsini təşkil etmək;
-
meşə ilə örtülü olmayan sahələrin zibillonməsinə yol verməmək;
-
qırma sahəsinə bitişik 50 metrlik zolaqlarda ağaclann, həmçinin sərhəd,
kvartal, qırma sahələrini göstərən künc dirəkləri; ağac və kötüklərdəki dağmaların
saxlanılmasını təmin etmək;
-
oduncaq daşmması zamanı dağılmış yollan, körpüləri və cığırları, həmçinin
qurulma şəbəkəni və sair qurğuları yararlı vəziyyətə salmaq və saxlamaq;
-
meşələrdə yanğm təhlükəsizliyi qaydalarına, habelə meşə istifadəsi ilə bağh
digər qayda və təlimatlara əməl etmək.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 70 saylı qəran ilə (26 aprel
1999-cu il) təsdiq edilmiş «Meşəqırma qaydaları»na görə qiymətli cinslərdən ibarət
meşələrin formalaşmasını, oduncaq ehtiyatmdan səmərəli istifadə olunmasını,
Dostları ilə paylaş: |