-
icarə haqqının miqdarı və onun ödənmə qaydası;
-
icarəyə verilən sahənin mühafızəsi, qorunması və bərpası sahəsində tərəflərin
öhdəlikləri;
-
meşə qanunvericiliyi və tərəflərin razılığı ilə nəzərdə tutulmuş digər şərtlər.
Meşə Məcəlləsinə görə meşəqırma bileti, oduncaq və ikinci dərəcəli meşə
materiallarının tədarükü, daşınması üçün hüquqi sənəddir. Bu biletdə meşə quruluşu
layihələri əsasında meşə fondundan istifadə üçün ayrılmış sahənin yeri, oduncağın və
ikinci dərəcəli materialların miqdarı, keyfıyyəti, onların qiyməti, işin apanlma
müddəti, qırma yerlərinin təmizlənməsi, meşənin bərpa edilməsi şərtləri və qaydaları
göstərilir.
Order, özü yıxılmış və ya qurumuş ağaclardan odundac hazırlamaq, ağac
tör-töküntüsü və ikinci dərəcəli meşə materiallannın tədarükü, daşınması üçün hüquq
verən sənəddir. Order meşəqurma bileti əsasında verilir.
Meşə bileti onun sahibinə əlavə meşə istifadələri üçün hüquq verən sənəd olub,
orada meşə fondundan istifadənin növü, yeri, miqdarı, vaxtı, şərtləri və qiyməti
göstərilir.
Meşə fondundan istifadə, onun mühafızəsi, qorunması və meşələrin bərpası
sahəsində dövlət idarəetməsini Azərbaycan Respubilkasının müvafıq icra hakimiyyəti
orqanı həyata keçi-rir. Bu məqsədlə:
-
meşə təsərrüfatının aparılması sahəsində dövlət siyasətinin əsas istiqamətlərini
müəyyənləşdirir;
-
meşə qanunvericiliyinə riayət edilməsinə, həmçinin meşə fondıından istifadəyə,
onun mühafızəsinə, qorunmasma və meşələrin bərpasına dövlət nəzarətini həyata
keçirir, onun aparılması qaydalarını müəyyən edir;
-
meşə fondundan istifadə və meşə fondu barəsində sərəncam verir;
-
investisiya siyasətini həyata keçirir;
-
meşə fondundan istifadənin, onun mühafızəsinin, qorunmasının və meşələrin
bərpasının dövlət proqramlarını təsdiq edir;
- meşə fondundan istifadənin norma və qaydalarını müəyyənləşdirir;
-
hesablanmış meşəqırma həcmini müəyyənləşdirir və təsdiq edir;
-
meşə fondundan ıstifadəyə görə ödəniş növlərini, habelə köküstə buraxılan
oduncağın minimum ödəniş tarifini, ayrı-ayrı meşə istifadəçiləri üçün tədiyə
güzəştlərinin həcmini və onların ödəmə qaydalarını müəyyən edir, meşə
materiallarına qiymət qoyur;
-
meşələrin qorunub saxlanılması və təkrar istehsah üzrə respublika fondunu
yaradır, ondan istifadə qaydalarını müəyyən edir;
-
köküstə oduncaq buraxılması, meşəqırma, meşə fondunun mühafizəsi,
qorunması və mcşolorin borpası qaydalarını təsdiq edir;
-
meşə təsərrüfatının aparılması üzrə elmi-tədqiqat və layihə-axtarış işlərini
təşkil edir və əlaqələndirir;
-
meşələrin dövlət uçotunun, dövlət meşə kadastrının, meşələrin monitorinqinin
və meşə quruluşu işlərinin apanlması qaydalarını müəyyən edir;
-
meşə fondundan istifadə, onun mühafızəsi, qorunması və meşələrin bərpası
sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirir, müqavilələr bağlayır və onlann
yerinə yetirilməsini təşkil edir;
-
meşə təsərrüfatı sahəsində dövlət statistika hesabatının aparılması qaydasını
müəyyən edir;
-
meşə fondu sahələrindən istifadə hüququnu, habelə meşələrin vəziyyətinə və
bərpasına təhlükə yaradan işləri da-yandırır, məhdudlaşdırır, onlara xitam verir;
-
meşə təsərrüfatının aparılması və meşədən istifadə ilə əlaqədar olmayan
məqsədlər üçün meşə torpaqlarını qeyri-meşə torpaqlarma keçirir, meşə fondu
torpaqlarını geri alır;
-
meşə fondu sahələrini fövqəladə ekoloji vəziyyət və ekoloji fəlakət zonalan
elan cdir;
-
qanunvericiliklə müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirir.
Meşə fondundan istifadə, onun mühafızəsi, qorunması və meşələrin bərpası
sahəsində dövlət idarəetməsi aşağıdakı prinsiplərə əsaslanır:
-
iqtisadiyyatın inkişafı;
-
ətraf mühitin mühafizəsi;
-
ölkənin mənafeyinə uyğun olaraq meşə fondundan səmərəli istifadə edilməsi
(maddə 27).
Qanunvericilikdə, həmçinin meşə təsərrüfatınm təşkili və meşə fondundan
istifadənin ətraf mühitə, təbii ehtiyatlara və insanların sağlamlığına zərər gətirməyən
prinsiplər əsasında həyata keçirilməli olduğu qeyd edilmiş, bu işlərin aparılması
zamanı aşağıdakıların təmin olunması göstərilmişdir:
-
insanlann sağlamhğı naminə meşələrin mühityaradıcı, suyu mühafızo,
qoruyucu, sanitariya-gigiyena, sağlamlaşdırıcı və digər faydalı təbii xüsusiyyətlərin
saxlanılması və giicləndirilməsi;
-
oduncaq və başqa meşə sərvətlərinin tədarükü üçün meşə fondundan məqsədli
və səmərəli istifadə;
-
meşələrin bərpası, onların cins tərkibinin, keyfıyyətinin yaxşılaşdırılması,
məhsuldarlığının yüksəldilməsi, mühafızəsi və qorunması;
-
meşə fondu torpaqlanndan səmərəli istifadə;
-
meşə təsərrüfatı işlərinin səmərəliliyinin vahid siyasət, elm, texnika və qabaqcıl
təcrübənin nailiyyətlərindən istifadə əsasında yüksəldilməsi;
-
bioloji müxtəlifliyin saxlanılması;
- tarix-mədəniyyət və təbii irs obyektlərinin qorunması. Artıq qeyd olunduğu
kimi, respublikamızın meşə fondu
dağ və düzən meşələrindən ibarətdir. qtisadi və ekoloji əhəmiyyətinə,
yerləşməsinə və yerinə yetirdiyi funksiyalara görə meşə fondumuz dünyada mövcud
olan üç qrup meşələrdən birinci qrupa aid olub aşağıdakı qoruyucu kateqoriyalara
bölünür:
-
qovuq meşələri;
-
kurort meşələri;
-
xüsusi qiymətli meşə massivləri;
-
şəhərlərin və digər yaşayış məntəqələrinin ətrafındakı yaşıllıq zonalarının
meşələri;
-
yabanı meyvə meşələri;
-
dövlət qoruyucu meşə zolaqları;
- sair meşələr.
Qanunvcriciliyə görə zoruri hallarda göstorilon kateqoriyalara aid edilmiş
meşələrdə xüsusi qoruyucu meşə sahəlori (eroziyadan mühafızə meşələri, çayların,
göllərin vo digər su obyektlərinin sahiüərində olan meşə sahələri, doniz yollannın və
avtomobil yollarının kənarlarındakı meşələr və s.) və xüsusi qorunan meşə sahələri
(elmi və mədəni-tarixi əhəmiyyət kəsb edən meşələr, meşə-parklar, seyrək arid
meşələri, ziyarət edilən yerlərdəki meşəiər və s.) müəyyən edilir.
Meşə fondunun dövlət uçotu meşə fondundan səmərəli istifadəni, onun
mühafızəsini, qorunmasını və meşələrin bərpasını təşkil etmək, meşə fondunun
kəmiyyət və keyfıyyət dəyişmələrinə müntəzəm nəzarət etmək, dövlət orqanlarını,
bələdiyyələri, əlaqədar fıziki və hüquqi şəxsləri meşə fondu haqqında məlumatla
təmin etmək məqsədilə apanlır və bu məlumatlar dövlət meşə kadastrınm
apanlmasında istifadə edilir.
Qanunvericiliyə görə meşələrin dövlət kadastrı meşə fondunun qeydiyyatı, onun
ekoloji, iqtisadi, kəmiyyət və keyfiyyət cəhətdən qiymətləndirilməsidir.
Dövlət meşə kadastnndan meşə təsərrüfatının idarə edilməsində, onun təşkilində
və meşə fondundan istifadə ilə əlaqədar olmayan məqsədlər üçün meşə torpaqlarının
qeyri-meşə torpaqlanna keçirilməsində və meşə fondu torpaqlarının geri ahnmasında,
meşə fondundan istifadə üçün ödəmələrin miqdannın müəyyən edilməsində, meşə
istifadəçilərinin və meşə təsərrüfatı işləri aparan şəxslərin təsərrüfat fəaliyyətinin
qiymətləndirilməsində istifadə olunur.
Qanunvericilikdə, həmçinin meşələrin monitorinqi ilə əlaqədar aynca bir maddə
də özünə yer almışdır. Bu meşə fondundan istifadə, onun mühafızəsi, qorunması və
meşələrin bərpası, onların ekoloji funksiyalannın artırılması sahəsində dövlət
idarəetməsi
məqsədilə
meşə
fondunun
vəziyyətinin
və
dinamikasının
qiymətləndirilməsi və proqramlaşdırılması sistemindən ibarətdir.
Meşə fondundan istifadə, onun mühafızəsi, qorunması və meşələrin bərpası
üçün dövlət proqramlan hazırlanır.
Dostları ilə paylaş: |