şə
rtlərlə fıziki və hüquqi şəxslərə müqavilə əsasında icarəyə verilə bilər.
Meşə fondu sahələrindən istifadə hüququna dair Meşə Məcəlləsi ilə nəzərdə
tutulmamış hallarda mülki və torpaq qanunvericiliklərinin normaları tətbiq edilir.
Qanunvericiliyə görə Azərbaycan Respublıkasında meşə fondu dövlətə
mənsubdur və onun mülkiyyətidir. Odur ki, meşələr və meşə fondunun torpaqları
özəlləşdirilmir. Lakin fıziki və hüquqi şəxslərin xüsusi mülkiyyətində olan torpaq
sahələrində yerləşən ağac-kol bitkiləri, qanunvericilikdə başqa hallar müəyyən
edilmədikdə, onların xüsusi mülkiyyətinə aid edilir. Həmin ağac-kol bitkiləri
üzərində sahiblik, istifadə və sərəncam hüquqları qanunvericiliyə uyğun olaraq
mülkiyyətçi tərə-fındən həyata keçirilir.
Meşə fondu sahələrindən istifadə hüququnun əsasları aşağıdakılardır:
müqavilələr, məhkəmə qərarları, Meşə Məcəlləsi ilo yol verilən digər əsaslar.
Meşə sahələrindən istifadə hüququ, kütləvi servitut istisna olmaqla, meşə fondu
sahələrinin icarə müqaviləsinin dövlət qeydiyyatmdan keçdiyi, meşəqurma bileti,
order, meşə bileti alındığı vaxtdan əldə edilir.
Meşə fondu sahələrindən istifadə hüququ meşə fondu sahəsinin (meşə fondu
torpaqlarının) icarə müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin
ə
sasında yaramr.
Meşə istifadəçisi qanunvericiliklə müəyyən edilmiş hallarla və şərtlərlə
istifadəyə verənin razıhğı ilə meşə fondu sahəsindən istifadə hüququnu özünün
hüquqi varisi olmayan şəx-sə müqavilə əsasında verə bilər. Həmin istifadəçi vəfat
etdikdə isə ona məxsus olan istifadə hüququ qanunvericilikdə müəy-yən olunmuş
qaydada başqa şəxslərə keçə bilər. stifadə hüqu-qunun başqasına keçməsi
müqaviləyə, meşəqurma biletinə, orderə, meşə biletinə dəyişikliklər etmək yolu ilə
rəsmiləşdirilir.
Meşə istifadəçiləri meşə fondu sahələrindən istifadə hü-ququnu bu meşələrin və
meşə fondu torpaqlarının vəziyyətinin pisləşməməsi, ətraf mühitə zərər vurulmaması,
habelə digər şəxslərin qanuni mənafclərinə xələl gətirilməməsi halında sərbəst həyata
keçirirlər.
Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla dövlət hakimiyyəti
orqanlarının meşə fondu sahələrindən istifadə sahəsində meşə istifadəçilərinin
fəaliyyətinə qarışmasına yol verilmir.
Meşələrin, habelə meşə ilə örtülü olmayan meşə fondu torpaqlarının səmərəli
istifadəsini, mühafizəsini, qorunmasmı və bərpasını, ölkənin müdafıəsini və dövlətin
təhlükəsizliyini təmin etmək, əhalinin sağlamlığmı, ətraf mühiti, tarixi-mədəni və
təbii irsi, vətəndaşların hüquqlarını və qanuni mənafelərini qorumaq zərurəti
yarandığı hallarda meşə fondu sahələrində istifadə hüququ qanunvericihklə müəyyən
olunmuş qaydada məhdudlaşdırılır və dayandırılır. Bu aşağıdakı hallarda baş verə
bilər:
1)
meşə istifadəçisi tərəfmdən meşə qanunvericiliyinin tələbləri pozulduqda;
2)
meşə istifadəçisi tərəfındən icarə müqaviləsinin, meşəqırma biletinin, orderin,
meşə biletinin şərtlərinə əməl edilmodikdə.
Meşə fondu sahələrindən istifadə hüququnun məhdudlaşdınlmasına və ya
dayandırılmasına səbəb olan şərait və şərtlər aradan qaldırıldıqda bu hüquq tam
həcmdə bərpa olunur.
Meşə istifadəçisi meşə fondu sahələrindən istifadə hüququndan imtina etdikdə,
istifadə hüququnun müddəti başa çatdıqda, meşə istifadəçisi olan istər fıziki, istərsə
də hüquqi şəxsin fəaliyyəti dayandıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər
hallarda onun meşə fondu sahəiərindən istifadə hüququna xitam verilir. Bu hüquqlara
məcburi xitam vcrilməsi isə aşağıdakı hallarda ola bilər:
1)
meşə istifadəçisi tərəfındən meşə qanunvericiliyi pozulduqda;
2)
fövqəladə vəziyyət yaradan qəza, təbii fəlakət və bu kimi başqa hadisələr baş
verdikdə;
3)
meşə istifadəçisi tərəfındən meşə fondu sahələrindən istifadə üçün haqq
müəyyən olunmuş müddətdə ödənilmədikdə;
4)
meşə istifadəçisi tərəfındən meşə fondu sahələrindən istifadə qaydaları və ya
icarə müqaviləsində, meşəqırma biletində, orderdə, meşə biletində nəzərdə tutulmuş
şə
rtlər pozulduqda;
5)
meşə istifadəçisi tərəfındən yanğın tohlükosizliyi qaydalarına əməl
edilmədikdə;
6) meşə
fondu
sahələri
dövlət
ehtiyacları
üçün
geri
alındıqda.
Qanunvericiliyə görə meşə fondu sahələrindən istifadə
hüququna xitam verilməsi meşə istifadəçisini məsuliyyətdən azad etmir.
Meşə fondu sahələrindən istifadə hüququna meşə fondu sahəsinin icarə
müqaviləsinin, meşəqurma biletinin, orderin, meşə biletinin ləğv olunması
nəticəsində xitam verilir. Əgər meşə istifadəçisi istifadə hüququndan özü imtina
edərsə, bu hüquq onun rəsmi ərizəsi əsasında dayandırılır.
Artıq yuxanda qeyd edildiyi kimi, Meşə Məcəlləsinin I4-cü maddəsinə uyğun
olaraq meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin
borpası məqsədi ilə öz təyinatı üzrə meşə istifadəçisinə icarəyo müqavilə əsasında
müvafıq icra hakimiyyəti orqanı (icarəyə verən) tərəfın-dən bir ildən on ilədək verilə
bilər. Bu zaman əldə edilmiş me-şə sərvətləri (məhsul) icarəçinin mülkiyyətidir.
Meşə fondu torpaqlannın subicarəsi qadağandır.
Meşə fondu torpaqlarının icarə müqavilələrində aşağıdakılar göstərilməlidir:
-
icarəyə verilən sahənin sərhədləri;
-
işin həcmi (ölçüləri);
-
icaronin müddəti;
Dostları ilə paylaş: |