Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə52/114
tarix23.10.2017
ölçüsü5,01 Kb.
#6392
1   ...   48   49   50   51   52   53   54   55   ...   114

istehsal dəyərindən 0,6 faizi; 
Dördüncü kateqoriya: kimyəvi maddələrin və məhsullann istehsalı müəssisələri 
(propilen,  etilen,  polietilen,  izopro-pil  spirtli,  lak-boya  məmulatları,  kaustik  soda, 
xlorid turşusu, propilen oksidi, dixloretan, benzol, divinil, qətran, pirokon-densat və 
s.) - istehsal dəyərindən 0,5 faizi; 
Beşinci  kateqoriya:  istilik  elektrik  stansiyalan  -  elektrik  enerjisinin  istehsalı 
dəyərindən 0,1 faizi; 
Altıncı  kateqoriya:  magistral  neft  və  qaz  hocv  kəmərləri  -  şərti  maliyyə 
vahidinin 300.000 misli; 
Yeddinci  kateqoriya:  neft  və  maye  şəklində  neft  və  qaz  emalı  və  kimya 
məhsulları, radioaktiv və digər zərərli maddələrin daşınması: dəmir yolu və gəmi (su 
nəqliyyatı)  ilə  daşınan  hər  1.000  ton  -  şərti  maliyyə  vahidinin  150  misli;  hər  bir 
avtomobil - şərti maliyyə vahidinin 500 misli; 
Səkkizinci kateqoriya: avtomobiüər üçün yanacaq doldurma stansiyaları (benzin, 
dizel yanacağı, qaz) şərti maliyyə vahidinin: 
Bakıda - 20.000 misli; 
Sumqayıtda- 15.000 misli; 
Digər rayon və şəhərlərdə - 10.000 misli (maddə 9). 
Sığorta  haqqı  məsuliyyətin  son  həddi  olan  sığorta  məbləğindən  asılı  olaraq 
sığorta tarifı üzrə hesablanır və sığorta müqaviləsi ilə müəyyən edilir.  cbari ekoloji 
sığorta üçün sığorta taarifınin minimum dərəcəsi, haqqında artıq irəlidə danışdığımız 
qanunla müəyyən edilmiş minimum sığorta məbləğinin 2 faizini təşkil edir. 
Sığorta  hadisəsi  baş  verdikdə  sığortaçı  fiziki  və  hüquqi  şəxslərin,  dövlət 
hakimiyyəti  və  yerli  özünüidarəetmə  orqanlarının  irəli  sürdükləri  iddialar  (tələblər) 
üzrə  vurulmuş  zərərin  ödənilməsi  üçün  sığortalıya  və  ya  zərərçəkənlərə  zərərin 
faktiki  miqdannda  sığorta  ödənişi  verir.  Lakin  sığorta  ödənişlərinin  ümumi  miqdarı 
sığortaçınm  məsuliyyətinin  son  həddindən  (sığorta  məbləğindən)  artıq  ola  bilməz. 
Ə
gər  sığortahnın  eyni  risklərə  dair  qüvvədə  olan  bir  neçə  sığorta  müqaviləsi  varsa, 
hər sığortaçı öz məsuliyyətinin həddi olan sığorta məbləğinin bütün müqavilələr üzrə 
ümumi  sığorta  məbləğinə  olan  nisbəti-nə  bərabər  faiz  miqdarında  sığorta  ödənişi 


verir. Bu zaman sığortalı aşağıdakı sənədləri təqdim etməlidir: 
-
  sığorta hadisəsinin səbəbləri, zərərin miqyası və nəti-cəsi barədə səlahiyyətli 
komissiyanm aktmı; 
-
  sığorta hadisəsi ilə bağlı müəssisədaxili sənədləri; 
-
  hadisə ilə bağlı sığortalıya qarşı irəli sürülən iddiaları; 
-
  iddialar  üzrə  mübahisə  olduqda,  ödənilməli  olan  zərərin  miqdarı 
göstərilməklə məhkəmənin qərarmı. 
Aşağıdakı hallarda sığortaçı sığorta ödənişi verməkdən imtina etmək hüququna 
malikdir: 
-
  sığortalı  sığorta  hadisəsinin  baş  verilməsinə  səbəb  olan  və  ya  baş  vermə 
ehtimalını  artıran  dəyişikliklər  (risklər)  haqqında  müqavilədə  müəyyən  edilmiş 
müddətdə sığortaçıya məlumat vermədikdə; 
-
  « cbari  ekoloji  sığorta  haqqında»  Qanuna  görə  sığorta  hadisəsi  hesab 
edilməyən hallarda zərər vurulduqda; 
-
  sığortalı  sığorta  hadisəsi  nəticəsində  vurulan  zərərin  qarşısını  almaq  və  ya 
miqdarını azaltmaq üçün onun imkanı daxilində olan tədbirləri görmədikdə; 
-
  qanunvericilikdə  və  ya  sığorta  müqaviləsində  digər  əsaslar  olduqda,  ətraf 
mühitin  qəza  nəticəsində  çirklənməsinin  qarşısının  alınması  və  vurula  bilən  zərərin 
azaldılması  tədbirlərinin  maliyyələşdirilməsi  üçün  sığortaçılar  sığorta  haqlarının  5 
faizini  vo  işin  apanlması  üçün  sığorta  haqlannın  10  faizini  sı-ğorta  haqlarından 
formalaşdırılan müvafıq sığorta ehtiyatları fondlarına yönəldirlər. 
Qəza  nəticəsində  ətraf  mühitin  çirklənməsi  zamanı  insanlann  həyat  və 
sağlamlığına  vurulan  zərərin  ödənilməsinə  dair  tələblərə  iddia  müddəti  şamil 
edilməsə  də,  əmlaka,  yerin  təkinə,  torpağa,  su  obyektlərinə,  atmosfer  havasına, 
heyvanlar və bitkilər aləminə vurulan zərərin ödənilməsi ilə bağlı tələblər üzrə iddia 
müddəti sığorta hadisəsinin baş verdiyi gündən etibarən 2 ildir. 
Ekoloji sığorta sisteminin inkişafmda, ilk növbədə onun maliyələşdirilməsində, 
bəzi alimlərin fıkrinə görə, ekoloji fondlar böyük rol oynaya bilərlər. Belə ki, «Ətraf 
mühitin  mühafızəsi  haqqında»  Azərbaycan  Respubilkasının  Qanununa  görə  ətraf 
mühitin  mühafızəsi  üzrə  fondlar  ətraf  mühitin  mühafızəsində  təxirəsalmmaz 


tədbirlərin, ona vurulan zərərin aradan qaldırılmasının və kompensasiya verilməsinin, 
ə
traf  mühitin  mühafızəsi  sahəsində  başqa  tədbirlərin  maliyyələşdirilməsi  üçün 
yaradılır (maddə 27). 
Ekoloji sertifikatlaşdırma 
Sertifikatlaşdırma 
məhsulun 
keyfıyyətinin 
obyektiv 
me-todu 
olub, 
standartlaşdırma  prosesində  müəyyənləşdirilən  tələblərə  uyğun  olaraq  müəyyən 
edilir.  Ətraf  mühitin  mühafizəsi  sahəsində  məhsulların,  işlərin,  xidmətlərin  və 
fəaliyyətlərin standartlara və texniki tələblərə uyğunluğunun müəyyən edilməsi üçün 
qanunvericiliklə müəyyən edilmiş qaydada sertifıkatlaşdırma həyata keçirilir. 
Sertifikatlaşdırmanın aşağıdakı növlərini ayırmaq olar: 
Obyektdən  asılı  olaraq  -  məhsulların,  işlərin,  xidmətin  və  digər  obyektlərin 
sertifıkatlaşdırılması; məcburi və könüllü sertifıkatlaşdırılması. 
SertifikatlaşduTna aparmaqda əsas məqsəd aşağıdakılardır: 
a) 
ə
traf  mühit,  insanların  həyatı,  sağlamlığı  və  əmlakı  üçün  məhsulların 
təhlükəsizliyinə nəzarət; 
b)
  istehsalçının bəyan etdiyi məhsulun keyfıyyət göstərici-lərini təsdiq etmək; 
c)
  istehlakçılara məhsulun düzgün seçilməsində kömək etmək; 
d)  ölkənın  vahid  əmtəə  bazarında  və  onun  hüdudlarından  kənarda  (beynəlxalq 
iqtisadi, elmi-texniki əməkdaşlıqda və beynəlxalq ticarətdə) müəssisələrin, idarələrin, 
təşki-latların, sahibkarların fəaliyyəti üçün şərait yaratmaq. Beləliklə, məhsulun, işin, 
xidmətin  və  digər  obyektlərin  sertifıkatlaşdırılmasının  həyata  keçirilməsi  zamanı 
qabaqcıl  yerlərdən  birini  ətraf  mühit,  insanların  həyatı,  sağlamlığı  və  əmlakı  üçün 
onların təhlükəsizliyinin qiymətləndirilməsi tutur ki, bu da bizə sertifıkatlaşdırmanm 
belə növü haqqında ekoloji sertifıkatlaşdırma kimi danışmaq hüququ verir. 
Ekoloji  sertifıkatlaşdırma  vətəndaşların  ölkə  konstitusi-yasmda  təsbit  olunmuş, 
sağlam  ətraf  mühitdə  yaşamaq  hüququnun  həyata  keçirilməsi  üzrə  iqtisadi-hüquqi 
mexanizmin ya-radılması məqsədi ilə aparılır. 
Ekoloji sertifıkatlaşdırma sisteminə aşağıdakılar aiddir: 
-
  ekoloji  sertifıkatlaşmanın  prinsipləri,  normativləri  və  qaydalarını  müəyyən 
edən normativ sənədlər kompleksi; 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə