Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə48/114
tarix23.10.2017
ölçüsü5,01 Kb.
#6392
1   ...   44   45   46   47   48   49   50   51   ...   114

fonddan  qtisadi  nkişaf Nazirliyi ilə razılaşdırılmış təkliflər üzrə Ekologiya və Təbii 
Sərvətlər Nazirliyi və Maliyyə Nazirliyinin birgə təsdiq etdiyi gəlir və xərc bölgüsü 
ə
sasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sərəncamı ilə istifadə olunur. 
Köçürmələrin vaxtı-vaxtında həyata keçirilməsinə Təbiətdən  stifadəyə Nəzarət 
Komitəsi nəzarət edir. 
Fondun vəsaiti: 
-
  Azərbaycan Respublikasının ərazisində və Xəzər dənizinin milli sektorunda 
ə
traf mühitin mühafızəsi tədbirlərinə; 
-
  təbii ehtiyatlardan səmərəli istifadə edilməsi və onların bərpasına; 
-
  təbiəti mühafızə obyektlərinin tikintisinə, əsaslı təmirinə, istismarına; 
-
  mühafızə olunan sahələrin yaradılması və inkişaf etdirilməsinə; 
-
  təbiəti mühafizə sahəsinin sosial inkişafma; 
-
  təbii obyekt və komplekslərinin abadlaşdırılmasına, ətraf mühitin mühafızəsi 
sahəsində proqramların; 
-
  layihələrin, hüquqi və normativ sənədlərin hazırlan-masına; 
-
  konfrans və tədbirlərin keçirilməsinə; 
-
  milli parkların, qoruqların, yasaqlıqlarm və digər qorunan xüsusi ərazilərin, 
təbiət abidələrinin mühafızəsinə; 
-
  nadir  və  nəsli  kəsilməkdə  olan  fauna  və  flora  növlərinin  mühafizəsi  və 
bərpasına; 
-
  dövlət qoruqlarında biotexniki və digər təbiəti mühafızə tədbirlərinin həyata 
keçirilməsinə; 
-
  elmi-tədqiqat, layihə-axtarış və təcrübi-metodiki işlərin aparıimasına; 
-
  əhalinin ekoloji təhsili və maarifləndirilməsinə; 
-
  ətraf mühitin mühafızəsi sahəsində fşləyən mütəxəssislərin həvəsləndirilməsi 
məqsədilə onların maddi stimullaşdınlmasına; 
-
  həmin sahədə işləri yerinə yetirmək üçün tələb olunan texnoloji qurğularm; 
-
  cihazların,  nəqliyyat  vasitələrinin  və  digər  ləvazimatların  alınmasına,  eləcə 
də xarici ölkələrlə elmi-texniki əmək-daşlıq; 
-
  ətraf mühitin dövlət monitorinqinin təşkili və keçirilməsinə; 


-  dövlət  kadastrının  aparılmasma  sərf  oluna  bilər.  Sosial  təminat  və  maddi 
həvəsləndirmə fonduna yönəldilən vəsaitin məbləği fondun vəsaitinin 5 faizindən çox 
olmamalıdır. 
Ümumdövlət  və  regional  əhəmiyyətli  ətraf  mühitin  mühafızəsi  tədbirlərinin 
keçirilməsinin  maliyyələşdirilməsi,  vəsaitin  əvəzsiz  formada  ayrılması  ilə  həyata 
keçirilir. 
Fondun istifade olunması haqqmda ilin yekunlarına görə hesabat Ekologiya və 
Təbii Sərvətlər Nazirliyi tərəfındən hazırlanıb Maliyyə Nazirliyinə təqdim olunur. 
Fondda  olan  vəsaitlərdən  səmərəli  istifadə  olunmasına  Ekologiya  və  Təbii 
Sərvətlər Nazirliyi və Maliyyə Nazirliyi nəzarət edir. 
l  ərzində  istifadə  olunmamış  fond  vəsaiti  növbəti  ilin  hesabına  keçirilir  və 
fondda saxlanılaraq ləğv edilmosino yol verilmir. 
Ekoloji ekspertiza 
«Ətraf  mühitin  mühafızəsi  haqqında»  Azərbaycan  Respublikası  Qanununun 
«Ekoloji ekspertiza» adlanan VIII fəslində «Ekoloji ekspertiza təsərrüfat fəaliyyətinin 
ə
traf  mühitə  ola  bilən  mənfı  təsirinin  və  bununla  bağlı  nəticələrin  aşkar  edilməsi, 
qarşısının  alınması  və  proqnozlaşdırılması  məqsədilə  ətraf  mühitin  keyfıyyət 
normativlərinə  və  ekoloji  tələblərə  uyğunluğu-nun  müəyyən  edilməsi»  kimi  təsbit 
olunmuşdur (maddə 50). 
Ekoloji  ekspertiza  ekoloji  nəzarətin  sərbəst  bir  növü  kimi  fəaliyyət  göstərir. 
Qüvvədə  olan  qanunvericiliyə  görə  ekoloji  ekspertizanın  hazırda  aşağıdakı 
formalarından istifadə olunur: dövlət, idarə və müəssisə, ictimai, elmi. 
Dövlət  ekoloji  ekspertizası  səlahiyyətli  dövlət  orqanı  olan  Ekologiya  və  Təbii 
Sərvətlər  Nazirliyi  tərəfındən  aparılır  və  onun  aparılması  qaydaları  qanunvericiliklə 
müəyyən  edilir.  Dövlət  ekoloji  ekspertizasının  gəldiyi  nəticələr,  bütün  digər  dövlət 
orqanları tərəfmdən müzakirəsiz icra olunur. 
Dövlət  ekoloji  ekspertizası  təsərrüfat  və  başqa  fəaliyyət-lər  nəticəsində  ətraf 
mühitə  təsirin  qiymətləndirilməsinin  dolğunluğunu  və  düzgünlüyünü,  qəbul  olunan 
qərarlarm  ekoloji  təhlükəsizlik  dərəcəsini,  təbii  ehtiyatlardan  səmərəli  istifadə  və 
ə
traf  mühitin 
mühafızəsi  barədə  təklif  olunan  tədbirlərin  səmərəsini 


müəyyənləşdirmək məqsədilə təşkil olunur və həyata keçirilir. 
Qanunvericiliyə görə dövlət ekoloji ekspertizasının vəzifələri aşağıdakılardu: 
-
  nəzərdə  tutulan  və  həyata  keçirilən,  ətraf  mühitin  vəziyyotino  vo  ohalinin 
sağlamlığına  hazırda  vo  ya  gələcəkdə  bilavasitə  və  ya  dolayısı  ilə  təsir  göstərə 
biləcək,  təsərrüfat  və  başqa  fəaliyyətlərin  ekoloji  təhlükəsi  səviyyəsini  müəyyən 
etmək; 
-
  layihələşdirilən  təsərrüfat  və  başqa  fəaliyyətlərin  ətraf  mühitin  mühafızəsi 
haqqında qanunvericiliyin tələblərinə, gigiyena-sanitariya normalarına və qaydalarına 
uyğunluğunu qiymətləndirmək; 
- nəzərdə  tutulan  ətraf  mühitin  mühafızəsi  tədbirlərinin  keyfıyyətinin  nə 
dərəcədə  əsaslı  olduğunu  müəyyən  etmək.  Ekoloji  ekspertizanın  obyektləri 
aşağıdakılardır: 
-
  respublikanın  və  xalq  təsərrüfatı  sahələrinin  məhsul-dar  qüvvələrinin 
inkişafına  və  yerləşdirilməsinə  dair  planqa-bağı  və  layihəqabağı  sənədlərin  bütün 
növləri; 
-
  xalq  təsərrüfatı  obyektlərinin  və  komplekslərinin  tikintisinin  və  ləğv 
olunmasının texniki-iqtisadi əsaslandırılmaları, layihələri; 
-
  sərbəst iqtisadi zonalarda təsərrüfat fəaliyyətini tənzimləyən sənədlər; 
-
  yeni texnlogiyaların yaradılmasına və ya idxal edilməsinə dair sənədlər; 
-
  təbiətdən istifadəni tənzimləyən qanunvericiliyin direktivi, normativ-hüquqi, 
təlimat-metodik və normativ-texniki sənədlərin layihələri; 
-
  təsərrüfat fəaliyyəti və ya fövqəladə vəziyyət nəti-cəsində yaranmış ekoloji 
şə
rait; 
-
  regionda, ayrı-ayrı təbii obyektlərdə, təbii kompleksdə (ekosistemdə) ekoloji 
şə
rait. 
Ekoloji ekpertizanı adətən, komissiya aparır, lakin ayrıayn şəxslər də apara bilər. 
Bu zaman aşağıdakı üsullardan istifadə olunur: 
-
  materiallann toplanması, ümumiləşdirilməsi və baxılması; 
-
  materiallann qiymətləndirilməsi və nəticələrin alınması; 
-
  nəticələrin icrasma nəzarət. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə