Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə46/114
tarix23.10.2017
ölçüsü5,01 Kb.
#6392
1   ...   42   43   44   45   46   47   48   49   ...   114

-
  yeraltı  sərvətlərə  görə  (axtarış-kəşfıyyat  işlərinə,  faydalı  qazıntıların 
çıxarılması  hüququna,  yeraltı  sərvətlərdən  istifadəyə  və  mineral-xammal  bazasmm 
bərpasma); 
-
  sudan istifadəyə görə (su obyektlərindən istifadə hüququna, su obyektlərinin 
qorunması və bərpasına); 
-
  heyvanlar  aləmindən  istifadəyə  görə  (heyvanlar  aləmindən  istifadə 
hüququna, ovçuluq üçün ödəmə); 
-
  meşədən  istifadəyə  görə  (meşədən  istifadə  hüququna,  meşədən  icarəyə  və 
meşələrin bərpasma); 
-
  bitki ehtiyatlarından istifadəyə görə (dərman bitkiləri və xammal yığımı üçün 
ödəmə,  qeyri-meşə  bitkilərindən  istifadəyə,  texniki  xammalın  hazurlanmasma  görə 
öədəmə). 
Qanunvericilikdə  ətraf  mühitin  çirkləndirilməsinə  görə  aşağıdakı  haqların 
alınması nəzərdə tutulmuşdur: 
-
  normativ tullantılara görə; 
-
  normadan artıq tullantılara görə; 
-
  tullantıların yerləşdirilməsinə görə. 
Öz  mahiyyətinə  görə  bu  ödəmələr  üç  yerə  ayrılır:  kompensasiyaedici, 
stimullaşdırıcı və iqtisadi səmərəyə görə. 
Birinci halda, yəni kompensasiyaedici ödəmələr ətraf mühitə, insan sağlamhğma 
və maddi dəyərlərə vurulmuş zərərin əvəzinin ödənilməsinə yönəldilmişdir. Dəymiş 
zərərə görə hüquqi məsuliyyətdən fərqli olaraq, çirkləndirməyə görə ödənilən haqqm 
alınması səlahiyyətli dövlət orqanı tərəfindən həyata keçirilir. 
kinci  halda,  dəymiş  zərər  müəyyən  olvmmuş  qaydada  müəssisənin  gəlirindən 
tutulur.  Lakin  bu  zaman  zərərli  tullantıların  azaldılması  üçün  müəssisələri  maddi 
cəhətdən  stimullaşdırmaq  lazımdır.  Belə  ki,  həmin  müəssisə  o  zaman  səmərəli 
fəaliyyətdə olacaq ki, ətraf mühitə daha az çirkləndirici maddələr atmağa nail olsun. 
Üçüncü  halda,  çirklənməyə  görə  alman  ödənişlər  büdcədənkənar  ekoloji 
fondlann  maliyyələşdirilməsinə  yönəldilir  ki,  bu  da  ətraf  mühitin  mühafizəsi  və 
sağlamlaşdırılmasına  xidmət  edir.  Həmin  ödəmələrin  məhz  bu  zaman  iqtisadi 


ə
həmiyəti or-taya çıxır. 
Qeyd  etmək  lazımdır  ki,  ətraf  mühitin  çirkləndirilməsinə  görə  ödəmələrin 
müəyyənləşdirilməsi ardıcıllığı şərti olaraq üç mərhələyə ayrılır: 
-
  ödəmələrin baza normativlərinin təyini; 
-
  diferensiallaşdırılmış haqlar; 
-
  çirkləndirici  şəxsin  ödəyəcəyi  konkret  miqdar  (məbləğ).  Ətraf  mühiti 
çirkləndirən  hər  bir  növ  üzrə  (səs-küy,  silkələnmə  və  s.)  baza  normativləri,  onların 
ə
traf mühitə və insan sağlamhğma ziyan vura bilmək dərəcəsinə görə müəyyən edilir. 
Bu  zaman  normativlər  Azərbaycan  Respublikasının  Ekolo-giya  və  Təbii  Sərvətlər 
Nazirliyi,  Səhiyyə  Nazirliyi,  tqtisadi  Inkişaf  Nazirliyi  və  Maliyyə  Nazirliyinin 
mütəxəsissləri tərə-fmdən işlənib hazırlanır. 
Regionların  mövcud  ekoloji  vəziyyəti  və  ekoloji  amilləri  nəzərə  almaqla 
Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi  tərəfmdən  diferensiallaşdırılmış  normativlər 
işlənib  hazırlanır.  Ekoloji  amillər  dedikdə,  zonanm  təbii-iqlim  şəraiti,  ərazinin 
iqtisadi xüsusiyyətləri, qorunan təbii obyektlərin əhəmiyyətliliyi başa düşülür. Həmin 
normativlərdə  çirkləndirməyə  göro  ödəniləcək  haqq,  əlavə  olaraq  zonalar  üzrə 
müəyyənləşdirilmiş xüsusi təshih əmsallarma vurulur. 
Çirkləndirici şəxsin ödəyəcəyi konkret məbləğ isə qüvvədə olan qanunvericiliyə 
görə  şəhər  və  rayon  yerli  icra  hakimiyyəti  orqanları  və  bələdiyyələr  tərəfmdən 
müəyyən edilir. 
Azərbaycan  Respublikasınm  «Ətraf  mühitin  mülıafızəsi  haqqmda»  Qanununa 
görə,  «ətraf  mühitüı  mühafızəsində  təxirəsalınmaz  tədbirlərin,  ona  vurulan  zərərin 
aradan  qaldırılmasının  və  kompensasiya  verilməsinin,  ətraf  mühitin  mühafızəsi 
sahəsində  başqa  tədbirlərin  maliyyələşdirilməsi  üçün  dövlət  və  ictimai  fondlar 
yaradılır». 
Qanunda həmçinin ətraf mühitin mühafızəsi üzrə dövlət fondunun vəsaitlərinin 
hansı  tədbirlər  üçün  istifadə  edildiyi  də  göstərilmişdir.  Bunlar:  elmi-tədqiqat  işləri, 
resurs  qonaətedici  və  ekoloji  təmir  texnologiyaların  tətbiqi,  təbiətdən  istifadəçilər 
tərəfındən 
həyata 
keçirilen 
təbiəti 
mühafızə 
obyektlərinin 
tikintisinin 
maliyyələşdirilməsi,  ətraf  mühitin  çirklənməsi  nəticəsində  dəymiş  zərərin  bərpası 


tədbirləri, çirklənmə və digər mənfı təsirlər nəticəsində vətəndaşların sağlamlığına və 
ə
traf  mühitə  vurulmuş  zərərin  bərpasına  görə  onlara  müəyyən  edilmiş 
kompensasiyanın  verilməsi,  ətraf  mühitin  pozulmuş  ekoloji  tarazlığmın  bərpası, 
proqram,  layihə,  normativ-metodiki  sənədlərin  işlənməsi  və  həyata  keçirilməsi, 
ekoloji tərbiyə və təhsil, xüsusi mühafızə olunan təbiət ərazilərinin və obyektlərinin 
mühafızəsi,  nadir  və  nəsli  kəsilməkdə  olan  fauna  və  flora  növlərinin  qorunması  və 
bərpası,  ətraf  mühitin  mühafızəsi  sahə-sində  dövlət  orqanlarının  maddi-texniki 
bazasının  yaradılması  və  inkişafı,  ətraf  mühitin  dövlət  monitorinqinin  təşkili  və 
keçi-rilməsi, dövlət kadastrmm aparılması, ətraf mühitin mühafizəsi sahəsində çalışan 
mütəxəssislərin həvəsləndirilməsi məqsədilə onların maddi stimullaşdırılmasıdır. 
Ə
traf  mühitin  mühafızəsi  üzrə  dövlət  fondu,  təbii  ehtiyatlardan  istifado 
haqqından,  ətraf  mühitə  çirkləndirici  maddələrin  tullanmasına  görə  ödənilən  və 
təbiəti mühafızə qanunvericiliyinin pozulmasına görə tutulan vəsaitlərdən ayırmalar, 
məqsədli  və  könüllü  ödəmələr  və  digər  mənbələr  hesabma  formalaşdırılır.  Bu  fond 
Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi  nəzdində  yaradılır  və  təsdiq  olunmuş 
Ə
sasnaməyə uyğun fəaliyyət göstərir. 
Ə
traf  mühitin  mühafızəsinin  ictimai  fondları,  qanunvericiliyə  görə  ictimai 
birliklərin  vəsaiti,  qrantlar,  fıziki  və  hüquqi  şəxslərin  könüllü  ianələri,  habelə 
qanunvericiliyə zidd olmayan digər daxilolmalar hesabına təşkil edilir. Belə fondlar 
ictimai  birliklər  tərəfındən  yaradılır,  ətraf  mühitin  mühafızəsinə,  təbiətdən  səmərəli 
və kompleks istifadə ilə əlaqədar işlərə və tədbirlərə sərf olunur (maddə 29). 
Qanunvericiliyə  görə  ictimai  fondların  yaradılması,  onla-nn  vəsaitlərinin 
formalaşması  və  xərclənməsi  qaydaları  müvafiq  ictimai  birliklərin  təsdiq  etdikləri 
ə
sasnamələrdə (nizamnamələrdə) müəyyən edilir. 
Təbiətdən istifadə sahəsində ekoloji fondlar sistemi 
Ekoloji  tədbirlərin  maliyyələşdirilməsinin  əsas  mənbəyi  təbiətdən  istifadənin 
ödənişli  (pullu)  sistemidir.  Təbii  ehtiyatlardan  istifadə,  ətraf  mühiti  çirkləndirməyə, 
tullantılann  yer-ləşdirilməsinə  görə  ödəmələr  sistemi,  eyni  zamanda  bu  ödəniş-lərin 
tutulması və istifadəsi təbii ehtiyatlar üzərində mülkiyyət münasibətləri ilə müəyyən 
edilir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə