Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə44/114
tarix23.10.2017
ölçüsü5,01 Kb.
#6392
1   ...   40   41   42   43   44   45   46   47   ...   114

gücü yoxdur. Bu normativlər təklif və metodiki təlimat şəklində istifadə oluna bilər. 
Ə
gər  bu  normativlər  səlahiyyətli  orqanlar  tərəfmdən  təsdiq  olunarsa,  onda  onların 
icrası  hüquqi  cəhətdən  məcubi  sayılır.  Azərbaycan  Respublikasında  Ekologiya  və 
Təbii  Sərvətlər  Nazirliyi  və  Səhiyyə  Nazirliyi  belə  orqanlardan  hesab  olunur.  Eyni 
zamanda qeyd edilməlidir ki, normativlər heç bir qanunun tərkib hissəsi deyildir və 
onlar ayrıca çap olunur. 
Təbii  ətraf  mühitin  keyfıyyət  normaları  3  qrupa  bölünür:  sanitar-gigiyenik 
normativlər, istehsal təsərrüfat normativləri, kompleks normativlərə. 
Birinci qrupa - kimyəvi, bioloji və fiziki təsir göstərə biləcək zərərli maddələrin 
yol  verilə  bilən  toplanma  miqdarını  müəyyən  edən  normativləri,  habelə  sanitar, 
müdafıə,  yol  verilən  radiasiya  səviyyəsi  və  digər  normativlər  daxildir.  Bu  tip 
norma-tivlərin  əsas  məqsədi,  insan  sağlamlığı  üçün  əlverişli  olan  ətraf  mühitın 
keyfıyyət göstəricilərıni təyin etməkdir. Bu qrupa daxil olan normativlər daha yaxşı 
işlənilmiş hesab olunur. 
kinci  qrup  normativlər  əsasən  tullantılarm  və  zərərli  maddələrin  atılması  ilə 
ə
laqədardır.  Bu  normativlərlə  zərərli  təsir  mənbələrinə  lazım  olan  tələblər  qoyulur, 
onun  təsiri  məh-dudlaşdırılır,  habelə  ziyan  vura  biləcək  kəmiyyətləri  müəyyən  edir. 
Bu kateqoriya normativlərə texnoloji, tikinti, şəhərsalma qaydaları və s. daxil etmək 
olar. 
Üçüncü  qrupa  isə  birinci  və  ikinci  qrupa  daxil  olan  nor-mativləri  özündə 
birləşdirən  kompleks  normativlər  daxildir.  Məsələn,  ətraf  mühitinə  təsirə 
məhdudiyyət qoyulan (icazə verilən) normaları, müdafıə və sanitar zona normaları və 
s. 
Bundan  başqa,  təbii  ehtiyatların  istifadəsi  (götürülməsi)  normativləri  də 
mövcuddur. Həmin normativlər müəyyən müddət üçün təyin edilirlər. Eyni zamanda, 
ə
traf mühitə yük normalannın həddi də müəyyən edilə bilər. Bu normativlik xü-susən 
ə
razi-sənaye  komplekslərinin  formalaşdırılmasında,  sə-nayenin,  kənd  təsərrüfatının 
inkişafında, şəhərlərin tikintisində çox vacibdir. Bu zaman təbii mühitin özünübərpa 
meyarlannı  aşmağa  yol  verilmir.  Müəssisələr  ətrafmda  həmçinin  sanitar-mühafızə 
zonalannın  müəyyən  edilmə  normativləri  də  vardır.  Bu  zonaların  ölçüləri  onların 


müəssisələrinin sanitar təsnifatma müvafıq olur. Məhsul və xidmətlərin ətraf mühitin 
təhlükəsiz-liyinə,  insanların  həyatma  və  sağlamlığına  təsiri  dövlət  standartları  ilə 
müəyyən edilir, bu zaman ekoloji sertifıkatlar, habe-lə məhsulun nişanlanması tətbiq 
edilir. 
Qanunvericiliyə  görə  konkret  ekoloji  şəraitdən  asılı  olaraq  normativ 
göstəricilərin  mənfı  istiqamətə  doğru  dəyişdirilməsinə,  ətraf  mühitin  müəyyən 
edilmiş keyfıyyət normativlərinin azaldılmış normalarla əvəz edilməsinə xüsusi icazə 
verilə  bilər.  Orada  həmçinin  ətraf  mühitin  təsdiq  edilmiş  keyfıyyət  normativlərinin 
bütün hüquqi  və  fıziki şəxslər  üçün  məcburi olduğu  və  bu  normativlərin  mətbuatda 
dərc olunaraq yayımlan-masının zəruriliyi öz əksini tapmışdır. 
Ə
traf mühitin mühafizəsinin iqtisadi mexanizmi 
Ə
traf  mühitin  mühafizəsi  zamanı  yaranan  ən  mürəkkəb  problem  iqtisadi  və 
ekoloji  maraqlann  toqquşmasından  ortaya  çıxır.  Dünyamn  inkişaf  etmiş  bütün 
ölkələrində  hələ  də  bu  münasibətləri  inzibati-hüquqi  metodlarla  (qadağalar, 
məhdudiy-yətlər, inzibati tədbirlər və s.) tənzimləməyə çalışırlar. 
Lakin  fnüasir  dövrdə  yeni  bir  tendensiya  -  ekoloji  müna-sibətlərin  hüquqi 
tənzimlənməsinin  əsas  istiqamətlərindən  biri  kimi  inzibati-hüquqi  təsir  vasitələrinin 
ə
traf  mühitin  mühafızəsində  iqtisadi  stimullaşdırma  ilə  olan  üsullarında  öz  əksini 
tap-mışdır.  «Ətraf  mühitin  mühafızəsi  haqqında»  Azərbaycan  Respublikası 
Qanununda  V  fəsil  ətraf  mühitin  mühafızəsi layihəsində  iqtisadi  tənzimləməyə  həsr 
edilmiş,  bu  qanunun  müddəaları  əsasmda  ətraf  mühitin  mühafızəsinin  iqtisadi 
mexa-nizmi əks olunmuşdur. 
Qanuna görə ətraf mühitin mühafizəsi sahəsində iqtisadi tənzimləmənin məqsedi 
ekoloji  təhlükəsizlik,  təbii  ehtiyatlardan  səmərəli  istifade,  onlarm  bərpası  və 
artırılması  tədbirləri-nin  işlənib  hazırlanmasına,  planlaşdırılmasma  və  yerinə 
yeti-rilməsinə təbiətdən istifadəçilərin maddi marağını artırmaqdır. 
Qanunvericiliyə  əsasən,  ətraf  mühitin  mühafızəsinin  fəaliyyət  sahələri  və 
iqtisadi əsasları aşağıdakılardır: 
-
  ətraf  mühitin  mühafizəsi  sahəsində  tədbirlərin  proqnozlaşdırılması  və 
maiiyyələşdirilməsi; 


-
  təbiətdən istifadəyə görə ödəmələr; 
-
  ətraf mühitin çirkləndirilməsinə görə ödəmələr və cərimələr; 
-
  ətraf mühitin mühafızəsi sahəsində iqtisadi maraqlandırma; 
-
  ətraf mühitin mühafızəsi fondlarının yaradılması, qrantlar; 
-
  beynəlxalq  qurumlardan  ekoloji  proqramları  həyata  keçirmək  məqsədilə 
aynlan vəsaitlər (maddə 22). 
nzibati-hüquqi  təsir  mexanizmi  əgər  hakimiyyət  və  tabeçilik  münasibətlərinə 
söykənirsə, 
iqtisadi 
mexanizm 
icraçının 
maraqlarının 
maddi 
cəhətdən 
reallaşdırılmasına  əsaslamr.  qtisadi  mexanizmin  tərkibinə,  daimi  fəaliyyət  göstərən 
mövcud  institutlarla  (idarəetmə  prinsipi  və  orqanları)  bərabər,  bazar  iqtisadiyyatına 
keçidlə əlaqədar yeni formalar da daxildir. 
Təbii  ehtiyatların  kadastrı,  material-texniki  və  maliyyə  təminatı,  təbii 
ehtiyatlardan  istifadəyə  görə  haqq,  ətraf  mühitin  çirkləndirilməsinə  görə  ödəniləcək 
cərimə,  kreditalma  və  vergitutma  zamanı  edilən  güzəştlər,  habelə  vergilərdən  azad 
olunma  mövcud  institutlar  qrupuna  daxildir.  Bu  zaman  yeni  yaranan  iqtisadi 
stimullardan  ekoloji  sığortanı,  əsas  təbiətqoruyucu  təsərrüfat  fondlannın  artırılmış 
amortizasiya  normalarının  müəyyənləşdirilməsini,  ekoloji  təmiz  məhsula  görə 
həvəsləndirici  qiymətlərin  tətbiq  olunmasını,  ekoloji  xidmətlər  bankmm 
yaradılmasını və s. göstərmək olar. 
Təbii ehtiyatların kadastn dedikdə, həmin ehtiyatların iqtisadi, ekoloji, təşkilati 
və  texniki  göstəricilərinin  məcmusu  başa  düşülür  ki,  bu  göstəricilər  eyni  zamanda 
təbii  ehtiyatlarm  kəmiyyət  və  keyfıyyətini,  onların  istifadəçilərinin  tərkibi  və 
koteqoriyalarını  da  əks  etdirir.  Kadastr  göstəriciləri  təbii  ehtiyatlardan  səmərəli 
istifadənin, təbii sərvətlərin maya dəyərinin, onlann satış qiymətlərinin, ətraf mühitin 
sağlamlaşdınlması və bərpası tədbirlərinin əsasını təşkil edir. 
Təbii ehtiyatların vahid kadastrı olmasa da, ayrı-ayrı təbii ehtiyatlar üzrə kadastr 
mövcuddur.  Məqsəd  və  strukruruna  gö-rə  təbii  ehtiyatların  kadastrları  ümumilikdə 
vahid iqtisadi-hüquqi sxem yaradırlar. 
Torpaq  kadastn  Azərbaycan  Respublikasmm  «Torpaq  Məcəlləsi»  (1999)  və 
Azərbaycan Respublikasının «Dövlət torpaq kadastrı, torpaqlann monitorinqi və yer 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə