Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə45/114
tarix23.10.2017
ölçüsü5,01 Kb.
#6392
1   ...   41   42   43   44   45   46   47   48   ...   114

quruluşu haqqmda» Qanununun (1998) tələblərinə uyğun olaraq həyata keçirilir. 
Qanunvericiliyə  görə  dövlət  torpaq  kadastrı  -  torpaq  isti-fadəçiliyinin  dövlət 
qeydiyyatı,  torpaqların  kəmiyyət  və  keyfiyyətcə  uçotu,  bonitirovkası  və  iqtisadi 
qiymətləndirilməsi üzrə məlumatların məcmusudur. 
Torpaq  kadastrınm  məlumatlarından  torpaq  ehtiyatlarının  istifadəsi  və 
mühafızəsi  sahəsində  dövlət  siyasətinin  həyata  keçirilməsində  istifadə  olunur, 
xüsusilə, 
torpaqların 
səmərəli 
istifadəsində, 
münbitliyinin 
artırılmasında, 
qorunmasında,  digər  torpaq  mühafızəsi  tədbirlərinə  dair  kompleks  dövlət 
proqramlarmın hazırlanmasında və yerinə yetirilməsində, yer quru-luşu layihələrinin 
və  sxemlərinin  hazırlanmasında,  şəhərsalma,  meşəsalma,  tikinti,  meliorasiya  və 
irriqasiya  işlərinin  layihələşdirilməsində  və  aparılmasında,  torpaq  münasibətlərinin 
tənzimlənməsində,  torpaqlarm  normativ  qiymətlərinin  müəyyənləşdirilməsində, 
torpaq  reyestrinin  tərtibində,  torpaq  bazarının  formalaşdırılmasmda,  torpaq  vergisi 
dərəcələrinin,  torpaq  icarəsi  haqqınm  müəyyənləşdirilməsində  və  tətbiqində,  torpaq 
informasiya sisteminin və məlumat bankının yaradılmasında, torpaqların istifadəsində 
və mühafızəsində dövlət nəzarətinin həyata keçirilməsində. 
Dövlət torpaq kadastrı  işlərini  «Dövlət  torpaq  kadastrı, torpaqlarm  monitorinqi 
və yerquruluşu haqqında» Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası 
Prezidentinin  12  mart  1999-cu  il,  113  saylı  fərmanma  görə  Azərbaycan 
Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi həyata keçirir. 
Dövlət  su  kadastrı  Azərbaycan  Respublikasının  Su  Məcəlləsinə  (1997)  uyğun 
olaraq həyata keçirilir. j 
Dövlət su kadastrı su obyektləri, su ehtiyatları, su obyektlərindən istifadə və su 
obyektləri  istifadəçiləri  barədə  məlumatlarm  məcmusu  olub,  Azərbaycan 
Respublikasında  vahid  sistem  üzrə  aparılır  və  suların  dövlət  uçotu  məlumatlarına 
ə
saslanır (maddə 26). 
Dövlət su kadastrınm  məlumatlarmdan dövlət proqramla-rmm  hazırlanması, su 
obyektlərinin  mühafızəsi  və  ondan  istifadə  qaydalarmm,  sudan  istifadə  limitlərinin 
müəyyənləşdirilməsi,  su  obyektlərindən  istifadə  ilə  əlaqədar  ödəmələr  və  su 
obyektlərinə vurulmuş zərərin ödənilməsi və s. məsələlərdə geniş istifadə olunur. 


Azərbaycan  Respublikası  Prezidentinin  Su  Məcəlləsinin  tətbiq  edilməsi  barədə 
13 mart 1998-ci il tarixli Fərmanına görə su kadastrını Meliorasiya və Su Təsərrüfatı 
Komitəsi və j Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir. 
Faydah  qazıntı  yataqlarının  kadastrı  -  «Yerin  təki  haqqında»  Azərbaycan 
Respublikası Qanununa (1998) uyğun olaraq həyata keçirilir. 
Qanuna görə faydalı qazıntılar - yer qabığının maddi istehsal sahəsində istifadə 
edilən təbii mineral törəmələrdir. Faydalı qazıntı yataqlarının və təzahürlərinin dövlət 
kadastrı, hər bir yataq üzrə əsas və yanaşı faydalı qazmtı ehtiyatlarının kəmiyyəti və 
keyfıyyətini,  onlarda  olan  komponentlərin  miqdarını,  yataqların  işlənməsini 
dağ-mədən-texniki, 
hidrogeoloji, 
ekoloji 
şə
raitini 
və 
geoloji 
iqtisadi 
qiymətləndirilməsini  səciyyələndirən  məlumatları,  eləcə  də  hər  bir  faydalı  qazıntı 
tə-zahürünə dair məlumatları özündə birləşdirməlidir (maddə 33). 
Faydalı  qazıntı  yataqlarının  kompleks  istifadəsi  ilə  əlaqədar  infrastrukturun 
səmərəli inkişafı və yerləşdirilməsinə şərait yaradır. 
Azərbaycan  Respublikası  Prezidentinin  «Yerin  təki  haqqında»  Qanunun  tətbiq 
edilməsi  barədə  27  aprel  1998-ci  il  ta-rixli  Fərmanına  görə,  faydalı  qazmtı 
yataqlarınm kadastrmı Ekologiya və Təbii Sərvətlər Nazirliyi aparır. 
Dövlət  meşə  kadastrı  Azərbaycan  Respublikasmm  Meşə  Məcəlləsinin  (1997) 
müddəalarma  uyğun  olaraq  aparılır.  Meşələrin  dövlət  kadastrı  meşə  fondunun 
qeydiyyatı, 
onun 
ekoloji, 
iqtisadi, 
kəmiyyət 
və 
keyfıyyət 
cəhətdən 
qiymətləndirilməsidir. 
Dövlət meşə kadastrı  meşə təsərrüfatının idarə edilməsində, onun təşkilində və 
meşə  fondundan  istifadə  ilə  əlaqədar  olmayan  məqsədlər  üçün  meşə  torpaqlarmm 
qeyri-meşə torpaqlarına keçirilməsində və meşə fondu torpaqlarının geri ahnmasında, 
meşə  fondundan  istifadə  üçün  ödəmələrin  miqdarının  müəyyən  edilməsində,  meşə 
istifadəçilərinin  və  meşə  təsərrüfatı  işləri  aparan  şəxslərin  təsərrüfat  fəaliyyətinin 
qiy-mətləndirilməsində istifadə olunur (maddə 39). 
Meşə  Məcəlləsinin  tətbiq  edilməsi  barədə  Azərbaycan  Respublikası 
Prezidentinin  23  may  2001-ci  il  tarixli  Fərmanma  görə  dövlət  meşə  kadastrını 
Azərbaycan Respublikasmın Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir. 


«Balıqçılıq  haqqmda»  Azərbaycan  Respublikası  Qanununun  (1998)  27-ci 
maddəsinə uyğun olaraq balıq ehtiyatlarının reyestri həyata keçirilir. 
Bu  qanunun  tətbiq olunması  barədə  Azərbaycan  Respublikası  Prezidentinin 23 
may  2001-ci  il  tarixli  Fərmanına  görə  balıq  ehtiyatlarmın  reyestrini  Ekologiya  və 
Təbii Sərvətlər Nazirliyi həyata keçirir. 
Qüvvədə  olan  qanunvericiliyə  görə  hazırda  təbiətin  mühafizəsi  aşağıdakı 
mənbələrdən  maliyyələşdirilir:  dövlət  büdcəsindən,  büdcədənkənar  ekoloji 
fondlardan, müəssisə, idarə və təşkilatların hesabından. 
Son  zamanlar  dövlət  büdcəsindən  ayırmalarla  yanaşı  büdcədənkənar  ekoloji 
fondlar  daha  çox  ekoloji  xərcləri  ödənilməsinə  sərf  edilir.  Bu  fondların  ayırdığı 
vəsaitlərin  əksəriyyəti  şəhər  və  rayonların  payına  düşür.  Eyni  zamanda,  təbii 
ehtiyatlardan  istifadənin  pullu  olması  ekoloji  problemlərin  həllinə  yönəldilən 
vəsaitlərin  miqdarınm  artmasma  təkan  verir.  Təbii  ehtiyatlardan  istifadənin  pullu 
olması  ölkənin  bazar  iqtisadiyyatına  keçməsi  ilə  ortaya  çıxmış  və  üç  əsas  məqsədə 
xidmət edir: 
1)
  istehlakçının təbii ehtiyatlardan səmərəli istifadə marağmın artmasına; 
2)
  təbii sərvətlərin bərpası və mühafızəsi üçün maddi maraqlarm yaranmasına; 
3)
  təbii  ehtiyatların  bərpası  və  yenidən  hasil  olunması  üçün  əlavə  vasitələrin 
yaranmasma. 
«Ətraf mühitin mühafızəsi haqqında» Azərbaycan Respublikası Qanununa görə 
ə
traf  mühitin  çirkləndirilməsinə  və  təbii  ehtiyatlardan  istifadəyə  görə  ödənişlər 
nəzərdə  tutulmuşdur.  Bu  zaman  ətraf  mühitin  müəyyən  edilmiş  limitlərdən  artıq 
çirkləndirilməsinə  göre  cərimələrin  qaydası  və  məbləğinin  də  qanunvericiliklə 
müəyyən olunduğu göstərilmişdir (maddə 24). 
Qanunvericiliyə görə təbii ehtiyatlardan istifadəyə görə aşağıdakı ödəmə növləri 
vardır:  təbii  ehtiyatlardan  istifadə  hüququna  görə,  istifadəyə  görə,  normadan  artıq 
istifadəyə görə, təkrar (yenidən) hasilata görə. 
Təbii  ehtiyatlardan  istifadəyə  görə  aşağıdakı  hallarda  haqq  ödənilməsi 
qanunvericilikdə nəzərdə tutulmuşdur: 
-
  torpaqdan istifadəyə görə (torpaq vergisi, icarə haqqı); 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə